Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İbrahimbəyov öz “şura”sını, “şura”dakılar isə qoca kinorejissoru məhkəməyə versin!

İbrahimbəyov öz “şura”sını, “şura”dakılar isə qoca kinorejissoru məhkəməyə versin!

30.08.2013 [09:41]

Nurlan Qələndərli

Zorən “vahid namizəd” elan edilmiş Rüstəm İbrahimbəyovun namizədliyindən imtina edilməsi, onun yerinə dublyorun gətirilməsi qoca kinorejissorun isterika və təlaşını artırmaqla yanaşı, “Milli şura”da xaos mühiti yaradıb
Xalqımıza qarşı yönəlmiş təhqiramiz, ermənipərəst fikirlər səsləndirməklə gündəmdə olan, dövlətimizin milli maraqlarına zidd çağırışlar edən, ictimai-siyasi sabitliyin pozulması, xaos mühitinin yaranması üçün çalışan qondarma “Milli şura”nın iflasa düçar olması radikal müxalifət cəbhəsində gərginliyi daha da artırıb. Xüsusilə də zorən “vahid namizəd” elan edilmiş Rüstəm İbrahimbəyovun namizədliyindən imtina edilməsi, onun yerinə dublyorun gətirilməsi qoca kinorejissorun isterika və təlaşını artırıb. Artıq çarəni “günah keçisi” axtarmaqda görən İbrahimbəyov ziddiyyətli və gülünc fikirlər səsləndirməkdə görür.
Qoca kinorejissor MSK-dan öncə “Milli şura”nı məhkəməyə versin
Yeri gəlmişkən, qoca kinorejissor düşdüyü isterik durumun fonunda son olaraq MSK-nın onun namizədliyini qeydə almamasını qanunsuz hesab edib: “MSK bu barədə düzgün qərar çıxarmayıb. Ona görə də, mən onları məhkəməyə verməyə hazırlaşıram”.
Bu məqamda Rüstəm bəyə tövsiyə edərdik ki, məsələnin mənəvi tərəfinə baxsaq, o, gərək MSK-dan öncə “Milli şura”nı məhkəməyə versin. Çünki “şura” MSK-dan əvvəl İbrahimbəyovdan imtina edib. Amma “Milli şura” da Rüstəm bəyi məhkəməyə verə bilər. Çünki o, yalan danışıb, “Milli şura”nı aldadıb.
“Milli şura”da xaos hökm sürür
Onu da qeyd etmək lazımdır ki, bu gün ciddi ziddiyyətlərlə çalxalanan qondamra “Milli şura” daxilində xaos hökm sürür. Bunun üçün sadəcə bir fakta toxunmaq kifayət edir. ACP Ali Məclisinin sədri, “Milli şura”nın üzvü Zəminə Dünyamalıyeva bildirib: “Biz Rüstəm İbrahimbəyovun namizədliyini sona qədər müdafiə etməliydik. “Milli şura”da nə etdilər? MSK-nın qərarından əvvəl Rüstəm İbrahimbəyovdan imtina etdilər. Yəni “Milli şura” üzvləri çox məntiqsiz və cılız qərara səs verdilər”.
Z.Dünyamalıyevanın sözlərinə görə, C.Həsənlinin prezident seçkilərində qalib gələcəyi iddiası reallığı əks etdirmir: “Çünki bu qısa müddətdə heç bir şəxs uğurlu kampaniya apara bilməz. Heç bir ölkədə bu, mümkün olmayıb”.
Görünür, qondarma qurum daxilində olduqca gülünc bir vəziyyət yaranıb: Rəsul Quliyev və onun tərəfdarları deyir ki, dublyor Cəmil Həsənli “Milli şura”nın vahid namizədi olduğuna görə bu qurum bizə lazım deyil, oranı tərk edə bilərik. AXCP və “Müsavat” funksionerləri də ACP nümayəndələrini təhdid edərək bildirirlər ki, “Milli şura”nı tənqid etməyin, əks halda sizi oradan qovacağıq. Beləliklə, hərə bir-birinin bostanına daş atıb, vaxt keçirməklə məşğuldur ki, guya ciddi siyasi fəaliyyət nümayiş etdirirlər görüntüsü yaransın...
İbrahimbəyovun boynundakı kəndir sahibsiz qalıb
Yeri gəlmişkən, kosmopolit, ermənipərəst Rüstəm İbrahimbəyova qarşı etiraz və narazılıqlar davam edir. Belə ki, “EL” hərəkatının Ali Məclisinin sabiq müavini Əflan İbrahimov Rüstəm İbrahimbəyovun onunla bağlı səsləndirdiyi ittihamlara cavab verərək bildirib ki, R.İbrahimbəyovun bir neçə simaya qulluq etdiyi bəlli oldu: “Rüstəm bəy! Məndən fərqli olaraq özünüzə xaricdən dəstək axtarırsınız. Demək sizin ixtiyarınız sizin özünüzdə deyil”.
Ə.İbrahimov deyib ki, xalqın içərisində yaşamayan Rüstəm İbrahimbəyov bu xalq üçün nə yaxşılıq edə bilər axı? Yanlışlıq Rüstəm İbrahimbəyovdadır: “Bu hakimiyyət sənin üçün hər cür şərait yaradıb. Daha bu dövlətdən niyə narazısan? Əslində, Rüstəm İbrahimbəyovun hakimiyyətlə davası mülk, torpaq davasıdır, xalqın mənafeyi deyil. Rüstəm bəy! Bilməliydiniz ki, mənimlə mübarizə aparmaq eldarların, eldənizlərin, əli kərimlilərin işi deyil”.
Şübhəsiz, hər kəsə bəllidir ki, qoca kinorejissorun ipi xarici ölkələrdə müxtəlif siyasi dairələrin əlindədir. Həm də İbrahimbəyovun boynuna ipi zorla bağlamayıblar. Özü kəndiri boynuna bağlayaraq ucunu gah Rusiyada, gah ABŞ-da və Qərb ölkələrindəki dairələrə təqdim edir. Rusiyadakı dairələr isə son vaxtlar onun boğazındakı kəndirdən imtina edib. Ona görə də, İbrahimbəyov və onun “Milli şura”dakı tərəfdarları (xüsusilə E.Namazov) həmin kəndirə sahib çıxılması üçün xarici dövlətlərdə yeni axtarışa başlayıblar.

Paylaş:
Baxılıb: 1299 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30