Ana səhifə »  Müəlliflər »  Dublyor Cəmil Həsənli isterika və çaşqınlıq içində...
A+   Yenilə  A-
Dublyor Cəmil Həsənli isterika və çaşqınlıq içində...
Yazdı: Nurlan Qələndərli

“Milli şura”nın vəziyyəti o qədər acınacaqlıdır ki, sədri bilinməyən, üzvü olmayan bir “partiya”nın dəstəyini də özləri üçün fəxr hesab edirlər
Kosmopolit Rüstəm İbrahimbəyov “Milli şura” “filmi”ndə “baş qəhrəman” rolundan kənarlaşdırıldıqından sonra dublyor qismində ssenariyə daxil edilən Cəmil Həsənli isterika və çaşqınlığını gizlədə bilmir. Öncə özünü cəmiyyətə “siyasətçi” kimi təqdim etməyə çalışan, amma iflasa uğrayan dublyor daha sonra fərqli məsələlər ətrafında manipulyasiya etməklə xalqı ittiham etdi, Azərbaycanı xaosa sürükləmək məqsədi daşıyan niyyətlərini ortaya qoydu. Beləliklə, Azərbaycan ictimaiyyətinin nümayəndələri dublyor Cəmil Həsənlinin gerçək üzünü bir daha gördü.
Dublyorun isterikası və siyasi savadsızlığı
Bundan əlavə, dublyor bu gün istinad etdiyi fərqli metodların fayda verməyəcəyini gördüyündən təlaşa qapılıb. Və bu təlaşın təzahürüdür ki, dublyor Cəmil Həsənli sərsəm, heç bir məntiqə sığmayan fikirlərini davam etdirir. Radikal müxalifətə yaxın mətbuat orqanlarından birinə açıqlamasında xalqımızı növbəti dəfə ittiham edən dublyor siyasəti meydan hərəkəti kimi səciyyələndirib. Əlbəttə, bu, dublyorun siyasi savadsızlığını göstərməklə yanaşı, antimilli niyyət və düşüncədə olmasını da əks etdirib.
Cəmil Həsənlinin fəaliyyət prinsipi...
Onu da qeyd etmək lazımdır ki, C.Həsənli mətbuata açıqlamalarında xalqımızla yanaşı, Azərbaycan hakimiyyətini də ittiham edir və faktiki olaraq qara piar kampaniyası aparır. Əslində, bu, dublyora yaraşan bir mövqedir. Çünki əgər siyasət meydanına gətirilmiş bir şəxs öz əməl və fikirləri ilə heç nəyə nail ola bilmirsə, sonda bu cür təxribat, böhtan və qara piarla gündəmə gəlməyə çalışır. Görünür, bu, dublyorun fəaliyyət prinsipinin əsasını təşkil edir.
Radikal müxalifətə yaraşan dublyor
Dublyor Cəmil Həsənlinin daha bir arzusu isə Azərbaycanın AXC-“Müsavat” hakimiyyəti dönəmindəki xaos və anarxiyaya sürüklənməsidir. Mətbuata müsahibəsində daim mitinq və qarşıdurmalardan bəhs edən dublyorun hansı təfəkkürə malik olması aydın görünür. Zatən anti-Azərbaycan dairələrdən bəslənən və qərəzli xarici qüvvələrin maraqlarına xidmət edən radikal müxalifətin fərqli bir təfəkkürdə olan şəxsi namizəd kimi irəli sürməsi, sadəcə, mümkün deyil. Çünki dağıdıcı düşərgədə milli maraq anlayışı yoxdur və korporativ maraqların həyata keçirilməsi onların fəaliyyətində əsas prinsip kimi çıxış edir. Beləliklə, çoxdan iflasa uğramış və siyasi sistemdən silinmiş radikal düşərgə bu gün çaşqınlıq, o cümlədən isterika içində olan, primitiv təfəkkürə və ziddiyyətli məntiqə malik bir dublyora ümid bəsləyir. Əslində, anti-Azərbaycan dairələri iflas etmiş dağıdıcı müxalifətin başına bir dublyorun gəlməsini məsləhət görüb və bu, onlara verilən adekvat qiymətdir.
Dublyorun özü ilə gətirdiyi ziddiyyətlər...
Bir məqama xüsusilə diqqət yetirmək lazımdır ki, dublyorun namizədliyinin irəli sürülməsindən sonra da qondarma “Milli şura”da ziddiyyətlər artıb və düşərgə daxili qarşıdurmaların məngənəsindədir. Belə ki, C.Həsənlinin imzatoplama kampaniyası düşərgə daxilində onsuz da mövcud olan qruplaşmaları yenidən gündəmə gətirib. KXCP imzatoplama kampaniyasından imtina edib. Partiya sədri Mirmahmud Mirəlioğlu qeyd edib ki, Seçki Qərargahlarının işi sıfıra bərabərdir. O, əlavə edib ki, AXCP və “Müsavat” bu kampaniyanı monopoliyaya alıblar.
Siyasi dilənçilik ünvanları axtarışında...
Bu gün isə dublyor Cəmil Həsənli ilə bağlı olan ən böyük problem siyasi dilənçilik ünvanının necə müəyyənləşdirilməsidir. Belə ki, heç bir nüfuza, elektorata, eləcə də xarizma və liderlik keyfiyyətlərinə malik olmayan dublyora bir dəstək nöqtəsi tapmaq lazımdır. Bu isə radikalların qarşısında ən çətin missiya kimi durur. Çünki bu gün hər hansı bir ciddi qüvvənin dublyoru dəstəkləməsi gülünc görünür. Ona görə də, dağıdıcı düşərgə təmsilçiləri yeni dilənçilik ünvanı müəyyənləşdirməyə çalışırlar.
Siyasi autsayderlərə və qeyri-müəyyən qurumlara ümid bəsləyən ümidsiz və çarəsiz qalar
Yeri gəlmişkən, dublyorun meydana atılmasından sonra qondarma qurumun istinad etdiyi taktikalardan biri də siyasi autsayderlərdən, qeyri-müəyyən qurumlardan və heç bir fəaliyyətə malik olmayan subyektlərdən dəstək aldıqlarının nümayiş etdirilməsidir. Son olaraq radikal müxalifət mətbuatlarından biri belə bir informasiya yayıb ki, “Difai” partiyasının siyasi şurası “Milli şura”nın və onun namizədinin dəstəklənməsi ilə bağlı qərar qəbul edib.
Dəhşət! Görəsən, iqtidar bundan sonra nə edəcək? Zatən bütün nəzərlər “Difai”yə tikilmişdi. Seçkilərin nəticələri məhz bu “partiya”nın qəbul edəcəyi “qərar”dan asılı idi. Düzdür, onun sədrinin kimliyi, üzvlərinin sayı hələ ki, bəlli deyil. Amma bu da sirdir. “Milli şura”nın konspirativ əməliyyatlarıdır. Hələ bu harasıdır! “Təkamül” partiyası da “Milli şura”nı dəstəkləsə...
Görünür, cəmiyyətdə heç bir nüfuzu olmayan “Milli şura” qondarma siyasi qurumların ümidinə qalıb. “Milli şura”nın vəziyyəti o qədər acınacaqlıdır ki, sədri bilinməyən, üzvü olmayan bir “partiya”nın dəstəyini də özləri üçün fəxr hesab edirlər. Bu məqamda qeyd etmək lazımdır ki, siyasi autsayderlərə və qeyri-müəyyən qurumlara ümid bəsləyən ümidsiz və çarəsiz qalar.
“Dublyor yolunda 1 manatı əsirgəməyin” dilənçilik kampaniyası “keyfiyyətcə” yeni mərhələyə qədəm qoyur
Zaman keçdikcə radikal düşərgənin dilənçiliyi “keyfiyyətcə” yeni mərhələyə qədəm qoyur. Belə ki, “Müsavat” gənclər təşkilatının üzvləri aksiya keçirərək R.İbrahimbəyovun “1 milyon azərbaycanlıdan C.Həsənliyə 1 manatlıq dəstək” təklifinə öz töhfələrini veriblər. Onlar müvafiq plakatlar hazırlayaraq fotoşəkillərini mətbuatda yayıblar.
Yaxşı ideyadır, amma daha da inkişaf etdirilməsinə ehtiyac var. Məsələn, Hindistan reallıqlarından danışan “Xarabalıq milyonçusu” filmində bir bandanın uşaq dilənçiliyini himayə etməsi praktikasından yararlanmaq olar. Kor, kar, şikəst adamları, qaraçıları (tapılmasa, maskirovka etmək də olar-red.) “Müsavat”a təcili üzv yazdırmaq, sonra isə onları küçələrə çıxarıb “Cəmil Həsənli yolunda”, “Rüstəm İbrahimoviç yolunda” diləndirmək də olar. “Müsavat” gənclər təşkilatının plakatlarını da onların yaxalarından asmaq təklif edilir.
Və süjet xəttinin əsas ideyası: İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov xarici fondlardan, dairələrdən alınan qrantları mənimsəyirlər, sonra da gəncləri dilənçiliyə sürükləyirlər.
Dublyordan “siyasətçi” obrazı yaratmaq cəhdləri başlamadan bitdi
Nəticə etibarilə, riskli səhnələrdən İbrahimbəyovun sığortalanması üçün dublyorluq missiyası verilmiş Cəmil Həsənlidən “siyasətçi” obrazı yaratmaq cəhdləri başlamadan bitdi. Elə ilk dəqiqlərdə verdiyi açıqlamalarla “tarixçi-alim” siyasətçi olmadığını, siyasi yetkinlik və təfəkkürdən yoxsul olduğunu nümayiş etdirdi. Məsələ burasındadır ki, C.Həsənli öz missiyası çərçivəsində yaxşı dublyor da ola bilmədi və anti-Azərbaycan dairələrin “Milli şura”nın timsalında həyata keçirdiyi dublyor taktikasının, bütövlükdə tamaşa ssenarisinin iflası gerçəkləşdi.

 
  • Oxunub:  27480  |  
  • Tarix:  03-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA