Ana səhifə »  Müəlliflər »  Dublyorun faydasız və məntiqsiz çırpınışları...
A+   Yenilə  A-
Dublyorun faydasız və məntiqsiz çırpınışları...
Yazdı: Nurlan Qələndərli

“Ehtiyat oyunçular” skamyasından siyasət meydanına sürülən, lakin elə ilk dəqiqələrdəcə özünü ifşa edən Cəmil Həsənli rolunu necə ifa edəcəyini müəyyənləşdirə bilmir
Anti-Azərbaycan dairələrin “Milli şura” ssenarisinin fonunda ortaya atdığı kosmopolit Rüstəm İbrahimbəyov ümidləri doğrultmadığından gözlər onun missiyasını gerçəkləşdirəcək dublyora - Cəmil Həsənliyə çevrilib. “Ehtiyat oyunçular” skamyasından siyasət meydanına sürülən, lakin elə ilk dəqiqələrdəcə dublyorluq sənətini icra edə bilməyərək özünü ifşa edən, həmçinin, müvafiq ssenarinin iflasına səbəb olan Cəmil Həsənli bu gün olduqca çətin vəziyyətə düşüb. Öncə “Milli şura” filmində dublyorluq missiyasını almaqdan qürur hissi keçirən, hətta bunu özü üçün “ali dərəcəli” vəzifə və ya status kimi qiymətləndirən “tarixçi-alim” hazırda çaşqınlıq içindədir və nə edəcəyini, nə söyləyəcəyini müəyyənləşdirə bilmir.
Dublyorun ziddiyyətli və gülünc məntiqi
Radikal müxalifət mətbuatına müsahibə verən dublyor Cəmil Həsənli qeyd edib ki, “Milli şura”nın yolu əxlaqlı və milli maraqlarımıza uyğun bir siyasətdir. Dublyorun ifadə etdiyi bu fikir, əlbəttə, bir tərəfdən gülüş doğurur, digər tərəfdən isə onun nə qədər qeyri-səmimi olduğunu, ictimai şüuru manipulyasiya etməyə çalışdığını göstərir. Çünki heç kəsə sirr deyil ki, “Milli şura”nın Azərbaycan cəmiyyətinə aidiyyəti yoxdur. Bu qurum, əslində, müəyyən anti-Azərbaycan dairələrin mənafeyinə və burada təmsil olunan ermənipərəst şəxslərin siyasi ambisiyalarına xidmət edir. Yəni, “Milli şura” oyunlarının arxasında məhz anti-Azərbaycan dairələrin sifariş və dəstəyi ilə Azərbaycanda xaos mühiti yaratmaq, ictimai şüura və rəyə neqativ təsir etmək missiyası durur. Məhz bütün bu faktlara rəğmən, dublyor Cəmil Həsənli qondarma qurumun fəaliyyətinin milli maraqlara və ictimai əxlaqa uyğun gəldiyini söyləyir...
Cəmil Həsənlinin xaos və anarxiyaya aparan “yol”u...
Dublyor Cəmil Həsənli ziddiyyətli və gülünc məntiqini davam etdirərək əlavə edib ki, gediləcək bir yol var - Rəsulzadə, Elçibəy yolu. Bu məqamda qeyd etmək lazımdır ki, ictimaiyyətdə narahatlıq və narazılıq yaradan da elə budur. Çünki həm Rəsulzadə, həm də Elçibəy 1-2 ildən artıq hakimiyyətdə qala bilməyib, Bakını tərk etdilər. Biri xarici dövlətin təzyiqlərinə tab gətirməyərək, digəri isə Surət Hüseynovun pressinqi nəticəsində paytaxtdan getdi. R.İbrahimbəyovun dublyoru Cəmil Həsənli də eyni aqibəti yaşamaq istəyirsə, özü bilər. Amma əminliklə və qürur hissi ilə söyləmək olar ki, bu dövlətdə çətin vəziyyətdə hakimiyyətə gələn, nə xarici, nə də daxili təzyiqlərə boyun əymədən dövləti qoruyub-saxlayan Heydər Əliyev yolu da var və xalq yalnız bu yolu gedən İlham Əliyevi dəstəkləyəcək.
Dublyor Cəmil Həsənlinin əməlləri Azərbaycan ictimaiyyətinə bəllidir
Ümumiyyətlə isə Cəmil Həsənli kimdir ki, indi haqq-ədalət carçısı olub, meydana atılıb?! Bir qayda olaraq iqtidar-müxalifət düşərgələri arasında get-gəl edən dublyor Cəmil Həsənlinin daha çox şəxsi maraqlar prizmasından çıxış etməsi o qədər də uzaq olmayan yaxın keçmişimizdə müşahidə olunmuşdu. 2005-ci ilin parlament seçkilərində mandata görə təmsil etdiyi AXCP-ni tərk edən, tərəfdaşlarının xəyanət ittihamı ilə üzləşən Cəmil Həsənli deyildimi? Fərhad Əliyevdən maliyyə vəsaiti alıb, onun müdafiəsini təşkil edən Cəmil Həsənlini bu rüşvətxor və korrupsionerdən fərqləndirən nədir? AXCP-də olduğu dövrlərdə də indiki kimi xalqın rifah halının yaxşılaşdırılmasından, ölkədə insan hüquq və azadlıqlarının pozulmasından danışan Cəmil Həsənli deputat olandan sonra susmağa üstünlük verdi. Bəs millət vəkilinin getdiyi “Rəsulzadə-Elçibəy yolu” harada qalmışdı? İndi də əlinə metrə alıb, sovet dönəminin “zemlomer”ləri kimi torpaq ölçür...
Hərdəmxəyal, istedadsız və təcrübəsiz dublyor
Dublyor Cəmil Həsənli daha da irəli gedərək “Milli şura”nı real güc kimi səciyyələndirir. Görünən odur ki, ona verilmiş ssenaridən əzbərlədiyi hissələri yadında saxlaya bilməyən dublyor hələ də anlamır ki, bu qondama qurumun iflası gerçəkləşib və bu, dağıdıcı düşərgənin, eləcə də, autsayderlərin sonuncu dayanacağı idi. Qondarma “Milli şura”nın son olaraq təşkil etdiyi aksiya da bunu təsdiqlədi. Artıq bu qondarma qurumun keçirdiyi mitinqə 50, yoxsa 100 nəfərin gəlib-gəlmədiyini müzakirə etməyin heç bir mənası yoxdur. Fakt odur ki, radikalların, autsayderlərin antimilli “şura”sı icazəli mitinqdə belə, mövcud olduğunu iddia etdiyi tərəfdarlarını bir araya toplaya bilmədi. Sosial şəbəkələrdə “Milli şura” bayrağı altında dövlətimizə, xalqımıza qarşı qara piar kampaniyası aparanlar meydanda görünmədilər... Dolayısıyla, siyasi palitranın çoxdan yararsızlıq statusu almış autsayderləri özləri üçün mitinq etdilər, fiaskoya düçar oldular... Beləliklə, radikalların “fəallıq” görüntüsü və yaratdığı “vahid namizəd” mifi fiaskoya uğradı. Və bu cür siyasi təşkilatlanma və hazırlıq, yoxa bərabər olan sosial baza bu düşərgənin seçkilərə yox, iflasa getdiyini aşkar etdi... Nəticə yenə də onlar üçün acınacaqlı oldu...
Dublyor hansı rolu ifa edəcəyini anlamayıb
Digər tərəfdən, dublyor onu da qeyd edir ki, Rüstəm İbrahimbəyovun Azərbaycana gələcəyinə ümid bəsləyir. Görünür, dublyor “alim” hələ də siyasi xülyalardadır və real vəziyyətin mahiyyətini dərk edə bilmir. Bu şəxs hələ də anlamır ki, son hadisələrin fonunda İbrahimbəyov mifi bitdi və qondarma “Milli şura”nın iflası gerçəkləşdi. Bu isə ona dəlalət edir ki, Cəmil Həsənli ona verilmiş dublyorluq missiyasının nədən ibarət olduğunu, hansı rolları ifa edəcəyini anlamayıb.
Dublyorun daha bir manipulyasiyası isə ona qarşı “təxribat”ın edilməsi iddiasıdır. Bu iddia Cəmil Həsənlinin nə qədər primitiv təfəkkürə və ziddiyyətli məntiqə malik olduğunu göstərir. Əgər siyasət meydanına gətirilmiş bir şəxs öz əməl və fikirləri ilə heç nəyə nail ola bilmirsə, sonda bu cür təxribat, böhtan və qara piarla gündəmə gəlməyə çalışır. Görünür, bu, dublyorun fəaliyyət prinsipinin əsasını təşkil edir.
Dublyora ümid bəsləyən ümidsiz və çarəsiz qalar...
Yeri gəlmişkən, AXCP sədrinin müavini Həsən Kərimov qeyd edib ki, Cəmil Həsənli yüksək faizlə qalib gələcək. Bu məqamda qeyd etmək lazımdır ki, vaxtilə öz rayonundan deputat seçilə bilməyən adamın R.İbrahimbəyovun dublyoru qismində indi bütün Azərbaycanın səsini qazanması absurddur. 2005-ci ilin parlament seçkilərində “Azadlıq” qəzeti bu gün tərifə mindirdiyi Cəmil Həsənlini biabır və rüsvay edirdi. Hətta parlamentə getdiyi üçün AXCP onu partiya sıralarından da xaric etmişdi. İndi isə eyni qəzet və eyni partiya onun ünvanına olmazın təriflər yağdırır.
Beləliklə, çoxdan iflasa uğramış və siyasi sistemdən silinmiş radikal düşərgə bu gün çaşqınlıq içində olan, primitiv təfəkkürə və ziddiyyətli məntiqə malik bir dublyora ümid bəsləyir. Əslində, anti-Azərbaycan dairələri iflas etmiş dağıdıcı müxalifətin başına bir dublyorun gəlməsini məsləhət görüb və bu, onlara verilən adekvat qiymətdir.

 
  • Oxunub:  25320  |  
  • Tarix:  30-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb

21 Fevral 15:59
Baş nazirin müavini Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşüb
21 Fevral 15:51
Hərbi Akademiyanın yaranmasının 20-ci ildönümü qeyd olunub
21 Fevral 15:38
“Könüllülər Parlamenti”nin plenar iclası keçirilib
21 Fevral 15:35
Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın ikinci iclası keçirilib
21 Fevral 15:32
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab oyunları keçiriləcək
21 Fevral 15:29
Mehdi Abdullayev: İslahatlar idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, əhalinin rifahını daha da yaxşılaşdıracaq
21 Fevral 15:26
Tələbələr karyera qurmağın düzgün istiqamətləri barədə məlumatlandırılıb
21 Fevral 15:12
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibətilə təntənəli mərasim keçirilib
21 Fevral 14:51
Vyanada ATƏT Parlament Assambleyasının 18-ci qış sessiyası işə başlayıb
21 Fevral 14:47
Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib
21 Fevral 14:45
Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırıb
21 Fevral 14:42
Qida Təhlükəsizliyi Agentliyində işə yeni qəbul olunan əməkdaşlarla görüş keçirilib
21 Fevral 14:39
Ekspert: Radikal müxalifətin yalnız aksiya keçirməkdə israr edərək üzərinə heç bir öhdəlik götürmək istəməməsi ölkəni xaosa sürükləmək cəhdidir
21 Fevral 14:33
Bəxtiyar Əliyev: Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir
21 Fevral 14:28
Prezidentin yeni fərmanı ciddi bir sosial məsələnin həlli istiqamətində atılan növbəti addımdır
21 Fevral 14:26
Bu gün futbol üzrə qadınlar arasında 2021-ci il Avropa Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək
21 Fevral 14:22
Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
21 Fevral 14:19
Milli Kitabxanada “21 fevral - Beynəlxalq Ana Dili Günüdür” adlı kitab sərgisi açılıb
21 Fevral 14:17
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi BMT-nin Baş katibinə Xocalıda erməni qoşunları tərəfindən törədilmiş hərbi cinayətlər haqqında məktub göndərib
21 Fevral 14:11
Elmar Məmmədyarov: Azərbaycan Respublikası UNESCO-nun dəyərlərinə və prinsiplərinə sadiqdir
21 Fevral 14:06
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmazda fəaliyyətə başlayıb
21 Fevral 14:01
Bakı Ali Neft Məktəbində xeyriyyə konserti: “Xoşbəxt et, xoşbəxt ol”
21 Fevral 13:57
Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür
21 Fevral 13:50
BDU-da Tvinninq layihəsinin rəhbərləri ilə görüş keçirilib
21 Fevral 12:50
Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib
21 Fevral 12:35
Mübariz Qurbanlı: Xocalı soyqırımını törədənlər bu cinayətə görə cavab verməli olacaqlar
21 Fevral 12:34
Komitə sədri: Xocalı soyqırımı silahsız, dinc Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilib
21 Fevral 12:30
Tvinninq layihəsinin icrasına dair müzakirələr aparılıb
21 Fevral 12:21
Azərbaycan və İsveçrə arasında mədəni sahədə əməkdaşlıq müzakirə olunub
21 Fevral 12:09
Avropa Gənclərinin Yay Olimpiya Festivalının talismanları – Cırtdan və Bəbirin təqdimatı olub
21 Fevral 12:06
Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
21 Fevral 11:58
Dünya Bankının regional direktoru Mersi Tembon: Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk
21 Fevral 11:46
Yeni Azərbaycan Partiyanın mərkəzi qərargahında elektron kitabxana yaradılıb
21 Fevral 11:20
Birinci vitse-prezident Mehriban Əliyevanın əzmkar və geniş fəaliyyətinin təməlində xalqa layiqli xidmət məramı dayanır – Hicran Hüseynova
21 Fevral 11:09
Gənclər milli-mənəvi və dini dəyərlərimizin qorunmasında fəal mövqe tutmalıdırlar
21 Fevral 11:03
Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sistemi təqdim edilib
21 Fevral 10:58
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
21 Fevral 10:53
Sabirabad Sənaye Məhəlləsinin bu ilin ikinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur
21 Fevral 10:47
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının icraçı katibi “ASAN xidmət” mərkəzi ilə tanış olub
21 Fevral 10:40
SOCAR-ın Türkiyədəki investisiya layihələri müzakirə olunub
21 Fevral 10:17
Eduard Matoko: Azərbaycan UNESCO-nun etibarlı tərəfdaşıdır
21 Fevral 10:11
Azərbaycan və Avstriyanı uzun illərdən bəri möhkəm dostluq əlaqələri bağlayır
21 Fevral 10:09
ATƏT PA–nın İpək Yoluna Dəstək Qrupunun Avstriyada keçirdiyi toplantıda mühüm qərarlar qəbul edilib
21 Fevral 10:07
Xarici siyasətdə milli maraqlar: Azərbaycan Prezidentinin dünyaya mesajı
21 Fevral 10:05
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
21 Fevral 09:57
Bakıda “Mənəvi dəyərlərimiz gələcəyimizdir” mövzusunda konfrans keçirilib
21 Fevral 09:55
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Şurasının iclası keçirilib
21 Fevral 09:50
AzMİU-da Karyera sərgisi təşkil olunub
21 Fevral 09:49
Azərbaycan və çeçen xalqları arasında dostluq, qardaşlıq münasibətləri möhkəm təməllərə əsaslanır
21 Fevral 09:49
BSU-nun tələbələri ölkəmizi Çelyabinskdə layiqincə təmsil ediblər
21 Fevral 09:48
Azərbaycan iqtidarının əldə etdiyi hər bir uğur Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir
21 Fevral 09:47
162 saylı məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində 100 nəfər valideynlə görüş keçirilib
21 Fevral 09:46
“UNEC-100” - Strateji idarəetmə
21 Fevral 09:46
ABŞ-dakı yəhudi diasporu Xocalı soyqırımı qurbanlarının xatirəsini anacaq
21 Fevral 09:45
“Nar” 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib
20 Fevral 20:53
Birləşmiş Krallığın Kosmik Agentliyi ilə “Azərkosmos”un əməkdaşlığının perspektivləri müzakirə olunub
20 Fevral 20:51
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20 Fevral 20:48
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclasının kommünikesi qəbul edilib
20 Fevral 20:46
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində görüş keçirilib
20 Fevral 20:44
31-ci Beynəlxalq İnformatika Olimpiadasının yerli və beynəlxalq təşkilat komitələrinin birgə iclası keçirilib
20 Fevral 20:41
Avrokomissar: Azərbaycan qazının yaxın gələcəkdə Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik
20 Fevral 20:40
Xocalı soyqırımı qurbanlarının xatirəsi dünyanın bir çox ölkəsində yad ediləcək
20 Fevral 20:37
“Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub
20 Fevral 20:35
Günter Ottinger: Cənub Qaz Dəhlizi kimi iddialı infrastruktur layihələri çox deyil
20 Fevral 20:32
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarına Azərbaycandakı tolerant mühit barədə məlumat verilib
20 Fevral 20:29
Azərbaycan daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir
20 Fevral 20:28
Brüsseldə ümumavropa Qarabağ mitinqi keçiriləcək
20 Fevral 20:17
Azərbaycan ilə Aİ arasında siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqların növbəti raundu keçirilib
20 Fevral 20:12
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununa dair “Birgə Bəyannamə” imzalanıb
20 Fevral 20:10
Milli Məclisin deputatı Moldovada keçiriləcək parlament seçkilərini müşahidə edəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+8 +11
gecə+2 +5