Ana səhifə »  Müəlliflər »  Prezidentliyə namizəd Cəmil Həsənlinin fırıldaqları ifşa olunur
A+   Yenilə  A-
Prezidentliyə namizəd Cəmil Həsənlinin fırıldaqları ifşa olunur
Yazdı: Pərviz Sadayoğlu

“Şuraçı namizəd” TSEK-dən “əlilliklə” bağlı saxta sənəd alıb
Öz fəaliyyətlərini Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd istiqamətlərlə kökləmiş müxalifətin radikal qanadının əsl siması Azərbaycan xalqına yaxşı tanışdır. 1992-ci ildə min bir fırıldaqla, zor gücü ilə hakimiyyətə gələn və sonradan ölkəni uçurumun bir addımına gətirib çıxararaq, vətəndaş müharibəsi durumu yaradan bu insanlar 1993-cü ildən sonrakı fəaliyyətlərini də xarici, anti-Azərbaycan dairələrinin sifarişi əsasında qurmağa başladılar.
Maraqlıdır ki, özlərini müxalifət adlandıran bu dağıdıcı ünsürlər hər addımda öz fırıldaqları, yalanları ilə qarşılaşmaq məcburiyyətindədirlər. Çünki öz ömürlərinin hətta ahıl çağında belə, min bir dona girən, min bir yalan danışan, özləri boğaza qədər çirkabın içində olduqları halda, hər kəsə qarşı şər, böhtan dili ilə danışmağa cəhd göstərən bu şəxslər güzgüdə öz əkslərini belə, görməkdən qorxurlar. Müxalifətin kimliyi, siması, fırıldaqçılığı “Milli şura” adlandırdıqları qondarma quruma topalaşmış insanların həyat və fəaliyyətində də özünü əks etdirir. Başdan-ayağa çirkab içində olan, iqtisadi ittihamlarla üz-üzə qalan və bu səbəbdən də qaçmağa üstünlük verən, yol verdiyi yeyintilərin cavabını verməmək üçün Azərbaycana ayaq basmaqdan qorxan sədr Rüstəm İbrahimbəyovun və ahıl çağında qondarma şuranın xarici sifarişlər əsasında irəli sürdüyü prezidentliyə namizədi Cəmil Həsənlinin qismində bu dağıdıcı ünsürlərin əsl mahiyyəti yavaş-yavaş üzə çıxır.
Qeyd etmək yerinə düşər ki, “Milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənlinin yeni bir pəstəhası meydana çıxıb. Bəlli olub ki, o, pensiyaya pensiya yaşından tez çıxıb və bununla bağlı əldə etdiyi sənəd də özü kimi qondarmadır. C.Həsənli 1952-ci ildə anadan olub və 2011-ci ildə, 59 yaşında pensiyaya çıxıb. O, üçüncü çağırış Milli Məclisin sabiq deputatı statusu ilə 2011-ci ilin iyun ayından pensiyadadır və ayda 2002 manat pensiya alır. Amma onun, əlilliyi təsdiq edən TSEK-də müayinə aktından çıxarışa diqqət yetirdikdə maraqlı nüanslar diqqəti cəlb edir.
İlk olaraq vurğulamaq lazımdır ki, sənəddə qeyd olunur ki, C.Həsənli TSEK-in rəyinə görə, “Diabetik anqiopatiyadır”. Lakin C.Həsənliyə belə bir diaqnoz qoyulsa da, əlillik səbəbi kimi ümumi xəstəlik-görmə problemi qeyd edilib. Burada bir sual meydana gəlir. Görəsən, nə üçün görmənin məhz diabetdən yarandığı ilə bağlı qeyd yazılmayıb. Söhbətləşdiyimiz mütəxəssislər də bildirdilər ki, burada, məhz diaqnoz kimi yuxarıda qeyd edilən xəstəlik yazılırsa, əlilliyin səbəbinin də həmin diaqnozun əsasında yaranması qeyd edilməlidir. Amma C.Həsənliyə aid sənəddə bu, “ümumi xəstəlik-görmə” şəklində qeyd edilir.
İkincisi və ən maraq doğurucu məqam bu sənəddə qeyd olunan növbəti müayinə tarixinin “müddətsiz” şəklində qeyd edilməsidir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, III qrup əlilliklə bağlı qoyulan diaqnozlarda qeyd edilən xəstəliklər ildə bir dəfə müayinədən keçmək məcburiyyətindədirlər. Burada xəstəliyin şiddətlənməsi və ya azalması, başqa fəsadların ortaya çıxmasını müəyyənləşdirmək üçün bu diaqnozlu xəstə ildə bir dəfə TSEK-də müayinə edilməlidir. Ola bilər ki, xəstəlik şiddətlənər və xəstəliyi olan şəxsin əlillik qrupu dəyişə bilər. Bu mənada müayinə vacib xarakter daşıyır. Məsələ ilə bağlı rəyini öyrəndiyimiz mütəxəssis həkimlər də bildirdilər ki, belə xəstəliklə Cəmil Həsənlinin “müddətsiz”, yəni ömürlük sənəd əldə etməsi normal hal sayıla bilməz. Yəni, bu gün televiziya ekranlarından, qəzet səhifələrindən şər-şəbədə püskürən, insanlara şər atan, qara yaxan Cəmil Həsənli bu sənədi birmənalı şəkildə fırıldaq yolu ilə əldə edib. Təbii ki, bu mənada həmin sənədin nə qədər həqiqətə uyğun olması müvafiq orqanlar tərəfindən mütləq şəkildə yoxlanılmalıdır.
Bu gün adını “alim” qoyub, cəmiyyətə “dərs keçmək” niyyətində olan Cəmil Həsənlinin Rüstəm İbrahimbəyov kimi “məşhur fırıldaqçıya” “dublyor” olmağa razılıq verməsi faktı özü də sübut edir ki, onlar ikisi də bir xislətdə olan insanlarmış. Yalan-palanla, fırıldaq yolu ilə özünə təqaüd təmin edən (“bunu hansı yolla edib” müəmmasını heç bir ekspert açıqlamaq gücündə olmadı. Görünür bu cür peşəkar fırıldaq etmək üçün gərək Cəmil Həsənli kimi də peşəkar fırıldaqçı olasan.) və pensiya yaşına hələ 3-4 ilə qalmış ayda 2002 manat pensiya əldə edən Cəmil Həsənli, öz əməlindən cüzi miqdarda da olsa utanırmı, öz əməlindən xəcalət çəkirmi? İnandırıcı deyil. Onun İctimai Televizya ilə yayımlanan verilişdəki sifətindən xəcalət təri əvəzinə rəzalət yağırdı. Təbii idi. C.Həsənli iki ildir ki, fırıldaq yolu ilə əldə etdiyi pensiyanı alır (nə az, nə çox, təxminən 50 min manat), “nuş edir”.
Bir məqama da toxunmaq vacibdir ki, TSEK-in Cəmil Həsənliyə verdiyi sənəddə qeyd edilir ki, o, az həcmdə, yüngül bir işdə işləyə bilər. Məsələ ilə bağlı rəyini öyrəndiyimiz həkimlər də bildirdilər ki, “yüngül iş” dedikdə ən çoxu bir-iki saatlıq işlər nəzərdə tutulur. Bu xəstəliyə mübtəla olmuş insan gününün böyük bir hissəsini istirahət etməklə keçirməlidir. İndi Cəmil Həsənli çox ciddi dilemma qarşısındadır: o ya əmək qabiliyyətini, demək olar ki, bütünlüklə itirdiyini etiraf etməlidir. Belə olanda onun prezident seçilmək iddiası ən azından bütün millətə hörmətsizlik və görünməmiş qeyri-ciddilikdir. Əmək qabiliyyətini itirmiş şəxsi kimsə prezident görmək istəməz.
Ya da, saxta sənədlərlə vaxtından əvvəl pensiyaya çıxdığını etiraf etmək zorundadır. Bu isə fırıldaqçı olduğunun etirafı demək olacaq. Eyni zamanda, qeyri-qanuni yolla imtiyaz qazanmaq kimi cinayət əməli faş edilmiş olacaq.
Üçüncü yol yoxdur.
Beləliklə, sual yaranır: kimdir Cəmil Həsənli: əmək qabiliyyətini bütünlüklə itirmiş “prezidentliyə namizəd”, yoxsa “Milli şura”nın fırıldaq yolu ilə vaxtından əvvəl pensiyaya çıxmış prezidentliyə namizədi?!
Nədənsə, C.Həsənli suala cavab verməkdən yayınır. Görünür cavabı əvvəla seçicilər, sonra isə müvafiq səlahiyyətli orqanlar verməli olacaq.

 
  • Oxunub:  24630  |  
  • Tarix:  19-09-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir

19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19 İyul 11:30
Hikmət Babaoğlu: Azərbaycan mətbuatı çətin və böyük inkişaf yolu keçib
19 İyul 11:29
Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılmasına dair pilot layihənin təqdimatı olub
19 İyul 11:23
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 İyul 11:12
XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə 41 təcili tibbi yardım briqadaları növbə çəkəcəklər
19 İyul 11:01
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19 İyul 10:54
Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon manatı ötüb
19 İyul 10:51
Azərbaycan və İtaliya alimləri tibb sahəsində əməkdaşlıq edəcəklər
19 İyul 10:38
Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir
19 İyul 10:29
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub
19 İyul 10:13
Loran Tardivel: Azərbaycanda xalçaçılıq sənətinin qorunub saxlanması və inkişaf etdirilməsi diqqətəlayiqdir
19 İyul 10:06
“Neftçi” avrokuboklarda ən böyük hesablı qələbəsini qazanmaqla ölkəmizin futbol tarixinə düşüb
19 İyul 09:57
Maliyyə Nazirliyi 6 ayda dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 İyul 09:54
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
19 İyul 09:52
Yarım ildə Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əhatəsi 1 milyard manatdan çox olub
19 İyul 09:47
Sivilizasiyalararası və dinlərarası dialoqun inkişafında Şeyxülislam Allahşükür Paşazadənin mühüm rolu var
19 İyul 09:41
Bu ilin birinci yarımilində yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib
19 İyul 09:39
Regionlarda meyvəçiliyin və çayçılığın inkişafı ilə bağlı çoxşaxəli tədbirlər görülür
19 İyul 09:36
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir
18 İyul 20:36
ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi
18 İyul 20:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir
18 İyul 20:30
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək cüdo komandalarının heyəti açıqlanıb
18 İyul 20:28
BDU Braziliya universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır
18 İyul 20:25
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
18 İyul 20:23
Kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlanılıb
18 İyul 20:16
Con Love: Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir
18 İyul 20:08
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
18 İyul 20:06
Fermerlərə 23 milyondan çox subsidiya verilməsinə dair qərar qəbul edilib
18 İyul 20:03
Leyla Abdullayeva: Bu hadisə Minsk qrupu həmsədrlərinin xalqların sülhə hazırlanması ilə bağlı çağırışına tam şəkildə ziddir
18 İyul 17:52
Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
18 İyul 17:49
Dövlət Miqrasiya Xidmətində altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
18 İyul 17:45
Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb
18 İyul 17:42
Sona Əliyeva: Gənclər üçün yay məktəbləri Yeni Azərbaycan Partiyasının ən uğurlu layihələrdən biridir
18 İyul 17:38
Səfir Cavad Cahangirzadə: Azərbaycan-İran əlaqələri heç zaman belə yüksək səviyyədə olmayıb
18 İyul 17:35
Dilarə Cəbrayılova: Yay məktəbləri gənclərimiz üçün yaddaqalan hadisələrlə zəngindir
18 İyul 17:32
Tahir Süleymanov: Ölkəmizin nəqliyyat mərkəzinə çevrilməsini təmin etmək üçün böyük işlər görülüb
18 İyul 17:29
Mirzə Əliyev: Aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb
18 İyul 17:28
Azər Badamov: Azərbaycan dünyada müxtəlif xalqların, dini konfessiyaların mehriban şəraitdə yaşadığı ölkə kimi tanınır
18 İyul 17:23
Abraham Kuper: Azərbaycan tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malikdir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA