Ana səhifə »  Müəlliflər »  “Milli şura”nın London səfəri “təbliğatı” fiaskoya uğradı
A+   Yenilə  A-
“Milli şura”nın London səfəri “təbliğatı” fiaskoya uğradı
Yazdı: Pərviz Sadayoğlu

Radikallar özləri etiraf edirlər ki, xalqın yox, xaricdəki “day-dayıların” dəstəyi onlar üçün daha önəmlidir
Xəbər verildiyi kimi, “Milli şura” adlanan antimilli qrup Londona səfərə hazırlaşır. Radikal düşərgənin yaydığı məlumata görə, şuranın üzvlərinin bəzilərinin İngiltərə paytaxtında bir sıra QHT-lərlə görüşləri nəzərdə tutulur. Qeyd edək ki, indidən “səfər çantasını” hazırlayanlar arasında Cəmil Həsənli ilə yanaşı, İsa Qəmbər, Fuad Qəhrəmanlı, Eldar Namazovun da adları var.
Aldığımız məlumatlara əsasən, “Milli şura” üzvlərinin Britaniyaya səfərini Article XIX təşkilatının əlaqələndiricisi Rebekka Vinsent təşkil edib. Şura üzvləri əvvəlcə İngiltərə XİN-də akkreditasiyadan keçəcəklər. Daha sonra onların parlamentdə baronessa Koksla görüşü olacaq. Həmin gün axşam Koksun villasında dublyor C.Həsənlinin şərəfinə ziyafət veriləcək. “Milli şura” üzvləri sonra BBC-nin qonağı olacaqlar və “Hard Talk” tok-şousunda iştirak edəcəklər. Səfərin sonunda isə Article XIX təşkilatında görüş olacaq. Görüşdə 2010-cu ildə Article XIX-un təşəbbüsü ilə yaradılmış və bir sıra QHT-lərin daxil olduğu Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupunun gələcək fəaliyyəti müzakirə olunacaq. “Milli şura” üzvləri, həmçinin, 2011-ci il hadisələrinə görə həbs olunmuş bloqqerlərlə, Snoudenin işi ilə bağlı Böyük Britaniyanın xüsusi xidmət orqanlarının təzyiqlərinə məruz qalmış “The Guardian” qəzetinin əməkdaşı Qlenn Qrinvald və onun həyat yoldaşı Miranda ilə görüşəcəklər, fəaliyyəti dayandırılmış “News Of The World” nəşrinin keçmiş ofisində olacaqlar, bu ilin ortalarında Londonda partladılmış məscidin yerini ziyarət edəcəklər.
Təbii ki, bu səfər xəbəri artıq iki gündür ki, müxalifət mətbuatının səhifələrini “bəzəməkdədir” və radikal düşərgə QHT-lərin hansınınsa dəvətini şişirdib sanki gündəm xəbəri halına gətirmək niyyətindədir. Amma hər zaman olduğu kimi, radikal müxalifətin “milçəkdən fil düzəltmək” niyyətində olduğu açıqca ortadadır. Hansısa QHT-nin “Milli şura”nın “zamenşiki”, İbrahimbəyovun uğursuz dublyoru Cəmil Həsənlini və bir neçə müxalifətçini Londona aparacağı barədə yayılan məlumatı tələsik şərh edən bu qəzetlər bunu nəinki Böyük Britaniyanın, bütövlükdə Qərbin müxalifətə dəstəyi kimi qələmə verməyə çalışır. Halbuki Eldar Namazov öz müsahibəsində bildirib ki, “Milli şura”nın nümayəndə heyətini Londona Böyük Britaniyanın ictimai təşkilatları dəvət ediblər. Belə olan təqdirdə Qərb dövlətlərinin onlara dəstək verməsi barədə deyilənlər ağ yalandır. Lakin ortada bir məsələ var ki, müxalifət ideoloqları niyə bu qədər rəzil, satrap, müstəqil və suveren dövlətçilik prinsiplərinə zidd təbliğat yolu seçiliblər. Azərbaycan seçicisinin beyninə yeritmək istəyirlər ki, hakimiyyətin mənbəyi Azərbaycan xalqı yox, xarici qüvvələrdir. Onlar özləri də bu ab-havadadırlar və seçkilərdə məğlubiyyətlərinin günahını başqa yerdə axtarırlar. Sonra da gileylənirlər ki, xalq bizim çağırışımıza qoşulmur. Hələ bir utanmaz-utanmaz da yazırlar ki, guya London bunlara “əl uzadır”, “seytnotda olan müxalifətə nəfəs verir”. Özləri etiraf edir ki, onlar üçün xalqın yox, xaricdəki “day-dayıların” dəstəyi daha önəmlidir.
Bu baxımdan, radikalların şişirdərək “partlatmağa” çalışdığı bu səfər nəinki beynəlxalq miqyasda, heç Azərbaycan daxilində də ciddi qəbul edilməyən, anti-Azərbaycan qüvvələrin sifarişi əsasında layihə olaraq meydana gəldiyi hər kəsə bəlli olan “Milli şura”nın “həftə səkkiz, mən doqquz” mənasız turist səfərlərindən biridir. Sadəcə, hər zaman Azərbaycana qarşı fərqli standartlarla yanaşan, Azərbaycanın uğurlarına kölgə salmaq niyyəti güdən bəzi ictimai statuslu təşkilatların bu səfərə “dəstək” verməsi radikal düşərgəni “ümidləndirir”. Amma görünən də budur ki, avqustun 18-də keçirilən mitinqdə rəzil duruma düşən “Milli şura” bu biabırçılıqdan çıxmaq və özünü tərəfdarlarına “iri çapda” göstərmək üçün növbəti cəhdi etmək niyyətindədir. Bundan başqa, “Milli şura”nın sədri, o cümlədən, “statusundan kənarlaşdırılmış namizədi” Rüstəm İbrahimbəyovun bir manat məsələsi ilə bağlı son açıqlamaları da göstərdi ki, artıq Rusiyadakı ermənipərəst dairələr radikal düşərgəyə maddi dəstək vermək niyyətində deyil. Yumşaq dildə desək, “Milli şura”nın Londona səfəri sadəcə “reformativ dilənçilik kampaniyasının” yeni mərhələsi də sayıla bilər.
Vurğulamaq yerinə düşər ki, radikal düşərgədə xarici səfərlər “düşər-düşməzliklə” müşayiət olunur. Elə şura üzvü Eldar Namazov da müsahibəsində bildirib ki, London səfərini “Milli şura”nın ABŞ və Avropa səfərlərinin davamı da saymaq olar. Bundan əvvəlki səfərlərdən sonra “Milli şura” acınacaqlı duruma düşdü, parçalanma ərəfəsinə daxil oldu. Hələ indiyə kimi şurada olan partiyaların ağzını bir yerə yığmaq mümkün olmayıb. Əgər London səfəri də bu səfərlərin davamıdırsa, onda deməli Qərb “Milli şura” layihəsinin tabutuna sonuncu mıxını çalmağa hazırlaşır. Qərb Azərbaycanda demokratiyanın inkişafında maraqlıdır. Amma bu məsələdə gah Moskvanın, gah Vaşinqtonun, gah Brüsselin, imkanı olsa İran və Çinin də qucağına atılmağa hazır olan hərdəmxəyal müxalifətlə deyil, sabit, prinsipial və dəyişməz mövqeyi ilə dünyada nüfuz qazanmış mövcud iqtidarla işləməyə üstünlük verir.

 
  • Oxunub:  21750  |  
  • Tarix:  30-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir

17:05
20 Oktyabr
Pərviz Şahbazov: İtaliyada TAP-ın tikintisi ilə bağlı görülən işlərdən razıyıq
17:00
20 Oktyabr
Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
16:54
20 Oktyabr
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
16:49
20 Oktyabr
Budapeştdə güləş üzrə dünya çempionatı başlayıb
16:37
20 Oktyabr
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik
16:32
20 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlər milli iqtisadiyyatın dinamik tərəqqisini şərtləndirib
16:29
20 Oktyabr
Əli Əhmədov: Azərbaycan Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir
13:44
20 Oktyabr
Akif Əlizadə: AMEA-da elmlə təhsilin inteqrasiyası istiqamətində uğurlu addımlar atılır
13:40
20 Oktyabr
Biləsuvar rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
13:30
20 Oktyabr
Elman Məmmədov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir
13:20
20 Oktyabr
“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub
13:15
20 Oktyabr
Ekspert: İnvestisiya mühitinin daha da yaxşılaşdırılması sahibkarlığın inkişafı üçün zəmin formalaşdırır
12:57
20 Oktyabr
Türkiyə KİV-ləri “Star” zavodunun açılışını Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının göstəricisi kimi qiymətləndirir
12:47
20 Oktyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Bolqarıstanın Plovdiv şəhərində qeyd olunub
12:35
20 Oktyabr
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
12:28
20 Oktyabr
Aydın Hüseynov: “Star” layihəsinin reallaşması Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub
10:57
20 Oktyabr
Kamilə Əliyeva: Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanıb
10:31
20 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub
10:29
20 Oktyabr
Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub
10:24
20 Oktyabr
Prezident İlham Əliyev: “Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
10:19
20 Oktyabr
Türkiyə Prezidenti: Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz
10:12
20 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: “Star” zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk
10:03
20 Oktyabr
20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür
17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub
11:07
19 Oktyabr
Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib
11:02
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
10:56
19 Oktyabr
Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
10:48
19 Oktyabr
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA