Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Teledebatdan sonra müxalifət mətbuatının xüsusi canfəşanlıqla “vahid namizəd”i müdafiə taktikasına keçməsi, radikalların bəyanatlar verməsi göstərir ki, Cəmil Həsənov haqqında açıqlanan ifşaedici informasiyalar “Milli şura”nı ciddi narahat edib

Teledebatdan sonra müxalifət mətbuatının xüsusi canfəşanlıqla “vahid namizəd”i müdafiə taktikasına keçməsi, radikalların bəyanatlar verməsi göstərir ki, Cəmil Həsənov haqqında açıqlanan ifşaedici informasiyalar “Milli şura”nı ciddi narahat edib

22.09.2013 [09:44]

Mübariz Abdullayev

Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəni xaosa, qarşıdurmalara, vətəndaş itaətsizliyinə sürükləyən AXC-Müsavat iqtidarında təmsil olunanlar, hazırda isə radikal düşərgənin “fəalları” olan AXCP-nin sədri Əli Kərimli, “Müsavat”ın başqanı İsa Qəmbər və digərləri qarşıdan gələn prezident seçkiləri ərəfəsində yenidən fəallaşıblar. Onlar yenə özlərinə xas əxlaq və davranış tərzi nümayiş etdirirlər. Belə ki, radikalların nəzarətlərində olan media orqanları, ələlxüsus da sosial şəbəkələr AXCP və “Müsavat” təmsilçiləri üçün bir növ cıdır meydanına çevrilib.
Məlumdur ki, sentyabrın 19-da prezidentliyə namizədlərin İctimai Televiziyada təşkil olunan debatında “Milli şura”nın “vahid namizəd”i Cəmil Həsənovun milyonlarla tamaşaçı auditoriyasını, daşıdığı statusu nəzərə almadan, nəhayət, ziyalı adına yaraşmayan tərzdə qaraguruhçuluqla çıxış etməsi, uydurma “faktlar” səsləndirməsi, etikadankənar hərəkətlərə yol verməsi və beləliklə də, debatı pozmağa çalışması cəmiyyətdə haqlı narazılıq yaradıb. AXCP-nin sədri Əli Kərimli isə özünün “Facebook” səhifəsində Cəmil Həsənova yönələn ictimai qınağı nəzərə almadan onun müdafiəsinə qalxıb. “Milli şura”nın “vahid namizəd”ini “ruhlandırmağa” çalışan AXCP sədri yenə öz ampluasında qalaraq yazdığı statusunda jarqonlar işlətməyi belə özünə rəva görüb.
Radikal müxalifət düşərgəsindəki bir-birlərini boğazdan yuxarı tərifləyən Əli Kərimli, İsa Qəmbər və digərləri rəqibinin önə çıxmasının qarşısını almaq üçün qoca kinoçəkəni, sonra isə xəstə və III qrup əlil olan “tarixçi”ni qabağa verib onu mavi ekrandan təhqirlər söyləməyə təhrik edirlər. Bununla da “ziyalı” dedikləri C.Həsənovu gözdən salırlar. Buna nə ad verəsən? Xalq belələrinin yenə meydan sulamasına imkan verməz və bu seçkilərdə onları birdəfəlik süpürüb atacaq arxivə.
Əslində, Əli Kərimli rəqabətə tab gətirə və hansısa bir uğur qazana bilməyəcəyini görüb cari prezident seçkilərində Cəmil Həsənovu “günah keçisi” kimi qabağa verdi. Yaşlı insanı, özünə birtəhər pensiya düzüb-qoşan ortabab alimi öz iyrənc oyunlarının qurbanı etmək bir mənəviyyat göstəricisidir. Etika xatirinə bu ifadəni yazmamaq da olardı, amma o, sosial şəbəkədə bu tərzdə yazırsa, ona öz dilində cavab vermək lazımdır.
Yeri gəlmişkən, İsa Qəmbər də sentyabrın 19-da İTV-də keçirilən canlı debatla bağlı “Facebook” hesabında status yazaraq “Milli şura” tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənovun çıxışını alqışlayıb.
Teledebatdan sonra “Milli şura” üzvlərinin, müxalifət mətbuatının xüsusi canfəşanlıqla C.Həsənovu müdafiə taktikasına keçməsi, radikal müxalifət “liderlərinin” bəyanatlar verməsi göstərir ki, C.Həsənov haqqında açıqlanan ifşaedici informasiyalar “Milli şura”nı ciddi narahat edib. Cəmil Həsənov insanlara böhtan atmaqla artıq özünü biabır etmək mərhələsinə keçib. Ümid edək ki, C.Həsənov səhvini düzəldərək, növbəti çıxışlarında bp-dən 30 milyon funt-sterlinq rüşvət alaraq neft kontraktlarını pay edən AXC-Müsavat hakimiyyəti dövründə baş verən talançılıq faktları barədə də danışacaq. Həm də İ.Qəmbərin, Ə.Kərimlinin və digər partiya “liderlərinin” uzun müddətdir xarici fondlardan maliyyə dəstəyi aldıqlarını, xarici dairələr qarşısında öhdəliklər götürdüklərini ifşa edəcək.
Onu da deyək ki, “Milli şura” sentyabrın 19-da İctimai Televiziyada baş verən olayla bağlı bəyanat yayıb və Mərkəzi Seçki Komissiyasından Cəmil Həsənova qarşı baş vermiş “qanun pozuntularını” qısa zamanda araşdırmağı, onun guya pozulmuş haqlarını bərpa etməyi, bu hadisəni törədənlər barədə ölçü götürülməsini tələb edib.
“Milli şura”nın işi ancaq bəyanat hazırlamaqdan ibarətdir. Yarandığı vaxtdan normal bir təkliflə çıxış edə bilməyən bu qondarma qurumun başbilənləri gecə yatanda gördükləri yuxu ilə bağlı da bəyanat versələr, heç təəccüblənmərik. Bunlar hələ başa düşmürlər ki, nədəsə qanun pozuntusu görürlərsə, rəsmi şikayət ərizəsi yazıb, müvafiq quruma vermək lazımdır. Bunun üçün pafoslu bəyanatlara lüzum yoxdur.
Bunlar birillik hakimiyyətləri dövründə gurultulu bəyanatlar verərək, Azərbaycanı bütün dünya ilə düşmən etmişdilər. İndi də təxribat törədir, sonra cəfəng bəyanat verir və ya ağalarına donos yazırlar.
Məlum olduğu kimi, İTV-də dəyirmi masa bitər-bitməz radikal müxalifət təmsilçiləri canlı yayımda baş verənlərə baş-ayaq “şərh” verməyə başladılar. “Milli şura”nın namizədi Cəmil Həsənov isə Azadlıq Radiosuna sentyabrın 19-da İTV-nin efirində baş verənlərə münasibət bildirərkən belə deyib: “Debata dözmək lazımdır”.
Bu statusları oxuyanda düşünürsən ki, Hafiz Hacıyev düz deyir. İsa Qəmbərlə Əli Kərimli Cəmil Həsənovu qurbanlıq qoyun kimi veriblər qabağa, özləri isə çəkilib dayanıblar kənarda. İndi də onun İTV-dəki sərsəmləməsinə baxıb kənardan “molodes”, “əla”, “sənə eşq olsun” deyə hədyanlıq edirlər. C.Həsənov da danışdıqca batır, özünü daha artıq biabır edir. Bu gün belə deyir. Amma o, bir neçə il əvvəl parlament kürsüsündə deputat kimi əyləşəndə buna zidd fikirlər söyləyərək İlham Əliyev hakimiyyətinin uğurlarından, məktəblər tikməsindən, təhsili inkişaf etdirməsindən, ölkəni işıqlı gələcəyə aparmasından danışırdı. Belə bir mövqesiz professorun əlində ixtiyar olsa, görəsən, hansı hoqqalardan çıxar...
Sonda onu da deyək ki, “Milli şura” Cəmil Həsənova qarşı “təzyiq”lə bağlı bəyanat yayib. Səbəb - İTV-nin canlı efirində Hafiz Hacıyevin öz su qabını Cəmil Həsənova atması göstərilir. Hafiz Hacıyev təhqirə təhqirlə, kobudluqla cavab verdi. Bu, onların heç birinə başucalığı gətirmir. Amma belə sadə məsələyə görə bəyanat yaymaqdansa, “şura” üzvləri Cəmil Həsənovun tövsiyələrinə qulaq asıb, xristianları müsəlman etməklə məşğul olsalar daha yaxşı və faydalı olardı...

Paylaş:
Baxılıb: 1058 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31