Ana səhifə »  Müəlliflər »  “Milli şura”da qarşıdurmalar növbəti mərhələyə qədəm qoyub
A+   Yenilə  A-
“Milli şura”da qarşıdurmalar növbəti mərhələyə qədəm qoyub
Yazdı: Mübariz Abdullayev

Qondarma qurum daxilində AXCP və “Müsavat” “üstün mövqe”də olduqlarını, digər partiyalar isə yedəkdə getmək istəmədiklərini nümayiş etdirirlər
Rüstəm İbrahimbəyovun “Milli şura”sının bəyan edilməsindən ötən hər gün bu qondarma qurumun saxta mahiyyəti, orada müəyyən korporativ maraqların müqabilində cəm olan partiyalar, siyasi qruplar, ayrı-ayrı şəxslər arasında antaqonist xarakter daşıyan ziddiyyətlər daha qabarıq şəkildə özünü göstərir. Belə ki, qurum daxilində AXCP, “Müsavat”, ACP, KXCP, “El” hərəkatı arasında gedən və bir-birlərini, hətta aşağılamaq səviyyəsinədək çatan “vahid namizəd” çəkişmələri hələ yaddaşlardan silinməyib. Məlum olduğu kimi, “Milli şura”nın sədri və birinci “vahid namizəd”i Rüstəm İbrahimbəyov ikili vətəndaşlıq probleminin həllini məqsədli şəkildə yubadaraq özünü seçki prosesindən kənarda qoydu. “Müsavat” başqanı İsa Qəmbər seçkilərdə onu gözləyən acınacaqlı məğlubiyyəti göz önünə gətirərək, necə deyərlər, üzüsulu ikən iddialarından geri çəkildi. “Cəbhəçilər”in Əli Kərimlidən “zorən namizəd” düzəltmək cəhdləri bir nəticə vermədi. “Məni namizəd edin, mütləq və mütləq Bakıya gələrəm” deyən Rəsul Quliyevə, “El” hərəkatının rəhbəri Eldar Namazova etimad göstərilmədi. Beləliklə, radikallar qeyri-müəyyənlikdən yaxa qurtarmaq görüntüsü yaratmaq üçün özlərinə “tarixçi alim” olduğu deyilən Cəmil Həsənlinin timsalında yeni “vahid namizəd” müəyyənləşdirdilər. Bu, həm də AXCP, “Müsavat” və bu qəbildən olan digər partiyalara qarşıdan gələn seçkilərdə onları gözləyən məğlubiyyətin günahlarını başqa birisinin üstünə yıxmaq üçün lazım idi.
Həqiqətən də, 20 ildir ki, radikal düşərgədə bir növ inhisarçılıq yaradan “saqqallı” siyasilərin seçkilərdə “tarixçi alim”in arxasında gizlənmələrini başqa cür qiymətləndirmək mümkün deyil. Belə görünür ki, radikallar nəhayət ki, xalq tərəfindən heç bir dəstəyə malik olmadıqlarını dərk edərək, daha siyasi iddialar nümayiş etdirmək xülyalarından vaz keçiblər və onların “fəaliyyəti” elə düşərgə daxilində gedən mövqe, nüfuz çəkişmələrinə yönəlib. Dublyor Cəmil Həsənlinin yeni “vahid namizəd” müəyyənləşdirilməsi isə düşərgədaxili ziddiyyətlərə, necə deyərlər, yeni rəng qatıb.
Burada söhbət, ilk növbədə ondan gedir ki, “sözünün kəsəri olmayan” Cəmil Həsənlinin “vahid namizəd”liyi şəraitində düşərgə daxilində qarşılarında rəqib görmək istəməyən AXCP və “Müsavat” qondarma qurumda hegemonluqlarını açıq-aşkar başqalarına qəbul etdirməyə çalışırlar. Yəni, əgər vaxtilə hər iki partiya Rüstəm İbrahimbəyovun pul vədlərinə şirniklənərək iddialarını bir qədər pərdələməyə çalışan kimi görünürdülərsə, indi ortada qoca kinodramaturqun nə “ağzınızdan vuraram” zəhmi var, nə də “sizə xaricdən pul gətirəcəyəm” vədləri. Belə olan təqdirdə Əli Kərimli ilə İsa Qəmbərin qurumun daxilində əl-qol açmalarına əngəl ola biləcək hansısa səbəb qalmır. Əgər bir vaxtlar “Milli şura” adına bütün təşəbbüslər Rüstəm İbrahimbəyovun “adamı” və yaxud “prinsi” kimi tanınan Eldar Namazovun dilindən səsləndirilirdisə, indi vəziyyətin tamam dəyişdiyini söyləmək mümkündür. Əli Kərimli ilə İsa Qəmbər Rüstəm İbrahimbəyov dönəmində “böyük-kiçik yeri bilməyən”, özünü “külli ixtiyar sahibi” hesab edən Eldar Namazovu küncə sıxışdırıblar. Artıq AXCP-nin və “Müsavat”ın təmsilçiləri qondarma qurumun digər üzvlərini “yedək partiyalar” gözündə gördüklərini açıq mətnlə dilə gətirirlər. “Cəbhəçilər” və “Müsavat”çılar ayrı-ayrılıqda “Cəmil Həsənli bizim adamdır” deməklə, əslində qarşılıqlı iddialarını “Milli şura” müstəvisinə çıxardıqlarını heç gizlətmirlər. “Müsavat”çılar Cəmil Həsənlinin partiyaya yaxınlığını onunla əsaslandırırlar ki, oyuncaq “vahid namizəd” bu statusda ilk müsahibəsini partiyanın təsir dairəsində olan “Yeni Müsavat” qəzetinə verib. “Cəbhəçi”lərin arqumentləri isə ondan qaynaqlanır ki, yeni “vahid namizəd” AXCP-nin “şinelindən” çıxıb və bu səbəbdən də başqaları ilə müqayisədə bu partiyaya bir köynək daha yaxındır.
AXCP ilə “Müsavat”ın qarşılıqlı ədavət nümayiş etdirmələri isə onların yeni “vahid namizəd”in seçki qərargahının rəhbərliyini bir-birlərinə güzəştə getməmələrində bir daha aydın görünür. Xatırladaq ki, Cəmil Həsənlinin seçki qərargahına AXCP-dən Həsən Kərimov, “Müsavat”dan isə Arif Hacılı rəhbərlik edirlər. Qondarma qurumun oyuncaq “vahid namizəd”inin seçki qərargahına eyni vaxtda iki partiyadan iki rəhbər müəyyənləşdirilməsi, əslində qurum daxilində ciddi etimadsızlıq mühitinin hökm sürdüyünü, AXCP ilə “Müsavat”ın adi bir məsələdə belə qarşılıqlı güzəştə getməyə hazır olmadıqlarını bir daha təsdiqləyir. Siyasi müşahidəçilərin qənaətinə görə, ikibaşlı rəhbərlik qurumun daxilində ədavətin, intriqaların daha kəskin xarakter almasına rəvac verəcək.
Yeri gəlmişkən, qondarma “Milli şura”nın ikibaşlı rəhbərliyi qarşılıqlı ədavət aparmaqla yanaşı, həm də qurumun digər üzvlərinə münasibətdə saymazlıq və etimadsızlıq jesti nümayiş etdirirlər. Onlara qalsa, qondarma qurumun digər təmsilçilərinə heç ağızlarını açıb danışmalarına, fikir ifadə etmələrinə imkan verilməməlidir. Məsələn, AXCP Ali Məclisinin sədri Həsən Kərimov “Milli şura”nın yeni “vahid namizəd”i ilə bağlı fərqli fikir söyləyən ACP funksioneri Zəminə Dünyamalıyevanı ittiham edərək deyib: “Əgər Açıq Cəmiyyət Partiyası, Zəminə Dünyamalıyeva və bu partiyanın digər funksionerləri “Milli şura”da təmsil olunursa, bu qurumun qərarına hörmətlə yanaşmalıdırlar”.
H.Kərimov əlavə edib ki, Zəminə Dünyamalıyevanın Cəmil Həsənli ilə bağlı ittihamlarını qəbul etmir: “Cəmil Həsənli öz çıxışında vurğulayıb ki, Rüstəm İbrahimbəyov “Milli şura”nın “vahid namizəd”idir və sədridir. Bunu bilə-bilə Zəminə Dünyamalıyevanın belə fikir söyləməsi təqdirəlayiq hal deyil. Yaxşı olardı ki, Zəminə Dünyamalıyeva da enerjisini bu məqamda belə məsələlərə yox, Cəmil Həsənlinin seçki kampaniyasına sərf etsin”.
Bu məqamda qeyd edək ki, AXCP funksionerinin ACP ilə ultimativ tonda danışması çox gülməli görünür. Məgər Əli Kərimli və Rəsul Quliyev deyildimi ki, son iki ay ərzində birləşərək İsa Qəmbərə qarşı kəskin təbliğat kampaniyası aparırdılar? Hətta “Müsavat”ın funksionerləri KİV-ə açıq şəkildə bildirirdilər ki, İsa Qəmbərə qarşı hücumların arxasında bu iki şəxsin işbirliyi dayanır. İndi də belə görünür ki, C.Həsənli dublyor olduqdan sonra Ə.Kərimli öz keçmiş müavinini (baxmayaraq ki, vaxtilə onu AXCP-dən qovmuşdu) müdafiə edərək R.Quliyevdən üz döndərir. Amma buna təəccüblənmək də lazım deyil. Çünki öz tərəfdaşlarını güdaza vermək Ə.Kərimlinin köhnə şakəridir.
Bir sözlə, dublyor Cəmil Həsənliyə imzatoplama kampaniyasının AXCP və “Müsavat” partiyaları tərəfindən bir növ inhisara alınması, digər partiyaların bu prosesdən kənarda saxlanılması və yaxud onlara çox az kvota ayrılması qondarma qurumun özlərini “əsas üzvlər” sayan AXCP və “Müsavat” partiyaları ilə birincilərin “yedək partiyalar” adlandırdıqları KXCP, ACP, ALP, “El” hərəkatı arasında əsl narazılıq mənbəyinə çevrilib. Xatırladaq ki, “Milli şura”nın seçki qərargahı “vahid namizəd” üçün imzatoplama kvotasını əsasən AXCP və Müsavat Partiyası arasında bölüşdürüb-hər birinə 21 min imza. Yerdə qalan partiyaların adlarının qarşısına “sıfır imza” işarəsi qoyulub. Qurumun digər üzvlərindən yalnız KXCP-nin və VHP-nin hər birinə 1000 imza yığmaq həvalə olunub.
Bu isə onsuz da normal olmayan qurumdaxili vəziyyəti daha da gərginləşdirib. Belə ki, digər partiyalardan “Milli şura”nın seçki qərargahının (AXCP və Müsavat Partiyasının-red.) qərarına yönəlik sərt açıqlamalar gəlir. Məsələn, bu xüsusda danışan KXCP-nin sədri Mirmahmud Mirəlioğlu seçki qərargahının qərarını “Milli şura”nın dağılmasına yönəlik bir qərar kimi səciyyələndirərək deyib: “Onlara kim bu haqqı tanıyıb ki, KXCP-ni seçki qərargahından kənarda saxlasınlar? Kim haqq tanıyıb ki, bizə iş bölgüsündə və imza vərəqəsində 1000, yaxud başqalarına sıfır yazsınlar?
Biz belə hesab edirik ki, kampaniya başlandı, amma Cəmil Həsənlinin əleyhinə başlandı. Bu seçki qərargahı Cəmil Həsənlinin əleyhinə işləyən seçki qərargahıdır”.
M.Mirəlioğlu Cəmil Həsənlinin seçki qərargahını hədələməkdən də çəkinməyib. O, deyib ki, “bu məsuliyyətli işdir” deyib məsuliyyətsizcəsinə bəyanat vermək onlara baha başa gələcək”.
Mirmahmud Mirəlioğlunun “Milli şura”nın “vahid namizəd”i Cəmil Həsənli üçün imzatoplama kampaniyasında partiyalarına cəmi 1000 imza toplanması ilə bağlı kvota ayrılmasına etiraz etməsinə “Müsavat” başqanının müavini, Cəmil Həsənlinin təşəbbüs qrupunun rəhbəri Gülağa Aslanlı münasibət bildirərək deyib: “Biz çoxlarına, o cümlədən də KXCP rəhbərliyinə müraciət etmişik ki, seçki qərargahında təmsil olunmaq üçün onlarla qərargaha gələrək məsləhətlər aparılmalıdır. KXCP-yə müraciət etdiyimiz şəxslər isə bildiriblər ki, partiyanın sədri burda deyil və o gələndən sonra bu məsələyə baxılacaq. Artıq imza vərəqələri alındı və qanuni şəkildə dolduruldu. Eyni zamanda, KXCP üçün də 1000 imzalıq vərəqələr saxlanıldı. Onların bundan imtinası öz hüquqlarıdır və mən buna hörmətlə yanaşıram”.
Yeri gəlmişkən, KİV-in yazdığına görə, KXCP-də ümumi qənaət bundan ibarətdir ki, imzatoplama kampaniyası dövründə bu partiyanın “Milli şura”dan kənarda saxlanılmasının əsas səbəbkarı Əli Kərimlidir. Mirmahmud Mirəlioğlunun AXCP-dən ayrılaraq KXCP yaratması daim Ə.Kərimli tərəfindən hiddətlə qarşılanır. Buna görə də, o, M.Mirəlioğlunun “Milli şura”da mövqeyinin möhkəmlənməsinə heç vaxt razı ola bilməzdi. M.Mirəlioğlu əvvəlcədən bütün bunları nəzərə almalı və bu gün Ə.Kərimlinin nəzarəti altında olan “Milli şura” oyununda iştirak etməməli idi.
Bu arada ACP-nin sədri Sülhəddin Əkbər də “Milli şura”nın seçki qərargahına iki partiyanın rəhbərlik etməsini qınayıb. “Əslində isə seçki qərargahına bir rəhbərin olması daha doğrudur. İkibaşlı rəhbərliyin nə qədər effektiv olacağını bilmirəm. Seçki qərargahı bir mərkəzdən idarə olunmalıdır və onu hansısa qüvvə öz üzərinə götürməlidir. İşin xarakteri bunu tələb edir”.
Bir sözlə, göründüyü kimi, qondarma “Milli şura”da əsəblər tarıma çəkilib. Qurumda AXCP ilə “Müsavat” “üstün mövqedə” olduqlarını, yerdə qalan partiyalar isə yedəkdə getmək istəmədiklərini nümayiş etdirirlər. Bu isə o deməkdir ki, “Milli şura” ideyası iflasa uğrayıb, ağır xəstəhal qurumu yeni “vahid namizəd” müəyyənləşdirməklə reabilitasiya etmək mümkün olmayacaq.

 
  • Oxunub:  18420  |  
  • Tarix:  03-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ötən 24 ildə “Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişafının əsas mənbəyi rolunda çıxış edib

12:03
21 Sentyabr
Qubalı arıçı: “Təsərrüfatımızın saxlanılmasına çəkdiyimiz xərclərin böyük bir hissəsi dövlət tərəfindən ödəniləcək”
12:00
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyinə həsr olunan təntənəli iclas işini davam etdirir
11:52
21 Sentyabr
Astanada keçirilən Avrasiya Ədəbiyyat Forumunda Azərbaycan da təmsil olunub
11:41
21 Sentyabr
Daşkənddə beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı keçirilən konfransda Azərbaycan nümayəndələri də iştirak edib
11:19
21 Sentyabr
Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb
11:14
21 Sentyabr
Azərbaycanda “bir pəncərə” sistemi kifayət qədər rəğbət və populyarlıq qazanıb
11:08
21 Sentyabr
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
11:06
21 Sentyabr
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
11:01
21 Sentyabr
Gənclər rəqəmsal ekosistem barədə məlumatlandırılıb
11:00
21 Sentyabr
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
10:58
21 Sentyabr
Dünya Həndbol Federasiyasının prezidenti: Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
10:56
21 Sentyabr
Tahir Rzayev: Hazırda Azərbaycan Cənubi Qafqazın lider dövləti statusunu inamla daşıyır
10:25
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilir
10:16
21 Sentyabr
Azərbaycan 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik edəcək
10:14
21 Sentyabr
Almatıda Qazaxıstan-Azərbaycan turizm forumu keçirilib
10:12
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatı davam edir
09:27
21 Sentyabr
Növbəti tədbir “Əsrin müqaviləsi Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir" adlanıb
09:24
21 Sentyabr
Azərbaycan nümayəndə heyəti Qərbi Çin Beynəlxalq Sərgisində iştirak edib
20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+25 +28
gecə+17 +20