Ana səhifə »  Müəlliflər »  “Don Kixot” təfəkkürünün siyasi romantizmi başa çatdı...
A+   Yenilə  A-
“Don Kixot” təfəkkürünün siyasi romantizmi başa çatdı...
Yazdı: Hikmət BABAOĞLU

Necə oldusa birdən-birə qoca kinorejissor Rüstəm İbrahimbəyov özünün ahıl çağında bir həyat ssenarisi yazmaq qərarına gəldi və bunun mövzusunu siyasi olaraq müəyyənləşdirdi. Təəssüf ki, yaxud da kim bilir bəlkə də, elə yaxşı ki, bu ssenariyə təcrübə kimi Azərbaycanın siyasi məkanını seçdi (...yaxşı ki, ona görə deyirik ki, prosesin sonunda həm R.İbrahimbəyov, həm də “Milli şura”da toplaşan müxaliflər özlərini ifşa etdilər). Beləliklə, Azərbaycan siyasi məkanında qoca kinorejissorun “Don Kixot” təfəkkürünün siyasi romantizminə uyğun olaraq yeni “macəralar” seriyası başlandı. Bundan sonrakı prosesləri təhlil etməzdən əvvəl, hesab edirik ki, Azərbaycanın ciddi siyasi sistemi və onun autsayderləri haqqında qısaca analitik təhlil aparmaq yerinə düşər.
Azərbaycanda milli demokratik sistem formalaşıb
Hər kəsə bəllidir ki, 1993-cü ildən bəri Azərbaycanda intellektual əsaslarda yeni cəmiyyət formalaşıb. Bu demokratik və intellektual cəmiyyət indiki mərhələdə artıq müəyyən yetkinlik dövrünə qədəm qoyub. Bütün klassik demokratiyalarda olduğu kimi, Azərbaycan demokratiyasında da ənənəvi klassik demokratiyanın tələblərinə uyğun siyasi sistem formalaşıb. Bu siyasi sistemin özünəməxsus daxili strukturu var. Müxtəlif siyasi ideologiyaları və dəyərləri mənimsəmiş, mənimsədiyi dəyərlərə sadiq qalan və prinsipial şəkildə bu mövqedən çıxış edən ayrı-ayrı partiyalar da formalaşıb. Bu partiyaları təsnifatlandırsaq, görərik ki, onların bir qismi sosial-demokrat, bir qismi mühafizəkar, milliyyətçi demokrat, neomühafizəkar və digər dəyərləri mənimsəmiş partiyalardır. Azərbaycan siyasi sisteminin dinamizmini təmin edən aktiv elektorat da öz dünyagörüşünə və siyasi sistemə baxışlarına uyğun olaraq bu dəyərləri mənimsəyib. Nəticə etibarilə, Azərbaycanda ənənəvi və demokratik siyasi sistemin formalaşması artıq xeyli müddətdir ki, başa çatıb.
Autsayderlərin siyasi imitasiyaları
Lakin ötən dövr ərzində Azərbaycanın ciddi klassik demokratik siyasi sisteminə paralel olaraq ölkənin siyasi sistemindən kənarda olan müəyyən autsayder və dağıdıcı müxalifət də siyasətlə məşğul olmağa çalışıb, daha doğrusu, siyasi imitasiya ilə məşğul olub. Bu autsayderlər zaman-zaman Azərbaycan mətbuatı və ictimaiyyəti tərəfindən bəzən “radikal müxalifət”, bəzən “qeyri-ənənəvi müxalifət”, bəzən də “sistemin autsayderləri” adlandırılıblar. Amma istənilən halda, necə adlandırılmasından asılı olmayaraq, onlar ciddi şəkildə Azərbaycanın ənənəvi klassik siyasi sisteminə, burada baş verən proseslərə müdaxilə edə bilməyiblər və ümumiyyətlə, sistem tərəfindən qəbul edilməyiblər. Belə olan halda, özlərini siyasi partiya kimi təqdim etməyə çalışan bu siyasiləşmiş qruplar Azərbaycan cəmiyyətində, həm də marginal qruplar kimi xarakterizə olunublar.
Radikal müxalifət siyasi sistemimizin qarınaltı yüküdür
Məsələ ondadır ki, 1993-cü ildən bu günə qədər olan hər seçki ilində aktivləşən, müəyyən dividendlər əldə etməyə çalışan bu qruplar hər belə cəhdlərində özlərini yenidən ifşa edərək Azərbaycan siyasi sisteminin “qarınaltı yükü”nə çevriliblər. Amma etiraf etmək lazımdır ki, bəzi hallarda bu metod onların bu günə qədər yaşamalarını təmin edib. Çünki Azərbaycandan kənarda olan və ölkəmizdə sabitliyi istəməyən ayrı-ayrı mərkəzlərin olduğunu, Azərbaycanın müharibə şəraitində yaşadığını və xaricdəki güclü erməni lobbisinin Azərbaycanı daxildən zəiflətmək planlarının mövcudluğunu bilirik. Əlbəttə ki, anti-azərbaycançı mərkəzlər kimi xarakterizə etdiyimiz qruplara daxil olan bəzi beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, insan hüquqları təşkilatları zaman-zaman Azərbaycanın radikal müxalifətinə müəyyən miqdarda maliyyə ayırmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə, eyni zamanda, Azərbaycanda daxili sabitliyi pozmaqla ölkənin inkişafını ləngitməyə çalışıblar. Ona görə də, əgər biz bu kontekstdən yanaşsaq, sözügedən autsayderləri ölkədaxili təzyiq qrupları kimi səciyyələndirə bilərik. Bildiyimiz kimi, ölkədaxili təzyiq qrupları politoloji elmdə müxtəlif növlərə bölünürlər. Onların bəziləri ölkənin öz daxilində yetişən və milli maraqlar naminə hakimiyyətə təzyiq edən qruplar, yaxud əməkhaqlarının artırılması, demokratik institutların, vətəndaş cəmiyyətinin bərpası ilə bağlı hökumətə təzyiq edən qruplardır. Lakin elə təzyiq qrupları da var ki, xarici ölkələr və xarici mərkəzlər tərəfindən maliyyələşdirilir və Azərbaycanın milli maraqları, dövlətçilik maraqları əleyhinə fəaliyyət göstərirlər.
Siyasi radikalizmdən siyasi romantizmə bircə addım imiş
Əgər siyasi sistemimizə və ondan kənarda baş verən hadisələrə yaxından baxsaq çox aydın şəkildə görərik ki, bu autsayderlər, yaxud radikal müxalifət kimi adlandırdığımız marginal qruplar məhz Azərbaycanın milli və dövlət maraqlarının əleyhinə fəaliyyət göstərən təzyiq qruplarıdır. Məsələ ondadır ki, hər dəfə ifşa olunmalarına baxmayaraq, onlar cəmiyyətdə siyasi proseslərin aktivləşdiyi dövrdə, xüsusən də seçki dövründə öz ənənəvi fəaliyyətlərini bərpa edirlər. Bu dəfə isə görünür, zaman-zaman Azərbaycanda ifşa olunduqlarına görə tamamən tükənmiş və siyasi intihar mərhələsinə çatmış bu marginal qruplar üçün kinorejissorun siyasi ssenarisində yer almaq, orada müəyyən rol oynamaq göydəndüşmə oldu. Onlar öz siyasi ömürlərini uzatmaq üçün kinorejissorun bu tragikomik ssenarisini özləri üçün bir yaşam vasitəsi kimi müəyyənləşdirdilər. Həmçinin, hər zaman özünü demokrat, Qərb dəyərlərini mənimsəmiş siyasi təşkilat kimi təqdim etməyə çalışan bu radikal qruplar artıq ssenarinin hardan gəldiyinin belə fərqinə varmadan, nəyin bahasına olursa olsun, yenidən reanimasiyadan çıxaraq siyasi proseslərə adaptasiya olmağa cəhd göstərdilər. Bəllidir ki, bu ssenari şimalda yazılmışdı və anti-azərbaycançı mərkəzlər tərəfindən hazırlanmışdı. Beləliklə, ermənilərin həmmüəllifliyi ilə R.İbrahimbəyov tərəfindən Azərbaycan siyasi sisteminə ixrac edilən tragikomediyada Azərbaycan müxalifəti böyük həvəslə yer aldı. Elə necə deyərlər, komik siyasi həngamə də bundan sonra başladı. Özünü ənənəvi müxalifət adlandıran, yəni siyasi sistemdə bəlli dəyərləri mənimsəmiş, konkret məqsəd uğrunda və konkret proqrama söykənərək fəaliyyət göstərirmiş kimi görünməyə çalışan müxalifət partiyaları, yəni Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və onların ətrafında olan, özünü partiya adlandıran müəyyən qruplar bu fürsətdən yararlanmaq üçün ssenaridə nəzərdə tutulan mövzunu kiçik detallarına qədər qəbul etdilər və onu rejissorun dirijor çubuğuna uyğun olaraq oynamağa başladılar. ...Və tezliklə özlərini yenidən ifşa etdilər. Beləliklə, ciddi siyasi sistemdən kənarda formalaşmış autsayderlər qrupunda yeni fəlakət başladı. Bəlli oldu ki, doğrudan da uzun illərdir ki, Azərbaycan xalqı, siyasi ekspertlər, analitiklər onları radikal marginal qruplar adlandırmaqda haqlıdırlar.
Oyun radikallar və reneqatlar üçün tragediya, cəmiyyət üçün komediya ilə bitdi
Məsələ ondadır ki, bu prosesdə bir sıra macərapərəstlər və siyasi romantiklər də radikalların çağırışlarına qoşuldular. Ayrı-ayrı reneqatlar vaxtilə bu hakimiyyətin cəmiyyətə təqdim etdiyi və nüfuzlu bir şəxs kimi tanıtmağa çalışdığı, hətta millət vəkili kimi fəaliyyət göstərən ayrı-ayrı şəxslərin birdən-birə nədənsə macərapərəstliyi tutdu və onlar da bu “Don Juan” kinorejissorun siyasi macəralarında müəyyən rollar oynamağa başladılar. Əlbəttə ki, Azərbaycan siyasi sisteminə yamaq olan bu oyun ssenarinin müəllifləri və orada iştirak edən oyunçular üçün əsl tragediya ilə başa çatdı. Azərbaycan cəmiyyəti və siyasi sistemi üçün isə, bu, bir komediya idi. Ona görə də, bu prosesi tragikomediya kimi qiymətləndirməklə, ona tamamilə ədalətli qiymət vermiş oluruq.
Siyasiləşmiş qəzetin əlacsız çırpıntıları
Digər tərəfdən, oyunun qızğın dövründə bir sıra mətbuat orqanları, məsələni olum, ya da ölüm məsələsi kimi qoyurdular. O dövrdə biz “ya İbrahimbəyov, ya da İbrahimbəyov” kimi şüarlar eşidirdik. Hər zaman çox iddialı danışan bir qəzet bu ssenarinin tərkib hissəsi olan və “Milli şura” adlandırılan bu qondarma qurumun rəhbərini az qala milli qəhrəman kimi təqdim edirdi, onun ətrafında birləşən insanları ölkənin gələcəyini, taleyini həll edəcək qəhrəmanlar, siyasi liderlər kimi təqdim etməyə çalışırdı. Lakin çox keçmədən, həmin qəzet bu adamlar haqqında ən müxtəlif alçaldıcı, təhqiredici fikirlər yazmağa başladı. Birini “şpion”, birini “fırıldaqçı”, digərini “moşennik” adlandırdı və bu autsayderlər üçün ssenari yazan kinorejissoru “fırıldaqçı”, yalançı” hesab etdi. Əgər normal cəmiyyətdə ciddi bir qəzet belə səhvlərə yol verirsə, o qəzetin ömrü bitmiş hesab olunur. Əslində, Azərbaycanda da o cür qəzetlərin və sistemə yamaq olan partiyaların ömrü bitib. Amma təəssüf ki, hələ də anti-azərbaycançı mərkəzlər onları maddi qaynaqla təmin etməklə yaşadırlar. Çünki başqa çıxış yolu yoxdur, onlar milli iradəyə söykənən müstəqil Azərbaycan hakimiyyətinə yalnız bu yolla təzyiq göstərməyə çalışırlar.
Tariximizdə iki şura... iki faciə, yaxud radikalizmin siyasi intiharı
Bütün bunlara baxmayaraq, Azərbaycanda vahid, normal, demokratik sistem bərqərar olub. Hər bir xalq öz ölkəsində siyasi sistemi özü yaradır, özü qidalandırır və bu zaman sistemin daxili tələbatından və sosial sifarişdən meydana gələn yeni ideyalar pərvəriş tapır. Anti-azərbaycançı mərkəzlərin Azərbaycana sırımağa çalışdıqları “şura” ideyaları isə Azərbaycan cəmiyyətində pərvəriş tapa bilmədi. Çünki nə qədər ironik olsa da biz bu faciəni bir dəfə yaşamışıq. Ötən əsrdə “şura” sözü yenə şimaldan bizə ixrac olundu və Azərbaycan siyasi sistemini, xalqını, cəmiyyətini, dövlətini 70 ildən çox istismar etdi. XXI əsrdə önünə aldadıcı “milli” sözünü artırmaqla yenidən “şura” ideyası Azərbaycan cəmiyyətinə ötürüldü. Amma qeyd etdiyimiz kimi, artıq müstəqilliyinin 22-ci ilini yaşayan Azərbaycan cəmiyyəti kifayət qədər yetkin bir cəmiyyətdir. Üzü parıldadılıb təqdim olunan hər hansı bir ideyanı Azərbaycan cəmiyyəti kor-koranə qəbul etmir, onu təhlil edir, zahiri parıltının altında olan məqsədi görür və özünə izah edə bilir. Hələ “Milli şura” tragikomediyasının başlanğıcında bu barədə dəfələrlə yazıldı, fikirlər deyildi və bunun sonu haqqında proqnozlar verildi, amma buna baxmayaraq, radikal qruplar bu ideyaya möhkəm sarıldılar. Nəticə isə layiqli və məntiqəuyğun oldu: onlar intihar etdilər. Bu gün Azərbaycanda mövcud olan AXCP, “Müsavat” və onların ətrafındakı qruplar bu siyasi macəra ilə öz siyasi ömürlərini faciəvi şəkildə intihar edərək başa vurdular.
Bundan sonrakı mərhələ, fikrimizcə, onların Azərbaycanın siyasi sistemindən sakitcə çəkilib getmələridir. Çünki onlar artıq Azərbaycan cəmiyyəti və Azərbaycan siyasi sistemi üçün yoxdurlar və bunun günahı ancaq və ancaq onların özlərindədir. Beləliklə, bir neçə ay siyasi “səhnədə” oynanılan tragikomediya Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtmaması ilə başa çatdı. Bu oyunun aktyorları xəyal qırıqlığına uğradılar, hər kəs nəyin içərisində olduğunu başa düşdü. Amma Azərbaycan xalqının bir atalar sözü var: “Utanmasan, oynamağa nə var ki?” İbrahimbəyov havası bitər-bitməz yenidən başqa bir havaya Cəmil Həsənov havasına oynamağa başladılar. Beləliklə, macərapərəst kinodramaturqun tragikomediyasının son pərdəsində səhnəyə bir dublyor çıxdı. Bu, Cəmil Həsənov idi.
Tragikomediyada dublyor mərhələsi, yaxud Cəmil Həsənov epizodu
Bəs dublyor nədir və kimə lazım idi?
Bütün hallarda, bütün ssenarilərdə obrazı canlandıran aktyor güclü aktyor olur, obrazı mənimsəyir, onu oynayır və yaradır, yeni bir insan, bir şəxs təqdim edir. Amma bəzi hallarda bu aktyorun oynaya bilmədiyi kiçik epizodlarda dublyora ehtiyac olur. Dublyor isə aktyor deyil, dublyor obraz yaratmır, sadəcə müəyyən epizodlarda çıxış etməklə yardımçı funksiyanı yerinə yetirir. İndi isə heç də uğurlu olmayan və tragikomediya ilə başa çatan bir oyunda C.Həsənovu siyasi dublyor kimi bəzəyib ortaya çıxarıblar. Cəmil Həsənov ortabab bir tarixçi, pedaqoq ola bilər, amma o, heç vaxt ortabab siyasətçi ola bilməz. C.Həsənov heç bir halda professional bir siyasətçiyə rəqib ola bilməz. Üstəlik, xalq tərəfindən sevilən, dəstəklənən, zəngin təcrübəyə malik olan, Azərbaycan xalqı üçün böyük işlər görən, müasir Azərbaycanın yeni modelini yaradan, dünyada baş verən prosesləri dərindən təhlil etməyi bacaran, demək olar ki, poliqlot səviyyəsində dillərə yiyələnən və Azərbaycan cəmiyyətinə yeni çağırışlar etməklə öz zəkası ilə onun lokomotivi olan harizmatik bir liderə əsla rəqib ola bilməz. Belə olan halda, bu dublyor nədənsə hakimiyyətə iddia etməkdə davam edir. Uzun illərdir ki, Azərbaycan siyasi sistemində radikal və dağıdıcı mövqeləri ilə tanınan “müxalifət liderləri” də buna dəstək verirlər. Bilirsinizmi faciə nədədir? Əsl faciə ondadır ki, Cəmil Həsənov da, onu dəstəkləyən İsa Qəmbər və Əli Kərimli də bilirlər ki, C.Həsənov mənsub olduğu qrupdan və öz qohumlarından belə səs ala bilməyəcək. O, heç vaxt Azərbaycan xalqı tərəfindən siyasətçi kimi mənimsənilməyəcək. Buna baxmayaraq, onlar gələcəkdə Azərbaycanda yenidən xaos yaratmaq üçün öz mövqelərində israr edirlər. Lakin bir şeyi unudurlar.
Azərbaycanlı sosial psixologiyasığ mühafizəkardır, yad ünsürləri rədd edir
Yuxarıda qeyd etdik ki, Azərbaycanda intellektual əsaslarda yeni modern cəmiyyət formalaşıb. Bu cəmiyyət özünün milli demokratiya modelini yaradıb. Və bu modelin içərisində özünü çox sərbəst hiss edir. Azərbaycanlı sosial psixologiyası mühafizəkardır, yeniliyə asanlıqla adaptasiya olunur, amma eyni zamanda, yaratdığı modeli qorumaqda da israrlıdır. Bu nöqtədə orta statistik azərbaycanlının siyasi psixologiyası, milli psixologiyası, bütövlükdə Turan psixoloji tipi kimi xarakterizə olunan psixologiya ilə üst-üstə düşür. Azərbaycan cəmiyyəti neomühafizəkar bir cəmiyyət olaraq öz dəyərlərinə sadiqdir. Neomühafizəkar cəmiyyət nə deməkdir? Neomühafizəkarlıq liberal dəyərlərlə mühafizəkar dəyərlərin cəmidir, toplamıdır. Bu gün Azərbaycan öz milli adət-ənənələrinə sadiq qalmaqla, Qərbə, modernizmə açıqdır. Bunun adı neomühafizəkarlıqdır. Azərbaycan xalqı da bu modeli mənimsəyib. Ona görə də, Azərbaycan xalqı Azərbaycan siyasi sisteminin sütununu təşkil edən və neomühafizəkar partiya kimi səciyyələndirə biləcəyimiz Yeni Azərbaycan Partiyasının prinsiplərini, dəyərlərini mənimsəyib. Bu, müasir azərbaycanlı siyasi təfəkkürü ilə üst-üstə düşür və ona doğmadır. Çünki neomühafizəkarlıq hər bir azərbaycanlı üçün aydın dərk edilən və qəbul edilən bir dəyərdir.
“Milli şura” amorf yarım təşkilatlanma idi
Amma gəlin görək, “Milli şura” yarandığı gündən və yaxud indiki halda öz dublyoru vasitəsilə Azərbaycan cəmiyyətinə hansı dəyəri təqdim edir? Biz bu gün “Milli şura”nı necə səciyyələndirə bilərik? Bunlar liberaldırlarmı, sosial-demokratdırlarmı, mühafizəkardırlarmı, neomühafizəkardırlarmı, milli demokratdırlarmı və s. kimdirlər?! Azərbaycan seçicisinə hansı dəyərləri təqdim edirlər ki, seçici də onları mənimsəyib ona görə də səs versin? “Milli şura”da, ümumiyyətlə, ideya və ideologiya yoxdur. Belə olan halda seçkidə orta statistik azərbaycanlı onun üçün aydın və doğma olan, firavan perspektiv vəd edən dəyərimi seçər, yoxsa qeyri-müəyyən, bəlli olmayan, izah edilməyən, xaosumu seçər? Əlbəttə ki, birincini seçəcəkdir. Ona görə də, bu gün bir daha qeyd etmək lazımdır ki, kinorejissorun yazdığı siyasi tragikomediya başa çatdı, indi isə sadəcə Azərbaycanın siyasi sistemindən kənarda autsayder dublyor siyasi fokuslar göstərməyə çalışır. Hesab edirik ki, bu, “Milli şura”nın indiki mərhələdə fəaliyyəti üçün ən yaxşı qiymətdir. Bəri başdan 9 oktyabr 2013-cü il prezident seçkiləri barədə proqnoz vermək olar. Amma bundan sonra deyəcəklərimiz təbliğat sayıla biləcəyi üçün hələlik burada nöqtə qoyuruq. 9 oktyabrdan sonra görüşənədək!
Hikmət BABAOĞLU

 
  • Oxunub:  29340  |  
  • Tarix:  13-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib
22 İyul 17:55
Milli Məclisin deputatı Sahibə Qafarova seçicilərlə görüş keçirib
22 İyul 17:37
“EYOF 2019” Güləşçimiz Həsrət Cəfərov komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb
22 İyul 17:18
Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib
22 İyul 17:13
Əli Əhmədov: Azərbaycanda insanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıq yaşamırlar
22 İyul 17:11
Səttar Möhbalıyev: Azərbaycanda mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılıb
22 İyul 17:10
İsmayıllıda Milli Mətbuat Günü qeyd olunub
22 İyul 17:04
Yunan-Roma güləşçisi Qurban Qurbanov festivalda Azərbaycana üçüncü qızıl medalı qazandırıb
22 İyul 17:01
Gədəbəyin Koroğlu qalasına yol çəkilib
22 İyul 16:26
Bakıda “Gənc Qırğız şeiri antologiyası” şeirlər toplusunun təqdimatı olub
22 İyul 16:23
Çağırışçıların hərbi hissələrə qəbulu prosesi davam edir
22 İyul 16:01
Komitə sədri: Çin ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir
22 İyul 16:00
Baş nazir: Müasir Azərbaycan mətbuatı bütün sahələrdə əldə edilən nailiyyətlərə uyğun olaraq, öz inkişaf dövrünü yaşayıb
22 İyul 15:26
Azərbaycanlıların 83,4 faizi xaricə dəmir yolu və avtomobil nəqliyyatından istifadə edərək gedib
22 İyul 15:19
Hikmət Babaoğlu: 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib
22 İyul 15:12
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib
22 İyul 15:05
“Azərsu” ASC-nin sədri Şəkidə vətəndaşları qəbul edib
22 İyul 14:59
Azərbaycanla Türkiyənin əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişlənir
22 İyul 14:53
“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi davam edir
22 İyul 14:42
“EYOF Bakı 2019”: Kişi və qadın voleybolçuların yarışında ilk görüşlər başa çatıb
22 İyul 14:38
Altı ayda ölkəyə gələn əcnəbilərin 40 faizdən çoxu hava nəqliyyatından istifadə edib
22 İyul 14:29
Milli Mətbuat Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib
22 İyul 14:04
Mədəniyyət naziri “Real” televiziyasına müsahibə verib
22 İyul 13:45
Əli Əhmədov: Yeni Azərbaycan Partiyası olaraq fəaliyyətimizdə mətbuatla əməkdaşlığa böyük əhəmiyyət veririk
22 İyul 13:40
Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb
22 İyul 13:27
Azərbaycanın və Ukraynanın Gənclər və İdman nazirlikləri arasında Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı imzalanıb
22 İyul 13:16
Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib
22 İyul 13:10
Baş nazirin müavini: Azərbaycanda mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur
22 İyul 12:58
Azərbaycan İlahiyyat İnstitutunda təlim: İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları
22 İyul 12:50
Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı ayrılıb
22 İyul 12:45
Təhsil Nazirliyi yanında İctimai Şura yaradılır
22 İyul 12:38
Hesablama Palatası daha bir kənar dövlət maliyyə nəzarətinin nəticələrini açıqlayıb
22 İyul 12:29
XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçular mübarizəyə başlayıblar
22 İyul 12:06
Yaqub Mahmudov: KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar
22 İyul 12:03
MM-in deputatı: Azərbaycan mətbuatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında mühüm rol oynayır
22 İyul 11:59
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
22 İyul 11:57
Altı ayda Bakı Limanından daşınan TIR-ların sayı 57,8 faiz artıb
22 İyul 11:36
Hikmət Şikarov: 144 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçib
22 İyul 11:21
Dövlət Gömrük Komitəsinin bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
22 İyul 11:18
Prezident İlham Əliyev: Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir
22 İyul 11:08
Bakıda II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi keçiriləcək
22 İyul 11:02
Bakı Şəhər İcra Hakimiyyəti: Yeni layihənın ilkin nəticələri uğurlu alınıb
22 İyul 10:56
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22 İyul 10:54
Cəlilabad-Yardımlı yolunun yenidən qurulması yekunlaşır
22 İyul 10:42
XV Avropa gənclər Yay Olimpiya Festivalının ikinci günündə güləşçilər 7 çəki dərəcəsində yarışacaqlar
22 İyul 10:38
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
22 İyul 10:30
Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci gününün oyunları başlayıb
22 İyul 10:28
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları başlayıb
22 İyul 10:15
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
21 İyul 21:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib
21 İyul 20:13
“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir
21 İyul 20:07
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb
21 İyul 17:55
Milli Məclisin deputatı Qənirə Paşayeva Tailandda bir sıra görüşlər keçirib
21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA