Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsavat siyasi səhnədən silinib

Müsavat siyasi səhnədən silinib

07.10.2013 [09:20]

Nardar Bayramlı

Bu partiyanın iflasa məhkum olması təkzibolunmaz reallıqdır
Seçkilər ərəfəsində radikal müxalifətin daxilindəki ziddiyyətlərin daha da dərinləşməsi artıq ənənəvi hal alıb. Çünki Azərbaycanda keçirilən bütün seçkilər zamanı özlərini müttəfiq adlandıran radikal partiyalar sonda bir-birilərinə güzəştə getmək iqtidarında olmayıblar. Bunun nəticəsində də müxalifət düşərgəsi parçalanmaqdan, daha da zəifləməkdən başqa bir şey qazanmayıb.
Məlum olduğu kimi, bu il keçiriləcək prezident seçkiləri ərəfəsində də radikal düşərgə eyni aqibəti yaşayır. Daha dəqiq desək, belə bir vəziyyət hazırda qoca kinodramaturq Rüstəm İbrahimbəyovun yaratdığı “Milli şura”da baş verir. Məlum olduğu kimi, bu qurumda müxalifətin radikal qanadı toplaşıb. Və ən maraqlısı odur ki, onların arasında “mehriban düşmənlər” daha çoxdur. Amma buna baxmayaraq, onlar hansısa şəxsi maraqlar naminə qondarma “Milli şura”da cəmləşməyə məcbur olublar. Əslində, sünilik üzərində yaranmış bu təşkilatın ömrünün çox olmayacağı öncədən də bütün ictimaiyyətə bəlli idi. Və qısa zaman ərzində proqnozlar özünü doğrultdu. Belə ki, artıq “Milli şura”nın üzvləri də təşkilatın mənasızlığını dərk etməkdədirlər.
Doğrudur, uzun mübahisə və müzakirələrdən sonra dublyor Cəmil Həsənovun namizədliyi irəli sürüldü, amma görünən odur ki, bu seçim çoxlarının ürəyincə olmadı, xüsusilə, Müsavat Partiyasının. Məlumdur ki, “Müsavat” hələ ötən ilin sonlarında İ.Qəmbərin prezidentliyə namizədliyini irəli sürmüşdü. O zaman “İctimai palata”da birləşən radikallar İ.Qəmbəri “vahid namizəd” məsələsindən yayınmaqda günahlandırdılar.
Hazırda isə “Müsavat” müxalifət düşərgəsində aktiv rol oynamır. İ.Qəmbər prezidentliyə namizəd kimi bu seçkilərdə iştirak edə bilmədiyi üçün “Milli şura”nın seçki kampaniyasında fəal iştirak etməyə maraqlı deyil. Hərçənd, əvvəllər İ.Qəmbər böyük iddialarla çıxış edirdi. Təbliğat kampaniyasını nəzərə alsaq, C.Həsənovun təbliğat mitinqində də “Müsavat” funksionerlərinin böyük əksəriyyəti iştirak etmir. Halbuki, bu partiya “Milli şura”nın təsisçilərindən biridir. Elə müxalifət düşərgəsində yaxşı anlayırlar ki, “müsavat”çıların proseslərdə fəal olmaması hansı səbəblərlə bağlıdır. Yəni, məhz İ.Qəmbərin davranışının nəticəsi olaraq “Milli şura”dakı müttəfiqlər üzbəüz səngərlərdə qərar tutublar. Qarşılıqlı ittihamlar da səngimək bilmir. Yeri gəlmişkən, bir müddət öncə AXCP təmsilçilərindən biri bildirmişdi ki, radikal düşərgə “Müsavat”sız birlik yaratmalıdır. O, İ.Qəmbəri agent adlandırmışdı: “Son 22 ildə bütün siyasi birlikləri “Müsavat” dağıdıb, İsa Qəmbər dağıdıb. Mən “Müsavat”a “İsavat” deyirəm. Bunlar faktdır. Çoxları bu faktı dilə gətirməyə qorxur, utanır. Ancaq bunlar deyilməlidir”.
Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, özünü “ana müxalifət” hesab edən Müsavat Partiyasının siyasi palitrada görünməməsinin ciddi səbəbi başqa məqamdır. Bu da adıçəkilən partiyanın ictimai dəstəyə malik olmamasıdır. 1990-cı illərin əvvəlindən başlayaraq bu partiyanın milli maraqlara zidd addımlara rəvac verməsi xalqın “Müsavat”a qarşı mövqeyini tam dəqiqləşdirdi. Ötən illər ərzində partiyanın sosial dayaqları zəifləyərək sıfır vəziyyətinə düşüb. Qarşıdakı dövrdə də onun heç bir siyasi perspektivi yoxdur. Çünki milli maraqlara zidd fəaliyyətin göstərilməsi son olaraq iflasa məhkum idi və belə də oldu.

Paylaş:
Baxılıb: 1281 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30