Ana səhifə »  Müəlliflər »  Ölkədə qanunçuluğun, hüquq qaydalarının qorunmasına məsuliyyət daşıyan dövlət qurumunun iğtişaşlara çağırış cəhdlərində adı keçən Eldar Namazovu dindirilmələrə dəvət etməsi adi prosedur qaydasıdır və burada hansısa qərəzçilikdən söhbət gedə bilməz
A+   Yenilə  A-
Ölkədə qanunçuluğun, hüquq qaydalarının qorunmasına məsuliyyət daşıyan dövlət qurumunun iğtişaşlara çağırış cəhdlərində adı keçən Eldar Namazovu dindirilmələrə dəvət etməsi adi prosedur qaydasıdır və burada hansısa qərəzçilikdən söhbət gedə bilməz
Yazdı: Mübariz Abdullayev

Radikal müxalifət təmsilçilərinin seçkilər ərəfəsində ilk baxışda cəlbedici görünən adlar altında müxtəlif təşkilatlar yaratmaları təzə hal deyil. Bununla onlar gündəmdə qalmaq, ictimaiyyətin diqqətini çəkmək və daha çox da Azərbaycanda sabitliyin pozulmasında maraqlı olan xaricdəki antimilli dairələrdən yeni-yeni ianələr, qrantlar qoparmaq məqsədi güdürlər. Bu cəhətdən vəzifədən qovulandan sonra yerini radikalların sırasında tapan reneqat Eldar Namazovun yaratdığı və qarşıdan gələn seçkilərə hesablanan qondarma “El” hərəkatı da istisna deyil. 
Bəri başdan deyək ki, reneqatın süni ajiotajla bəyan etdiyi təşkilatı “El” adlandırması kasıbın itinin adını “Gümüş” qoymasına bənzəyir. Yəni, Eldar Namazovun plagiatlıq yolu ilə Rusiyanın siyasi səhnəsindən oğurladığı ideya-”El” hərəkatı saxtadır, Azərbaycan cəmiyyətinin sosial-siyasi sifarişi əsasında yaranmayıb. Təsadüfi deyil ki, reneqat Eldar Namazovun ətrafında böyük canfəşanlıqla hay-küy qoparmasına baxmayaraq, “El” hərəkatı ölkənin siyasi palitrasına heç bir yeni çalar gətirmədi, bir neçə sifarişli məqalə istisna olmaqla yeni qurumla bağlı ictimai müzakirələr aparılmadı və hərəkat elə bəyan edildiyi nöqtədə də qaldı. Hətta Eldar Namazovun başlanğıcda pul və başqa şirnikləndirici vasitələrlə Azərbaycanın bölgələrində AXCP-nin və “Müsavat”ın üzvlərini “El”in sıralarına qatmaq istəməsi də bir nəticə vermədi. Reneqatın yerlərdə pul gücünə özünə elektorat yığmaq cəhdləri radikallar tərəfindən sərt təpki ilə qarşılandı və o, geri çəkildi. Beləliklə, “El” hərəkatı heç bir perspektiv vəd etməyən qurum kimi kağız üzərində qaldı, hətta belə görünürdü ki, reneqat Eldar Namazovun özü də ondan bezib və əlavə başağrısına çevrilən belə bir qurum yaratmağa peşman olub.
Son günlərdə isə reneqat Eldar Namazovun qondarma “El” hərəkatı qurumun Ali Məclisinin sabiq sədr müavini Əflan İbrahimovun geniş rezonans doğuran açıqlamaları ilə gündəmə gəlib. Əflan İbrahimov “El”lə bağlı indiyədək ictimaiyyətdən gizli saxlanılan bir sıra təfərrüatları ortaya qoyub. Onun açıqlamalarından bəlli olur ki, reneqat Eldar Namazov qurumun rəhbəri seçilərkən bir növ hazırın naziri olub. Belə ki, hərəkatı Əflan İbrahimov yaradıb, sadəcə reneqatı hər zaman, hər məsələdə önə itələməyə çalışan Rüstəm İbrahimbəyov burada da onun birinci olmasını həmyerli kimi Əflan İbrahimovdan təkid edib və sonuncu buna qarşı getməyib.
Əflan İbrahimov mətbuata açıqlamalarında və respublika prokurorluğuna müraciətində, həmçinin, “Milli şura”nın qapalı iclasında Eldar Namazovun və qondarma qurumun digər üzvlərinin ölkə paytaxtında iğtişaşlar törətməklə bağlı fikirlər səsləndirmələrini etiraf edib. Onun “El” hərəkatının və “Milli şura”nın təmsilçilərinin iğtişaşlar törətməklə bağlı planlarının üstünü açması radikal düşərgə təmsilçilərini bir növ seytnot vəziyyətinə salıb. Əflan İbrahimovun bəyanatının ardınca “El” hərəkatının ayrı-ayrı rayon təşkilatları da Eldar Namazovla yollarını ayırdıqlarını bildirirlər. “Eldar Namazov təxribatla məşğuldur. İstəyirlər ki, ölkədə qarışıqlıq salsınlar. Biz bu təşkilata üzv olanda bunların niyyətini bilmirdik. Buna görə də, daha bunlardan uzağıq”. Bu sitat “El” hərəkatının Xızı rayon təşkilatının sədri İlham Şahverdiyevin bəyanatından götürülüb.
“El” hərəkatının Ali Məclisinin sabiq sədr müavini Əflan İbrahimovun reneqat Eldar Namazovun və “Milli şura”nın bir sıra başqa üzvlərinin Bakıda iğtişaşlar törətməklə bağlı fikirlər səsləndirmələrini sıradan bir xəbər kimi qarşılamaq mümkün deyil. Əmin-amanlıq, möhkəm daxili sabitlik, vətəndaş həmrəyliyi Azərbaycan cəmiyyətinin çox böyük üstünlüyüdür. Ölkənin hər bir vətəndaşı bununla qürur duyur və radikalların bu sabitliyə xələl vurmaq cəhdlərini qətiyyətlə pisləyir.
Ölkə ictimaiyyətinin bütün sağlam qüvvələrinin narahatlığı təbii qarşılanmalıdır. Azərbaycan cəmiyyəti ötən əsrin 90-cı illərinin əvvəllərində AXC-“Müsavat” iqtidarının hakimiyyəti dövründə ölkədə hökm sürən xaosun, vətəndaş həmrəyliyinin pozulmasının necə böyük, arzuolunmaz fəsadlara səbəb olduğunu yaxşı xatırlayır. İnsanların qəti tələbi belədir ki, radikalların ölkəni yenidən idarəolunmaz iğtişaşlara sürükləmək cəhdlərinin qarşısı ən sərt şəkildə alınmalıdır. Cəmiyyətin narahatlığını əsas tutan respublikanın əlaqədar qurumları Əflan İbrahimovun Bakıda radikallar tərəfindən ehtimal olunan iğtişaşlarla bağlı ifadə etdiyi fikirlərin araşdırılması istiqamətində konkret tədbirlər görməyə başlayıb. Bu tədbirlər çərçivəsində, o cümlədən də, Əflan İbrahimovun məlum açıqlamasında adı keçən Eldar Namazov respublika prokurorluğuna çağrılıb və dindirilib.
Əslində, ölkədə qanunçuluğun, hüquq qaydalarının qorunmasına məsuliyyət daşıyan dövlət qurumunun iğtişaşlara çağırış cəhdlərində adı keçən Eldar Namazovu dindirilmələrə dəvət etməsi adi prosedur qaydasıdır və burada hansısa qərəzçilikdən söhbət açmaq mümkün deyil. Lakin radikallar bu məsələdə də özlərini bir növ “seçilmişlər” kimi aparmağa çalışaraq əsassız vay-şivən qoparırlar. Əflan İbrahimovun məlum açıqlamalarının mürəkkəbi qurumamış təkzib verib “bu adda adam tanımıram” deyən Eldar Namazov keçmiş funksionerinin “El”in toplantılarında onunla birlikdə, çiyin-çiyinə çəkilən fotoları, digər əyani vasitələri mətbuata təqdim edəndən sonra danılmaz fakt qarşısında qaldığına görə, bu xüsusda mətbuata verdiyi açıqlamaların notlarını dəyişib. İndi o daha “Əflan İbrahimov “El”in üzvü olmayıb” demir, iddia edir ki, hakimiyyət onun rəhbəri olduğu hərəkatı təhdid edir. Buna misal kimi də hansısa partiya sədrinin açıqlamasını, Eynulla Fətullayevin məqaləsini, Əflan İbrahimovun ittihamlarını əsas gətirir. Görəsən, “Baş verənlər bizim siyasi fəaliyyətimizi ləkələmək üçün hakimiyyətin həyata keçirdiyi basqıdır”, deyən reneqat Eldar Namazov hansı “siyasi fəaliyyətini” nəzərdə tutur? Bəlkə, o, siyasi fəaliyyət deyəndə özəl məqsədlər naminə Bakı ilə Moskva arasını su yoluna döndərməsini, burada radikal düşərgədə üstün mövqeyə yüksəlməsini təmin etmək məqsədilə ermənipərəst Rüstəm İbrahimbəyovla gizli planlar qurmasını, ABŞ Konqresində keçirilən brifinqdə Azərbaycanın imicinə xələl gətirəcək fikirlər səsləndirməsini, milli-dini azlıqların nümayəndələri ilə separat görüşlərə can atmasını və digər belə məqamları nəzərdə tutur?
Quba və İsmayıllı hadisələri göstərdi ki, müxalifət ərəb ölkələrindəki ssenarilərdən ciddi-cəhdlə yararlanmağa çalışır. Belə siqnalları araşdırmaq hüquq-mühafizə orqanlarının birbaşa vəzifəsidir. İğtişaş planları quranlar qarşısında qanunun sərt üzünü görəcəyini də göz önünə almalıdır.
Azərbaycan müxalifəti Rusiya müxalifəti kimi öz yerini müəyyənləşdirə bilmir. Rusiyada “Bolotnı” meydanının adı ölkə müxalifətinin vəziyyətinə, imkanlarına tam uyğun gəlirdi. Müxalifətin iğtişaş törətmək cəhdinin qarşısı alındı, açılan cinayət işləri də “Bolotnaya işi” adı aldı. Bizim müxalifət də adına layiq yer tapmalıdır. Məsələn, Balaxanı, orada yaxşı zibillik var. Buna görə də, müxalifətə iş açılsa, buna mütləq “Balaxanı zibilliyi işi” adı verilməlidir. “Balaxanı zibilliyi işi” kimi möhtəşəm ad üçün 4 saat dindirilmə nədir ki? Camaat bunun üçün yuxusuz gecələr keçirir.
Yeri gəlmişkən, “El” hərəkatının Ali Məclisinin sabiq sədr müavini Əflan İbrahimov bildirib: “Mən “El” hərəkatından çıxandan bir-iki gün sonra Eldəniz Quliyev mənə zəng elədi ki, Əflan müəllim, sən niyə bəyanatı mənsiz verdin, axı mən də səninlə danışmışdım ki, qurumdan çıxmaq barədə birgə bəyanat verək, niyə sən tələsdin? Mən də dedim ki, siz aparıb bizi “cəbhəçi”lərə bağlayırsınız, Cəmil Həsənliyə səs verirsiniz, hansı ki, 20 ildən yuxarı Əli Kərimlinin müavini olub. Ona görə də, mən də gördüm ki, siz düzgün hərəkət etmirsiniz”.
Ə.İbrahimovun sözlərinə görə, onda Eldəniz Quliyevin narazılığı var idi ki, Eldar Namazov ona az pul verir: “Ancaq indi mən elə şərait yaratdım ki, Eldar Namazov Eldəniz Quliyevi maliyyələşdirsin ki, o da ordan uzaqlaşmasın”.
“El” hərəkatına və “Milli şura”ya gələnlərin bir amalı olub: Eldar Namazov vasitəsilə R.İbrahimbəyovdan pul qopartmaq. Dublyor Cəmil Həsənlinin “Milli şura”nın ehtiyat namizədi seçilənə qədərki dövrdə çoxları R.İbrahimbəyovun pul kisəsindən bəhrələnə bildi. Lakin hazırda R.İbrahimbəyov “Milli şura”da oyundankənar vəziyyətdə qaldığına görə, onun “El” hərəkatına və “Milli şura”nın üzvlərinə pul vermək niyyəti yoxdur. R.İbrahimbəyov “Milli şura” üzvlərinə qapı-qapı düşüb 1 manat dilənmələrini təklif etməklə, dolayısı ilə onlara demək istəyir ki, pul məsələsində ona ümidli olmasınlar, gedib öz başlarına bir çarə tapsınlar.
Yaxşı ki, Hafiz Hacıyev bu məsələlərlə əlaqədar bir söz deməyib, yoxsa Eldar Namazov ağına-bozuna baxmadan sui-qəsddən danışar, özüsayağı daha uca səslə vay-şivən qoparardı. Necə deyərlər, utanmasan, oynamağa nə var ki.

 
  • Oxunub:  22560  |  
  • Tarix:  31-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradılır

22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb
22 Fevral 13:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
22 Fevral 12:58
Səhiyyə naziri Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edib
22 Fevral 12:57
Mirzəcan Xəlilov: Sumqayıtda böyük sənaye müəssisələrinin yaradılması ölkəmizin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırır
22 Fevral 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
22 Fevral 12:26
Tahir Budaqov: Hesablamalara görə, qarşıdakı 2 ayda Azərbaycan əhalisinin sayı 10 milyona çatacaq
22 Fevral 12:21
Fransanın Overny-Ron-Alp regionu ölkəmizlə aqrar sahədə əməkdaşlıqda maraqlıdır
22 Fevral 12:18
Avtomobil yolları işçiləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
22 Fevral 12:15
Türkmənistan rəsmisi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub
22 Fevral 12:14
Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
22 Fevral 12:10
Azərbaycanın kənd təsərrüfatı naziri Fransada işgüzar səfərdədir
22 Fevral 12:07
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlili üçün ev tikilməsi barədə tapşırıq verib
22 Fevral 11:43
Xocalı soyqırımı qurbanlarının xatirəsi Vaşinqtonda yad edilib
22 Fevral 11:23
Teruyuki Katori: Naxçıvan iqtisadi baxımdan azad və öz inkişafını təmin edən bir diyardır
22 Fevral 11:14
Yaponiya səfiri Naxçıvanın tarixi abidələri, sənaye, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub
22 Fevral 10:59
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Madriddə anım mərasimi təşkil edilib
22 Fevral 10:38
İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə müzakirələr aparılıb
22 Fevral 10:13
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
22 Fevral 10:09
ATƏT PA-nın iclasında korrupsiya ilə mübarizədə “ASAN xidmət” modelinin üstünlüklərindən bəhs edilib
22 Fevral 10:08
Bahar Muradova: Sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır
22 Fevral 10:01
Tahir Mirkişili: Xarici müdaxilələr, qonşu ölkəyə qarşı işğalçılıq siyasəti insanların yaşamaq hüququnu məhdudlaşdırır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA