Ana səhifə »  Müəlliflər »  “Milli şura” arasında çatlar göründüyündən daha dərindir
A+   Yenilə  A-
“Milli şura” arasında çatlar göründüyündən daha dərindir
Yazdı: Mübariz Abdullayev

Onların hər birinin yeganə məqsədi məhdud korporativ maraqlarını təmin etməkdən və gündəmdə qalmaqdan ibarətdir
Azərbaycan cəmiyyəti uzun illərdir radikal müxalifətin sıralarında eyni simaları görür. Bunlar özlərini dağıdıcı düşərgənin əsas güc mərkəzləri sayan AXCP-nin, “Müsavat”ın funksionerləri, hər iki partiyanın dəyişməz rəhbərləri Əli Kərimli ilə İsa Qəmbər, həmçinin, onların sıralarına bir qədər gec qoşulan reneqat Eldar Namazov, okeanın o tayında oturub hərdən bir özünəməxsus səslənmələrlə gündəmə gəlməyi müxalifətçilik sayan ACP lideri Rəsul Quliyev və bu qəbildən olan digərləridir. Simalar eyni olduğu kimi, onların radikalların təsir dairəsində olan müxtəlif mətbuat orqanlarında ifadə etdikləri cəfəng fikirlər, zaman-zaman sərgilədikləri əməllər də bir-birinin oxşarıdır. Necə deyərlər, çevir tatı, vur tatı.
Klassik anlamda müxalifətçilik dövlətin, cəmiyyətin daha optimal idarə edilməsi, xalqın sosial rifah halının yaxşılaşdırılması və digər belə ümummilli məqsədlər naminə reallıqla səsləşən yeni ideyaların irəli sürülməsi və bu ideyaların həyata keçirilməsi uğrunda fəaliyyət kimi başa düşülür. Partiyalar, siyasi qruplar öz platformalarını, gələcək fəaliyyət planlarını hazırlayıb cəmiyyətə təqdim edir, ictimaiyyətlə geniş disskusiyalara can atır, fəaliyyətlərində insanlarla ünsiyyətdən gələn təklifləri mütləq nəzərə alırlar. Müxalifətin belə konstruktiv mübarizəsi son nəticədə cəmiyyətin irəli getməsinə, demokratik dəyərlərin bərqərar olmasına, fikir plüralizminin dərinləşməsinə gətirib çıxarır.
Ancaq belə konstruktiv mübarizə üsulları ölkəmizdəki radikal müxalifət düşərgəsinin təmsilçilərinə yaddır. Onlar sivil mübarizə metodlarını tamam inkar edərək yalnız dağıdıcılıqla, cəmiyyətdə təfriqələr salmaqla, qarşıdurmalar yaratmaqla gündəmdə qalmağa, öz mövcudluqlarını qoruyub saxlamağa çalışırlar. Radikalların səsləndirdikləri fikirlərə, sərgilədikləri əməllərə nəzər saldıqda bəlli olur ki, onların yeganə məqsədləri öz məhdud korporativ maraqlarını təmin etməkdən ibarətdir. Bundan ötrü radikallar hər cür çirkin vasitəyə belə, əl atmağa hazırdırlar.
Azərbaycan cəmiyyətində sosial dayaq kimi mühüm amildən məhrum qalan radikallar öz dəstəklərini daim xaricdəki Azərbaycana düşmən dairələrdə axtarırlar. Radikallar xaricdəki antimilli dairələrin ölkəmizə münasibətdə öz məkrli niyyətlərini həyata keçirmək üçün “səxavətlə” ayırdıqları ianələrə, qrantlara əllərinin daha gen-bol çatmasını təmin etmək üçün onların buyruq qullarına çevrilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Dağıdıcı düşərgə təmsilçiləri sözügedən anti-Azərbaycan mərkəzlərin danışan dili rolunda çıxış edirlər. Radikallar aldıqları ianələrin, qrantların müqabilində həmin mərkəzlərə ölkəmizlə bağlı həqiqəti əks etdirməyən, donos xarakterli məlumatlar ötürürlər. Sonradan həmin “məlumatlar” müxtəlif “beynəlxalq” təşkilatların hesabatlarında “milli” mənbə rolunu oynayır.
Radikallar ölkə qanunvericiliyinə əsasən keçirilən prezident, parlament, bələdiyyə seçkilərini gündəmdə qalmaq üçün göydəndüşmə fürsət hesab edirlər. Onlar cəmiyyətin böyük marağına səbəb olan belə mühüm ictimai-siyasi hadisələr ərəfəsində bir qayda olaraq fəallaşırlar. Bəs necə, radikallar hər beş ildən bir keçirilən seçkilər ərəfəsində qara-qışqırıq salmasalar, populist vədlər səsləndirməsələr, yaxa cırmasalar, daha bir müddətə siyasət meydanında qala bilməzlər. Belə dırnaqarası fəallıq radikallara, ilk növbədə məlum antimilli mərkəzlərin diqqətini çəkmək, onların xoşuna gəlmək, ən əsası da həmin mərkəzlərlə yaxşı “bazarlıq etmək” üçün gərəkdir.
Radikallar son 20 ildə sərgilədikləri boş vədlər ssenarisini qarşıdan gələn prezident seçkiləri ərəfəsində də eyni canfəşanlıqla təkrarlayırlar. Dağıdıcıların bundan əvvəlki seçkilər ərəfəsində yaratdıqları qondarma SİDSUH-un, DUH-un, “YES”in, çoxlu sayda məşvərət məclislərinin sırasına cari seçkilərlə bağlı bəyan edilən “Milli şura” əlavə olunub. Lakin iş yeni adda deyil. Ermənipərəst Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən “Milli şura” radikalların öz mahiyyətlərini dəyişmələri anlamına gəlmir.
Əvvəla, növbəti saxta qurum yeni yaradılsa da, burada hansısa yenilikdən əsər-əlamət yoxdur. Əvvəllər və elə indinin özündə də başqa qurumlarda təmsil olunan partiyalar, ayrı-ayrı şəxslər müəyyən gözləntilərin müqabilində “Milli şura”ya üz tutublar. Burada cərəyan edən proseslər qurumun saxta və antimilli mahiyyətini, bütövlükdə radikal düşərgənin korporativ maraqların əsirinə çevrildiyini açıq göstərir. Radikal düşərgədə 20 ildir ki, at çapan, artıq “saqqallı” siyasilər deyə çağrılan Əli Kərimli ilə İsa Qəmbərin “mən özümü siyasətdə görmürəm” deyən ermənipərəst birisinin arxasına düşmələrini, onun çaldığı havalara qol götürüb oynamalarını hansı məntiqlə izah etmək mümkündür? Əslində, heç bir. Gərək, bundan sonra AXCP-nin, “Müsavat”ın, ALP-nin, ACP-nin, “El” hərəkatının təmsilçiləri “bizim siyasi mübarizə təcrübəmiz var” kəlməsini heç dillərinə gətirməsinlər. Çünki bu 20 illik “təcrübənin” nəyə yaradığı bütün cəhətləri ilə “Milli şura” layihəsində üzə çıxdı. “Milli şura”nın ideya müəllifi, sədri və son günlərədək qiyabi “vahid namizəd”i olan Rüstəm İbrahimbəyov radikalların zəif yerlərini tutaraq onları pul vədləri ilə gözlətdi, axırda da ağızlarını dalana dirədi. Qoca kinodramaturqun gəlməyəcəyini və deməli, pul vədlərinin boşa çıxdığını yəqin edən radikallar indi bütün potensiallarını qarşılıqlı ittihamlara yönəldiblər. Artıq radikalların birliyi adına bəyan edilən “Milli şura”da elə bir acınacaqlı vəziyyət yaranıb ki, burda cəm olan partiyalar, siyasi qruplar, ayrı-ayrı şəxslər bir-birlərini qurumdan kənarlaşdırmaq uğrunda savaşa başlayıblar. Seçkilərin keçirilməsinə saylı günlər qalmasına baxmayaraq, qondarma qurumun təmsilçiləri hələ də tərəddüdlər içindədirlər. Radikalların nəzarətində olan kütləvi informasiya vasitələri, sosial şəbəkələr AXCP, “Müsavat”, ACP, ALP, “El” hərəkatı rəhbərlərinin və funksionerlərinin qarşılıqlı hədələri, təhqirləri ilə doludur. Qondarma qurumun yeni “vahid namizəd”i Cəmil Həsənovun seçkiqabağı dövrdə işi-gücü müxtəlif partiyalara, siyasi qruplara minnətçi düşüb onları barışdırmağa çalışmaqdan ibarətdir.
Yeri gəlmişkən, məhz bu qarşıdurma fonunda ACP lideri Rəsul Quliyev bildirib ki, Bu gün “Milli şura”nın məqsədinin prezident seçkilərini udmaq olduğunu iddia edənlər növbəti dəfə xalqı ələ salırlar: “Milli şura” üzvlərindən bəzilərinin məqsədi seçkiləri udmaq yox, özlərinin heç kimə lazım olmayan siyasi ömürlərini uzatmaqdır. “Milli şura” üzvlərinin konkret iş görmək əvəzinə, dağıdıcı fəaliyyətini davam etdirəcəklərinə şübhə ola bilməzdi. Azərbaycanın tarixində işləmək şansına malik olmayan, anadan ölü doğulmuş uşaq meydana gəldi. “Milli şura”nı “taleyüklü təşkilat” adlandırmaqlarına baxmayaraq, onun iclaslarında heç bir stenoqram aparmamaq, əvvəldən axıra qədər bütün prosesin videosunu yazmamaq “Milli şura”nın hansı tarixi rolundan danışmağa əsas verir? Əgər bunlar olsaydı, bu gün xalq o yazılara baxıb “Milli şura”nın işləmək üçün yox, dağılmaq üçün yaradıldığını aydın görə bilərdi. “İctimai palata”da 1992-ci ilin ab-havası yenidən gündəmə gəldi, özlərini gah ana, gah aparıcı, gah da yeganə müxalifət adlandırdılar”.
“Milli şura” ölü doğulmuş uşaq idisə, orada təmsil olunanlar da Azərbaycanın ictimai-siyasi həyatında yeri olmayan ölülərdir. Azərbaycan da Ermənistan deyil ki, ölülər seçki prosesinin baş qəhrəmanına çevrilsinlər. Amma bunlar stenoqram yazıb, videoçəkiliş edib gələcək nəsillər qarşısında özlərini biabır edəcək qədər sadəlövh də deyillər. Maraqlıdır ki, R.Quliyevin bundan əvvəlki narazılığından və tənqidlərindən sonra Sülhəddin Əkbər Cəmil Həsənovla görüşmüş və bəyan etmişdi ki, R.Quliyevin heç bir narazılığı yoxdur və o, ACP-nin “Milli şura”nın namizədinə dəstək verməsinin tərəfdarıdır. İndi R.Quliyevin son bəyanatından belə nəticə çıxarmaq olar ki, C.Əkbər R.Quliyevin rəyini öyrənmədən açıqlama verib. Bu da öz növbəsində ya onun yalan danışdığını, ya da R.Quliyevlə S.Əkbər arasında narazılığın olduğunu üzə çıxarır. Bununla yanaşı, həm də “Milli şura”da çatların göründüyündən daha dərin olduğunu təsdiq edir.

 
  • Oxunub:  17040  |  
  • Tarix:  12-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA