Ana səhifə »  Müəlliflər »  Erməni havasına oynayan “hüquq müdafiəçisi”
A+   Yenilə  A-
Erməni havasına oynayan “hüquq müdafiəçisi”
Yazdı: Nadir Azəri

Yaxud Leyla Yunus və onun kimi ünsürlər anti-azərbaycançı dairələrin yeni çirkin ssenarilərinin reallaşmasında da öndə gedirlər
Məlum olduğu kimi, Azərbaycanın uğurlarına sevinməyən, torpaqlarımızın işğal altında qalmasında maraqlı olan bəzi xarici qüvvələr, işğalçı Ermənistanın dostları, həmçinin, erməni lobbisi müxtəlif yollarla ölkəmizin inkişafını əngəlləməyə çalışırlar. Azərbaycan cəmiyyətində “erməni sevgisi” yaratmaq, azərbaycanlı-erməni işbirliyini formalaşdırmaq, qarşılıqlı informasiya mübadiləsini (əslində isə Azərbaycandan düşmən ölkəyə informasiya axınını) təmin etmək, ermənilərin bu vaxta qədər xalqımızın başına gətirdikləri müsibətləri unutdurmaq, nəhayət, Azərbaycan cəmiyyətinə “bu münaqişənin hərbi yolla həlli yoxdur” fikrini təlqin etmək həmin çevrələrin çirkin planlarının ana xəttini təşkil edir.
Ermənilər və onların xaricdəki havadarları bu çirkin, anti-Azərbaycan planlarını reallaşdırmaq üçün “sapı özümüzdən olan baltalar”dan istifadə edirlər. Bunların önündə gedən isə Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunusdur. Əslində, burada təəccüblü heç nə yoxdur. Çünki L.Yunus fəaliyyətinin bütün dövrlərində antimilli, anti-Azərbaycan mövqeyi ilə tanınıb. O, hər zaman Azərbaycan dövlətçiliyinə qarşı çıxıb, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən, ermənilərlə də işbirliyindən çəkinməyib.
Bəzi məlumatlara görə, məhz bu cür “xidmətlərinin” müqabilində aldığı külli miqdarda vəsait hesabına, o, müxtəlif xarici ölkələrdə mülklər və s. obyektlər əldə etməyə nail olub. Onu da qeyd edək ki, bu “hüquq müdafiəçisi”nin və onun əri Arif Yunusun anti-Azərbaycan mövqeyində dayanmasının digər vacib səbəblərindən biri də ermənilərlə qohumluq əlaqələridir ki, bu barədə də mətbuatda kifayət qədər məlumatlar verilib, faktlar açıqlanıb.
Leyla Yunusun şəriklik etdiyi daha bir anti-azərbaycançı layihə
Bir sözlə, yuxarıda bəhs edilən qüvvələrin əməkdaşlıq üçün L.Yunusu seçməsi heç də təsadüfi deyil. Yəni, anti-azərbaycançı dairələr gözəl bilirlər ki, onların çaldığı erməni havasına ən yaxşı oynaya bilən, məhz, L.Yunusdur. Məlum olduğu kimi, L.Yunusun rəhbərlik etdiyi SDİ ermənilərlə yeni işbirliyi yaradıb. Belə ki, Böyük Britaniyanın Azərbaycan və Ermənistandakı səfirliklərinin dəstəyi ilə Ermənistandakı “Region” Araşdırma Mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən birgə sayt yaradılıb. Qeyd olunur ki, “layihə qarşı tərəflə bağlı məlumatların araşdırılması, ermənilər və azərbaycanlılar arasında anlaşmanın ilk mənbədən təsdiqlənməsinə xidmət edir”. Yanvarın 16-da Yerevanda, 18-də isə Bakıda “İctimai dialoqlar” (www.publicdialogues.info) saytının təqdimatı keçirilib. Təqdimat və ümumiyyətlə, sözügedən layihəyə dair bəzi diqqəti cəlb edən məqamlar barədə bir qədər sonra.
Hələlik isə xatırladaq ki, bir müddət öncə Ermənistanın “Erkramas” qəzeti L.Yunusun bu haqda bir açıqlamasını yaymışdı. L.Yunus həmin açıqlamasında demişdi ki, “İctimai dialoqlar” adlanan sayt iki QHT-nin- Sülh və Demokratiya İnstitutunun və Ermənistanın “Region” Araşdırmalar Mərkəzinin uzun illərlə davam edən əməkdaşlığının nəticəsi olaraq ortaya çıxıb. Onu da bildirək ki, L.Yunusun şərik olduğu bu layihə elə ilk günündəcə anti-Azərbaycan mahiyyəti daşıyıb və Ermənistanın işğalçılıq siyasətinin dəstəklənməsinə yönəlib. Belə ki, sayt fəaliyyətə başlayan kimi azərbaycanlı və erməni jurnalistlər “İrs” partiyasının sədri Raffi Ovannisyandan müsahibə alıblar. O, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib. R.Ovannisyan Azərbaycan və Dağlıq Qarabağ arasında sərhədlərin demarkasiyasından, mehriban qonşuluq münasibətlərindən dəm vurub. Nə qədər qəribə olsa da, müsahibədə iştirak edən azərbaycanlı jurnalistlər R.Ovannisyana münaqişə ilə bağlı yox, Ermənistandakı siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı suallar veriblər. Bunun özü də L.Yunusun şərikliyi ilə reallaşacaq saytın erməni marağına xidmət etdiyini bir daha təsdiqləyir.
Hədəf gənclər və yeniyetmələrdir
Beləliklə, bu məqamda sözügedən layihə haqqında bir qədər ətraflı danışmaq yerinə düşər. Əldə etdiyimiz məlumata görə, bu layihə Böyük Britaniyanın “Münaqişə fondu” (əvvəllər “Münaqişə önləmə fondları” adlandırılıb-N.A) tərəfindən maliyyələşdirilir. Qeyd edək ki, “Münaqişə önləmə fondları” (The Conflict Prevention Pools) Böyük Britaniyanın münaqişələrin önlənməsi və idarə edilməsi üzrə fəaliyyətlərinin effektini artırmaq üçün 2001-ci ildə Xarici və Birlik ölkələri Offisi (Xarici İşlər Nazirliyi), Müdafiə Nazirliyi və Beynəlxalq İnkişaf Departamentinin birgə idarəsi altında qurulub. Sonradan tək bir fond olaraq “Münaqişə fondu” adı altında fəaliyyətini davam etdirib. Qafqazda 2004-cü ildən aktiv olan bu fond 2010-2011-ci illər ərzində Cənubi Qafqazda 2,5 milyon funt sterlinq pul xərcləyib.
Ümumiyyətlə, bu fondun Azərbaycanda maliyyələşdirdiyi layihələrlə bağlı iki məqam xüsusilə diqqəti çəkir. Bunlardan biri layihələrin adı, yaxud da belə demək mümkünsə, istiqaməti ilə bağlıdır. Məsələn, “Erməni-Azərbaycan dialoqu üçün alternativ informasiya” (Layihənin məqsədi: Azərbaycan və Ermənistan media qurumları ilə işbirliyi şəraitində qonşu ölkədəki durum haqqında ilk əldən alternativ informasiyanın təmin edilməsi və münaqişə nəticəsində ortaya çıxan stereotiplərin aradan qaldırılması), “Yeni media vasitəsilə gənc icmaların sülh quruculuğu” (Layihənin məqsədi: Yeni media və şəbəkələşmədən istifadə etməklə Ermənistan və Azərbaycan gəncləri arasında dialoq və işbirliyinin təmin edilməsi), “Gəlin sülh yaradaq” (Layihənin məqsədi: Stereotipləri aradan qaldırmaq və mifləri dağıtmaqla Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həlli üçün erməni və azərbaycanlı gənclər arasında qarşılıqlı anlaşmanın səviyyəsini yüksəltmək), “Regional məsələlərin tərəfsiz işıqlandırılması” (Layihənin məqsədi: Ermənistan və Azərbaycan arasında ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsi haqqında xüsusən də onlayn media və blogosferdə dürüst və tərəfsiz xəbərləşməyə dəstək; Ermənistandan və Azərbaycandan olan xalq jurnalistləri, bloqçular və başqa media peşəkarları arasında işbirliyi şəbəkəsinin qurulması) və s.
Əslində, ilk baxışda burada qeyri-adi heç nə yoxdur. Yəni, Azərbaycan dövləti də münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Lakin diqqəti bu layihələrin məqsədlərindəki bəndə yönəltmək kifayət edir ki, prosesin hansı “uzaq hədəfə” hesablandığını ehtimal etmək olsun. Yəni, görünən odur ki, tərəflər arasında sülh yaratmağın vacibliyi üçün maliyyələşdirildiyi iddia olunan bu layihələrin əsas hədəfi gənclər və yeniyetmələr, bir qədər də dəqiqləşdirsək, azərbaycanlı gənclər və yeniyetmələrdir. Böyük ehtimalla ermənilər və onların xaricdəki havadarları bir zamanlar sovetlərin həyata keçirdiyi metodu tətbiq edərək, yəni, “ermənilərlə-azərbaycanlılar qardaşdır”, “münaqişə kimsəyə xeyir verməyib”, “bu vaxta kimi olanları unutmaq, gələcəyə baxmaq lazımdır” kimi fikirləri dövriyyəyə buraxaraq Azərbaycan cəmiyyətini, gələcəyimizin sahibi olacaq gənclər və yeniyetmələri növbəti dəfə yuxuya vermək istəyirlər. Lakin onların bu istəkləri heç zaman baş tutmayacaq.
Bakıdakı təqdimat niyə məhz yanvarın 18-də keçirildi?!
Sözügedən layihələrlə bağlı digər bir məqam isə onların bəzilərinin başa çatmasının, yaxud da bu layihələr çərçivəsində hansısa tədbirlərin keçirilməsinin bu və ya digər şəkildə ermənilərlə bağlı tarixə təsadüf etməsidir. Məsələn, elə götürək L.Yunusun şəriki olduğu layihənin əsasında hazırlanmış saytın təqdimatı tarixini. Hesab edirik ki, saytın Bakıdakı təqdimatı üçün 18 yanvar tarixi heç də təsadüfən seçilməyib. Ruslar və ermənilərin xalqımıza qarşı törətdikləri 20 Yanvar faciəsinin növbəti ildönümü ərəfəsində Bakıda ermənilərlə dostluğu təbliğ edəcək saytın təqdimatı keçirilir!!! Özü də “Azərbaycan və Ermənistan media qurumları ilə işbirliyi şəraitində qonşu ölkədəki durum haqqında ilk əldən alternativ informasiyanın təmin edilməsi və münaqişə nəticəsində ortaya çıxan stereotiplərin aradan qaldırılması”nı qarşısına məqsəd qoyan bir layihənin!!! Əslində, bunu Azərbaycandan Ermənistana ermənilərin marağına xidmət edəcək informasiya axınını təmin etmək kimi də dəyərləndirmək olar. Hər halda, L.Yunusun açıqlamalarının birində “Bundan əlavə, saytın yaradılması ilə video yerləşdirmək imkanları yaranıb” deməsi və “bizim üçün aktual olan problemlər-toplaşma azadlığının pozulması, əsasən dinc nümayişlərin dağıdılması, abadlıq işləri adı altında adamların zorla evlərindən çıxarılması barədə iki videomaterial hazırlanıb” sözlərini əlavə etməsi hər şeyi bütün çılpaqlığı ilə ortaya qoyur.
Düşmənlə işbirliyinin bir adı var-Xəyanət!
Bir sözlə, bu, L.Yunusun Azərbaycan xalqına qarşı yönəlmiş birinci “xidməti” deyil. Onun dəfələrlə dövlətimizə qarşı yönəlmiş fəaliyyəti bütün ictimayyətə məlumdur. Erməni mətbuatına açıqlamasında da L.Yunus etiraf edib ki, onun təşkilatı illərdir ki, ermənilərlə işbirliyindədir, müttəfiqdir. Bu açıqlamanı, həmçinin, illərdir müşahidə olunanları nəzərə aldıqda bəlli olur ki, bu insanda milli təəssübkeşlik anlayışı yoxdur, milli mənafe, milli maraq Leyla Yunus üçün heç bir anlam daşımır. Amma bu insan Azərbaycan vətəndaşıdır və hüquqi cəhətdən Azərbaycana bağlı bir insanın xalqının, dövlətinin düşməni ilə müttəfiqlik etməsi xəyanətdir.
Qeyd edək ki, “hüquq müdafiəçisi” adı altında maskalanmış L.Yunus və ona yaxın olan ünsürlər Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək, ölkəmizi bütövlükdə qara rəngdə təqdim etmək üçün hər cür addım atmaqdan çəkinməyib. Məsələn, L.Yunus və onun kimilər “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində erməni lobbisinin planları əsasında Bakıda “Demokratiya naminə oxu” və başqa adlar altında layihələr icra etdilər ki, burada da məqsəd guya Azərbaycanda demokratiyanın olmaması, insan hüquqlarının pozulması, “siyasi və vicdan məhbuslarının mövcudluğu” barədə xəbərlər yaymaq idi. Bu layihələrin başlıca hədəfi isə Azərbaycanın imicinə zərbə vurmaq olub.
Təbii ki, cəmiyyətimiz, Azərbaycan ictimaiyyətinin nümayəndələri, vətənpərvər insanlar L.Yunus kimi antimilli ünsürlərin bəd əməllərinə son qoyulmasını tələb edir, onlara layiq olduğu münasibəti göstərirlər. Belə ki, sözügedən saytın təqdimatı zamanı da iki qadın tədbirin keçirildiyi yerə daxil olaraq L.Yunusun ermənilərlə əməkdaşlığına kəskin etiraz edib, həmçinin, tədbirə qatılan xarici ölkələrin səfirlərini tənqid ediblər. Məlumat üçün bildirək ki, Böyük Britaniya, Fransa, Almaniya və bir sıra digər ölkələrin səfirləri və səfirlik əməkdaşları yanvarın 18-də keçirilən təqdimetmə mərasimində iştirak ediblər. Və onların etirazlara tuş gəlməsi də təbiidir. Çünki bu cür məsələlərdə canfəşanlıq göstərən bəzi diplomatlar nədənsə Ermənistanın işğalçılıq faktının pislənilməsi, yaxud da faciəli günlərimizlə bağlı keçirilən tədbirlərə gəlməyə “vaxt tapmırlar”.
“Freedom House”un erməniləri müdafiə etməsində Leyla Yunus izi
Yeri gəlmişkən, bu “hüquq müdafiəçisi” AŞ PA-da Azərbaycana müsbət münasibəti ilə seçilən deputatlara qarşı da kampaniya həyata keçirir, onlara qarşı ağlasığmaz ittihamlar irəli sürür. L.Yunus Azərbaycanı müdafiə edən hər bir AŞ PA deputatını hədəfə götürməklə ölkəmizi müdafiəsiz qoymaqda maraqlı olduğunu mətbuatda açıq şəkildə bəyan edir və bununla da onun erməni maraqlarına xidmət etdiyi bir daha açıq görünür. Maraqlıdır ki, bu işdə onun yardımına gələn “Human Rihts Watch”, “Freedom House” kimi təşkilatlardır. Məsələn, Leyla Yunus KİV-ə açıqlamasında deyib ki, onlar Pedro Aqramunt və Jozef Debona Qrexin Azərbaycanla bağlı hazırladıqları hesabatın ilkin layihəsinin qəbul olunmaması üçün çoxsaylı məktublar göndəriblər: “Bu məsələdə “Human Rihts Watch”, “Freedom House” kimi beynəlxalq hüquq-müdafiə təşkilatları da bizə dəstək verdilər”.
Necə deyərlər, xoruzun quyruğu görünür. Daha doğrusu, “Freedom House”un nədən öz hesabatlarında ermənilərə isti münasibət göstərməsində, erməniləri müdafiə etməsində bir Leyla Yunus izi də nəzərə çarpır...
Nadir AZƏRİ

 
  • Oxunub:  22770  |  
  • Tarix:  22-01-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradılır

22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb
22 Fevral 13:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
22 Fevral 12:58
Səhiyyə naziri Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edib
22 Fevral 12:57
Mirzəcan Xəlilov: Sumqayıtda böyük sənaye müəssisələrinin yaradılması ölkəmizin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırır
22 Fevral 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
22 Fevral 12:26
Tahir Budaqov: Hesablamalara görə, qarşıdakı 2 ayda Azərbaycan əhalisinin sayı 10 milyona çatacaq
22 Fevral 12:21
Fransanın Overny-Ron-Alp regionu ölkəmizlə aqrar sahədə əməkdaşlıqda maraqlıdır
22 Fevral 12:18
Avtomobil yolları işçiləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
22 Fevral 12:15
Türkmənistan rəsmisi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub
22 Fevral 12:14
Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
22 Fevral 12:10
Azərbaycanın kənd təsərrüfatı naziri Fransada işgüzar səfərdədir
22 Fevral 12:07
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlili üçün ev tikilməsi barədə tapşırıq verib
22 Fevral 11:43
Xocalı soyqırımı qurbanlarının xatirəsi Vaşinqtonda yad edilib
22 Fevral 11:23
Teruyuki Katori: Naxçıvan iqtisadi baxımdan azad və öz inkişafını təmin edən bir diyardır
22 Fevral 11:14
Yaponiya səfiri Naxçıvanın tarixi abidələri, sənaye, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub
22 Fevral 10:59
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Madriddə anım mərasimi təşkil edilib
22 Fevral 10:38
İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə müzakirələr aparılıb
22 Fevral 10:13
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
22 Fevral 10:09
ATƏT PA-nın iclasında korrupsiya ilə mübarizədə “ASAN xidmət” modelinin üstünlüklərindən bəhs edilib
22 Fevral 10:08
Bahar Muradova: Sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır
22 Fevral 10:01
Tahir Mirkişili: Xarici müdaxilələr, qonşu ölkəyə qarşı işğalçılıq siyasəti insanların yaşamaq hüququnu məhdudlaşdırır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA