Ana səhifə »  Müəlliflər »  “Milli şura” fiaskoya uğrayıb
A+   Yenilə  A-
“Milli şura” fiaskoya uğrayıb
Yazdı: Mübariz Abdullayev

Son istefalar, təmsilçilərin laqeyd münasibəti ondan xəbər verir ki, seçkiyə hesablanaraq yaradılan qondarma qurum seçkilərədək duruş gətirə bilmədi
Ermənipərəst və avantürist Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən “Milli şura”nın cəmi bir neçə aydan sonra acınacaqlı duruma düşməsi sadə həyat həqiqətini bir daha təsdiqlədi: Cəmiyyətin sosial-siyasi sifarişi kimi meydana çıxmayan, xalqın iradəsini əks etdirməyən hər hansı bir siyasi qurum mütləq iflasa məhkumdur, onu süni nəfəs verməklə uzun müddət yaşatmaq mümkün deyil. Daha dəqiq desək, radikalların yeni “birlik” formatı kimi təqdim etdikləri “Milli şura” guya seçkilərə hesablanaraq yaradılan bir qurum idi. Lakin bu qondarma qurum aktiv fəaliyyət mərhələsini, demək olar ki, keçmədi, daim üzvlər arasında yaşanan qalmaqallarla, ambisiya nümayişi ilə müzakirə mövzusuna çevrildi. Seçkilərə sayılı günlər qaldığı bir vaxtda isə “Milli şura”nın həyat qabiliyyətini tamam itirdiyi açıq-aydın görünür.
Beləliklə, hazırda “Milli şura” deyilən qondarma qurumu radikal düşərgədəki çoxsaylı iflic təşkilatlardan fərqləndirəcək heç nə yoxdur. Bu qurum da radikalların bundan əvvəl yaratdıqları SİDSUH, DUH, “İctimai palata”, müxtəlif məşvərət məclisləri kimi ölkədə gedən ictimai-siyasi proseslərə hər hansı bir formada təsir etmək gücündə deyil, bəlkə də, onlardan daha miskin bir vəziyyətə düşüb.
Düzdür, bir neçə ay öncə “Milli şura”da Rüstəm İbrahimbəyovun pul və başqa şirnikləndirici vədləri radikallar üçün zorlada olsa “birləşdirici” amil rolunu oynayırdı. Hətta özlərini radikal düşərgənin əsas güc mərkəzləri sayan AXCP və Müsavat Partiyası da bu vədlərin müqabilində ambisiyalarından geri çəkilən kimi görünürdülər. Bir sözlə, ayrı-ayrı partiyalar “Milli şura”nın xaricdəki anti-Azərbaycan dairələrin mətbəxində ölkəmizə qarşı “qara piar” məqsədilə yaradılan bir qurum olmasının fərqinə belə varmadan, qoca kinodramaturqun vədlərinə əllərinin daha gen-bol çatmasını təmin etməkdən ötrü bir növ “ya İbrahimbəyov, ya da İbrahimbəyov” demək yarışına çıxmışdılar.
Vaxtilə yol verdiyi vergi cinayətlərinə görə Azərbaycana dönmək istəməyən, həbsə alınmaq qorxusu yaşayan Rüstəm İbrahimbəyov isə məqsədləri yalnız korporativ maraqlarını daha gen-bol təmin etmək olan radikalyönümlü partiyaların təmsilçilərini ciddi xəyal qırıqlığına məruz qoydu. Qoca kinodramaturqun ikili vətəndaşlıq problemini məqsədli şəkildə yubadaraq özünü seçki prosesindən kənarda saxlaması “Milli şura”ya və bütövlükdə radikal düşərgəyə sözün əsl mənasında maddi zərbə oldu.
“Milli şura”nın sentyabrın son on günlüyündə metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçirdiyi icazəli mitinqlər isə cəmiyyətin, o cümlədən də təmsilçilərin qondarma quruma etinasız münasibətlərini bir daha bütün cəhətləri ilə göstərdi. “Məhsul” stadionu əhalinin sıx yaşadığı və gediş-gəlişin gur yeri olsa da, mitinqlərə iki cüt, bir tək adam qatıldı. Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, radikalların özləri də “Milli şura”nın “vahid namizəd”i Cəmil Həsənovun görüş-mitinqinə çox etinasız münasibət sərgiləyir, hətta mitinqlərə qatılmağı belə özləri üçün izafi iş hesab edirlər. Artıq hansı birlikdən danışmaq olar ki, KXCP, ACP, ALP kimi partiyaların, “El” hərəkatının sıravi üzvlərini demirik, heç rəhbər şəxsləri belə qondarma qurumun ümumi tədbirinə qatılırlar.
Hətta məsələ yalnız bununla da bitmir. ACP lideri Rəsul Quliyev “Milli şura”nın mitinqlərini multfilmə bənzədərək vurğulayıb ki, belə tədbirlərlə heç rayon səviyyəsində də hakimiyyətə gəlmək mümkün deyil. ACP liderinin bu qəbildən olan açıqlamaları bütövlükdə onun partiyasının qondarma qurumun taleyindən bədgümanlığının ifadəsidir. Təsadüfi deyil ki, Rəsul Quliyevin məlum açıqlamalarından sonra partiyanın rəhbər funksionerlərindən olan Sülhəddin Əkbər, Zəminə Dünyamalıyeva liderlərinin mövqeyini dəstəkləyən açıqlamalar veriblər. ACP-dən “Milli şura”da təmsil olunan Vaqif Mahmudov, Ramiz Mirzəoğlu və digərləri də “vahid namizəd”in seçki təbliğatında iştirak etmirlər və qurumla əlaqələrini, demək olar ki, tamam kəsiblər. KXCP-nın, ALP-nin, “El” hərəkatının təmsilçilərinin “mitinqləri AXCP ilə “Müsavat” təşkil edirlər, bütün məsuliyyəti də onlar daşıyırlar” kimi bəyanatla çıxış etməsi də partiyaların “Milli şura”ya münasibətlərinin hansı səviyyədə olmasından xəbər verir.
Son günlərdə isə özünü radikal düşərgənin və “Milli şura”nın özəyi hesab edən AXCP-dən iki mühüm istefa xəbəri gəlib. AXCP-nin həbsdə olan fəalı Daşqın Məlikov partiyanın sədri Əli Kərimliyə müraciət ünvanlayaraq onun fəaliyyətindən narazılıq ifadə edib və partiyanın sıralarından çıxdığını bildirib.
“Milli şura”nın yaranması cəmiyyətdə rəğbət doğurdu. Sonradan “Milli şura”nın fəaliyyətində nöqsanlara yer verilməsi, daxili ziddiyyətlər, “Milli şura”nın Rusiyanın layihəsi adlandıranların, “Milli şura”nın əleyhinə təbliğat aparanların şuranın işində önə çəkilmələri məndə narahatlıq yaratdı. Düşünürəm ki, 20 ildən artıq seçki məğlubiyyəti və uğursuzluğunu cəmiyyət bizə bağışlamayacaq. Mübarizənin səmimiliyinə inanıb, hər zaman doğrunun yanında oldum.... Şübhəsiz ki, yenə də bu yolda olacam. Yuxarıda deyilənləri nəzərə alıb, “Milli şura”dan və AXCP-dən istefa verdim”. Bu fikirlər isə “Milli şura”nın ən fəal üzvlərindən olan AXCP sədrinin müavini Asəf Quliyevin bəyanatından götürülüb. Asəf Quliyevin məlum bəyanatı radikallara tərs sillə olmaqla yanaşı, “Milli şura”ya son ümidləri də puça çıxartdı. Bütün bu istefalar, təmsilçilərin laqeyd münasibəti ondan xəbər verir ki, seçkiyə hesablanaraq yaradılan qurum siyasi səhnədə heç seçkilərədək də duruş gətirə bilmədi.

 
  • Oxunub:  24480  |  
  • Tarix:  06-10-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır

18 İyul 13:32
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi İmişli və Ağcabədidə vətəndaşları qəbul edib
18 İyul 13:19
Mişel Svierçevski: Azərbaycan xalçaları əsrarəngizdir
18 İyul 12:53
Beynəlxalq konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai iştirakçılıqla bağlı təqdimat olub
18 İyul 12:14
DSX: Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri yaralanıb
18 İyul 12:03
Zaqatalada daha bir yem emalı müəssisəsi fəaliyyətə başlayıb
18 İyul 11:48
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni elektron xidmətləri ən yaxşı şəffaflıq nümunəsidir
18 İyul 11:40
ADNSU-da Milli Mətbuat Günü qeyd olunub
18 İyul 11:31
Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb
18 İyul 11:16
YAP Kəngərli Rayon Təşkilatının yaranmasının 15-ci ildönümü qeyd olunub
18 İyul 11:12
BMT-nin gənclərin sülhün və təhlükəsizliyin təmin olunmasında rolu mövzusunda iclası keçirilib
18 İyul 11:09
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
18 İyul 10:56
Yarım ildə Zaqatalada ümumi məhsul istehsalı 24,2 faiz artıb
18 İyul 10:55
Siyəzəndə 200 hektar sahədə badam bağları salınıb
18 İyul 10:49
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 25 dəfə pozub
18 İyul 10:45
Vergilər Nazirliyi “Qüdrətli dövlət naminə” adlı sosial reklam çarxı hazırlayıb
18 İyul 10:29
BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur
18 İyul 09:54
Almaniyanın “Diplomatisches Magazin” jurnalında Azərbaycan haqqında məqalə dərc edilib
18 İyul 09:31
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18 İyul 09:19
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır
18 İyul 09:16
Aysel Məmmədova: Biz müəllimlər də balalarımızın xoşbəxt gələcəyi üçün əlimizdən gələni etməliyik
18 İyul 09:14
“Regional İnkişaf” İctimai Birliyi Balakəndə stolüstü tennis turniri keçirib
18 İyul 09:14
Dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
18 İyul 09:09
“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi növbəti layihəsini uğurla həyata keçirib
18 İyul 09:07
Regionlarda bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən yüksək olacaq
17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib
17 İyul 20:38
Xoşbəxt Yusifzadə: Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır
17 İyul 20:35
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
17 İyul 20:21
Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır
17 İyul 20:19
BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır
17 İyul 20:17
FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır
17 İyul 20:13
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
17 İyul 20:12
Avropa Gənclər Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
17 İyul 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib
17 İyul 17:50
İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub
17 İyul 17:50
Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir
17 İyul 17:40
Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub
17 İyul 17:33
Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb
17 İyul 17:27
Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb
17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +25