Ana səhifə »  Müəlliflər »  “Milli şura”nı, bu qondarma quruma dəstək verən separatçı İsmayıl Şabanovu və erməni cəmiyyətini nə birləşdirir?
A+   Yenilə  A-
“Milli şura”nı, bu qondarma quruma dəstək verən separatçı İsmayıl Şabanovu və erməni cəmiyyətini nə birləşdirir?
Yazdı: Mübariz Abdullayev

Yaxud üçbucağın tərəflərinin qarşılıqlı rəğbətində küləyin hansı səmtdən əsdiyi, xoruzun qırmızı quyruğu aydın görünür
Azərbaycan tarixin bütün dövrlərində dini-etnik, milli və mədəni dəyərlərə, həmçinin, müxtəlif dinlərin, millətlərin mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Burada məskunlaşan müxtəlif xalqların nümayəndələri əsrlər boyu çiyin-çiyinə yaşayaraq ümumi evin-Azərbaycanın inkişafına öz töhfələrini veriblər. Möhkəm tarixi köklərə söykənən ənənələr bu gün də yaşayır. Müxtəlif xalqların təmsilçiləri əsrlərin sınağından çıxaraq günümüzədək yaşayan dostluq münasibətlərini yüksək qiymətləndirir və onu hər vəchlə qoruyaraq gələcək nəsillərə ötürməyə çalışırlar. Azərbaycan cəmiyyətinin gücü onun milli-dini nöqteyi-nəzərdən rəngarəngliyində və monolitliyindədir.
Xaricdəki anti-azərbaycançı dairələri narahat edən, onların yuxusunu ərşə çəkən cəhətlərdən biri, bəlkə də, birincisi elə Azərbaycan cəmiyyətinin bu üstün cəhətidir. Buna görə də, beynəlxalq erməni lobbi şəbəkəsinin təsir dairəsində olan həmin dairələr ölkəmizdə xalqların və müxtəlif konfessiyaların birliyinə hansı yollarlasa zərər vurmağa çalışırlar. Onlar məkrli niyyətlərinə çatmaq üçün bu və digər vasitələrə əl atır, etniklərin, milli-dini azlıqların yaşadıqları ayrı-ayrı bölgələrdə süni “narazılıq oçaqları” yaratmağa çalışırlar. Anti-Azərbaycan dairələr öz planlarını reallaşdırmaqdan örtü daha çox ikrahla xatırlanan “beşinci kolon” metodundan bəhrələnməyə üstünlük verirlər. Yəni, ayrı-ayrı şəxsləri pulla və başqa bu kimi vasitələrlə ələ alaraq onları “narazı milli-dini azlıqların” təmsilçiləri qismində Azərbaycan dövlətinə qarşı danışdırırlar. Tez bir zamanda, necə deyərlər, dəmtutanlar da peyda olur. Erməni təbliğatı dərhal işə düşür. Düşmən ölkənin mətbuatında Azərbaycanda guya “milli-dini azlıqların qəddarcasına sıxışdırılması” ilə bağlı silsilə məqalələr tirajlanır. Həmin yazıların gözünə belə bir tezis də qatılır ki, ermənilər “milli-dini azlıqlara aman verməyən” azərbaycanlılarla birgə yaşaya bilmədiklərinə görə vaxtında “öz müqəddəratlarını təyin etmək” qayğısına qalıblar.
Anti-Azərbaycan dairələrin, onlara dəstək verən Ermənistan cəmiyyətinin mövqeyi və niyyəti bəllidir. Necə deyərlər, görünən dağa nə bələdçi? Təəccüb doğuran cəhət isə ondan ibarətdir ki, Azərbaycandakı müxalifətin radikal kəsimi də gözünü xaricdəki məlum dairələrin dirijor çubuğuna dikərək üçbucağın tərəfi rolunda çıxış edir. Başqa sözlə desək, milli-dini azlıqların xaricdəki məlum dairələrdən idarə olunan “narazı təmsilçiləri” (onlar müasir səslənsin deyə özlərini qondarma diaspor nümayəndələri kimi təqdim edirlər-M. A.) radikal müxalifəti, onun saxta birlik formatı “Milli şura”nı “dəstəklədiklərini” dilə gətirirlər. Radikallar isə milli-dini azlıqlar arasında “narazılıq ocaqları” tapmağa və yaxud qızışdırmağa çalışaraq bu yolla özlərinə dəstək qazanmaq istəyirlər.
İndiyədək Azərbaycanın parçalanmasına yönəlmiş açıq separat “fəaliyyəti” ilə tanınan, Rusiyadakı qondarma “Talış diasporu” təşkilatının rəhbəri İsmayıl Şabanovun qondarma “Milli şura”ya, onun sabiq və indiki “vahid namizəd”inə dəstək nümayiş etdirməsi, həmçinin, radikal düşərgəyə yaxın KİV-in bunu bəh-bəhlə təqdim etməsi onların eyni mərkəzdən idarə olunduğunu təsdiqləyir.
Məsələn “Azadlıq” qəzetində dərc olunan “Talış diasporundan Cəmil Həsənliyə dəstək” başlıqlı məqalədə Rusiyada fəaliyyət göstərən “Talış diasporu” təşkilatının sədri İsmayıl Şabanovun fikirləri yer alıb. “Biz Cəmil Həsənliyə sona qədər dəstək olacağıq”, “Milli şura”ya dəstək olmağa çağırıram” kimi fikirlər səsləndirən İ.Şabanov “Milli şura”ya maliyyə dəstəyi verməyə hazır olduğunu da dilə gətirib.
Əslində, Rusiyadakı “Talış diasporu” təşkilatının rəhbəri İsmayıl Şabanovun “Milli şura”nı dəstəkləməklə bağlı fikirlər ifadə etməsi təsadüfi deyil. Paralellər apardıqda sifarişin eyni mərkəzdən gəldiyi aydın görünür. “Milli şura” müxtəlif ölkələrdəki məlum mərkəzlərlə sıx əlaqələri olan ermənipərəst Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə yaradılıb, daim dəstəyini xaricdə axtarır, Azərbaycan xalqı və cəmiyyəti ilə təmaslardan yan keçir. Yuxarıda vurğuladığımız kimi İsmayıl Şabanov da dəfələrlə Azərbaycanın unitarlığına yönəlik fikirlər səsləndirib. Ssenarilər oxşar deyilmi? Üçbucağın digər tərəfində isə, təbii ki, ermənilər dayanır.
Dediklərimizin təsdiqi kimi, İsmayıl Şabanovun Rusiya mətbuatında və müxtəlif saytlardakı çıxışlarının yalnız bəzilərinə nəzər yetirmək kifayətdir.
Məsələn, İ.Şabanovun “Talış.info” satında 27 iyun 2009-cu il tarixdə yerləşdirilmiş məqaləsində Azərbaycan dövlətinə qarşı iftira dolu fikirlər yer alıb. Erməni saytı “YERKRAMAS”da 30 aprel 2013-cü il tarixində İ.Şabanovun Azərbaycanın, ölkəmizin bütövlüyünün əleyhinə olan açıqlamasına məmnuniyyətlə yer ayırıb. Rusiyada nəşr olunan “ZAVTRA” qəzetinin 30 iyul 2008-ci il tarixli sayında dərc olunan məqalədə isə İ.Şabanov guya Azərbaycanda talışların təzyiqlərə məruz qaldıqlarını iddia edib.
İndi isə İsmayıl Şabanovun kimliyini göstərmək üçün vaxtilə separat “Talış- Muğan Respublikası” yaratmağa cəhd göstərən Əlikram Hümbətovun onun rəhbərlik etdiyi təşkilata ünvanladığı müraciətə nəzər salaq. Həmin müraciətdə milli ayrı-seçkilik çağırışlarına geniş yer verilib. Müraciətdə Əlikram Hümbətov belə bir əminlik ifadə edir ki, “yeni diaspor təşkilatı qarşıda duran ümumi məqsədlərin və vəzifələrin birləşdirilməsinə güclü impuls verəcək”.
Bütün bunlardan sonra şərhə ehtiyac qalmır. Necə deyərlər, Əlahəzrət faktlardan qaçmaq mümkün deyil. İsmayıl Şabanovun “Milli şura”nı, onun mübarək yeni “vahid namizəd”ini dəstəkləməsi, qondarma qurumun belə “narazıları”, daha doğrusu separatçıları məmnuniyyətlə özünə elektorat sayması və radikal düşərgəyə xas KİV-in, xüsusilə də “Azadlıq” qəzetinin separatçı Şabanovun “Milli şura”nı dəstəkləməsini az qala “tarixi nailiyyət” kimi təqdim etməsi, eyni zamanda, radikalların Şabanov kimilərlə separat danışıqlara rəvac verməsi, eləcə də, Ermənistan cəmiyyətinin “milli-dini azlıqların narazı təmsilçiləri”nə öz doğmaları kimi qucaq açması kimin kim olduğunu və yaxud xoruzun qırmızı quyruğunu göstərir...

 
  • Oxunub:  24240  |  
  • Tarix:  05-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13