Ana səhifə »  Müəlliflər »  “Müsavat”da saxtakarlıq hökm sürür
A+   Yenilə  A-
“Müsavat”da saxtakarlıq hökm sürür
Yazdı: Nardar Bayramlı

Kiçik bir partiyanın gənclər təşkilatının sədrliyinə keçirilmiş seçkilərdə saxtakarlıq edənlər hansı üzlə demokratiyadan danışa bilərlər?
Radikal müxalifət düşərgəsində təmsil olunan partiyaların demokratik prinsiplərdən uzaq olduğu bütün ictimaiyyətə məlumdur. Doğrudur, sözdə bu düşərgə mənsubları demokratiyadan, azad seçkilərdən ağızdolusu danışırlar, amma əməldə bu prinsiplərdən tamamilə uzaq olduqlarını sübut edirlər. Bunu təsdiqdələyən daha bir hadisə Müsavat Partiyasında baş verib.
Məlum olduğu kimi, avqustun 26-da Müsavat Partiyası gənclər təşkilatının sədrliyinə seçkilər keçirilib. Amma bu seçkilərin keçirilmə qaydası ciddi narazılıq doğurub və bu səbəbdən də səsvermənin nəticələri ləğv olunub. “Müsavat”ın Divan üzvü Tural Abbaslının KİV-ə verdiyi məlumata görə, seçkilərdə müəyyən texniki səhvlər baş verdiyindən nəticələr ləğv edilib və Divan yeni seçkinin keçirilməsi barədə qərar qəbul edib. Xatırladaq ki, səsvermənin nəticələrinə görə, Cavid Hacıbəyliyə uduzan Rauf Məmmədlinin tərəfdarları “Müsavat”ın rəhbərliyinə, Mərkəzi Nəzarət Təftiş Komissiyasına, Sədrlər Şurasına və Divana müraciət etmişdilər. Onlar öz müraciətlərində səsvermə zamanı saxtakarlığa yol verildiyini iddia etmişdilər. Müraciətdə Cavid Hacıbəylinin özünə yaxın yaşı 29-u keçmiş xeyli adamı iclasa cəlb etdiyi və məhz bunun nəticəsində də qalib gəldiyi qeyd edilirdi. Bu səbəbdən də həmin gənclər səsvermənin ləğvi tələbini israrla partiya rəhbərliyi qarşısında qaldırmışdılar. Vəziyyətin daha da gərginləşdiyini görən “Müsavat” rəhbərliyi səsvermənin nəticələrini ləğv etməyə məcbur oldu.
Beləliklə, bu qədər biabırçılıqdan sonra Müsavat Partiyası gənclər təşkilatının sədrliyinə keçirilən seçkilərə nə ad vermək olar? Bununla da, bu partiya özü-özünü ifşa etmiş olur. Bildiyimiz kimi, “Müsavat” böyük partiya deyil və öz ətrafında xırda bir qrupu cəmləşdirib. Həmişə böyük iddialarla çıxış edən bu kiçik partiyanın gənclər təşkilatının sədrliyinə keçirilmiş seçkilərdə saxtakarlıq edənlər hansı üzlə demokratiyadan danışa bilər? Bunun üçün onların ən azı mənəvi haqları olmalıdır. Sözügedən seçkilərdəki saxtakarlıq onu göstərir ki, onların belə bir iddialarda bulunmağa mənəvi haqları yoxdur. Bu partiyada cəmləşən insanlar gərək öz əməllərinə baxsınlar, sonra başqasına irad tutsunlar. Amma görünən odur ki, “Müsavat”çılar hələ də özlərinin qeyri-demokratikliyini etiraf etmək istəmirlər. Bununla belə, cəmiyyət bütün baş verənləri görür və qiymətləndirir.
Çünki “müsavatçı” gənclər özləri partiya daxilində 20-30 nəfər arasında şəffaf seçki keçirə bilmirlər. Öz daxilində seçkiləri doğru-düzgün keçirə bilməyən bir partiya hansı əsasla iqtidarı ədalətsiz seçkidə ittiham edə bilər? Kiçik bir qurum daxilində demokratiya prinsiplərini tətbiq edə bilməyənlərin, dövlət idarəçiliyinə iddia etmələri absurddur. Göründüyü kimi, radikal müxalifətin iddiaları ilə bacardıqları arasında çox böyük fərq var. Onların “demokratlığı” yalnız ritorika ilə məhdudlaşır, əməldə isə öz şəxsi maraqları naminə ən qeyri-demokratik üsullara əl atmağa hazırdırlar. “Müsavat”ın gənclər təşkilatında baş verən saxtakarlıq və qarşıdurmalar göstərdi ki, onlar “demokratiya”, “insan haqları” və digər bu kimi anlayışları gerçək dəyərlər kimi mənimsəməyiblər. Əslində “Müsavat”dakı gənclərdən başqa bir hərəkət gözləmək də, sadəlövhlük olardı. Çünki bu partiyanın başında duranların özləri ən böyük saxtakarlardır. “Müsavat” gəncləri partiyaya qoşulduqları andan təşkilatın daxilindəki toqquşmaların, intriqaların içərisinə düşürlər. Bu cür siyasi mühitdə yetişən gənclər də şübhəsiz, öz rəhbərlərinin yolu ilə gedəcəklər.
“Müsavat” başqanı İsa Qəmbər ömrü boyu ancaq insanları şərləməklə məşğul olub. Amma bütün bunların nəticəsi adətən onun öz başında çatlayır. Xatırladaq ki, məhz İ.Qəmbərin və onu müdafiə edən bir neçə nəfərin maneəsi nəticəsində “Müsavat” özünün növbəti qurultayını keçirə bilmir. Sonuncu qurultay 2006-cı ildə keçirilib və partiyanın nizamnaməsinə əsasən keçən il növbəti qurultay keçirilməli idi. Həm də bu qurultay İ.Qəmbərin başqanlıq müddətinin sona çatmasını rəsmiləşdirməlidir. Amma İ.Qəmbər öz kürsüsünü qorumaq üçün müxtəlif bəhanələrlə qurultayın keçirilməsini yubadır. Əlbəttə ki, İ.Qəmbər belə “demokratdırsa”, onun yetişdirdiyi gənclər necə ola bilər? Öz başqanlarından “örnək” götürən gənclərin seçkisi təbii ki, saxtakarlıqlarla müşayiət olunmalı idi.

 
  • Oxunub:  27030  |  
  • Tarix:  05-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb

13 Noyabr 21:31
Azərbaycan ilə Özbəkistan arasında dini-mənəvi sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
13 Noyabr 21:28
Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib
13 Noyabr 20:09
Azərbaycanın kosmik proqramı: Zəngin ənənələr və müasir çağırışlar
13 Noyabr 20:00
Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yollarına dair müzakirələr aparılıb
13 Noyabr 19:56
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dağıstanlı deputatlarla görüş keçirilib
13 Noyabr 19:50
Yeni TV-də canlı yayımda Hikmət Babaoğlunun qonağı Milli Məclisin deputatı Aydın Hüseynov olmuşdur (VİDEO)
13 Noyabr 19:45
Sona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər
13 Noyabr 17:39
AMEA-da tədris prosesinin cari vəziyyəti müzakirə olunub
13 Noyabr 17:31
ABŞ-ın nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
13 Noyabr 17:26
Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13 Noyabr 17:24
Azərbaycan Dillər Universitetində Qədim dillər elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb
13 Noyabr 17:21
“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib
13 Noyabr 17:20
Mərkəzi Seçki Komissiyası Gəncədə regional seminar-müşavirə keçirib
13 Noyabr 17:11
Mərkəzi Seçki Komissiyası “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb
13 Noyabr 17:08
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib
13 Noyabr 17:06
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 17:00
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 16:49
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini, Dağıstan Xalq Məclisinin sədrini və sədrin müşavirini qəbul edib
13 Noyabr 16:45
Təhsil nazirinin Fransaya səfəri davam edir
13 Noyabr 16:38
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13 Noyabr 16:36
Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13 Noyabr 16:34
Hadi Rəcəbli: Büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir
13 Noyabr 16:33
Birləşmiş Ərəb Əmirlikləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə yatırıb
13 Noyabr 16:28
Naqif Həmzəyev: 2020-ci ilin sosialyönümlü büdcəsi əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb
13 Noyabr 16:26
Milli Məclisin Sədri Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb
13 Noyabr 16:13
Sahibə Qafarova: Bu gün Azərbaycan özünün inkişafında ən yüksək zirvəni yaşamaqdadır
13 Noyabr 16:10
Eldəniz Səlimov: Dünyada Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir
13 Noyabr 16:07
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13 Noyabr 16:02
Futbol üzrə Azərbaycan kuboku turnirinin 2019-2020-ci illər mövsümünün püşkü atılıb
13 Noyabr 15:55
Los-Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13 Noyabr 15:53
Erməni diplomatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş çirkin əməllərin qarşısı alınır
13 Noyabr 15:46
Ticarət obyektlərinin sahibləri ilə görüşdə istehlakçı hüquqlarının qorunmasından bəhs olunub
13 Noyabr 15:43
“Made in Azerbaijan” brendli məhsullar “Food and Hotel China 2019” sərgisində
13 Noyabr 15:38
İlahiyyat İnstitutu: “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak etmiş tələbələrlə görüş
13 Noyabr 15:24
Eliy Abadi: Azərbaycan tolerantlıq ənənələrinə görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır
13 Noyabr 15:14
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Şəhidlər xiyabanını ziyarət edib
13 Noyabr 14:51
Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub
13 Noyabr 14:28
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb
13 Noyabr 14:17
Hərbi Hava Qüvvələri əməliyyat təlimi çərçivəsində qarşıya qoyulan tapşırıqları icra edir
13 Noyabr 14:13
Ermənistan Azərbaycanla Gürcüstan arasında qardaşlıq və dostluq münasibətlərinə həmişə nifaq salmağa çalışır
13 Noyabr 14:08
Milli Məclisdə “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
13 Noyabr 14:00
AzMİU ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında əlaqələr genişlənir
13 Noyabr 13:57
Hikmət Babaoğlu: “Azərbaycanda son illərin ən yaxşı inkişaf göstəriciləri bu il qeydə alınıb”
13 Noyabr 13:56
Nazir: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin turizm və investisiyaların cəlbi sahələrində əməkdaşlığı genişləndirilə bilər
13 Noyabr 13:52
Təhsil nazirinin müavini Ucar rayonunda
13 Noyabr 13:50
Sahil Babayev: 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq
13 Noyabr 13:05
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb
13 Noyabr 13:02
Mikayıl Cabbarov: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək
13 Noyabr 12:51
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb
13 Noyabr 12:21
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir
13 Noyabr 12:13
BŞBPİ: Bakıda yolu bağlayaraq avtomobillərə və vətəndaşlara hücum edən şəxslər saxlanılıblar
13 Noyabr 12:09
Xətai məktəbliləri Gəncə, Şəmkir, Göygöl rayonları üzrə ekskursiyaya çıxıblar
13 Noyabr 12:04
Bilal Dündar: Nəsiminin yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü onun xatirəsinə böyük ehtiramdır
13 Noyabr 12:01
Ağcabədidə 18 kilometrlik yol yenidən qurulub
13 Noyabr 12:00
Getaçyu Engida: Azərbaycan regionda və dünyada sülhün və sabitliyin inkişafına töhfə verir
13 Noyabr 11:54
Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları Dövlət Sərhəd Xidməti tərəfindən mükafatlandırılıb
13 Noyabr 11:42
Sabunçuda sakinlərin problemləri dinlənilib
13 Noyabr 11:24
Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməyin sevincini yaşayırlar
13 Noyabr 11:17
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13 Noyabr 11:16
Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür
13 Noyabr 10:47
Bakı Ekspo Mərkəzində “Caspian Ecology” X Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi işə başlayıb
13 Noyabr 10:46
Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya yola düşüblər
13 Noyabr 10:37
Zaqatala məktəbliləri cənub bölgəsi ilə tanış olacaqlar
13 Noyabr 10:36
Ahmet Altay Cengizer: Azərbaycan güclü mədəniyyəti olan ölkədir
13 Noyabr 10:31
Cənub bölgəsinin məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyaya qoşulublar
13 Noyabr 10:25
Qax məktəblilərini cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir
13 Noyabr 10:16
Şimal rayonlarından olan yüzə yaxın məktəbli maarifləndirici tur-aksiyaya qoşulub
13 Noyabr 10:04
Avstraliyanın turizm saytı: Səfərə hazırlaşırsınızsa, Azərbaycanı seçin!
13 Noyabr 10:00
Bu gündən “Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiya başlayır
13 Noyabr 09:51
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA