Ana səhifə »  Müəlliflər »  Leyla Yunusdan növbəti anti-milli addım...
A+   Yenilə  A-
Leyla Yunusdan növbəti anti-milli addım...
Yazdı: Nardar Bayramlı

Cəmiyyətimiz onun kimi ünsürlərə layiq olduğu münasibəti göstərməlidir
Azərbaycanın uğurlarına sevinməyən xarici qüvvələrin ölkəmizin inkişafını əngəlləməyə çalışması yeni məsələ deyil. Bütün cəmiyyətə məlum olan bu məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın daha da güclənməsinin qarşısı alınsın. Bu prosesdə xüsusilə, Azərbaycana qarşı hərbi təcavüz siyasəti həyata keçirən işğalçı Ermənistanın dostları, erməni diasporu və lobbisi ciddi cəhdlər göstərirlər. Təəssüflər olsun ki, anti-Azərbaycan fəaliyyətində sapı özümüzdən olan baltalar da fəal iştirak edirlər. Bunlardan biri də Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusdur.
L.Yunusun anti-milli fəaliyyəti Azərbaycan xalqına kifayət qədər məlumdur. Çünki onun rəhbərlik etdiyi təşkilatın fəaliyyəti məhz dövlətimizin imicinə zərbə vurmaqdan ibarətdir. Təbii ki, bütün bunları o maddi maraqlar əsasında edir. Yəni, onun işğalçı Ermənistan tərəfinin nümayəndələri ilə əməkdaşlığının və birgə layihələrin arxasında həm öz dövlətinə nifrət, həm də xarici valyutalar dayanır. Məlum olduğu kimi, bu günlərdə L.Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu Ermənistan tərəfi ilə yeni iş birliyi yaradıb. Belə ki, Böyük Britaniyanın Azərbaycan və Ermənistandakı səfirliklərinin dəstəyi ilə Ermənistandakı “Region” Araşdırma Mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən birgə sayt yaradılıb. Verilən məlumatlarda bildirilir ki, “layihə qarşı tərəflə bağlı məlumatların araşdırılması, ermənilər və azərbaycanlılar arasında anlaşmanın ilk mənbədən təsdiqlənməsinə xidmət edir”. Yanvarın 16-da Yervanda bu saytın təqdimatı keçirilib. Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın “Erkramas” qəzeti L.Yunusun bu haqda bir açıqlamasını yaymışdı. L.Yunus həmin açıqlamasında demişdi ki, 2013-cü ilin yanvar ayında Bakıda və Yerevanda ilk erməni-Azərbaycan birgə internet veb-saytı təqdim olunacaq. Onun sözlərinə görə, “İctimai dialoqlar” adlanan bu internet resursu iki QHT-nin- Sülh və Demokratiya İnstitutunun və Ermənistanın “Region” Araşdırmalar Mərkəzinin uzun illərlə davam edən əməkdaşlığının (!) nəticəsi olaraq ortaya çıxıb.
Məlumat üçün bildirək ki, L.Yunusun şərik olduğu bu layihə elə ilk günündəcə anti-Azərbaycan mahiyyəti daşıyıb və Ermənistanın işğalçılıq siyasətinin dəstəklənməsinə yönəlib. Belə ki, layihənin ilk qonağı olan Ermənistanın “İrs” partiyasının sədri Raffi Ovannisyan öz ölkəsinin işğalçılıq siyasətinə haqq qazandırmağa çalışıb və separatçı rejimi, işğal altında olan torpaqlarımızı “Dağlıq Qarabağ Respublikası” adlandırıb. Yuxarıda qeyd etdiyimiz kimi, bu, L.Yunusun Azərbaycan xalqına qarşı yönəlmiş birinci “xidməti” deyil. Onun dəfələrlə dövlətimizə qarşı yönəlmiş fəaliyyəti bütün ictimayyətə məlumdur. Erməni mətbuatına açıqlamasında da L.Yunus etiraf edib ki, onun təşkilatı illərdir ki, ermənilərlə iş birliyindədir, müttəfiqdir. Bu açıqlamanı, həmçinin, illərdir müşahidə olunanları nəzərə aldıqda bəlli olur ki, bu insanda milli təəssübkeşlik anlayışı yoxdur, milli mənafe, milli maraq Leyla Yunus üçün heç bir anlam daşımır. Amma bu insan Azərbaycan vətəndaşıdır və hüquqi cəhətdən Azərbaycana bağlı bir insanın xalqının, dövlətinin düşməni ilə müttəfiqlik etməsi satqınlıq və xəyanətdir.
Sülh və Demokratiya İnstitutunun rəhbəri fəaliyyətinin bütün dövrlərində anti-milli, anti-Azərbaycan mövqeyi ilə tanınıb. L.Yunus həmişə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən, ermənilərlə iş birliyindən çəkinməyib. Onun yeni layihəsi də bu iş birliyinin davamıdır. “Hüquq müdafiəçisi” adı altında maskalanmış L.Yunus və ona yaxın olan ünsürlər Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək, ölkəmizi bütövlükdə qara rəngdə təqdim etmək üçün hər cür addım atmaqdan çəkinməyib. Ötən il Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində minlərlə əcnəbi qonağın və çoxsaylı xarici KİV nümayəndələrinin ölkəmizə səfər etməsi Ermənistanın təcavüzkarlığı haqda məlumatları onların diqqətinə çatdırmaq üçün böyük fürsət idi. Çünki Ermənistan hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizi işğal olunub, 1 milyondan çox dinc insan öz torpaqlarından didərgin düşüb. Bu insanlar ən adi hüquqlarından belə məhrum olublar. Çünki onların yaşadığı torpaqlara erməni hərbi birləşmələri nəzarət edir. Adını “hüquq müdafiəçisi” qoyan L.Yunus xeyli sayda əcnəbi jurnalistin ölkəmizdə olmasından istifadə edərək öz torpağında yaşamaq hüququndan məhrum edilmiş məcburi köçkünləri onlarla görüşdürə bilərdi. Bununla da, bir çox Avropa ölkəsində işğalçı Ermənistanın dinc azərbaycanlıların hüquqlarını necə pozması haqda tutarlı faktlar yayılardı. Amma bütün bunların əvəzində L.Yunus və onun kimilər erməni lobbisinin planları əsasında “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Bakıda “Demokratiya naminə oxu” və başqa adlar altında layihələr icra etdilər ki, burada da məqsəd guya Azərbaycanda demokratiyanın olmaması, insan hüquqlarının pozulması, “siyasi və vicdan məhbuslarının mövcudluğu” barədə xəbərlər yaymaq idi. Bu layihələrin başlıca hədəfi isə Azərbaycanın imicinə zərbə vurmaq olmuşdu. O zaman vətəpərvər jurnalistlərin L.Yunusa ünvanladığı “nə üçün Ermənistan təcavüzü nəticəsində hüquqları pozulmuş yüzminlərlə insan haqqında hər hansı məlumatları xarici KİV-lərin diqqətinə çatdırmırsız” sualını “hüquq müdafiəçisi” kinayə ilə qarşılayırdı...
Təbii ki, L.Yunusun bu “xidmətlərinin” arxasında maddi maraqlar dayanır. Məhz bu xidmətlərə görə onu ermənipərəst qüvvələr mükafatlandırır. Bütün bunların, anti-milli mövqeyi ilə qazandığı külli miqdarda vəsait hesabına, L.Yunus müxtəlif ölkələrdə mülklər və s. obyektlər əldə etməyə nail olub. Bu “hüquq müdafiəçisinin” və onun əri Arif Yunusun anti-Azərbaycan mövqeyində dayanmasının digər bir vacib səbəblərindən biri də damarlarında erməni qanı axması və ermənilərlə qohumluq əlaqələridir. Bu barədə də mətbuatda kifayət qədər məlumatlar verilib.
Əlbəttə ki, belə ünsürlərə Azərbaycan cəmiyyətində yer olmamalıdır. Azərbaycana qarşı təcavüzkar mövqe tutan Ermənistanla isti münasibətlər quran L.Yunus öz fəaliyyəti ilə şəxsi maraqlarını milli və dövlət maraqlarımızdan üstün tutur. Onun ermənilərlə yeni iş birliyi yaratması isə bu yöndəki çirkli fəaliyyətindən əl çəkmək niyyətində olmadığını sübut edir. Ona görə də, cəmiyyətimiz, Azərbaycan ictimaiyyətinin nümayəndələri, vətənpərvər insanlar L.Yunus kimi anti-milli ünsürlərin bədəməlli fəaliyyətinə son qoyulmasını tələb etməli, onlara layiq olduğu münasibəti göstərməlidirlər.
Nardar BAYRAMLI

 
  • Oxunub:  28260  |  
  • Tarix:  18-01-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb

13 Noyabr 21:31
Azərbaycan ilə Özbəkistan arasında dini-mənəvi sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
13 Noyabr 21:28
Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib
13 Noyabr 20:09
Azərbaycanın kosmik proqramı: Zəngin ənənələr və müasir çağırışlar
13 Noyabr 20:00
Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yollarına dair müzakirələr aparılıb
13 Noyabr 19:56
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dağıstanlı deputatlarla görüş keçirilib
13 Noyabr 19:50
Yeni TV-də canlı yayımda Hikmət Babaoğlunun qonağı Milli Məclisin deputatı Aydın Hüseynov olmuşdur (VİDEO)
13 Noyabr 19:45
Sona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər
13 Noyabr 17:39
AMEA-da tədris prosesinin cari vəziyyəti müzakirə olunub
13 Noyabr 17:31
ABŞ-ın nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
13 Noyabr 17:26
Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13 Noyabr 17:24
Azərbaycan Dillər Universitetində Qədim dillər elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb
13 Noyabr 17:21
“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib
13 Noyabr 17:20
Mərkəzi Seçki Komissiyası Gəncədə regional seminar-müşavirə keçirib
13 Noyabr 17:11
Mərkəzi Seçki Komissiyası “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb
13 Noyabr 17:08
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib
13 Noyabr 17:06
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 17:00
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 16:49
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini, Dağıstan Xalq Məclisinin sədrini və sədrin müşavirini qəbul edib
13 Noyabr 16:45
Təhsil nazirinin Fransaya səfəri davam edir
13 Noyabr 16:38
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13 Noyabr 16:36
Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13 Noyabr 16:34
Hadi Rəcəbli: Büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir
13 Noyabr 16:33
Birləşmiş Ərəb Əmirlikləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə yatırıb
13 Noyabr 16:28
Naqif Həmzəyev: 2020-ci ilin sosialyönümlü büdcəsi əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb
13 Noyabr 16:26
Milli Məclisin Sədri Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb
13 Noyabr 16:13
Sahibə Qafarova: Bu gün Azərbaycan özünün inkişafında ən yüksək zirvəni yaşamaqdadır
13 Noyabr 16:10
Eldəniz Səlimov: Dünyada Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir
13 Noyabr 16:07
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13 Noyabr 16:02
Futbol üzrə Azərbaycan kuboku turnirinin 2019-2020-ci illər mövsümünün püşkü atılıb
13 Noyabr 15:55
Los-Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13 Noyabr 15:53
Erməni diplomatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş çirkin əməllərin qarşısı alınır
13 Noyabr 15:46
Ticarət obyektlərinin sahibləri ilə görüşdə istehlakçı hüquqlarının qorunmasından bəhs olunub
13 Noyabr 15:43
“Made in Azerbaijan” brendli məhsullar “Food and Hotel China 2019” sərgisində
13 Noyabr 15:38
İlahiyyat İnstitutu: “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak etmiş tələbələrlə görüş
13 Noyabr 15:24
Eliy Abadi: Azərbaycan tolerantlıq ənənələrinə görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır
13 Noyabr 15:14
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Şəhidlər xiyabanını ziyarət edib
13 Noyabr 14:51
Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub
13 Noyabr 14:28
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb
13 Noyabr 14:17
Hərbi Hava Qüvvələri əməliyyat təlimi çərçivəsində qarşıya qoyulan tapşırıqları icra edir
13 Noyabr 14:13
Ermənistan Azərbaycanla Gürcüstan arasında qardaşlıq və dostluq münasibətlərinə həmişə nifaq salmağa çalışır
13 Noyabr 14:08
Milli Məclisdə “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
13 Noyabr 14:00
AzMİU ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında əlaqələr genişlənir
13 Noyabr 13:57
Hikmət Babaoğlu: “Azərbaycanda son illərin ən yaxşı inkişaf göstəriciləri bu il qeydə alınıb”
13 Noyabr 13:56
Nazir: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin turizm və investisiyaların cəlbi sahələrində əməkdaşlığı genişləndirilə bilər
13 Noyabr 13:52
Təhsil nazirinin müavini Ucar rayonunda
13 Noyabr 13:50
Sahil Babayev: 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq
13 Noyabr 13:05
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb
13 Noyabr 13:02
Mikayıl Cabbarov: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək
13 Noyabr 12:51
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb
13 Noyabr 12:21
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir
13 Noyabr 12:13
BŞBPİ: Bakıda yolu bağlayaraq avtomobillərə və vətəndaşlara hücum edən şəxslər saxlanılıblar
13 Noyabr 12:09
Xətai məktəbliləri Gəncə, Şəmkir, Göygöl rayonları üzrə ekskursiyaya çıxıblar
13 Noyabr 12:04
Bilal Dündar: Nəsiminin yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü onun xatirəsinə böyük ehtiramdır
13 Noyabr 12:01
Ağcabədidə 18 kilometrlik yol yenidən qurulub
13 Noyabr 12:00
Getaçyu Engida: Azərbaycan regionda və dünyada sülhün və sabitliyin inkişafına töhfə verir
13 Noyabr 11:54
Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları Dövlət Sərhəd Xidməti tərəfindən mükafatlandırılıb
13 Noyabr 11:42
Sabunçuda sakinlərin problemləri dinlənilib
13 Noyabr 11:24
Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməyin sevincini yaşayırlar
13 Noyabr 11:17
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13 Noyabr 11:16
Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür
13 Noyabr 10:47
Bakı Ekspo Mərkəzində “Caspian Ecology” X Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi işə başlayıb
13 Noyabr 10:46
Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya yola düşüblər
13 Noyabr 10:37
Zaqatala məktəbliləri cənub bölgəsi ilə tanış olacaqlar
13 Noyabr 10:36
Ahmet Altay Cengizer: Azərbaycan güclü mədəniyyəti olan ölkədir
13 Noyabr 10:31
Cənub bölgəsinin məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyaya qoşulublar
13 Noyabr 10:25
Qax məktəblilərini cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir
13 Noyabr 10:16
Şimal rayonlarından olan yüzə yaxın məktəbli maarifləndirici tur-aksiyaya qoşulub
13 Noyabr 10:04
Avstraliyanın turizm saytı: Səfərə hazırlaşırsınızsa, Azərbaycanı seçin!
13 Noyabr 10:00
Bu gündən “Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiya başlayır
13 Noyabr 09:51
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA