Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dublyor Cəmil Həsənov özünün və radikal düşərgənin əsl xarakterini nümayiş etdirdi

Dublyor Cəmil Həsənov özünün və radikal düşərgənin əsl xarakterini nümayiş etdirdi

20.09.2013 [10:19]

Nurlan Qələndərli

Siyasi əxlaq və mədəniyyətdən uzaq olan, ictimai əxlaqa zidd davranışlar sərgiləyən radikal və autsayderləri təmsil edən, ən əsası, ermənipərəst, kosmopolit Rüstəm İbrahimbəyovun dublyoru kimi çıxış edən bir şəxsdən əxlaq, mənəviyyət və mədəniyyət gözləmək əbəsdir
Hər bir cəmiyyətdə sosial statusundan asılı olmayaraq, fərdlərin fəaliyyəti o zaman səmərəli və sosium üçün faydalı olur ki, o, ictimai əhəmiyyət kəsb etsin, sosial əxlaqa müvafiq olsun və hansısa korporativ maraqlara yox, toplumun ümumi dəyərlərinə, ictimai etika normalarına və cəmiyyətin ali mənafeyinə tam cavab versin. Amma təəssüflər olsun ki, bir sıra hallarda bu və ya digər cəmiyyətin nümayəndəsi qismində çıxış edən fərdlər sosiumda təşəkkül tapmış əxlaq normalarına, o cümlədən, mədəni dəyərlərə zidd hərəkətlərə yol verir, şəxslərin şərəf və ləyaqətlərinə toxunan fikirlər səsləndirirlər. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan cəmiyyətində də bu cür neqativ faktlar qeydə alınmaqdadır. Xüsusilə də, Azərbaycan siyasi palitrasında təmsil olunan bir sıra “siyasətçi”lər nəinki siyasi mədəniyyət və əxlaq normalarına zidd davranış sərgiləyirlər, eyni zamanda, xalqımızı təhqirə məruz qoyurlar. Belələrindən biri də “Milli şura” adlanan autsayder və radikallar toplusunun dublyor namizədi Cəmil Həsənovdur.
Prezidentliyə namizəd olan bir şəxs xalqın qarşısına qeyri-etik və mənəviyyatsız üslubla çıxır
Əvvəla onu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası prezidentinin seçkilərində iştirak edəcək namizədlərə ödənişsiz əsaslarla ayrılmış efir vaxtı çərçivəsində İctimai Televiziyada təşkil olunmuş debatda çıxışı zamanı Cəmil Həsənov etik normalardan və mənəviyyatdan uzaq olduğunu nümayiş etdirdi. Artıq ikinci debatdır ki, ittihamlar üzərində nitqini quran dublyor C.Həsənov təkcə böhtanlar səsləndirməklə kifayətlənməyərək küçə jarqonu və mənəviyyatını sərgiləmiş oldu. Əslində, prezidentliyə namizədliyini vermiş bir şəxsin xalqın qarşısına qeyri-etik və mənəviyyatsız üslubla çıxması həm də onun təmsil etdiyi radikal düşərgənin əsl simasını bir daha aşkar etmiş oldu. Əlbəttə ki, siyasi əxlaq və mədəniyyətdən uzaq olan, ictimai əxlaqa zidd davranışlar sərgiləyən radikal və autsayderləri təmsil edən, ən əsası, ermənipərəst, kosmopolit Rüstəm İbrahimbəyovun dublyoru kimi çıxış edən bir şəxsdən əxlaq, mənəviyyət və mədəniyyət gözləmək əbəsdir...
Şəxsiyyətin şərəf və ləyaqətinə toxunmaq ləyaqətsizliyin təzahürüdür
Onu da qeyd etmək lazımdır ki, əxlaq və mədəniyyətdən yoxsul olan dublyor Cəmil Həsənovun dünənki debat zamanı mənəviyyatını və əsl simasını aşkar edən ən başlıca göstərici onun şəxsiyyətin şərəf və ləyaqətinə toxunan ifadələr işlətməsi oldu. Daha da dəqiqləşdirsək, ölkəmizin milli maraqlarının hamisi və müdafiəçisi qismində çıxış edən, öz fəaliyyəti ilə hər bir vətəndaşa və siyasətçiyə nümunə olan, təkmil idarəetmə ilə ölkənin milli mənafeyini təmin və müdafiə edən bir şəxsiyyətə qarşı qeyri-etik və ədəbsiz ifadələr səsləndirmək dublyorun hansı mənəviyyat və kimliyə sahib olduğunu göstərir.
“Professor”un “ziyalı” maskası cırıldı
Bir məqamı xüsusi olaraq vurğulamaq gərəkdir ki, son hadisə bu günə qədər özünü cəmiyyətə “professor” kimi təqdim etməyə çalışan dublyorun “ziyalı” maskasını cırmış oldu. Şübhəsiz, son hadisə bu şəxsin fikir və bəyanatlarında ictimai dəyərlərdən və əxlaqdan danışsa da, öz əməlləri ilə cəmiyyətdə təşəkkül tapmış dəyər və normaları heçə saydığını nümayiş etdirir. Başqa sözlə, mənəviyyatsız xarakter tipinə malik olduğunu müxtəlif formalarda nümayiş etdirən C.Həsənovun qeyri-etik davranış tərzinin göstəriciləri deməyə əsas verir ki, onun mənəvi dəyərlərdən, ictimai əxlaqdan və ziyalı adından danışmasına heç bir mənəvi hüququ yoxdur. Bununla, əslində, küçə mədəniyyəti və əxlaqına sahib olduğunu nümayiş etdirən Cəmil Həsənova sual olunur ki, məgər bu cür qeyri-etik və səviyyəsiz ifadələr işlədən bir şəxsi hansı məntiq və əsasla ziyalı adlandırmaq olar.
Azərbaycan xalqını təhqir edən fırıldaqçı dublyor xalqdan üzr istəməlidir
Belə olan təqdirdə, Azərbaycan xalqını aşkar surətdə təhqir edən, qeyri-etik və mənəviyyatsız ifadələr səsləndirən fırıldaqçı dublyor xalqdan üzr istəməlidir. Doğrudur, bu şəxsin artıq xalqın və cəmiyyətin qarşısına çıxmağa üzü yoxdur. Amma hər halda, öz mənəviyyatsız və qeyri-etik davranışıyla cəmiyyətin hər bir nümayəndəsinə qarşı təhqiramiz fikirlərə yer verən, şəxsiyyətlərin şərəf və ləyaqətinə toxunan Cəmil Həsənovun başqa yolu yoxdur!
Cəmil Həsənovun namizədlik qeydiyyatının ləğv olunması qanunla müəyyən olunmuş prosedur qaydasıdır
Digər tərəfdən, onun yol verdiyi qeyri-etik davranışlar bu şəxsin prezidentliyə namizədlik qeydiyyatının ləğv olunmasını zəruri edə bilər. Əslində, Seçki Məcəlləsinin tələblərini və Mərkəzi Seçki Komissiyasının müvafiq təlimatlarını heçə sayan bir şəxsin namizədlik qeydiyyatının ləğv olunması hüquqi əsaslarla mümkündür. Bu, qanunla müəyyən olunmuş prosedur qaydasıdır.
Azərbaycan ictimaiyyətinin nümayəndələri Cəmil Həsənovun neqativ əməllərinə etiraz edir
Şübhəsiz, bütün bu neqativ hallar Azərbaycan ictimaiyyətinin nümayəndələri, o cümlədən, ziyalılar, ekspertlər və siyasətçilər tərəfindən narazılıqla qarşılanmaqdadır. Məsələyə münasibətini öyrəndiyimiz Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Cəmil Həsənov müəyyən olunmuş bütün normaları pozmaqla qeyri-etik davranışlara yol verib: “Dünənki debatda o, nəinki reqlamenti pozdu, eyni zamanda, opponentlərinin ləyaqətinə toxunan qeyri-etik ifadələrə yol verdi. Bu, artıq Seçki Məcəlləsinin aşkar surətdə pozulması deməkdir. Hesab edirəm ki, Mərkəzi Seçki Komissiyası bununla bağlı ciddi tədbirlər görməlidir”.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə bildirib ki, Cəmil Həsənovun opponentlərinə, ölkə ictimaiyyətinə, bütövlükdə, xalqımıza qarşı sayğısız, siyasi etikadan kənar davranışı hər bir Azərbaycan vətəndaşında ikrah hissi yaratmaqdadır: “Əslində, bu, radikal müxalifətin simasını göstərmiş oldu. Düşünürəm ki, radikal müxalifətin namizədi kim olursa-olsun, bu cür qeyri-etik əməllərə yol verəcəkdi. Bir şəxsin bu əxlaq, əqidə və mənəviyyatla prezidentliyə iddia etməsi olduqca gülüncdür”.
Millət vəkili qeyd edib ki, Cəmil Həsənovun qeyri-qanuni vasitələrlə, fırıldaq yolu təqaüd alması bu şəxsin özünün korrupsiyaya meyilli olduğunu göstərir: “Dövlətin məvaciblərini fırıldaq yolu ilə ələ keçirən bir şəxsi başqa cür səciyyələndirmək mümkün deyil. Burada birbaşa cinayət faktı var. Hesab edirəm ki, müvafiq qurumlar bununla bağlı adekvat tədbirlər görməlidirlər”.

Paylaş:
Baxılıb: 1304 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31