Ana səhifə »  Müəlliflər »  Əməkhaqlarının artımı radikal müxalifəti niyə narahat edir?
A+   Yenilə  A-
Əməkhaqlarının artımı radikal müxalifəti niyə narahat edir?
Yazdı: Pərviz Sadayoğlu

İqtidarın apardığı uğurlu iqtisadi-sosial siyasət radikal müxalifəti əliboş, dili lal qoyur
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, bu gün tərəfindən uğurla davam və inkişaf etdirilən, həmçinin, Azərbaycanın sosial-iqtisadi inkişafını özündə ehtiva edən siyasi kurs dövlətimizin güclənməsi ilə yanaşı, əhalinin rifah halının daha da yüksəlməsinə xidmət göstərir. Bu siyasi kursun uğurlu nəticə olaraq Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, daha böyük coğrafiyanın ən inkişaf etmiş ölkəsi statusunu qazanıb. Bu gün Azərbaycan dövləti təkcə öz inkişafını deyil, böyük bir bölgənin inkişafını təmin etməklə məşğuldur.
Qeyd etmək yerinə düşər ki, 2003-2013-cü illər Azərbaycan Respublikasının müstəqillik tarixinə sürətli inkişaf illəri kimi daxil olub. Dövlət başçısının “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli Fərmanı ilə əsası qoyulmuş sosial-iqtisadi inkişaf siyasəti ölkə iqtisadiyyatının dirçəlməsində əsas lokomotivə çevrilib.
Ölkəmizdə son 10 ildə həyata keçirilən siyasi kursun mərkəzində insan amili, əhalinin sosial problemlərinin həlli, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məsələləri dayanıb. Kompleks şəkildə görülən bütün işlər, yeniliklər, qurulan infrastruktur, o cümlədən, sosial durumun daha da yaxşılaşdırılması istiqamətində atılan hər bir addım Azərbaycan xalqının, vətəndaşlarımızın daha rahat və sosial cəhətdən təminatlı yaşamasını şərtləndirib.
Amma Azərbaycanı gözü götürməyən, ermənipərəst qüvvələrin əlində “sapı özümüzdən olan baltaya” çevrilən radikal müxalifət düşərgəsi hər zaman bu inkişafa qara yaxmaq, əldə olunan sosial nailiyyətlərə çirkin iftiralar söyləməklə ürək bulandırmağa çalışır. Anti-azərbaycançı dairələrin maddi dəstəyi ilə fəaliyyət göstərən radikal müxalifət düşərgəsi həyata keçirilən uğurlu siyasəti ləkələmək, onun əhəmiyyətini azaltmaq istəyir. Eyni zamanda, dağıdıcı müxalifət funksionerləri, mətbuatı, psevdoekspertlər Azərbaycanda əməkhaqlarının, pensiyaların, təqaüdlərin artırılması ilə bağlı son sərəncamları öz maraqlarından irəli gələn siyasi manipulyasiya obyektinə çevirmək üçün ciddi cəhdlər göstərirlər.
Məsələn, qondarma “Milli şura”nın prezident seçkilərində namizədi Cəmil Həsənov seçkiqabağı dövrdə əməkhaqlarının 10 faiz artırılması ilə bağlı dövlət başçısının sərəncamlarını “dövlət resurslarından təbliğat məqsədi ilə istifadə” adlandırıb. O, iddia edib ki, guya seçkiöncəsi əməkhaqlarının artırılması daha çox siyasi məqsədlər güdür.
Amma ortada olan faktlar bu yalan iddianı alt-üst edir. Belə ki, ortada Azərbaycan Respublikasında son 10 ildə əməkhaqlarının mütəmadi qaydada yüksəldilməsi nümunəsi var. Məsələn, iki il bundan öncə 2011-ci ildə Azərbaycanda heç bir istiqamətdə seçkilər keçirilmədiyi halda əməkhaqlarının artırılması ilə bağlı 7 Sərəncam imzalanıb. Bu sərəncamlarda “Minimum aylıq əməkhaqqı” ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, gənclər və idman sahəsində, o cümlədən, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında, sosial təminat müəssisələrində, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması öz əksini tapmışdı.
Eyni zamanda, 2003-2013-cü illərdə minimum əməkhaqlarının artırılması barədə 12 Sərəncam imzalanıb ki, nəticədə ölkəmizdə minimum əməkhaqqı 11,7 dəfə artırılaraq 2013-cü ildə 105 manata çatdırılıb. Nəzərə alınmalıdır ki, 2003-2013-cü illərdə minimum əməkhaqqının artımı üçün verilən 12 Sərəncamın cəmi 3-ü prezident seçkisi ilinə təsadüf edib. Bu fakt onu göstərir ki, əməkhaqlarının seçkidən-seçkiyə artırılması barədə deyilənlərin ciddi əsası yoxdur.
Beləliklə, bu cür ucuz şoularla gündəmə gəlməyə çalışan radikal düşərgə, əslində, belə əsassız iddiaları ilə bir daha Azərbaycanda sosial-iqtisadi inkişafın əleyhinə olduğunu, vətəndaşların rifah halının yüksəldilməsinin onları qıcıqlandırdığını büruzə verir. Radikal düşərgə bu iddiası ilə növbəti dəfə ümumilikdə, ölkənin inkişafına mane olmağa çalışdığını təsdiqləyir. Digər tərəfdən, radikalların indiki dövrdə əməkhaqlarının artırılmasına görə narazılıq etmələri də başa düşülən deyil. O mənada ki, hələ seçki ilə bağlı təbliğat-təşviqat işlərinə başlanılmayıb və bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi sərəncamlar vətəndaşlarımızın sosial təminatının yüksəldilməsi yönündə növbəti addım kimi xarakterizə olunmalıdır.
Qeyd etdiyimiz kimi, ölkəmizdə son 10 ildə əməkhaqlarının mütəmadi artımı qısa zaman ərzində mühüm bir yolun keçilməsinə şərait yaradıb. Məsələn, əgər 2003-cü ildə minimum əməkhaqqı 9 manat təşkil edirdisə, 2004-cü ildə 12, 2005-ci ildə 25, 2008-ci ildə 60, 2010-cu ildə 85, 2011-ci ildə isə 93,5 manat təşkil edib. Bu ilin sentyabr ayı üçün qeyd olunan göstərici isə 105 manat təşkil edir. Bu baxımdan, belə bir gülünc iddia ilə çıxış etməsi radikal düşərgənin sadəcə danışmağa mövzu tapmamasından irəli gəlir.
İkinci bir tərəfdən, nəzərə alınsa ki, ölkəmizdə seçkilərin arasında 2 və ya 3 il ara mövcuddur, əməkhaqlarının artırılması tədbirlərinin neçə ildən bir seçki ilinə təsadüf etməsi təbii qarşılanmalıdır. Bu baxımdan, radikal düşərgə təmsilçilərinin səsləndirdiyi bu iddia əsassız olduğu qədər də qərəzlidir.
Radikal müxalifət düşərgəsinin son dövrdə özünün müzakirə mövzusuna çevirdiyi daha bir məsələ də, əməkhaqqı artımından sonra guya qiymətlərin dərhal bahalaşması ilə bağlıdır ki, bu da əsassız xarakter daşıyır. Yəni, bu iddia da heç bir iqtisadi məntiqə söykənmir və sadəcə havadan götürülən rəqəmlərə əsaslanır. Təcrübə göstərir ki, hökumət monetar və fiskal siyasət alətlərindən istifadə etməklə qiymətlərin sabitliyini qorumağı bacarır. Hesablamalar göstərir ki, 2014-cü ildə əməkhaqqı artımlarını təmin etmək üçün illik 600 milyon manat vəsait lazım olacaq. Bu məbləğin hansı səviyyədə inflyasiya təzyiqini yaratmasını müəyyənləşdirmək üçün yaxın keçmişin analoji situasiyalarına diqqət yetirək. Məsələn, ölkə Prezidentinin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” 2012-ci il 14 mart tarixli Fərmanından sonra 1,4 milyon əmanət hesabı üzrə vətəndaşlara təxminən 600 milyon manat vəsait qaytarıldı. Amma bu vəsait qaytarılan müddətdə illik inflyasiya cəmi 1,1 faiz olub, əhalinin pul gəlirləri isə 13,8 faiz artıb. Bu fakt göstərir ki, qaytarılan əmanətlər ciddi bahalaşmaya səbəb olmayıb. Hərçənd ki, müxalifət təmsilçiləri əmanətlərin qaytarılmasının müsbət məziyyətlərindən danışmaq əvəzinə, prosesin daha çox inflyasiya yaradacağını bildirirdi. Deməli, 600 milyon manat vəsaitin əməkhaqqı artımına yönəldilməsi də ciddi inflyasiya dalğası yaratmayacaq. Əksinə əməkhaqlarının daimi artırılması insanların sosial rifah halını daha da yaxşılaşdıracaq.
Müxalifət “iqtisadçıları” belə bir fikir də irəli sürüblər ki, guya əməkhaqqı artımlarından sonra inflyasiya sürətlənəcək və əhalinin artan qazancı “inhisarçıların cibinə gedəcək”. Əslində belə çıxışların hansı məqsəd güddüyü bəllidir. Belə çirkin təbliğat nəticəsində alıcılar inflyasiyanın qorxusundan daha çox indi almaq, satıcılar isə inflyasiyadan qazanc götürmək üçün sonra satmaq barədə düşünürlər. Beləliklə, inflyasiya ajiotajı yaradılır və qiymətlərdə süni şəkildə şişmə baş verir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda qiymətlərin süni bahalaşdırılmasında ilk növbədə radikal müxalifət maraqlıdır.
Bütün bunlar bir daha əyani şəkildə təsdiq edir ki, radikal müxalifətin ölkədə həyata keçirilən sosial-iqtisadi siyasəti tənqid etmək cəhdləri yalnız siyasi konyuktur maraqlarından irəli gələn cılız və əsassız iddialar üzərində qurulub. Spekulyativ, açıq saxtalaşdırma və qərəz üzərində qurulan bu kimi iddialar heç vaxt ictimai rəydə kök sala və Azərbaycanda həyata keçirilən siyasi kursu ləkələyə bilməz.

 
  • Oxunub:  27360  |  
  • Tarix:  10-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir

21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş
21 Noyabr 15:58
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
21 Noyabr 15:55
UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub
21 Noyabr 15:51
Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
21 Noyabr 15:50
Sona Əliyeva: Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır
21 Noyabr 15:46
Rauf Əliyev: Yeni Azərbaycan Partiyası çətin və şərəfli bir yol keçib
21 Noyabr 15:44
Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə təntənəli tədbir keçirildi
21 Noyabr 15:40
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
21 Noyabr 15:28
Əli Həsənov: Qanunsuz miqrasiya cinayətinə əli bulaşan insanlar layiqli cəzalarını alacaqlar
21 Noyabr 15:18
YAP sıralarına yeni qoşulan xaçmazlı gənclərə üzvlük vəsiqələri təqdim edilib
21 Noyabr 15:07
Əli Əhmədov: 1990-cı illərin əvvəlində parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul olunur
21 Noyabr 15:04
“StartupFest 2019”a start verilib
21 Noyabr 15:03
Əli Əhmədov: 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir
21 Noyabr 14:54
Gənc kadrlar dəmir yollarının şimal sahəsinin stansiyalarında işlə təmin olunublar
21 Noyabr 14:50
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə edilib
21 Noyabr 14:21
Qida Təhlükəsizliyi İnstitutunda “Açıq qapı” günü keçirilib
21 Noyabr 14:17
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
21 Noyabr 14:01
Firmin Eduard Matoko: Azərbaycan Milli Komissiyası ilə UNESKO arasında əməkdaşlıq yüksək səviyyədədir
21 Noyabr 13:58
Korrupsiyaya yol vermiş vəzifəli şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir
21 Noyabr 13:40
GUAM Xarici İşlər nazirləri Bratislavada görüşəcəklər
21 Noyabr 13:29
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə kurslar başa çatıb
21 Noyabr 12:58
“İmadəddin Nəsiminin fəlsəfəsi və UNESKO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
21 Noyabr 12:55
“Bulla-dəniz” yatağındakı qazma işləri ilə tanışlıq olub
21 Noyabr 12:51
Muxtar respublikada suvarma kanalları lildən təmizlənib, yeni xətlər çəkilib
21 Noyabr 12:47
İspaniyada Azərbaycanın işgüzar turizm imkanları tanıdılır
21 Noyabr 12:45
Azərbaycanda ayrı-seçkiliyə yol verilmədən hər bir uşağın hüquq və mənafeyi qorunur
21 Noyabr 12:15
Naxçıvanda Ümumdünya Uşaq Günü qeyd olunub
21 Noyabr 12:07
Azərbaycanlı uşaqlar BMT sessiyasında iştirak ediblər
21 Noyabr 12:05
Bakıda keçirilən beynəlxalq biennaledə xarici ölkələrdən 40-dan çox rəssam iştirakı edir
21 Noyabr 12:01
Milli Xalça Muzeyinin 50 illiyinə həsr olunmuş kitab təqdim ediləcək
21 Noyabr 11:48
AZAL “Dubai Air Show 2019” sərgisində bir sıra önəmli razılaşmalara imza atıb
21 Noyabr 11:42
Sədaqət Vəliyeva: Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirib
21 Noyabr 11:32
Siyavuş Novruzov: Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin, YAP-ın siyasətini dəstəkləyir və Partiya ilə birgədir (VİDEO)
21 Noyabr 11:30
Madriddə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
21 Noyabr 11:29
Muxtar respublikada bir ayda 18 istehsal sahəsi yaradılıb
21 Noyabr 11:23
Bakıda “Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti” mövzusunda konfrans işə başlayıb
21 Noyabr 11:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin doqquz aylıq fəaliyyəti müzakirə olunub
21 Noyabr 11:10
Kamilə Əliyeva: YAP xalqın böyük əksəriyyətinin etimadını qazanmaqla avanqard siyasi qüvvəyə çevrilib
21 Noyabr 11:08
Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür
21 Noyabr 10:30
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
21 Noyabr 10:25
Tur-aksiya: 9 rayondan olan 360 məktəbli şimal-qərb bölgəsindən zəngin təəssüratlarla ayrılıb
21 Noyabr 10:13
Azərbaycan səfiri etimadnaməsini İndoneziya Prezidentinə təqdim edib
21 Noyabr 10:09
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir
21 Noyabr 09:57
YAP Nərimanov rayon təşkilatında partiyanın yaranmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib
21 Noyabr 09:55
YAP Gədəbəy rayon təşkilatı partiyanın yaranmasının 27-ci ildönümü münasibətilə “dəyirmi masa” keçirib
21 Noyabr 09:54
Şəmkir rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd edilib
21 Noyabr 09:52
Samuxda YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib
21 Noyabr 09:48
Rasim Quliyev: YAP tarixi zərurət, sosial sifariş əsasında yaranıb
21 Noyabr 09:46
Britaniyalı mütəxəssislər: Bakıdakı layihə uğurla həyata keçirilir
21 Noyabr 09:44
AzerTelecom şirkətinin iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə Qazaxıstanda işlərin başlanmasına dair tədbir keçirilib
21 Noyabr 09:40
Azərbaycanın regionlarında yeni müəssisələr işə salınır
20 Noyabr 21:04
Ankarada Azərbaycan diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyi münasibətilə konfrans keçirilib
20 Noyabr 20:56
Səfir: AZƏRTAC və Hindistanın xəbər agentlikləri arasında əlaqələrin genişlənməsini dəstəkləməyə hazırıq
20 Noyabr 20:54
Kiyevdə Azərbaycanın GUAM-a sədrliyi dövründəki prioritetləri müzakirə edilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+4 +6