Ana səhifə »  Müəlliflər »  Siyasi “dublyor”un yeni macəraları...
A+   Yenilə  A-
Siyasi “dublyor”un yeni macəraları...
Yazdı: Pərviz Sadayoğlu

Seçki dövrünün ən anormal qurumu “Milli şura”, ən gülünc personajları isə İbrahimbəyov və onun dublyoru Həsənlidir
Xəbər verildiyi kimi, radikal müxalifət düşərgəsinin “Milli şura”sında yenidən vəziyyət kritik həddə çatıb. Belə ki, Müsavat Partiyası və AXCP-nin imzatoplama kampaniyasında digər partiyaları prosesdən kənarda saxlaması qurum daxilində ikitirəlik yaradıb. Bu mənada artıq “Milli şura” “müxalifətin ümumi birliyi” görüntüsündən çıxaraq yenidən “AXCP-Müsavat birliyi” şəklini alıb. Bu isə onsuz da heç bir şeyə ümid etməyən, seçkilərdə şansı sıfır kimi dəyərləndirilən müxalifətin durumunu daha da acınacaqlı vəziyyətə salıb.
Bu, İsa Qəmbər-Əli Kərimli ittifaqının “dublyor namizəd” oyununa gedərək yenidən seçkilərdə radikal düşərgənin mövqeyini öz istismarı altına almaq cəhdindən qaynaqlanır. Rüstəm İbrahimbəyovun hüquqi prosedurları yerinə yetirə bilməmə səbəbindən seçkidən kənarda qalması və onun yerinə Cəmil Həsənlinin “Milli şura”da vahid namizədə çevrilməsi ən çox məhz adıçəkilən şəxslərin maraqlarının təntənəsi hesab edilməlidir. Azərbaycan xalqının isə onlara münasibəti bəllidir. Belə ki, bir neçə ay öncə hay-qışqırıq sala-sala “müxalifətin böyük birliyindən” dəm vuranlar yenə də köhnə hamam, köhnə tasları ilə baş-başa qalıblar. Cəmil Həsənlinin ətrafında yenə də bir ovuc marginal qrup yer alır ki, bu insanların xalqa, dövlətə münasibətləri bəllidir. Hər zaman antimilli layihələrdə ön sıralarda yer alan bu şəxslər yenə də öz maddi maraqlarını təmin etməkdən yana bu siyasi oyunları oynayır, guya seçkiyə hazırlıq prosesi ilə məşğul olduqları görüntüsü yaratmağa çalışırlar.
Amma Azərbaycan cəmiyyəti bu deqradasiyaya uğramış qrupun kimliyini artıq bilir. Onlar gözdən düşüblər və bu qrup sadəcə maddi maraqlar üçün əsir-yesir olub, xarici antimilli qüvvələrin sifarişlərini yerinə yetirir. Rüstəm İbrahimbəyovun “şura”nın vahid namizədliyindən kənarlaşdırılması ilə isə onların əli-qolu əməlli-başlı açılıb. Məsələn, KXCP, ALP, ACP kimi partiyaların küsdürülərək “şura”nın fəaliyyətindən kənarda saxlanılması, nəzərdə tutulan London səfərinə yalnız AXCP və “Müsavat” təmsilçilərinin daxil edilməsi göstərir ki, İsa Qəmbər və Əli Kərimli xarici qüvvələrdən aldıqları pulları kimsə ilə bölmək fikrində deyillər. Onlar sadəcə, məğlubiyyətə məhkum olduqları bu seçkidə Cəmil Həsənlidən yem kimi istifadə etməyə çalışırlar.
Əslində, bu gün baş verənlər, ümumilikdə “Milli şura”nın bu seçkilərdə nəyəsə ümidli olmadığını açıq-aşkar nümayiş etdirir. Şuranın prezident seçkilərindəki namizədi Cəmil Həsənlinin müxalifət KİV-lərinə verdiyi açıqlamalar bir daha göstərir ki, onların məqsədi fərqlidir.
Məsələn, C.Həsənli “bu seçki kampaniyasını əsasən öz dəyərlərimizi əsas götürərək aparmaq niyyətindəyik” deməklə özünü mücərrəd bir labirintə salır. O baxımdan ki, C.Həsənlini əhatəyə alan insanların hansı dəyərlərə malik olması bu gün Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Heç uzağa getməyək, “Ziyalılar forumu”nda bir yerdə təmsil olunduğu Əkrəm Naibovun dəyərlərinəmi söykənmək niyyətindədir? Və ya yerini “devr” aldığı Rüstəm İbrahimbəyovun içindəki erməni sevgisini özlərinə əsas aparıcı xətt seçiblər? Görünən budur ki, “Milli şura”da bəzi insanların əlində “kukla namizəd” rolunu oynayan Cəmil Həsənli hələ də özü öz yolunu müəyyənləşdirməyib.
Bundan başqa, Cəmil Həsənli mətbuata müsahibəsində özünün “dublyor” olmasını gizlətməyə çalışsa da, buna nail ola bilmir. O, müsahibəsində deyib ki, “mənim prezidentliyə namizədliyim “Milli şura” ilə bağlıdır. Bu məsələ “Milli şura”nın sessiyasında müzakirə olunaraq qəbul edilib”.
Amma prosesin gedişatı heç də Cəmil Həsənlinin dediklərini təsdiqləmir. Nəzərə almaq lazımdır ki, son ana qədər Cəmil Həsənli özü namizəd olmanın əleyhinə idi. Müzakirəyə qaldıqda isə, ACP-nin bu iclasda zalı tərk etməsi və başqa olaylar “birmənalı razılığın dərəcəsindən” xəbər verir.
Cəmil Həsənli “Milli şura”da narazılıqların olması haqda məlumatların yayılmasına isə belə münasibət bildirib: “Milli şura”da təmsil olunan bütün partiyalar, ictimai təşkilatlar, hərəkatlar, müstəqil şəxslər seçki qərargahının sentyabrın 2-də keçirilən toplantısında iştirak edirdilər. Hətta “Milli şura”nın üzvü olmayan nüfuzlu şəxslər də toplantıya qatılmışdılar. “Milli şura”da heç bir narazılıq yoxdur. Bütün partiya, hərəkat liderlərinin toplantıya qatılması elə bir narazılığın olmadığının göstəricisidir”.
Göründüyü kimi, Cəmil Həsənli “Milli şura”nın monolit birliyindən dəm vurur. “Şura”da söz sahiblərindən biri olan KXCP-nin sədri Mirmahmud Mirəlioğlu isə qurumda onları “düşmən” hesab edənlərin olduğunu bildirir: “Milli şura”nın ilk vahid namizədi yalnız bir neçə gün ərzində bu statusda qaldı. Sonra situasiya dəyişdi və yeni vahid namizəd oldu. Proseslərin sonrakı mərhələsində isə bəlli oldu ki, sən demə bu vahid namizədi heç də hamı “Milli şura”nın vahid namizədi kimi görmürmüş. Bəzi qüvvələr onu cəmi iki partiyanın vahid namizədi kimi görürmüş. Bizim haqqımızda məlum qüvvələrin nə düşündükləri, hansı qənaətə gəldikləri onların öz məsələsidir. Dünən daha ağrılı bir münasibət sərgilədilər. Hətta “daxili düşmən” ifadəsini işlətdilər. Onlar “daxili düşmən” deyə xitab edirlər”.
M.Mirəlioğlunun bu sözləri Cəmil Həsənlini təkzib etmək üçün kifayət edər.
Əslində, Cəmil Həsənli yəqin ki, İsa Qəmbərlə Əli Kərimlinin ortaq layihəsi olmasını deməkdən ya çəkinir, ya da utanır. Çünki müsahibəsinin bir yerində İsa Qəmbərə dərs dediyini söyləyir və sonrasında öz şagirdinin oyununda “dublyor” olmasını etiraf etməsi onun üçün çətin olardı yəqin ki...
Cəmil Həsənli sözügedən müsahibəsində “Milli şura”nın tərtib etdiyi bir sənəddən-öhdəliklər toplusundan bəhs açır. Həmin öhdəliklərin hansı dairələr qarşısında götürülməsi daha maraqlı məsələdir. C.Həsənli nə qədər boynundan atmaq istəsə də, bu layihənin sifarişçisi olanların cızdığı xəttdən kənara çıxma imkanına malik olmadığını növbəti dəfə nümayiş etdirir.
C.Həsənli bildirir ki, guya “partiyalar o qədər səmimi şəkildə bu birlik modelinə qoşulublar, özlərinin partiya maraqlarını bütövlükdə milli maraqların arxasına keçiriblər ki, bu, Azərbaycan müxalifətinin son illər qazandığı ən ciddi sosial-mənəvi dəyər kimi qiymətləndirilə bilər”. Əslində, C.Həsənlinin danışdıqlarındakı qeyri-səmimiliyi, yalanı ifşa etmək üçün uzağa getmək lazım deyil. Elə həmin müxalifət qəzetlərinin səhifəsində “Milli şura”da təmsil olunan partiyaların bir-biriləri ilə necə didişdiklərinin şahidi olmaq mümkündür. Bu gün AXCP funksionerləri ilə “müsavatçı”ların arasında sosial şəbəkələrdə hətta təhqir sferasındakı mübarizə kənardan ikrah hissi ilə izlənilir. ACP-nin “şura”da təmsil olunan partiyalara qarşı açıq antipatiyası, o cümlədən, KXCP-nin üzvlərinin Cəmil Həsənliyə imza verməmələri, partiya rəhbərliyinin “ultimatum” xarakterli bəyanatları onların “səmimi birliyi” görüntüsünü yerlə-yeksan edir.
Cəmil Həsənli müsahibəsində mətbuatın onu hədəfə götürməsindən şikayətlənib: “Mən Azərbaycan mediasına diqqət yetirməyinizi istəyirəm. 19 namizədin heç biri haqqında mətbuatda ciddi bir şey tapmaq mümkün deyil. Medianın diqqəti yalnız “Milli şura”nın namizədindədir. Avqustun 23-də “Milli şura” vahid namizədi ilə bağlı yenidən qərar qəbul edəndən sonra bütün iqtidar və iqtidara yaxın hesab olunan mətbuat orqanlarında çox əcaib yanaşmalar, yalan, böhtan görmək mümkündür. Medianın başladığı bu kampaniya onu sübut edir ki, hakimiyyətin əsas rəqib kimi gördüyü qüvvə “Milli şura”dır. Seçki prosesində hakimiyyətin hədəfi “Milli şura” olacaq”.
Gözləntilərlə reallıq düz gəlməyəndə məyusluq yaranır. Cəmil Həsənli gözləyirmiş ki, dublyor olan kimi bütün Azərbaycan mediası, o cümlədən, müxalifətə aid olmayanlar belə onu tərifləməklə məşğul olacaqlar. Lakin əksini gördükdə yamanca dilxor olub və bunu gizlətmir də. İndi ortaya belə bir məsələ çıxır. Nə qədər vaxtdır ki, xüsusilə də 2010-cu il parlament seçkilərindən sonra Cəmil Həsənli hakimiyyəti asıb-kəsir. Amma iqtidar tərəfdən onun dediklərinə dözümlü yanaşıblar və heç ona cavab da verməyiblər. Özü isə bir balaca tənqid olunan kimi tab gətirmir, narazılığını bildirir.
Bu mətbuat belədir də, həmişə ilişməyə yer axtarır, kim zəifdirsə, onun damarını tutur, ağ yuyub qara sərir. Məqsəd də odur ki, cəmiyyət kimin kim olduğunu, nəyin harada durduğunu görsün və münasibətini ortaya qoysun. İndi mətbuatın günahı deyil ki, seçki dövrünün ən anormal qurumu “Milli şura”, ən gülünc personajları isə İbrahimbəyov və onun dublyoru Həsənlidir.

 
  • Oxunub:  22740  |  
  • Tarix:  04-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar
20 Mart 11:51
İsveçrədə Novruz bayramı sevinci yaşanıb
20 Mart 11:49
Prezident: Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir
20 Mart 11:45
“İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub
20 Mart 11:43
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20 Mart 11:40
“Azərxalça”nın filiallarında Novruz şənlikləri keçirilib
20 Mart 11:37
Prezident: Cənub Qaz Dəhlizinin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək
20 Mart 11:36
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20 Mart 11:34
Novruz bayramı - ortaq mənəvi dəyər kimi
20 Mart 11:33
Prezident İlham Əliyev: Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub
20 Mart 11:31
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bayram tədbiri keçirilib
20 Mart 11:29
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki
20 Mart 11:15
Baş nazirin müavini Əli Əhmədov Bilgəhdəki sosial xidmət müəssisəsində keçirilən bayram tədbirində iştirak edib
20 Mart 11:14
Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodli Kitabxanasının yaradıcısının şərəfinə təşkil edilən təntənəli qəbulda iştirak edib
20 Mart 11:13
Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri keçirilib
20 Mart 11:12
Əli Həsənov: Bob Woodwardın “Fear: Trump in the White House” kitabında yayılan məlumat yalan və saxtadır
20 Mart 11:12
“Araşdırmaq lazımdır ki, burada yanğın törətmə əməli olub, ya yox”
20 Mart 11:11
Bundestaqda Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri ilə bağlı növbəti simpozium keçirilib
20 Mart 11:09
Əli Əhmədov: Əfv Sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin daha bir nümunəsidir
20 Mart 11:08
Baş nazirin müavini: Hökumətin imkanları artdıqca Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi istiqamətində addımlar atacaq
20 Mart 11:07
Ağsaqqallar Şurasının sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
20 Mart 11:05
Azərbaycan heç bir qüvvənin diktəsi ilə hərəkət etmir, tam müstəqil siyasət həyata keçirir
20 Mart 11:04
Berlində keçirilən görüşlərdə Azərbaycan-Almaniya əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb
20 Mart 11:03
Filip Qotye: Azərbaycanın Birinci vitse-prezidentinin Fransa səfəri ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək
20 Mart 11:02
Hərbi Prokurorluğun rəhbər işçilərinin iştirakı ilə Novruz bayramı münasibətilə tədbirlər davam etdirilir
20 Mart 11:01
Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
20 Mart 11:00
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib
20 Mart 10:59
Bolqarıstanın Kırcali şəhərində Novruz bayramı qeyd olunub
20 Mart 10:59
Akademik Telman Əliyev: UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik
20 Mart 10:58
ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib
20 Mart 10:57
Novruz bayramı Sofiyada təntənəli şəkildə qeyd olunub
20 Mart 10:56
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Bolqarıstanda mühüm görüşlər keçirib
20 Mart 10:55
Gədəbəy rayonunda N saylı hərbi hissədə Novruz bayramı münasibətilə tədbir keçirilib
20 Mart 10:54
Misirdə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
20 Mart 10:53
Baş Prokurorluqda könüllülərlə görüş keçirilib
20 Mart 10:52
Ölkəmizdə tütünçülüyün inkişafına dövlət tərəfindən yüksək dəstək göstərilir
20 Mart 10:51
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır
20 Mart 10:50
Novruz bayramı münasibətilə Bakıda ümumxalq şənliyi təşkil olunub
20 Mart 10:49
Amerika Analitik Mərkəzi Prezident Əliyevin yüzlərlə məhkumun əfv edilməsi haqqında Sərəncamını alqışlayır
20 Mart 10:47
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
20 Mart 10:46
“Azərsu” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
20 Mart 10:46
“Nar” abunəçiləri üçün Novruz kampaniyası!

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +6