Ana səhifə »  Müəlliflər »  Rüstəm İbrahimbəyovun “manatlıq şurası”...
A+   Yenilə  A-
Rüstəm İbrahimbəyovun “manatlıq şurası”...
Yazdı: Pərviz Sadayoğlu

Əli hər yerdən üzülən qoca kinorejissor Rüstəm İbrahimbəyov indi də sözün hərfi mənasında artistliyə başlayıb. Bu qoca cəmisi üç ayın içində radikal müxalifət kəsimini əməlli-başlı barmağına doladı. Deməli, may ayında dedi ki, “biz gəlirik” (“Milli şura” adlanan əndirbadilər komandasını nəzərdə tuturdu - P.S.). İyun ayında hamı buna dirənəndə ki, sən mütləq namizəd-filan olmalısan, İbrahimbəyov da eyforiyaya qapılıb bildirdi ki, “mən gəlirəm”. Avqustda isə gəlməyə cəsarəti çatmadığını görüb sakitcə fısıldadı ki, “siz gəlin”... Nəticədə də Tbilisidəki görüş baş tutdu...
İndi də tamaşasının son pərdəsini oynayan ermənipərəst kinorejissor dilənçiliyin mədəni formasını həyata keçirir. Yəni, Rüstəm İbrahimbəyov özünün “bivec şura”sı ilə birgə onları tanımayan, saya salmayan, qəbul etməyən Azərbaycan xalqına dirənib ki, bir manatdan “atışıb” onu və “şurəvilər”in “çulunu sudan çıxarsınlar”.
Məsələn, radikallara yaxın KİV-ə açıqlamasında qoca kinodramaturq deyib: “Azərbaycanda 1 milyon vətəndaş, “Milli şura”nın prezident seçkilərinə namizədi üçün açılacaq hesaba 1 manat köçürsə, bu artıq böyük bir işdir. Mən Azərbaycana hansısa kənar qaynaqlardan maliyyə gəlməsinin tərəfdarı deyiləm. Xüsusən, “Milli şura”nın hesabına xaricdən maliyyə yatırılmasına qarşıyam”.
Hə, artıq necə deyərlər nəinki xoruzun quyruğu, hətta onun pipiyi, qanadı da görünür. Bəlli olur ki, Rüstəm İbrahimbəyov xaricdən aldığı pulları daha üzü bəri yönləndirməyəcək. Bəs necə? “Milli şura” adlanan məğlublar komandası yığılıb bu adamı bihörmət edib, lağlağı obyektinə çevirdilərmi? Çevirdilər. Onunla məzələnib ayın başında “vahid namizəd”, ayın axırında “atdan düşmüş” etdilərmi? Etdilər. İndi bu Rüstəm “tovariş” min bir hoqqa ilə qazandığını niyə Əli Kərimli və ya İsa Qəmbərlə bölüşdürməlidir?
Yeri gəlmişkən, İbrahimbəyovun bir manatlıq psixologiyasının nə qədər çərçivələndiyini elə bu 3-4 cümləlik açıqlamasından rahat görmək mümkündür. Bir manatlıq siyasətçi deyir ki, xaricdən maliyyə yatırılmasına qarşıyam. Bəs bunu niyə özün “vahid namizəd” olanda demirdin? Sərf etmirdi, eləmi? İndi sənə nə düşüb ki, qapı-qapı gəzib yığdığın pulu göndərəsən bu tərəflərə, Arif Hacılı ilə Həsən Kərimov da seçki təbilğat-təşviqatı adı ilə kitabdan-kitaba salıb daran-taraş etsinlər.
İkinci bir tərəfdən, bu bir manatlıq adama deyən gərəkdir ki, ay “tovariş”, sən və ya siz (yəni, hamınız) dünənə qədər xaricdən gələn pulun davasını döymürdünüzmü? Hələ heç nəyə keçməmişdən öncə bir soruşmaq lazımdır ki, sizə verilən, ayıb olmasın, bu 20 milyon nə tez qurtardı? Ay balam, bunun dibi dərya deyil ha... Siz 20 milyonu 5-10 günün içində həzm-rabedən keçirdiniz, indi dilənməyinizdən nə fayda? Necə deyərlər, yeməklə doymayan yalamaqla doyacaqmı?
Amma hər şeyə rəğmən İbrahimbəyovun özünün və “şura”sının qiymətini müəyyənləşdirməsi də yaxşı oldu. Ona pul vermək istəyən “day-dayı”ları da bildilər ki, İbrahimbəyov və onun layihəsi konkret olaraq bir manatlıqdır. Əslində, bu bir manatlıq tək onun deyil, onun başına yığılan, sonra da elə onun başını yeyən “komanda”sının bütövlükdə qiymətidir. Yaddaşlardan silinməyib yəqin ki, bu ilin yanvarında İbrahimbəyovun “mehriban düşməni” İsa Qəmbər də xalqdan beş qəpik istəyirdi. Bu məsələ öz-özlüyündə bir faktı növbəti dəfə isbat edir ki, radikallar xalqa nəsə vermək niyyətində deyillər, əksinə min bir bəhanə ilə xalqın cibinə girib pul qazanmaq sevdasındadırlar.
Əlqərəz, bu bir manatlıq sevdası Rüstəm İbrahimbəyovun və onun ətrafına yığılanların arzularıdır. Siyasəti gah satqınlıq, gah da da reformativ dilənçilikdə görən “əlaçanlar şura”sı artıq buralarda əl açmaq niyyətində deyillərmiş. İndi papaqlarını Londonda qabaqlarına qoyub... Yox, fikirləşməyəcəklər, çünki onlarınkı fikirləşməkdən keçib, sadəcə, kimin qulpundan nə çıxacağını gözləyəcəklər. Məsələn, İsa Qəmbər dostu Manukyan, Rüstəm İbrahimbəyov Balayan vasitəsilə baronnessa Koksdan, Londonda yaşayan Vartan və başqalarından “funt-sterlinq” filan qopartmaq niyyətindədirlər.
Rüstəm və onun yanına toplaşanların Londona üz tutmasının bir səbəbi də var. Rus pulunun dəyəri birjada həddən artıq aşağıdır. İndi dəbdə avro və funt-sterlinqdir. Əşşi, cəhənnəmə, olmayan yerdən dollara da şükür... Deyirəm, Rüstəm “tovariş” düz-qoş eləsəydi, “şura”dakılar Vaşinqtona da baş çəkərdilər...

 
  • Oxunub:  21900  |  
  • Tarix:  31-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ötən 24 ildə “Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişafının əsas mənbəyi rolunda çıxış edib

20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb
12:35
21 Sentyabr
Jalə Əliyeva: Beynəlxalq səviyyəli mədəni tədbirlər Azərbaycan mədəniyyətinin zənginliyini ehtiva edir
12:33
21 Sentyabr
Türkiyəli ekspert: İctimailəşdirilmiş sənədlər erməni millətçiliyinin məğzini göstərdi
12:30
21 Sentyabr
BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanın məruzəsini yekdilliklə qəbul edib
12:18
21 Sentyabr
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir
12:17
21 Sentyabr
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qaxda vətəndaşları qəbul edib
12:08
21 Sentyabr
Oqtay Əsədov: Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb
12:03
21 Sentyabr
Qubalı arıçı: “Təsərrüfatımızın saxlanılmasına çəkdiyimiz xərclərin böyük bir hissəsi dövlət tərəfindən ödəniləcək”
12:00
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyinə həsr olunan təntənəli iclas işini davam etdirir
11:52
21 Sentyabr
Astanada keçirilən Avrasiya Ədəbiyyat Forumunda Azərbaycan da təmsil olunub
11:41
21 Sentyabr
Daşkənddə beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı keçirilən konfransda Azərbaycan nümayəndələri də iştirak edib
11:19
21 Sentyabr
Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb
11:14
21 Sentyabr
Azərbaycanda “bir pəncərə” sistemi kifayət qədər rəğbət və populyarlıq qazanıb
11:08
21 Sentyabr
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
11:06
21 Sentyabr
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
11:01
21 Sentyabr
Gənclər rəqəmsal ekosistem barədə məlumatlandırılıb
11:00
21 Sentyabr
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
10:58
21 Sentyabr
Dünya Həndbol Federasiyasının prezidenti: Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA