Ana səhifə »  Müəlliflər »  İsa Qəmbərin 5 qəpiklik ürəyi
A+   Yenilə  A-
İsa Qəmbərin 5 qəpiklik ürəyi
Yazdı: Nadir Azəri

Və ya xalqdan heç bir dəstəyi olmayan radikal müxalifət yenə də xaricə boylanır
Kimsəyə sirr deyil ki, Azərbaycanda adını müxalifət qoyan radikal düşərgə fəaliyyətinin istiqamətini birmənalı şəkildə dövlətin və xalqın maraqlarının əksinə yönəldib. Demokratik inkişaf yolunda irəliləyən Azərbaycan dövlətinin uğurlarına hər addımda xələl gətirməyə çalışan, hər məqamda dövlətimizin imicinə qarşı mövqe tutan, anti-azərbaycançı dairələrin sifarişləri əsasında hərəkət edən bu düşərgənin əməlləri xalq tərəfindən qəzəblə qarşılanır.
Bu dağıdıcı düşərgənin təmsilçiləri çox yaxşı bilirlər ki, uzun illər sərgilədikləri antimilli mövqe onların tamamilə nüfuzdan düşməsinə səbəb olub. Və buna görə də, ölkədə keçirilən bütün seçkilərdə müxalifət xalqdan dəstək ala bilmir. Onlar eyni zamanda gözəl dərk edirlər ki, bu il keçiriləcək prezident seçkilərində də eyni aqibəti yaşacayaqlar. Yəni, seçki məntəqələrinə gələn Azərbaycan seçicisi öz fəaliyyətlərini dövlətmizin və xalqımızın deyil, bəzi xarici dairələrin maraqları əsasında quran müxalifət namizədlərinə yenə layiq olduqları yeri göstərəcək. Məhz buna görə də, özlərini gündəmdə saxlamaq, seçkilərdə heç olmasa öz məhdud çevrəsinin “seçilmişi” kimi önə çıxmaq üçün müxtəlif yollara əl atırlar.
Heç uzağa getməyək. Müsavat Partiyasının başqanı İsa Qəmbərin Lənkəranda baş verən hadisədən sui-istifadə edərək, bunun fonunda öz təbliğatını qurmağa cəhd göstərməsi deyilənlərə sübutdur. Məlum olduğu kimi, müvafiq orqanlar məsələnin hüquqi tərəfinin araşdırıldığını bildirib və olaylara obyektiv hüquqi qiymət veriləcəyini bəyan edib. Eyni zamanda, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov mətbuata açıqlamasında Lənkəran hadisəsi ilə bağlı araşdırmaların aparıldığını bildirib. Onun sözlərinə görə, hadisə ilə bağlı saxlanılanlar, dindirilənlər istintaqın işindən asılı olacaq. E.Zahidov araşdırma başa çatandan sonra nəticəsi barədə ictimaiyyətə açıqlama veriləcəyini də deyib. Göründüyü kimi, hüquq mühafizə orqanları bu məsələ ilə məşğul olur. Amma İ.Qəmbərin bu hadisədən sui-istifadə cəhdləri araşdırmaların gedişinə mane olur.
Belə ki, “Müsavat” başqanı bu hadisədən sui-istifadə edərək özünü reklam etmək cəhdlərində bulunur. Əslində, onun bu cür davranması başadüşüləndir. O mənada ki, hazırda radikal düşərgədə prezidentliyə namizədlik məsələsi ətrafında növbəti döyüş başlayıb. Və İsa Qəmbər həm “İctimai Palata”dakı, həm də ümumiyyətlə əzəli və əbədi rəqibi olan Əli Kərimlini “zərərsizləşdirmək” üçün mətbuatdakı çıxışlarında “məqsəd mənə hücum etmək idi”, “kim nə deyir desin, bu mənə qarşı sui-qəsd cəhdidir”, “hədəfdə yalnız mən idim” kimi pafoslu ifadələr səsləndirir. Bununla da, İ.Qəmbər guya hakimiyyətin yalnız onu əsas rəqib kimi gördüyünü və onu hədəfə alması mesajını verir.
Elə son günlər İsa Qəmbərə yaxın bəzi KİV-lərdə onun xaricdəki hansısa təşkilatlar və ya şəxslər tərəfindən dəstəklənməsinə dair tirajlanan xəbərlərin arxasında da məhz onun Əli Kərimlidən daha böyük görünmək istəyi dayanır. Məsələn, Fridrix Nauman Fondunun Mərkəzi, Cənub-Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə regional direktoru Rene Klaffın İsa Qəmbərə ünvanlanmış məktubunun bütünlüklə dərc olunmasını, əslində, həmin məktubda “Sizi qarşıdan gələn prezident seçkilərində Müsavat Partiyasından prezidentliyə namizəd irəli sürülməyiniz münasibətilə təbrik etməkdən məmnunluq duyuram” ifadəsinin qarşı tərəfin, yəni, AXCP sədrinin diqqətinə çatdırılması kimi dəyərləndirmək olar. Yəni, görünən odur ki, İsa Qəmbər bununla Əli Kərimliyə “xaricdəkilər məni dəstəkləyirlər” şəklində göz dağı vermək istəyir.
Əlbəttə, İsa Qəmbər-Əli Kərimli savaşının Azərbaycan cəmiyyətinə qətiyyən dəxli yoxdur və bu savaşda kimin önə çıxması heç bir şeyi həll etmir. Lakin burada vurğulanması vacib olan məqam yenə də xaricilər amili ilə bağlıdır. Daha doğrusu, görünən odur ki, radikallar hələ də ötən illərin acı dərslərindən nəticə çıxarmayıblar. Yenə də onlar dəstəyi xalqdan deyil, məqsədi, məramı bəlli olmayan hansısa xarici qüvvələrdən gözləyirlər. Bu isə sözügedən düşərgə təmsilçilərinin nə qədər zavallı bir durumda olduğunu isbat edir. Yəni, əgər bir siyasətçi Azərbaycan vətəndaşı olmasına, Azərbaycanda hansısa seçkili vəzifəyə iddia etməsinə baxmayaraq, dəstəyi xalqdan deyil, əcnəbilərdən gözləyirsə, özünün uğur qazanması üçün məhz xaricdən verilən dəstəyin rol oynayacağını düşünürsə, nəhayət, uğura aparan yolun xalqın iradəsindən deyil əcnəbiləri yamsılamaqdan keçdiyini düşünürsə, deməli, onun siyasi meydandan çəkilməkdən başqa yolu qalmayıb.
Xaricdən dəstək ummaqdan, əcnəbiləri yamsılamaqdan söz düşmüşkən, məlum olduğu kimi, yanvarın 12-də bir qrup gənc Bakıda icazəsiz aksiya keçirib. Və həmin aksiyada saxlanılanlar qanunvericiliyə əsasən cərimə olunublar. Lakin bəziləri bu cərimələrin yüksək olduğunu iddia edərək, “facebook” sosial şəbəkəsində cərimələri ödəmək üçün “5 qəpiklik kampaniya”ya başlayıblar. Əlbəttə, istər bu aksiyada saxlanılanlar, istərsə də indi hay-küy salanlar yaxşı bilirlər ki, cərimələrlə bağlı qərar parlamentin payız sessiyasında qəbul edilib. Yəni, qeyri-qanuni aksiyalara marağı olan insanlar əvvəlcədən bilirdilər ki, onların bu hərəkəti yüksək cərimələrin tətbiq olunması ilə nəticələnəcək. Bir sözlə, bu cərimələr qanunu pozan insanlar üçün nəzərdə tutulub. Ona görə də, hər kəs qanunlara hörmət etməyə borcludur.
Ancaq bu məsələdə diqqəti çəkən digər bir məqam yenə də İsa Qəmbərlə bağlı olub. Belə ki, İsa Qəmbər “facebook” səhifəsində qəpiklərdən düzəldilmiş ürək şəkli yerləşdirib və ora “Bizim İvanişvilimiz yoxdur, bizim ürəyimiz var” sözlərini də yazıb. Göründüyü kimi, İsa Qəmbər hətta adi bir məsələdə belə xaricə boylanır, xaricdə olanları, yaxud da xaricdəkiləri yamsılamaq istəyini növbəti dəfə büruzə verir.
Son olaraq bir daha vurğulamaq yerinə düşər ki, kimin nə düşünməsindən, kimin özünə hansı xarici ölkədə dayaq axtarmasından, yaxud da yaxın, uzaq ölkələrdə olanları yamsılamaq istəməsindən asılı olmayaraq Azərbaycan xalqı ağı qaradan, yaxşını pisdən ayırmağı bilir. Xalqımız son illərdə ölkəmizdə əldə olunan inkişafın davam etməsini istədiyini hər bir seçkidə nümayiş etdirir və quruculuq, inkişaf siyasətinin davam etməsinə səs verir. Çünki Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Prezident İlham Əliyevin davam etdirdiyi bu siyasət, ölkədəki sabitlik, iqtisadiyyatda baş verən inkişaf, Azərbaycanın dövlət olaraq beynəlxalq aləmdə nüfuzunun artması, mövqeyinin möhkəmlənməsi vətənpərvər ruhlu hər bir vətəndaşın maraq və mənafelərinə uyğundur. Ona görə də, bu il keçiriləcək növbəti prezident seçkilərində də Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyev yenidən xalqın uğurlu seçimi olacaq.
Nadir AZƏRİ

 
  • Oxunub:  22140  |  
  • Tarix:  18-01-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir

23 Fevral 22:46
Avropa azərbaycanlıları Brüsseldə izdihamlı Qarabağ mitinqi keçirib
23 Fevral 19:16
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Vyanada kütləvi aksiya təşkil olunub
23 Fevral 19:12
Azərbaycanda sahibkarlığın inkişafı prioritet məsələlərdəndir
23 Fevral 18:50
“Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkında hazırlıq işləri aparılır
23 Fevral 18:06
Milli Məclisin deputatları BMT-nin baş qərargahında parlament dinləmələrində iştirak ediblər
23 Fevral 17:56
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Koreya Respublikasında silsilə tədbirlər keçirilib
23 Fevral 17:45
Vergilər Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
23 Fevral 17:38
ATƏT PA-nın sessiyası çərçivəsində Azərbaycanın bu təşkilatla münasibətləri müzakirə edilib
23 Fevral 17:15
Azərbaycan İlahiyyat İnstitutunda elmi-praktik konfrans: “Dilimiz milli-mənəvi sərvətimizdir”
23 Fevral 17:09
Daxili işlər naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
23 Fevral 16:18
“Srebrenitsa anaları” Assosiasiyasının nümayəndə heyəti Milli Məclisdə olub
23 Fevral 16:09
Parisdə nazirlər seminarında ölkəmizdə kənd təsərrüfatının inkişafına verilən dövlət dəstəyindən danışılıb
23 Fevral 15:53
Qida Təhlükəsizliyi Agentliyində MÜSİAD Azərbaycan şöbəsi idarə heyətinin sədri ilə görüş olub
23 Fevral 15:37
Dövlət Komitəsində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
23 Fevral 15:00
Azərbaycan Parisdə 56-cı Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təmsil olunur
23 Fevral 14:58
Dövlət Gömrük Komitəsinin sədri Ağsu şəhərində vətəndaşları qəbul edib
23 Fevral 14:17
Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışlı təlimləri keçirilib
23 Fevral 13:55
Elman Məmmədov: ATƏT-in Minsk qrupunun fəaliyyətindən konkret nəticələr gözləyirik
23 Fevral 13:43
Sevinc Hüseynova: Atılan addımlar dövlətimizin qayğıya ehtiyacı olan təbəqəyə göstərdiyi diqqətin nümunəsidir
23 Fevral 12:58
Vüqar Bayramov: Dövlət başçısının Fərmanı əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində atılan daha bir önəmli addımdır
23 Fevral 12:56
Elman Nəsirov: Ortada yenə də Madrid prinsipləridir
23 Fevral 12:47
Özbəkistan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
23 Fevral 12:29
Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi istiqamətində işlər aparılır
23 Fevral 12:17
İsraildə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib
23 Fevral 12:04
Azərbaycan Slavyan Gənclərinin Birinci Forumu keçirlir
23 Fevral 11:58
UNEC-də karyera günü: Vergi orqanlarına işə qəbul
23 Fevral 11:52
Xocalı soyqırımının 27-ci ildönümü Bişkekdə qeyd edilib
23 Fevral 10:55
Xocalı Soyqırımının qurbanlarının xatirəsi Brüsseldə anılıb
23 Fevral 10:55
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib
23 Fevral 10:50
Kaliforniyanın televiziya kanallarında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilir
23 Fevral 10:48
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
23 Fevral 10:36
Gədəbəy rayonu 2018-ci ili uğurla başa vurub
23 Fevral 10:27
Hesablama Palatası ilə Gürcüstan Dövlət Audit Ofisi arasındakı anlaşma memorandumu yenilənib
23 Fevral 10:25
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir
23 Fevral 10:22
Azercell-in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb
23 Fevral 10:21
Regionların uğurlu inkişafı bütün sahələri əhatə edir
22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA