Ana səhifə »  Müəlliflər »  Ermənistan Azərbaycanla rəqabətə tab gətirə bilmir
A+   Yenilə  A-
Ermənistan Azərbaycanla rəqabətə tab gətirə bilmir
Yazdı: Nardar Bayramlı

Serj Sarkisyanın Rusiyaya səfəri erməni cəmiyyətində yaranmış gərginliyi səngitməyə xidmət edir
Məlum olduğu kimi, Ermənistanın dövlət başçısı Serj Sarkisyan Rusiyaya səfər edib. Səfər çərçivəsində onun Rusiya prezidenti Vladimir Putinlə görüşündə Ermənistanın Gömrük İttifaqına daxil olması məsələsi müzakirə olunub. Görüşdə, eyni zamanda, Serj Sarkisyanın Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığını davam etdirəcəyi, yaxud da Avropa yoluna üz tutacağı ilə bağlı qərarını şəxsən Vladimir Putinə çatdıracağına dair mülahizələr də səslənirdi. Ən azından bəzi ekspertlər bunun baş verəcəyini ehtimal edirdilər. Sözügedən görüşdə, həmçinin, Cənubi Qafqazda təhlükəsizlik məsələlərinin, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin də müzakirə edildiyi bildirilir.
Xatırladaq ki, avqustun 13-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər etmişdi və bu hadisə Ermənistanda ajiotaj yaratmışdı. Ermənistanın kütləvi informasiya vasitələrində, həmçinin, diaspor mediasında dərc edilən materiallardan aydın olurdu ki, ermənilər Vladimir Putinin Azərbaycana səfərini qısqanclıq hissi ilə qarşılayıblar. Bu xüsusda danışan erməni politoloqlar bir-birlərinin ardınca “strateji müttəfiqin” “düşmən ölkəyə” səfəri” ifadəsini təkrarlayır və bundan dərin narahatlıq hissi keçirdiklərini açıq mətnlə ifadə edirdilər. İddia olunurdu ki, Vladimir Putin ilk regional səfərini “strateji müttəfiqi” olan ölkəyə yox, onun düşməni olan ölkəyə etdi. Erməni qəzetləri yazırdı ki, Vladimir Putinin Bakıya səfərinin səbəbi regiondakı yeni reallıqlardan və Rusiyanın yeni statusundan xəbər verir. “Rusiya prezidenti Azərbaycana enerji, iqtisadi və siyasi maraqlar üzündən getdi”- deyə, Ermənistan KİV-ləri hay-küy qaldırırdılar.
İşğalçı ölkənin mətbuatında, həmçinin, V.Putinin Bakıya səfəri Ermənistanın təhlükəsizliyinə ciddi təhdid”, “böyük, zəngin Rusiyanın kiçik, kasıb Ermənistana meydan oxuması” kimi dəyərləndirilirdi. Ermənilər məyusluqla bildirirdilər ki, hazırki mərhələdə Serj Sarkisyanın Vladimir Putini dəfələrlə Ermənistana dəvət etməsinə baxmayaraq, o, Bakıya səfər etdi. Bu, ənənənin gələcəkdə də təkrarlana biləcəyi ilə bağlı Ermənistana aydın siqnaldır.
Yeri gəlmişkən, məyusluq içində olan ermənilər öz xislətlərinə uyğun tərzdə Rusiyaya yönəlik ittihamlar səsləndirməkdən də qalmırlar. Məsələn, “Lragir” qəzetində dərc olunan məqalədə vurğulanır ki, Rusiyanın Ermənistanla xeyli problemi var. Moskvanın addımları son vaxtlar Ermənistanda mənfi əks-səda doğurub: “Ermənistanda Rusiyaya qarşı münasibət hələ müsbət olsa da, tendensiyalar ondan xəbər verir ki, yaxın illərdə bu balans dəyişə bilər. Çünki Ermənistanda get-gedə daha çox adam başa düşür ki, Moskvanın siyasəti Ermənistanda çoxlu problem - risklər və çağırışlar yaradır. Bu tendensiyanı Rusiya da görür, amma Moskva Ermənistan üçün yalnız problem yaradan siyasətini davam etdirir”.
Beləliklə, Rusiya prezidentinin Azərbaycana səfərinin Ermənistan cəmiyyətində çaşqınlıq və məyusluq yaratması elə ilk baxışdan anlaşılandır. Çünki Cənubi Qafqazın çox kasıb ölkəsi hər mənada Rusiyaya qucaq açıb, onun forpostuna çevrilib. Ölkənin iqtisadiyyatı, infrastrukturu bütünlüklə Rusiyadan asılı vəziyyətdədir. Bütün bunların fonunda Vladimir Putinin prezident kürsüsünə qayıdışından sonra Cənubi Qafqazda ilk səfərini Azərbaycana reallaşdırması ermənilər üçün bir paradoks idi.
Amma öz növbəsində V.Putinin Azərbaycana səfəri bir çox mənalarda böyük önəm daşıyırdı. Qeyd etmək lazımdır ki, Azərbaycanla Rusiya arasında qarşılıqlı-faydalı münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də tərəflər arasındakı sıx təmaslar və bunun fonunda əməkdaşlığın müxtəlif sahələrində mütəmadi inkişaf dinamikasının qeydə alınmasıdır. Eyni zamanda, hər iki ölkəni təmsil edən ayrı-ayrı institutlar sıx əməkdaşlıq əlaqələrinə malikdirlər ki, bu da bütövlükdə münasibətlərin inkişafına təkan verən mühüm faktor qismində çıxış etməkdədir. Həmçinin, ən yüksək səviyyəli rəsmi səfərlərin həyata keçirilməsi də strateji əhəmiyyət kəsb edən münasibətlərin inkişafı baxımından xüsusi önəm daşımaqdadır. Avqust ayının 13-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə səfəri də bu baxımdan xüsusi əhəmiyyət kəsb edən hal kimi dəyərləndirilməlidir. Səfər çərçivəsində bir sıra sahələri əhatə edən qarşılıqlı-faydalı əməkdaşlığa dair müqavilələrin imzalanması münasibətlərin dinamik inkişaf tempi ilə davam etdirildiyini göstərir.
Bəzi ekspertlərin qənaətinə görə, bütün bunların fonunda Ermənistan prezidentinin Rusiyaya səfəri məhz bu məsələ ilə bağlı erməni cəmiyyətində yaranmış gərginliyi səngitməyə yönəlib. Məlumdur ki, son vaxtlar Ermənistanda daxili ictimai-siyasi vəziyyət yenidən gərginləşib, insanlar sosial problemlərlə əlaqədar ciddi şəkildə etiraz edirlər. Ermənistan hakimiyyətinin güvəndiyi Rusiyanı dövlət başçısının regionda ilk səfərini Azərbaycana etməsi isə erməni cəmiyyətində etirazları daha da artırdı. Bu mənada S.Sarkisyanın Rusiya prezidentinin hüzuruna getməsi erməni cəmiyyətini sakitləşdirmək istəyi ilə yanaşı V.Putindən vəziyyətdən çıxmaq üçün dəstək almaq məqsədi də daşıyır. Bununla da, Vladimir Putinin Azərbaycana səfərindən sonra Ermənistan siyasi depressiyadan çıxmağa çalışır. Amma görünən odur ki, Ermənistan Azərbaycanla hər hansı cəhətdən rəqabət aparmaq iqtidarında deyil.

 
  • Oxunub:  24330  |  
  • Tarix:  04-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA