Ana səhifə »  Müəlliflər »  Üçü bir arada – London keyfi...
A+   Yenilə  A-
Üçü bir arada – London keyfi...
Yazdı: Pərviz Sadayoğlu

“Dəcəl Meymun, çolaq Ayı, çəp Keçi
Bir ulağa yoldaş oldu hər üçü.Dörd səslicə bir musiqi nəğməsi,
Çalmağa həmahəng oldu cümləsi”.
İ.Krılov
Bu üç şəxs son dövrlər ən şit, dadsız kofe reklamından betər olublar. Necə ki, reklam çarxında guya şəkər tozu, kofe və süd birləşib əndirəbadi bir dad ortaya çıxarıblar, indi Eldar Namazov, Rüstəm İbrahimbəyov və Cəmil Həsənov da birləşib qondarma bir zad düzüb-qoşmaq istəyirlər. Nə illah edirlərsə, qırılıb əllərində qalır ipləri.
İndi də atdana-atdana durub Londona gedirlər. Orada bir-iki təşkilat var ki, onlar pul qarşılığında bəzi ölkələrdən beş-üç satqın, xəyanətkar tapırlar, onlardan “siyasi kimlik” yaratmaq istəyirlər və sonda da məntiqi nəticə olaraq özlərinə işlədirlər. İndi gedən bu üçlük siyasətdə üçü birinə dəymir deyə, onlara ayrıca seminarlar keçəcəklər. Məsələn, xalqı aldatmaq üçün axan göz yaşını silməyə dəsmalı hansı cibindən çıxarmalısan, “gop” edən zaman yalanın üstü açılmasın deyə hansı rənglərə düşməlisən, pulu alandan sonra qırmızı-qırmızı necə almadım deyib vay-şüvən qopardırsan... Hələ öyrənməli çox şeylər var ki, “vətəndaş cəmiyyəti” hamısını onlara öyrədəcək.
London yolçuluğunu aylardır gözləyən Eldar Namazov deyib ki, “Böyük Britaniyanın Azərbaycanla bağlı həm siyasi, həm iqtisadi, həm də geosiyasi maraqları var. “Mili şura” olaraq Azərbaycanın bütün tərəfdaşları ilə sıx əməkdaşlıq etmək niyyətindəyik”. Səfər çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyi, parlamentində, həmçinin, Kral institutunda və QHT-lərində görüşlər nəzərdə tutulur”.
Maraqlı açıqlamadır. Britaniyaya ona görə gedirlər ki, onun Azərbaycanda hansısa maraqları var. Yəqin britaniyalıları inandırmağa çalışacaqlar ki, nəyimiz var, sizə qurbandır. Təki bizə “hə” deyin.
Rüstəm İbrahimbəyov ABŞ-a gedəndə Rəsul Quliyev istisna olmaqla kiminlə görüşdüyü barədə açıqlama verilmədi. Britaniyaya da səfəri o təşkil edib. Deməli, yenə də heç bir açıqlama verilməyəcək. Buradan da belə bir nəticə çıxarmaq olar ki, görüşəcəkləri adamlar kifayət qədər aşağı səviyyəlidirlər.
Axı bunlar kimdi ki, hər hansı ölkədə ciddi qəbul olunsunlar. Özlərini reklam etməklə deyil ki. Nüfuzları yox, ictimai rəyə təsirləri yox, cəmiyyətdə tanınmırlar, qəbul olunmurlar, üstəlik də bir-birlərini qırırlar. Ağlı başında olan hansı siyasətçi onlarla bir masa arxasında oturub nəyisə müzakirə edə bilər?
“Milli şura”da məsələləri tənzimləyə bilmirlər, boğuşanları aralamaqdan təngə gəliblər, hər şey əldən gedir, bütün ümidlər puça çıxır. Baronessa Koksun bu məsələlərlə bağlı məsləhətlərinə ehtiyacları var.
Maraqlıdır, Azərbaycan hakimiyyətini qəbul etmirlər, amma onun tərəfdaşları ilə münasibət qurmaq istəyirlər. Yəni sən pissən, amma dostların yaxşıdır. Şübhəsiz, Azərbaycana, hakimiyyətə qara yaxmaq fürsətini əldən verməyəcəklər. Bu da “Milli şura” məntiqi, “Milli şura” xislətidir.
Olan elə burada qalanlara oldu. “Ay gedən Cəmil, hil olum boynuna” mahnısının sədaları altında qol qaldırıb süzən İsa Qəmbərlə Əli Kərimli elə ümidlərini bircə Cəmil Həsənova bağlayıblar. Bilirlər ki, Rüstəm “tovariş”in imkanı olsa onlara pul yox, zəhər-zəhrimar verər. Eldar Namazov da ki, bəllidir. Ona qalsa bu iki nəfəri bir qaşıq suda boğar.
Hə, tapbatarap xəbərlər gəlir soyuq ölkələrdən üzü bəri. Filankəslə görüşdü, filankəsdən filan qədər aldılar, filankəsin xırdası olmayıb deyə görüm-baxımı sonraya saxlayıb. Rüstəm “tovariş”in cibləri şişməkdədir. Bəli, bu Aram filan min funt-sterlinq, bu Vartan filan min dollar, bu Akop filan min avro... Bu diqəqələrdə qoca kinorejissora əmr etsələr Temza çayını da beş-üç dəqiqəyə üzüb o tərəfə-bu tərəfə keçər. Bəs necə, əsas puldur, pul. Qalanı boş söhbətdir. Ay nə bilim demokratiya, ay nə bilim “kirli şura”, ay nə bilim ziyalı-zad. Bunlar hamısı məntiqi nəticəyə-verilən pula gedən yoldur.
Amma gərək, İsa Qəmbərlə Əli Kərimli Cəmil Həsənova tapşıraydılar ki, verilən puldan muğayat olsunlar. Bu Eldarla Rüstəmə “daverya” yoxdur. Eldar verilən 20 milyonu 10 günün içində elə “hapış-qapış” elədi ki, indi fələk də baş açmır ki, o pul hara xərclənib. “iyli şura”nın “baş buxalteri” Qubad İbadoğlu cənabları baş sındırır, bütün iqtisadi terminləri təkrarlayır, kitab açdırır, fala baxdırır, rəm atdırır, 20 milyonu tapa bilmir ki, bilmir.
Rüstəm İbrahimbəyov da köhnə gözbağlayıcıdır. Özü də, yaşı çox olsa da yalan danışmağı var. Odey, bu boyda “müxalifəti” iki ay hər-hər hərlədi ki, Rusiya vətəndaşlığından çıxacam, gələcəm, belə olacaq, bağ belə, bostan elə. Sonda məlum oldu ki, bu kişinin danışdıqları boş sabun köpüyü imiş. Nə bağ var imiş, nə də bostan. Rüstəm “tovariş” də vətəndaşlıqdan çıxmaq müraciətini elə edib ki, etməsəydi ondan yaxşıydı. Yəni, bu insanlara salam verəndən sonra gərək barmaqlarını bir-bir sayasan. Əks halda sənə sübut edərlər ki, mənə salam verəndə sənin cəmisi 4 barmağın olub.
Hə, indi də bunların London keyfi başlayıb. Əşi nə seçki, nə vətəndaş, nə cəmiyyət... Bu gedənləri guya orada fərli-başlı sayan varmı? Orada onları qəbul edəcək şəxslərin vəzifələrini gəlib burada desələr, millət bir ay bunlara şəbədə qoşar. Necə deyərlər suyunun, suyunun, suyu. Onun üçün də elə üzüsulu qayıdıb kirimişcə oturun yerinizdə...

