Ana səhifə »  Müəlliflər »  İbrahimbəyov üçün Vətən - yaxşı kampaniya, babat çaxır və iki şiş donuz ətidir
A+   Yenilə  A-
İbrahimbəyov üçün Vətən - yaxşı kampaniya, babat çaxır və iki şiş donuz ətidir
Yazdı: Mübariz Abdullayev

“Azərbaycana qayıtmağımın mənası yoxdur” deyən Rüstəm İbrahimbəyovun ümumiyyətlə, siyasətə gəlməyinin mənası var idimi?
Son bir neçə ayda radikal müxalifət düşərgəsi “Rüstəm İbrahimbəyov” sindromunun girovuna çevrildi, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Bu gün qoca kinodramaturqun ideya müəllifliyi ilə gündəmə gətirilən “Milli şura”da cəm olan digər partiyaları demirik, son 20 ildə özlərini radikal düşərgənin əsas güc mərkəzləri hesab edən AXCP, “Müsavat” təmsilçiləri də siyasi iddialarını Rüstəm İbrahimbəyovun vədlərinə qurban verərək onu özlərinə öndəgedən seçdilər. Təxminən 20 illik müxalifətçilik “təcrübəsinə” malik Əli Kərimlinin, İsa Qəmbərin, bu sıraya bir qədər gec qoşulan reneqat Eldar Namazovun, lap elə okeanın o tayından radikallara mesajlar ünvanlamağı özüsayağı siyasətçilik sayan Rəsul Quliyevin qoca kinodramaturqun felinə uymaqla necə bir siyasi səbatsızlıq, diletantlıq nümayiş etdirmələri başqa bir söhbətin mövzusudur. Bəs qoca kinodramaturq necə “siyasətçi” oldu və yaxud onu yeni ampluada görünməyə vadar edən səbəblər hansılardır?
Həqiqətən də, qoca kinodramaturqun ahıl yaşında “siyasətçiyə” çevrilməsi çox qəfil baş verdi. Təəccübə səbəb olan, suallar doğuran təkcə Rüstəm İbrahimbəyovun sənəti və yaxud, necə deyərlər, yaş senzi məsələsi deyildi. İş burasındadır ki, qoca kinodramaturq hər dəfə ona siyasətlə bağlı suallar ünvanlananda cavab verməkdən yayınırdı. “Mən də özümü siyasətdə görmürəm. Bu barədə mənə çox sual verilir. Mən də həmişə demişəm ki, siyasətdən uzağam”. Bu sözlər indi qarşıdan gələn seçkilərlə bağlı iddialarını hələ də dilə gətirən, MSK-da namizədliyi təsdiqlənmədiyinə görə məhkəmələrə üz tutan və “Milli şura”nın sədri statusunu qiyabi daşıyan Rüstəm İbrahimbəyovun vaxtilə mətbuata verdiyi müsahibəsindən götürülüb.
Əlbəttə, Rüstəm İbrahimbəyovun saç-saqqalının ağarmış vaxtında siyasətdə “zühr” etməsi də səbəbsiz deyildi. Qoca kinodramaturq əvvəllər yalnız ara-sıra çəkdiyi filmlərlə gündəmə gəlirdisə, son dövrlərdə həm də dövlətin ayırdığı maliyyə vəsaiti hesabına Bakıda təşkil etdiyi “Şərq-Qərb” kinofestivalı və bir də hər birimiz üçün müqəddəs sayılan məkanda-Şəhidlər Xiyabanının ətəyində tikinti işləri aparmaq istəyi ilə diqqəti cəlb edirdi. Elə bu iki amil də qoca kinodramaturqun tale yolunu dəyişərək onu “siyasətçiyə” çevirdi.
Tezliklə, Rüstəm İbrahimbəyovun “Şərq-Qərb” festivalı üçün ayrılan vəsaitləri şübhəli təyinatlara yönəltməsi, vergi cinayətlərinə yol verməsi ilə bağlı məlumatlar üzə çıxdı. Həmçinin, onun xaricdəki erməni əsilli iş adamlarının maliyyə yardımı ilə Şəhidlər Xiyabanının ərazisində əyləncə obyekti tikdirmək istəyinin qarşısı alındı. Buna qədər həmişə qarşısında yaşıl işıq görən qoca kinodramaturq ona etiraz edilməsini, həddinin göstərilməsini həzm edə bilmədi. O, kimlərdənsə qisas almağın, ələlxüsus da üstü açılan iqtisadi xarakterli cinayətlərinin məsuliyyətindən yayınmağın ən asan yolunu siyasətə gəlməkdə, özünü radikalların sırasına qatmaqda gördü.
“Siyasətçi” Rüstəm İbrahimbəyov radikalların sıralarında çox tez məşhurlaşdı və yaxud asanlıqla diqqəti özünə çəkə bildi. Əlbəttə, bu, ilk növbədə radikal düşərgə təmsilçilərinin siyasətə yalnız şəxsi maraq prizmasından baxdıqlarına görə baş verdi. Radikalların xislətini, pula hərisliyini yaxşı bilən qoca kinodramaturq çox məharətlə özündən onların arzuladıqları “qəhrəman” obrazını yarada bildi: Xaricdə məni tanıyırlar, müəyyən dairələrlə əlaqələrim var, müxalifət adı ilə onlardan çoxlu pul toplaya bilərəm və s.
Bu vədlərdən sonra radikallar daha nəyi gözləməli idilər? Necə deyərlər, istədiyin yar idi, onu da yetirdi pərvərdigar. Beləcə, AXCP, “Müsavat”, ACP, ALP kimi partiyaların, “El” hərəkatının təmsilçiləri nəinki siyasətin heç “a” hərfini belə tanımayan Rüstəm İbrahimbəyovu öz sıralarına “siyasətçi” kimi qəbul etdilər, hətta qoca kinodramaturqa daha çox xoş gəlsin deyə (oxu: xaricdən daha çox pul gətirsin deyə - M.A.) onu özlərinə öndəgedən seçdilər. (Əli Kərimli, İsa Qəmbər üçün utancgətirən faktdır, deyilmi? - M.A.)
“Siyasətçi” Rüstəm İbrahimbəyov yeni statusunda köhnə “xəstəliklərini” (ermənipərəstliyini, kosmopolit mahiyyətini və s.-M. A.) büruzə verməklə yanaşı, xarakterinin bir sıra yeni keyfiyyətlərini də təzahür etdirir. Məsələn, qoca kinodramaturq radikal düşərgədəki çiyindaşları ilə əsl diktator ritorikası ilə danışır, haqqında tənqidi fikirlər yazan mətbuat təmsilçilərinə “ağzınızdan vuraram” deyir. Görünür ki, radikalların onu tərifləmələri, dönə-dönə “səndən yoxdur” demələri qoca kinodramaturqa özündənmüştəbehlik hissləri aşılayıb və indi o həqiqətən bu qənaətdədir ki, “Milli şura”nın sədrinin sözünün qabağına söz qoymaq olmaz, onun səsləndirdiyi fikirlər mütləqdir.
Rüstəm İbrahimbəyov mətbuata verdiyi son müsahibəsində deyib: “Mən “Bizim Yol”da hörmət elədiyim Natiq Cavadlının yazısını oxudum. Belə bir ideya irəli sürüb ki, Rüstəm İbrahimbəyov “vahid namizəd” olanda Qərb ona maraq göstərmirdi. Amma Cəmil Həsənli “vahid namizəd” olan kimi Qərb çox maraqlanır. Məncə, belə hörmətli bir jurnalistin bu cür fikirləri bizim işimizə heç bir xeyir gətirməyəcək. Çünki London görüşü əvvəldən hazırlanmışdı. Bu, bir ay əvvəlin söhbətidir. Bu, o demək deyil ki, əvvəllər Qərbin marağı yox idi, indi var”.
Göründüyü kimi, Rüstəm İbrahimbəyov özünün yavaş-yavaş arxa plana keçirilməsi ilə barışmaq istəmir. Artıq onda dublyoru Cəmil Həsənliyə qarşı qısqanclıq hissləri oyanmağa başlayıb. İşarə vurur ki, Cəmil Həsənlini mən yaratmışam, mən də məhv edərəm. Necə yəni Qərb mənə maraq göstərmədi? Bilmirsinizsə bilin. Elə London səfərini də mən hazırlamışam. Hər şey mənə görədir. Özünüzü yığışdırın. Yoxsa “Milli şura”nı da Eldar Namazovla birgə götürüb gedərəm.
Rüstəm İbrahimbəyovun mətbuata verdiyi son müsahibə onun necə bir “siyasətçi” olduğunu açıb göstərir. R.İbrahimbəyov həmin müsahibədə bildirib ki, “C.Həsənli təcrübəli müxalifətçi, digər tərəfdən bizim görkəmli ziyalımızdır və bütün dünyada alim kimi tanınır, nəinki siyasətçi kimi”.
Bir şey başa düşdünüzmü? Təcrübəli siyasətçi görmüşdüm, amma təcrübəli müxalifətçi... C.Həsənli siyasətçi kimi tanınır, yoxsa alim kimi? Deyəsən, İbrahimbəyov öz paltarını dublyorunun boynuna biçir. Əvvəlcə deyirdi ki, kinoçəkəndir, siyasətçi deyil. Sonra dedi ki, əvvəlcə kinoçəkəndir, sonra siyasətçi. Daha sonra da iddia etməyə başladı ki, sən demə, o, hərəkat dövründən siyasətdə olub, indiki müxalifətin başbilənlərini də qiyamət günündən xilas edib. İndi Cəmil Həsənli də hələlik inkişafının “birinci alim, sonra siyasətçi” dövrünü yaşayır.
R.İbrahimbəyov həmin müsahibədə “Milli şura” haqqında belə deyib: “Milli şura” içəridə çox güclü təşkilatdır. Baxmayaraq ki, bu qurumun tərkibində bir neçə partiya var ki, illərdir bir-biri ilə konflikt münasibətdədir”.
İllərlə münaqişədə olan təşkilatların yaratdığı birgə qurum necə möhkəm ola bilər?
AXCP “Müsavat”la düşməndir, KXCP AXCP ilə, ALP ilə ACP-nin də hamısından zəhləsi gedir. Amma hamısı da birlikdə Eldar Namazova və “El”ə nifrət edirlər. Çox “güclü” təşkilatdır.
Rüstəm İbrahimbəyov deyib: “Cəmil müəllim deyir ki, bəlkə, Londona getmədim, çünki axırıncı gün bir hoqqa çıxaracaqlar ki, gəlsin, imzasını qoysun, Londonda isə əsas görüşlərimiz 9 sentyabrdadır. Ona görə də, bəlkə, Cəmil müəllim gedə bilməyəcək. Məncə, Cəmil müəllimin namizədliyi təsdiq olunmamış Londona getmək düzgün deyil. Biz 8 sentyabrda Londona uçmalıydıq. Ancaq 9 sentyabrda qeydiyyat məsələsi həll olunmalıdır. Qeydiyyata alınandan sonra Londona gedəcəyik”.
Bu “Milli şura”nın qəribə işləri var. Əvvəlcə “vahid namizəd” seçir, sonra da onun vətəndaşlıq problemini həll etməyə çalışır. Rusiya bunlar istəyən vaxtda İbrahimbəyovu vətəndaşlıqdan çıxarmır, günahı yıxırlar Azərbaycan hakimiyyətinin üstünə. İndi də Londona səfəri namizədlərin qeydiyyatı gününə təyin ediblər. Sonra da ayılıblar ki, sentyabrın 9-da Azərbaycanda olmaq lazımdır. Qərarı verib sonra düşünməyə başlayırlar. Yəqin ki, dövləti də elə bu metodla idarə etməyi düşünürlər.
Rüstəm İbrahimbəyov “siyasətçi” statusunda başqa bir cəhətdən də diqqəti cəlb edir. “Milli şura”nın sədri statusunu (bu yaxınlaradək həm də qondarma qurumun “vahid namizəd”i statusunu-M. A.) qiyabi olaraq daşıyır. Vaxtilə yol verdiyi iqtisadi xarakterli cinayətlərin məsuliyyətindən yaxa qurtarmaq üçün dabanına tüpürüb xaricə qaçan “siyasətçi” Rüstəm İbrahimbəyov seçki marafonunun qızğın çağı olsa da, Vətənə dönməyə tələsmir. O, indiyədək “Bakıya mütləq dönəcəyəm”, “Gözləyin, gəlrəm”, “Təyyarəyə bilet almışam” kəlmələri ilə radikalların başının altına yastıq qoyurdu. Son vaxtlarda isə bəlli oldu ki, “Milli şura”nın sədrinin, ümumiyyətlə Azərbaycana dönmək niyyəti yoxdur. Sən demə o, ikili vətəndaşlıq probleminin həllini məqsədli şəkildə uzadıb, bununla bağlı tələb olunan sənədləri Rusiyanın müvafiq dövlət qurumuna yalnız avqustun ortalarında təqdim edib və onun Rusiya vətəndaşlığından məhrumedilmə proseduru gələn ilədək uzana bilər. Bu günlərdə isə “siyasətçi” Rüstəm İbrahimbəyov mətbuata verdiyi müsahibəsində belə deyib: “Azərbaycana qayıtmağımın mənası yoxdur”.
Bu yerdə ona bir sual ünvanlamaq istərdik: Ümumiyyətlə, qoca kinodramaturqun ömrünün ahıl çağında siyasətə “kəllə vurmağının” bir mənası var idimi?
Görünür, Rüstəm İbrahimbəyov artıq başa düşüb ki, heç “Milli şura” da onun Azərbaycana gəlməsini istəmir. Müxalifət aylarca aldadılmasını, barmağa dolanmasını qoca fırıldaqçıya bağışlamaq niyyətində deyil.
Onun üçün həyatda bircə kinonun mənası var. Nə Azərbaycan, nə xalqımız, hətta Lalə Əfəndiyevadan olan övladı belə onun üçün heç bir əhəmiyyət kəsb etmir. İbrahimbəyov üçün Vətən - yaxşı kampaniya, babat çaxır və iki şiş donuz ətidir.

 
  • Oxunub:  25020  |  
  • Tarix:  04-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13