Ana səhifə »  Müəlliflər »  “Milli şura” xalqdan niyə uzaq düşüb?
A+   Yenilə  A-
“Milli şura” xalqdan niyə uzaq düşüb?
Yazdı: Mübariz Abdullayev

Radikal müxalifət təmsilçilərinin başları daşdan-daşa dəysə də, onlar dəstəyi yenə xaricdə axtarırlar
Ermənipərəst Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən qondarma “Milli şura”nın təmsilçilərinin zaman-zaman səsləndirdikləri fikirlərə, sərgilədikləri əməllərə nəzər saldıqda belə bir ümumiləşdirmə aparmaq mümkündür: Adına “milli” sözü yamaq edilməsinə baxmayaraq, qondarma qurumun ideyası, mahiyyəti, fəaliyyət prinsipləri istisnasız olaraq xarici amillər üzərində qurulub. Yəni, “Milli şura”nın sədrinin və sıravi üzvlərinin ifadə etdikləri fikirlər xaricdəki beynəlxalq erməni lobbi şəbəkəsinin təsir dairəsində olan antimilli mərkəzlərin ölkəmizə yönəlik məkrli çağırışları ilə bir növ eyniyyət təşkil edir. Daha doğrusu, açıq-aydın hiss olunur ki, qondarma qurumun Azərbaycanda daxili sabitliyi pozmağa, respublikanın beynəlxalq imicinə xələl gətirməyə hesablanan cəhdləri xaricdəki anti-azərbaycançı mərkəzlərdən idarə olunur, bununla bağlı “Milli şura”nın üzvlərinə mütəmadi qaydada direktivlər ötürülür və onlar da həmin direktivlərə uyğun cızılan çərçivə daxilində hərəkət edirlər.
Əslində, xaricdəki anti-Azərbaycan dairələrin mətbəxində hazırlanan “Milli şura” layihəsinin məhz Rüstəm İbrahimbəyovun təqdimatında radikal müxalifət düşərgəsində özünə yer tapması başadüşüləndir. O mənada ki, qoca kinodramaturqun tərcümeyi-halına nəzər salsaq, görərik ki, onun həmişə Azərbaycan xalqı və cəmiyyəti ilə bir mentalitet problemi olub. O, Azərbaycanın çörəyini yeyib, havasını udsa da, həmişə azərbaycanlılara yuxarıdan aşağı baxıb, daim yaxın çevrəsini ermənilərdən təşkil edib. Eyni zamanda, bölgələrdən paytaxt Bakıya gələn soydaşlarımıza pataloji nifrətini gizlətməyən Rüstəm İbrahimbəyov qəlbindəki əbədi erməni sevgisini həmişə böyük şövqlə dilə gətirib. “Bakı ermənilərsiz cılızlaşıb”, “Bakıda ermənilərsiz nəfəs almaq olmur” və s. bu kimi sitatlar Rüstəm İbrahimbəyovun vaxtilə Moskva mətbuatında dərc etdirdiyi məqalələrdən götürülüb. Qoca kinodramaturq bu fikirləri ermənilər Dağlıq Qarabağda soydaşlarımızı amansızcasına qətlə yetirdikləri, torpaqlarımızı işğala məruz qoyduqları, tarixi-mədəni-dini abidələrimizi vəhşicəsinə dağıtdıqları bir vaxtda ifadə edirdi. R.İbrahimbəyov hazırda - siyasi iddialarda bulunduğu bir vaxtda da eyni ampluada qalaraq ermənilərə olan hüsnü-rəğbətini gizlətmir. Onun bu yaxınlarda xarici mətbuata verdiyi növbəti müsahibəsində Dağlıq Qarabağın ərazi mənsubiyyətini şübhə altına alan fikirlər səsləndirməsi buna misaldır.
Milli təəssübkeşlik hissindən uzaq olan belə birisinin xaricdəki anti-Azərbaycan dairələrin hazırladıqları ssenaridə baş rol alması təbiidir. Yəni, qoca kinodramaturq ona yeni maddi təminatlar vəd edən bu antimilli layihəyə çox məmnuniyyətlə qol qoydu. AXCP, “Müsavat” kimi partiyalar isə qoca kinodramaturqun adı ilə bağlanan antimilli quruma sırf maddi gözləntilərə, korporativ maraqlarının təmin olunmasına görə üz tutdular.
Beləliklə, ssenarisi xaricdə hazırlanan, cari və perspektiv fəaliyyət direktivlərini xaricdəki dairələrdən alan, başında qeyri-milli bir ünsürün dayandığı “Milli şura” mövcud olduğu təxminən iki ay ərzində həmişə Azərbaycan cəmiyyətindən məsafədə dayanıb, özünə dəstəyi bir qayda olaraq xaricdə axtarıb. Qurumun sədri və hələ də əsas “vahid namizəd”i sayılan Rüstəm İbrahimbəyovun bir ayağı Moskvada, digər ayağı Vaşinqtondadır. Qoca kinodramaturqun bu turnelərdə görüşdüyü simalar bir qayda olaraq Ştrasser kimiləridir. O Ştrasser ki, AŞ PA-nın qış sessiyasına Azərbaycanla bağlı qərəzli hesabat təqdim etmişdi. O Ştrasser ki, “Eurovision-2012” yarışmasının-beynəlxalq musiqi yarışmasının ölkəmizdə baş tutmasını əngəlləmək üçün dəridən-qabıqdan çıxırdı. Azərbaycana münasibətdə daim qərəzli mövqe tutan Ştrasser kimiləri ilə görüşlərdə onlarla eyni mənəvi dəyərləri bölüşən Rüstəm İbrahimbəyovun hansı məsələlərin “müzakirəsini” ön plana çəkdiyini təxmin etmək mümkündür.
Bu cəhətdən “Milli şura”nın icra aparatının rəhbəri Eldar Namazovun ABŞ Konqresində təşkil olunan brifinqdə iştirakı da səciyyəvidir. Reneqat Namazov qondarma qurumun sədri Rüstəm İbrahimbəyovdan geri qalmayaraq brifinqdəki çıxışında Azərbaycan xalqını narahat edən əsas məsələdən-Dağlıq Qarabağ münaqişəsindən bir kəlmə də olsun danışmadı, əksinə ölkəmizin imicinə xələl gətirməyə hesablanan sərsəm fikirlər səsləndirdi.
Siyasi müşahidəçilər bu qənaətdədirlər ki, “tarixçi alim” kimi təqdim edilən Cəmil Həsənlinin “Milli şura”ya “ehtiyat vahid namizəd” seçilməsi də qondarma qurumun antimilli mahiyyətinə əsla təsir göstərməyəcək. Yəni, Cəmil Həsənli “əyninə hansı paltar geyməsindən” asılı olmayaraq ssenarisi əvvəldən yazılan bir qurumda “ehtiyat vahid namizəd” müəyyənləşdirilib, ermənipərəst birisinin dublyoru seçilib. Bu isə o deməkdir ki, “tarixçi alim” pərdə arxasından ona diqtə olunanları daha uca səslə dilə gətirməyə məhkumdur. İlk açıqlamalarından bəlli olur ki, onun özü də “Milli şura” üçün çalınan xarici havalara qol götürüb oynamağa çox həvəslidir.
Yeri gəlmişkən, bu günlərdə Cəmil Həsənlinin rəhbərliyi altında “Milli şura”nın bir qrup üzvü Bakı restoranlarının birində diplomatik korpusun siyasi məsələlər üzrə təmsilçiləri ilə görüşə qatılıb. Haqqında bəhs olunan görüşlə bağlı fikirlərini ifadə edən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Diplomatik nümayəndəliklərin istənilən təşkilatla görüşməsi normal haldır. Bu görüşün də heç bir nəticəsi olmayacaq. Çünki lazımsız bir qurumla görüş keçirirlər” deyib.
Qondarma qurumun yeni “vahid namizəd”i Cəmil Həsənli isə görüşlə bağlı verdiyi açıqlamada “Milli şura” üzvlərinin diplomatik korpusun təmsilçiləri ilə qurumun seçki strategiyasını müzakirə etdiklərini” dilə gətirib. Beləliklə, dərhal sual yaranır: Nə üçün “tarixçi alim” yeni statusunda ilk görüşünü Azərbaycan xalqı ilə deyil, xarici qurumların təmsilçiləri ilə keçirir və onlarla “seçki strategiyasını” müzakirəyə çıxarır? Doğrudanmı, Cəmil Həsənli fərqində deyil ki, seçkilər ölkənin Əsas Qanununun-Konstitusiyasının, Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada, xalqın iradəsinə əsasən keçirilir?
Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə bir neçə dəfə prezident, parlament və bələdiyyə seçkiləri keçirilib. Demokratik prinsiplər gözlənilməklə keçirilən bu seçkilərin hər birində böyük seçici fəallığı müşahidə edilib. Qarşıdan gələn seçkilərin də şəffaf və demokratik şəraitdə keçirilməsi Azərbaycan dövlətinin marağındadır. Avropa İttifaqının Azərbaycanı seçki monitorinqi altında olan ölkələr siyahısından çıxarması, həmçinin, bir sıra beynəlxalq təşkilatların respublikamızda keçiriləcək seçkilərin müşahidə edilməsinə lüzum olmadığını bəyan etməsi ölkəmizdə bu sahədə müsbət təcrübənin getdikcə artmasına dəlalət edir. Belə isə, Cəmil Həsənli başda olmaqla qondarma “Milli şura” üzvlərinin diplomatik korpusun təmsilçiləri ilə “seçki strategiyası”nı müzakirə etməsinə nə hacət var? Yaxud burada qondarma qurumun yenə xaricin ətəyindən yapışmaq istəyi aydın görünür.

 
  • Oxunub:  24150  |  
  • Tarix:  30-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

14 Sentyabr 22:45
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14 Sentyabr 22:44
“Meydan TV”ni Parisdə erməni lobbisi maliyyələşdirir - Sübut olundu
14 Sentyabr 22:32
İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
14 Sentyabr 22:16
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14 Sentyabr 22:00
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllının Diyallı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə olub
14 Sentyabr 21:24
Şamaxının Muğanlı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində yeni ev inşa olunub
14 Sentyabr 21:18
Şamaxıda Ulu Öndərin abidəsini ziyarət
14 Sentyabr 21:10
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq
14 Sentyabr 20:53
Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı Cümə məscidini ziyarət edib
14 Sentyabr 20:31
Dənizkənarı Milli Parkda açıq karate seminarı təşkil olunub
14 Sentyabr 20:28
Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışı olub
14 Sentyabr 19:05
İmişlidə yeni məktəb binalarının açılışı olub
14 Sentyabr 18:42
Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib
14 Sentyabr 18:29
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
14 Sentyabr 17:48
Türkiyəli qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib
14 Sentyabr 17:28
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə edilib
14 Sentyabr 17:20
Azərbaycanla Türkiyə gömrük orqanları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb
14 Sentyabr 17:10
Səbail rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
14 Sentyabr 17:06
Polis Akademiyasına qəbul edilmiş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi olub
14 Sentyabr 16:13
Akkan Suver: 1918-ci ildə Bakının işğaldan azad edilməsi bütün türk dünyası üçün böyük hadisədir
14 Sentyabr 15:52
Bədii gimnastika üzrə 37-ci dünya çempionatına halqa və topla hərəkətlərdə təsnifat yarışları ilə start veriləcək
14 Sentyabr 15:08
Azərbaycan Prezidenti meksikalı həmkarını milli bayram münasibətilə təbrik edib
14 Sentyabr 14:56
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 14:36
Nizami Cəfərov: Yeni nəsillərin milli ruhda, dilinə, dininə, mədəniyyətinə sədaqət ruhunda tərbiyə olunması daim diqqət mərkəzində olmalıdır
14 Sentyabr 14:19
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 14:08
YAP nümayəndə heyəti "Bir kəmər - bir yol təşəbbüsü"nün inkişafı mövzusunda Çin Mili Komitəsi yanında Makroiqtisadiyyat İnstitutunun ekəpertləri ilə müzakirələr aparıb
14 Sentyabr 14:05
Yaqub Mahmudov: Ölkəmizdə hər bir sahədə müşahidə olunan inkişaf elm və təhsil sektorunda da nəzərə çarpır
14 Sentyabr 13:52
Prezident İlham Əliyev Latviyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 12:50
İdris İsayev: Bu il 84 məktəb binasının tikintisi başa çatdırılacaq
14 Sentyabr 12:39