 
  • Oxunub:  23070  |  
  • Tarix:  13-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ötən 24 ildə “Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişafının əsas mənbəyi rolunda çıxış edib

20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb
12:35
21 Sentyabr
Jalə Əliyeva: Beynəlxalq səviyyəli mədəni tədbirlər Azərbaycan mədəniyyətinin zənginliyini ehtiva edir
12:33
21 Sentyabr
Türkiyəli ekspert: İctimailəşdirilmiş sənədlər erməni millətçiliyinin məğzini göstərdi
12:30
21 Sentyabr
BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanın məruzəsini yekdilliklə qəbul edib
12:18
21 Sentyabr
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir
12:17
21 Sentyabr
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qaxda vətəndaşları qəbul edib
12:08
21 Sentyabr
Oqtay Əsədov: Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb
12:03
21 Sentyabr
Qubalı arıçı: “Təsərrüfatımızın saxlanılmasına çəkdiyimiz xərclərin böyük bir hissəsi dövlət tərəfindən ödəniləcək”
12:00
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyinə həsr olunan təntənəli iclas işini davam etdirir
11:52
21 Sentyabr
Astanada keçirilən Avrasiya Ədəbiyyat Forumunda Azərbaycan da təmsil olunub
11:41
21 Sentyabr
Daşkənddə beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı keçirilən konfransda Azərbaycan nümayəndələri də iştirak edib
11:19
21 Sentyabr
Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb
11:14
21 Sentyabr
Azərbaycanda “bir pəncərə” sistemi kifayət qədər rəğbət və populyarlıq qazanıb
11:08
21 Sentyabr
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
11:06
21 Sentyabr
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
11:01
21 Sentyabr
Gənclər rəqəmsal ekosistem barədə məlumatlandırılıb
11:00
21 Sentyabr
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
10:58
21 Sentyabr
Dünya Həndbol Federasiyasının prezidenti: Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA