Ana səhifə »  Müəlliflər »  Rüstəm İbrahimbəyov 2008-ci ildən sonra “ziyalı” olduğunu etiraf etdi
A+   Yenilə  A-
Rüstəm İbrahimbəyov 2008-ci ildən sonra “ziyalı” olduğunu etiraf etdi
Yazdı: Aqşin Şahinoğlu

Yaxud, qoca kinossenaristin bütün ekran əsərlərində və müsahibələrində yadından çıxardığı vətəndaş ləyaqəti niyə 73 yaşında ağlına gəlib?
İnsan danışdıqca öz mahiyyətini daha çox büruzə verir, müəyyən zaman çərçivəsində “komuflaj” etməyi bacardığı şəxsiyyətini bütün ştrixləri ilə ortaya qoyur. Son bir neçə ay ərzində yaşananlar Rüstəm İbrahimbəyov personasının da gerçəklikləri ilə aşkara çıxmasına şərait yaratdı. Uzun illər başqalarının əməyinin kölgəsinə gizlənərək, onların uğurlarına sahib çıxaraq istedadlı kinossenarist, dramaturq və sair bu kimi təşbehlərlə öz ünvanına mediada, xüsusilə, ədəbi jurnallarda təriflər yazdıran cənab İbrahimbəyov qısa zamanda, əslində, bu təriflərə nə qədər layiq olduğunu özü göstərib. O, bir neçə gün öncə mətbuatda növbəti yazısında isə əməlli - başlı pat vəziyyətinə düşüb və çıxılmaz dalana dirənib.
Həmin yazıda onun özünü və bu günə qədər bizə bəlli olan Rüstəm İbrahimbəyov personasını tamamilə təkzib edən fikirləri 73 yaşlı qocanın hazırda hansı ruh halında olduğunu bir daha ortaya qoyur. Məsələn, cənab İbrahimbəyov həmin yazısında qeyd edir: “Göz önündə olanı görmək üçün siyasətçi və ya siyasi ekspert olmağa da ehtiyac yoxdur. Xalq arasında yaşamaq, vətəndaş ləyaqəti hissinə malik olmaq və ölkənin taleyinə biganə olmamaq kifayətdir”.
Bəli, tamamilə doğrudur. Buradakı paradoks İbrahimbəyovun “xalq” deyə xitab etdiyi toplumun milli mənşəyi ilə bağlıdır. Görəsən, İbrahimbəyovun arasında olduğu, vətəndaş ləyaqəti hissi bəslədiyi xalq hansı milli toplumdur? Söhbət həqiqətənmi, kinorejissor İbrahimbəyovun filmlərində, siyasətçi İbrahimbəyovun isə müsahibələrində təhqir etdiyi Azərbaycan xalqından gedir? Axı, İbrahimbəyova görə, azərbaycanlı obrazı “Kabusun gözüylə” filmində yaratdığı fransız Rişarın iti qədər hörməti olmayan azərbaycanlı tamillalardır? Nə tez unudur ki, cəmi bir neçə il öncə azərbaycanlıları vəhşi barbar, dünyanın ən vəhşi xalqı erməniləri isə Bakıda mədəni mühit yaratmış bir toplum kimi qələmə verirdi. Budurmu, cənab İbrahimbəyovun vətəndaşlıq ləyaqəti? Azərbaycan dilində doğru düzgün danışmağı bacarmayan, rusca düşünən və rusca danışan bir adam görəsən xalqın arasında onun nümayəndələri ilə hansı dildə ünsiyyət qurub? Hər halda onunla bizim xalq və vətəndaşlıq ləyaqəti anlayışlarımız arasında fərq çoxdur. Çünki biz Azərbaycan xalqı deyəndə çox qədim və zəngin mədəniyyət formalaşdırmış, tarixdə böyük və şərəfli səhnələr yazmış, Nəsimi, Füzuli, Cavid kimi böyük ədəbiyyat xadimləri yetişdirmiş, Üzeyir Hacıbəyov, Qara Qarayev, Müslüm Maqomayev kimi dahiləri dünya mədəni xəzinəsinə bəxş etmiş, Şərqdə ilk cümhuriyyəti qurmuş, 1988-ci ildə azadlığı uğrunda hərəkata başlamış, 1993-cü ildə dövlətini düşünərək onun xilası üçün Ulu öndər Heydər Əliyevə müraciət etmiş, bu gün isə cəsarətlə və mərdliklə öz dövləti üçün bütün çətinliklərə sinə gərən və dünyanın harasında yaşamasından asılı olmayaraq, azərbaycanlı adını tərcümeyi-halında şərəflə gəzdirən milyonları nəzərdə tuturuq. Həqiqi Azərbaycan ziyalısı üçün vətəndaşlıq ləyaqəti xalqının, dövlətinin maraqları uğrunda səfərbər olmaq, öz səltənətini qorumaq üçün yox, həqiqi vətəndaşlıq təəssübü ilə lazımi anda sözünü deməyi bacarmaq, ən əsası isə xalqına layiq olmaqdır. İbrahimbəyovun “xalqı” isə Bakıdan getdikləri üçün arxalarınca göz yaşları tökdüyü, bu gün hər fürsətdə bir araya gəldiyi, əməkdaşlıq etdiyi toplum deyil ki? İndi cənab İbrahimbəyov hansı xalqın arasında gəzib ki, göz önündə olan reallığı dərk edib? Deməli, onun gördüyü, anladığı reallıq Azərbaycan xalqının reallığı deyil.
Həmin yazısında cənab İbrahimbəyovun başqa bir fikri də diqqətimizi çəkir ki, burada isə o, özünü növbəti dəfə ifşa edib: “Mən 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlməsinə səmimi olaraq sevinənlərdən biri olmuşam. O vaxt bunun necə baş verdiyi üzərində o qədər də düşünmürdüm. Gənc, təhsilli, ünsiyyətcil, incəsənət adamları arasında dostları olan və ölkənin mədəni həyatında baş verən hadisələrə maraq göstərən ölkə başçısı xoşuma gəlirdi. Və mən dəfələrlə bu barədə söyləmişəm”.
Daha sonra isə deyir ki, 2008-ci ildən sonra onun mövqeyi dəyişib. Bu, son bir neçə il ərzində Rüstəm İbrahimbəyovun dilindən səslənən ən səmimi etirafdır. Və bu etiraf əslində, Rüstəm İbrahimbəyovun “mədə ağrıları”nın ən dəqiq diaqnozunu ortaya qoyur.
“Yeni Azərbaycan” qəzeti olaraq, Rüstəm İbrahimbəyovun “ziyalı” mövqeyinin arxasında gizlənən niyyətlər haqqında dəfələrlə yazmışıq. Bəzi mətbuat orqanları, xüsusilə, radikal müxalifətin nəzarətində olan qəzetlər müəyyən maraqları çərçivəsində Rüstəm İbrahimbəyovun absurd açıqlamalarını Azərbaycan ziyalısının “narahatlıqları” kimi qələmə verməyə çalışsa da, biz kinossenaristin bu çırpınışlarının baş tutmayan planları ilə əlaqəli olduğunu dəfələrlə yazmışıq. Bu gün isə Rüstəm İbrahimbəyov özü mətbuat vasitəsilə həm bizi təsdiq edir, həm də onu ciddi-cəhdlə müdafiə edən bəzi qəzetlərin yalan təbliğatını ifşa edir. O özü bəyan edir ki, onun “ziyalılığı” 2008-ci ildən sonra yadına düşüb. Niyə? Çünki illərdir tumara öyrəşmiş başına ilk dəfə “yox” sözünü eşitmək kimi bir müşkül gəldi.
Hər halda Azərbaycan xalqının qürur yeri, dövlətimizin azadlığı uğrunda şəhid olan yüzlərlə vətən övladının dəfn olunduğu bir məkanda R.İbrahimbəyovun dostlarının istirahət edəcəyi restoran tikmək ideyası yadımızdan çıxmayıb. Unudanlar üçün isə bir daha xatırlatmaq yerinə düşər ki, R.İbrahimbəyov bir neçə il öncə Bakının mərkəzində “Kino evi” açmaq niyyətində idi. Sonradan bəlli oldu ki, Şəhidlər xiyabanının ətrafındakı meşə massivini əlinə keçirərək orada özünün biznes marağına xidmət göstərəcək restoranlar kompleksi tikmək niyyətində olan İbrahimbəyov, sən demə, kino adından sadəcə istifadə edirmiş. Hətta Rusiyada bəzi dairələrlə də bu istiqamətdə danışıqlar aparan, özünə “sponsorlar” tapan, həmin ərazidə biznes və restoran şəbəkəsi yaratmağa çalışan İbrahimbəyov növbəti dəfə Azərbaycanın milli-mənəvi dəyərlərini heçə saydığını nümayiş etdirib. Onun üçün ən əsas məsələ biznes marağının təmin edilməsidir. Şəhidlər xiyabanı, milli dəyər belələrini əsla maraqlandırmır...
Göründüyü kimi, R.İbrahimbəyovun da 2008-ci ildən “ziyalı” olaraq meydana atılmasına səbəb milli dəyərlərimizə qarşı yönəlmiş tamahkar biznes planlarının həyata keçirilməsinə izin verilməməsi olub. Əvvəlcə, məqsədlərinə çatmaq uğrunda tək başına yelkən açan cənab İbrahimbəyov qısa zaman içərisində əslində, özünün inandığı kimi elə də ciddi bir fiqur olmadığını, bu günə qədər kimlərinsə ona “görkəmli” dediyi üçün az - çox nüfuz qazandığını anlayaraq, altında sığınmağa çətir axtarmağa başladı. Bu zaman isə çətir özü onu tapdı və Rüstəm İbrahimbəyov bir anda gözlərini “Ziyalılar forumu”nda açdı. Lakin “uğursuzların birliyi” ona elə də uğur gətirmədi, əksinə, Rüstəm İbrahimbəyov bütün arsenalını xərcləyib bitirdi. Heç də parlaq olmayan qısa “ziyalılıq” periodundan siyasətə atılan Rüstəm İbrahimbəyovun naşılığı burada da özünü göstərdi. Onun gülünc proqnozları və sərsəm bəyanatları “siyasi”karyerasını” başlamamış bitirdi ki, o özü də bunu dəfələrlə etiraf etmək məcburiyyətində qaldı. Beləliklə, növbəti yarımçıqlıq Rüstəm İbrahimbəyovun tərcümeyi - halına “parlaq hərflərlə” yazıldı. Bu bir daha göstərir ki, hər bir kəsin cəmiyyətdə öz yeri olmalıdır. Yoxsa rusların məşhur atalar sözündə deyildiyi kimi, bir neçə dovşanın dalınca birdən qaçarsan - amma heç birinə də çata bilməzsən. Elə Rüstəm İbrahimbəyov kimi...
Aqşin ŞAHİNOĞLU

 
  • Oxunub:  27960  |  
  • Tarix:  13-01-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +24