Ana səhifə »  Müəlliflər »  “Milli şura”dakı partiyalar qurumdan ayrılırlar
A+   Yenilə  A-
“Milli şura”dakı partiyalar qurumdan ayrılırlar
Yazdı: Mübariz Abdullayev

Qondarma qurum daxilində partiyalararası ziddiyyətlər pik həddə çatıb
Ermənipərəst Rüstəm İbrahimbəyovun xarici dairələrin sifarişi ilə ərsəyə gətirdiyi “Milli şura” layihəsinin antimilli mahiyyətinin, o cümlədən, AXCP-nin, Müsavat Partiyasının, onların dəyişməz rəhbərləri Əli Kərimlinin, İsa Qəmbərin və saxta qurumda cəm olan digərlərinin korporativ maraqların əsirinə çevrildiklərinin, sərgilədikləri bütün hərəkətlərdə yalnız şəxsi mənafedən çıxış etdiklərinin faş olması üçün elə də böyük zaman kəsiyi gərək olmadı. Son günlər “Milli şura” daxilində baş verənlər qondarma qurumun saxta mahiyyətini, onun cəmiyyətin sosial-siyasi sifarişi kimi deyil, ayrı-ayrı partiyaların, radikal yönümlü şəxslərin korporativ maraqlarının ifadəsi kimi meydana gəldiyini bütün cəhətləri ilə açıb ortaya qoyur.
Məlumdur ki, radikallar seçki marafonu öncəsi “Milli şura”nı seçkilərə hesablanan yeni “birlik” formatı kimi təqdim edirdilər. Seçkilərə sayılı günlər qaldığı bir mərhələdə isə qondarma qurumun maskası düşür. Daha cidanı çuvalda gizlətmək mümkün deyil. Əgər bir vaxtlar partiyalar Rüstəm İbrahimbəyovun “gözləyin, xaricdən sizin üçün pul gətirəcəyəm” vədlərinin müqabilində narazılıqlarını içlərində boğmağa və qarşılıqlı ədavətlərini əsasən ritorika ilə nümayiş etdirməyə çalışırdılarsa, artıq vəziyyət dəyişib. Daha səhnədə nə qoca kinodramaturq, nə də onun şirin vədləri var. Yəni, “Milli şura” radikallar üçün cazibə qüvvəsini tamam itirib, artıq onların bir-birlərinə qarşılıqlı düşmənçilik münasibətlərindən irəli gələn ittihamlar səsləndirmələrinin qarşısını ala biləcək “maraq” yoxdur. Əslində, “Milli şura”da ayrı-ayrı partiyalar və siyasilər arasında antaqonist münasibətlərin təzahür etməsi, parçalanma labüd idi və bu baş verdi. “Tarixçi alim” olduğu deyilən Cəmil Həsənovun qondarma qurumun “vahid namizəd”i statusunda Rüstəm İbrahimbəyovu əvəzləməsi ilə “Milli şura”nın parçalanma prosesi açıq müstəviyə çıxdı, qurumdakı etiraz qığılcımı alova çevrildi.
Bu gün qondarma qurum daxilində partiyalararası ziddiyyətlərlə yanaşı, iki qütbləşmə xüsusilə diqqəti cəlb edir. Belə ki, AXCP və “Müsavat” əvvəlki qurumlarda olduğu kimi, “Milli şura”da da hegemonluq iddiası sərgiləyirlər və “El” hərəkatına, KXCP, ACP, ALP kimi partiyalara “qoşqu” münasibəti bəsləyirlər. Belə münasibət ilk olaraq “vahid namizəd” Cəmil Həsənovun imzatoplama kampaniyasında nümayiş etdirildi. AXCP və “Müsavat” “imzatoplama məsuliyyətli işdir” bəhanəsi ilə qondarma qurumun digər təmsilçilərini bu prosesdən kənarda saxladı. Bundan sonra KXCP-dən, ACP-dən, ALP-dən, “El” hərəkatından AXCP-nin və “Müsavat”ın ünvanına ən kəskin tonda ittihamlar səsləndirilməyə başlanıldı. Onlar açıq mətnlə ifadə etdilər ki, bu iki partiya “Milli şura”nı parçalamaq siyasəti yürüdür.
Bir məqamı da vurğulayaq ki, AXCP və “Müsavat”ın “Milli şura”nın digər üzvlərinə qarşı eyni mövqedən çıxış etmələri heç də əzəli rəqiblərin aralarındakı savaşa son qoymaları anlamına gəlmir. Əksinə dublyor Cəmil Həsənovun seçki qərargahına rəhbərliyi bir-birlərinə güzəştə getməmələri bu iki partiya arasındakı inamsızlığın kökünün daha dərin qatlara işlədiyindən xəbər verir.
“Milli şura” təmsilçilərinin qondarma qurum daxilində “arabanı müxtəlif istiqamətlərə dartmaları” onların son günlərdə müxtəlif mətbuat orqanlarına verdikləri açıqlamalarda, bir-birlərinə saymazlıq jesti etmələrində daha qabarıq şəkildə nəzərə çarpır. Məsələn, “vahid namizəd”in KXCP-dən, ACP-dən, ALP-dən, “El” hərəkatından olan vəkilləri və səlahiyyətli nümayəndələri yerlərdə, əslində Cəmil Həsənovun təbliğat-təşviqat kampaniyasını sabotaj etməklə məşğuldurlar.
Bu cəhət “Milli şura”nın son mitinqlərində daha açıq şəkildə biruzə verildi. Qondarma qurumun sentyabrın son ongünlüyündə keçirdiyi iki icazəli mitinq çox sönük keçməsi ilə yanaşı, həm də partiyaların bu tədbirlərdən yayınmaq cəhdləri ilə diqqəti cəlb etdi. Daha “ikinci dərəcəli” partiyaların rəhbərləri mitinqlərin tribunalarında dayananların sıralarında yer almırlar. Bunun səbəbi ilə bağlı suallara həmin partiyaların təmsilçilərinin “çünki mitinqlərin təşkilatçıları AXCP və Müsavat Partiyasıdır” demələri, əslində qondarma qurum daxilində vəziyyətin nə yerdə olmasından xəbər verir. Açıq Cəmiyyət Partiyası Ali Məclisinin sədri Zəminə Dünyamalıyevanın aşağıdakı açıqlaması bütövlükdə “Milli şura”dakı yedək partiyaların qondarma quruma münasibətləri kimi qəbul oluna bilər: “Bir yerdə fəaliyyət yoxdursa, bu elə uzaqlaşmaq deməkdir. “Milli şura”nın ikinci namizədi seçildikdən sonra ACP oradakı fəaliyyətini faktiki olaraq dayandırıb. Cəmil Həsənov seçildikdən sonra ACP öz mövqeyini ortaya qoydu və seçki kampaniyasında iştirak etmədi. Partiyamız “Milli şura”nın apardığı siyasətin tərəfdarı deyil, bunun yanlış olduğunu düşünürük”.
...Artıq əlavə şərhə ehtiyac qalmır.

 
  • Oxunub:  23970  |  
  • Tarix:  03-10-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

26 İyun 18:50
AŞPA sessiyası çərçivəsində “Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” mövzusunda tədbir keçirilib
26 İyun 18:38
Sumqayıtda məhkəmə-hüquq islahatları müzakirə olunub
26 İyun 18:07
Füzuli rayonunun ictimaiyyəti Silahlı Qüvvələr Gününü hərbçilərlə birgə qeyd edib
26 İyun 17:43
Şəhid ailələrinin bir qrupu ilə görüş keçirilib
26 İyun 17:22
“Dünya irsi. Gənc Peşəkarlar Forumu” Qobustan qoruğunda davam edib
26 İyun 17:00
NATO-nun mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib
26 İyun 16:20
Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
26 İyun 15:57
Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub
26 İyun 15:30
BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb
26 İyun 15:23
Azərbaycan ilə BƏƏ arasında əməkdaşlıq təcrübəsinin formalaşması üçün imkanlar mövcuddur
26 İyun 14:06
Azərbaycan nümayəndə heyəti “ARMY-2019” Forumu çərçivəsində bir sıra görüşlər keçirib
26 İyun 14:04
AŞPA-nın yay sessiyasında Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində görülən işlərdən danışılıb
26 İyun 13:48
Azərbaycanın qaçqın və məcburi köçkün qadınlarının problemləri AŞPA-nın yay sessiyasında qaldırılıb
26 İyun 13:45
Pakistan Prezidenti Azərbaycanın bu ölkədəki səfirini qəbul edib
26 İyun 13:42
Ağsaqqallar Şurasının sədri: Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır
26 İyun 13:39
AŞPA-da azərbaycanlı deputat psixi xəstələrin hüquqlarının müdafiəsindən danışıb
26 İyun 13:36
“Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyasına yekun vurulub
26 İyun 11:52
Misir universitetlərinin tələbələri Azərbaycan dilinə böyük maraq göstərirlər
26 İyun 11:50
Azərbaycan atletləri “Minsk 2019”un altıncı günündə idmanın beş növü üzrə mübarizə aparacaqlar
26 İyun 11:48
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
26 İyun 11:38
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qəbələ və Oğuzda vətəndaşları qəbul edib
26 İyun 11:35
Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
26 İyun 11:07
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır
25 İyun 21:03
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25 İyun 20:52
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun 20:47
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25 İyun 20:44
Elmira Süleymanova: BMT-nin Dövlət Xidmətləri Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlib
25 İyun 20:41
İyunun 26-da “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür
25 İyun 20:35
Monteneqronun Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
25 İyun 20:31
Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir
25 İyun 20:17
Gədəbəy rayonunda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək
25 İyun 19:54
AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub
25 İyun 19:38
AŞPA-da azərbaycanlı deputat İstanbul Konvensiyasından danışıb
25 İyun 19:35
AŞPA-da azərbaycanlı mülki girovların məsələsi müzakirə olunub
25 İyun 19:20
İsrail qəzeti: Azərbaycanda yəhudilər cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul edilir
25 İyun 19:15
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Belarusun yerli kanalına xüsusi müsahibə verib
25 İyun 19:10
Bakı Şəhər İcra Hakimiyyəti: Çimərlik ərazilərinə giriş pulsuzdur
25 İyun 19:00
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
25 İyun 18:37
Monteneqronun Baş Naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub
25 İyun 18:29
Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Prezident Kitabxanasında olub
25 İyun 18:23
Baş Nazir Duşko Markoviç Monteneqronun Azərbaycandakı fəxri konsulluğunda olub
25 İyun 18:21
Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi
25 İyun 18:15
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
25 İyun 18:05
Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib
25 İyun 18:00
Hüseynbala Mirələmov: Prezidentimizin uğurlu kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir
25 İyun 17:41
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yekunlarına dair protokol imzalanıb
25 İyun 17:37
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
25 İyun 17:34
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
25 İyun 17:30
Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır
25 İyun 17:23
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
25 İyun 17:20
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25 İyun 17:13
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
25 İyun 17:09
Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir
25 İyun 17:06
Qarabağ qazisi Kamil Musəvi İlahiyyat İnstitutunun tələbələrinə döyüş yolundan danışıb
25 İyun 17:02
Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir
25 İyun 17:00
Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb
25 İyun 16:51
Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi
25 İyun 16:46
Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir
25 İyun 16:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Oğuzda, nazirin birinci müavini Qəbələdə vətəndaşları qəbul edib
25 İyun 16:34
Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
25 İyun 16:21
Səməd Seyidov: Etnik təmizləmə aparan, monoetnik ölkə demokratiyadan danışa bilməz
25 İyun 16:12
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
25 İyun 16:00
Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir
25 İyun 15:55
Nazir: Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir
25 İyun 15:51
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25 İyun 15:45
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
25 İyun 15:41
“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdən reportaj hazırlayıb
25 İyun 15:22
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
25 İyun 15:15
Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi
25 İyun 15:13
Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA