Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Özü büdcədən pul oğurlayır, elə bilir hamı onun tayıdır

Özü büdcədən pul oğurlayır, elə bilir hamı onun tayıdır

21.09.2013 [09:18]

Mübariz Abdullayev

İnsan, gərək, mənəviyyatdan danışanda ilk növbədə öz əxlaqını göz önünə gətirsin, başqalarından, ətrafdakılardan tələb etdiyini özündə axtarsın. Bu mənada “ziyalı” adına iddia edənlərin mənəvi məsuliyyəti daha böyükdür. Cünki tarixən cəmiyyət həmişə öz ziyalısına oriyentir götürüb, onu seçilmiş, nümunə sayıb. Lakin “ziyalı” bu sosial statusdan sui-istifadə edirsə, bu uca, şərəfli sözü başı üstünə çətir tutaraq öz xudbin məqsədlərinə çatmaq yolu ilə gedirsə, bu, artıq onun özünün və onu “ziyalı” adlandıranların faciəsidir.
Radikal müxalifət düşərgəsinin saxta “birlik” formatı “Milli şura”nın yeni “vahid namizəd”i Cəmil Həsənovun nümunəsində müşahidə olunan “ziyalı rəzaləti” bunun bariz nümunəsidir. “Tarixçi alim” olduğu deyilən Cəmil Həsənov univerisitet müəllimidir, vaxtilə Milli Məclisdə təmsil olunub, “professor” titulu var. Lakin belə görünür ki, bütün bunlar Cəmil Həsənovu heç də mənəvi cəhətdən zənginləşdirməyib. Daha dəqiq desək, o, imtiyazlardan, daşıdığı statuslara görə ona göstərilən hörmətdən sui-istifadə edərək ikrah doğuran, Azərbaycanda həmişə uca tutulan “ziyalı” adına xələl gətirən hərəkətlərə rəvac verib.
Yox, söhbət Cəmil Həsənovun bir neçə ay bundan əvvəl bədnam yazıçı Əkrəm Naibovun tarixi həqiqətləri təhrif edən “Daş yuxular” romanına münasibətdə sərgilədiyi loyallıqdan, biveclikdən getmir. Bəli, azərbaycanlıları qaniçən, erməniləri isə humanist qiyafədə təqdim edən həmin roman işıq üzü görəndə Azərbaycan cəmiyyətinin kəskin etirazlarına rəğmən, “tarixçi alim” Cəmil Həsənov heyrət doğuracaq bir sükut nümayiş etdirdi. Bədnam “Daş yuxular”ın əsl mahiyyətini izah etmək, nankor Əkrəm Naibovun kimlərin buyruq quluna çevrildiyini açıb göstərmək “tarixçi alim”in “ziyalılıq” borcu idi. Ancaq daşdan səs çıxdı, Cəmil Həsənovdan yox. Rəhmətlik M. Ə. Sabir bu yerdə deyib: “Heyrət, ey büt!”.
Cəmil Həsənovun tariximizi, milli-mənəvi-dini dəyərlərimizi aşağılayan “Daş yuxular”a münasibətdə sərgilədiyi mövqesizlik yenicə unudulmağa başlayırdı ki, onun daha bir “ziyalı rəzaləti”nin üstü açıldı. Bu dəfə söhbət həm də radikalların “birlik” formatı kimi təqdim olunan “Milli şura”nın yeni “vahid namizəd”i statusunu daşıyan dublyor Cəmil Həsənovun təqaüd fırıldağından gedir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, 1952-ci ildə anadan olan Cəmil Həsənovun pensiyaya çıxma yaşının tamam olmasına hələ iki il qalsa da, o, 2011-ci ilin iyun ayından təqaüd alır. Özü də nə az, nə çox-Milli Məclisin sabiq deputatı statusuna görə 2000 manat. Bəs Cəmil Həsənov müvafiq dövlət orqanlarını aldatmağa və vaxtından əvvəl təqaüdə çıxmağa necə nail olub?
Bildirilir ki, Cəmil Həsənov təqaüd məsələsini vaxtından bir neçə il qabaq həll etməyə saxta arayış əsasında müvəffəq olub. Onun müvafiq orqanlara təqdim etdiyi arayışda gözünün yaxşı görmədiyi və ancaq yüngül, az iş saatı olan işdə işləməsinin mümkünlüyü vurğulanıb.
“Milli şura”nın yeni “vahid namizəd”i Cəmil Həsənovun saxta arayış əsasında təqaüdə çıxdığı və beləliklə də, dövlətin, xalqın cibinə girdiyi prezidentliyə namizədlərin İctimai Televiziyada təşkil olunan ilk debatında onun üzünə deyildi. Gözləmək olardı ki, o öz hərəkətlərini əsaslandırmaq üçün ortaya əlavə sənədlər çıxaracaq. Lakin aradan bir neçə gün keçməsinə baxmayaraq, Cəmil Həsənov 2011-ci ildə vaxtından bir neçə il qabaq təqaüdə getməsinə əsas verən sənədləri ortaya çıxartmağa tələsmir. Hətta prezidentliyə namizədlərin İTV-də təşkil olunan ikinci debatında da Cəmil Həsənov bu məsələni qabartmamağa çalışaraq ümumi, anlaşılmaz sözlər söyləməklə məsələyə nöqtə qoymağa çalışdı.
Cəmil Həsənovun saxtakarlığa yol verdiyi, fırıldaq işlədərək müvafiq orqanları aldatması və böyük məbləğdə dövlət vəsaitini mənimsədiyi göz önündədir. Elə onun özü bunun canlı təsdiqidir. İndiyədək onu heç kəs eynək taxan görməyib. Haqqında bəhs olunan debatlarda da Cəmil Həsənov təbliğat məqsədilə hazırladığı mətnləri heç bir çətinlik çəkmədən, çox asanlıqla üzündən oxuyurdu.
Yuxarıda vurğuladığımız kimi, Cəmil Həsənov nə namizədlərin televiziya debatları zamanı, nə də sonradan vaxtından qabaq təqaüdə çıxması ilə bağlı heç bir sənəd təqdim etməyib. Əvəzində “Milli şura”nın “vahid namizəd”i ağzını köndələn qoyub hap-gop danışır. İTV-də prezidentliyə namizədlər arasında təşkil olunan debat onlara öz platformalarının müddəalarını, əsas istiqamətlərini ictimai müzakirəyə çıxarmaq üçün yaxşı imkandır və cəmiyyətə deməyə sözü olan hər bir namizəd də yaradılan pulsuz efir imkanından maksimum dərəcədə bəhrələnməyə çalışmalıdır. Lakin sonuncu debatda biz “Milli şura”nın “vahid namizəd”i Cəmil Həsənovun nümunəsində nəyi müşahidə etdik? O, sanki, prezidentliyə namizəd statusu daşıdığını, auditoriya qarşısına çıxdığını unutmuşdu, özünü qətiyyən “ziyalı” kimi aparmırdı. İndiyədək bivec “tarixçi alim”, “təqaüd fırıldaqçısı” kimi tanıdığımız Cəmil Həsənov namizədlərin son televiziya debatında özünü həm də bir qaraguruhçu, boğazdanyuxarı danışan, yaşına, daşıdığı statusa hörmət bəsləməyən və buna layiq olmayan biri kimi göstərdi.
Televiziya debatında ona ayrılan bütün vaxt ərzində tutuquşu kimi “ölkədə korrupsiya var” ifadəsini təkrarlayan Cəmil Həsənova bir daha xatırlatmaq istərdik ki, saxta yolla sənədlər düzəldib vaxtından əvvəl təqaüdə çıxmaq və dövlət vəsaitini bilə-bilə mənimsəmək tipik korrupsiya nümunəsidir. Özün dövlət vəsaitini mənimsədiyin halda cəmiyyəti korrupsiyada ittiham etmək hansı mənəviyyata sığır? Budurmu sənin az qala hər kəlməbaşı təkrarladığın “ziyalılığın”? Cəmiyyətdəki neqativ hallardan danışmağa mənəvi haqq qazanmaq üçün ilk növbədə özündən başlamalısan, Cəmil Həsənov!

Paylaş:
Baxılıb: 1088 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31