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 12:34
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranlarından ibarət nümayəndə heyəti DOST Agentliyində olub
14 Sentyabr 12:32
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 2 il keçir
14 Sentyabr 12:29
Sverdlovsk vilayətinin sahibkarları Azərbaycanda şəhərsalma fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumatlandırılıb
14 Sentyabr 10:59
Türkiyədəki soydaşlarımızın hüquqi statuslarının müəyyən edilməsi istiqamətində işlər görülür
14 Sentyabr 10:57
Sentyabrın 14-ü Ümumdünya İlk Tibbi Yardım Günüdür
14 Sentyabr 10:55
Muriel Peneveyre: Naxçıvan çoxşaxəli iqtisadiyyata malikdir
14 Sentyabr 10:49
Milli Məclisin deputatı Pərvin Kərimzadə Aprel şəhidinin ailəsini ziyarət edib
14 Sentyabr 10:29
Bakıda kölgə iqtisadiyyatına qarşı mübarizə məsələləri müzakirə olunub
14 Sentyabr 10:25
Ərəstü Həbibbəyli: Azərbaycan və Türkiyə arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib
14 Sentyabr 10:24
UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib
14 Sentyabr 10:21
Universitetə yüksək balla daxil olan internat məzunu: Yüksək bal toplayacağıma əmin idim
14 Sentyabr 10:20
Mərkəzi Bank uçot dərəcəsini endirib
14 Sentyabr 10:19
Ermənistan 2 milyard dollar təzminat ödəmək məcburiyyətində qala bilər
14 Sentyabr 10:18
Radikal müxalifət Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edir
14 Sentyabr 10:14
Maksim Qalkin Heydər Əliyev Mərkəzində çıxış edəcək
13 Sentyabr 21:21
İçərişəhərdə “Kiyev-Peçora böyük monastırı. Tarix və müasirlik” adlı sərgi açılıb
13 Sentyabr 21:17
Hesablama Palatasında bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
13 Sentyabr 21:15
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
13 Sentyabr 21:11
MDB ekspertləri ərazilərin sanitariya mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi üzərində işləri davam etdirəcəklər
13 Sentyabr 21:09
Gənclər və İdman nazirinin müavini Sumqayıtda vətəndaşların qəbulunu keçirib
13 Sentyabr 21:05
Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib
13 Sentyabr 21:03
Nikol Paşinyanın avantürist bəyanatları: Ermənistan yeni fəlakətli yolda
13 Sentyabr 21:01
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiyyətli mövqe nümayiş etdirməlidir
13 Sentyabr 20:58
Azərbaycan ilə Rusiyanın Sverdlovsk vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
13 Sentyabr 20:54
İtaliyanın Bolzano şəhərində Azərbaycan xalçalarının sərgisi keçirilir
13 Sentyabr 20:51
YAP Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
13 Sentyabr 20:42
Hikmət Babaoğlu: Rəşid Hacılı azərbaycanlıya yaraşmayan bir hərəkət edib
13 Sentyabr 17:45
Ukrayna və Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Sentyabr 17:41
Əli Əhmədov: Ölkəmizin inkişafı fonunda Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparır
13 Sentyabr 17:33
Azərbaycan təmsilçiləri 7-ci arena polo üzrə dünya kubokuna qələbə ilə başlayıblar
13 Sentyabr 17:32
Akademik Kamal Abdulla Macarıstanın “Zabit Xaçı” ali ordeni ilə təltif olunub
13 Sentyabr 17:24
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
13 Sentyabr 17:22
YAP-ın nümayəndə heyəti Çin səddinə ekskurs ediblər
13 Sentyabr 17:12
Dağlıq Qarabağdan olan gənclərimizlə görüş keçirilib
13 Sentyabr 17:05
Avropa Şurasına üzv ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlıq genişlənir
13 Sentyabr 16:56
Dövlət satınalmaları sahəsində aparılan islahatlar müzakirələr edilib
13 Sentyabr 16:42
Azərbaycan-Rusiya İşgüzar Şurasının qarşıdakı dövrdə fəaliyyət istiqamətlərinə dair müzakirələr aparılıb
13 Sentyabr 16:34
Baş prokuror Qəbələ rayonunda vətəndaşları qəbul edib
13 Sentyabr 16:28
Qax rayonunun kəndlərində iki məktəb binası istifadəyə verilib
13 Sentyabr 16:27
ADPU: elmi şuranın iclasında yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA