Ana səhifə »  Müəlliflər »  “Milli şura”dan istefalar davam edir
A+   Yenilə  A-
“Milli şura”dan istefalar davam edir
Yazdı: Nardar Bayramlı

Rəsul Quliyevdən sonra növbə kimindir?
Ölkəmizdə hər bir seçki ərəfəsində radikal müxalifətin daxilində ziddiyyətlərin daha da dərinləşməsi artıq ənənəvi hal alıb. Azərbaycanda keçirilən bütün seçkilər zamanı özlərini müttəfiq adlandıran radikal partiyalar sonda bir-birilərinə güzəştə getmək iqtidarında olmayıb. Bunun nəticəsində də müxalifət düşərgəsi parçalanmaqdan, daha da zəifləməkdən başqa bir şey qazanmayıb. Bu il keçirilmiş prezident seçkiləri ərəfəsində də bu düşərgə eyni aqibəti yaşadı. Belə bir vəziyyət hazırda qoca kinodramaturq Rüstəm İbrahimbəyovun yaratdığı “Milli şura”da baş verir. Məlum olduğu kimi, bu qurumda müxalifətin radikal qanadı toplaşıb. Onların arasında isə “mehriban düşmənlər” daha çoxdur. Amma buna baxmayaraq hansısa şəxsi maraqlar naminə bu tip insanlar “Milli şura”da cəmləşməyə məcbur olublar. Sünilik üzərində yaranmış bu təşkilatın ömrünün çox olmayacağı bütün ictimaiyyətə bəlli idi. Və proqnozlar da özünü doğrultdu. Artıq “Milli şura” üzvləri də təşkilatın mənasızlığını dərk etməkdədir. Qurum daxilində ciddi problemlərin yaranmasına əsas səbəb isə prezident seçkilərində kimin namizəd kimi iştirak etməsi idi.
“Milli şura”nın seçkilərdəki iflasından sonra qurum daxilində istefalar başladı və hazırda da davam etməkdədir. Xatırladaq ki, hələ bir müddət öncə AXCP-nin sədr müavini Asəf Quliyev partiyadan istefa verdi. Onun istefası partiyanın acınacaqlı durumunu açıq şəkildə göstərir. A.Quliyev, istefasının səbəbini müxalifət daxilindəki qeyri-normal mühitlə əlaqələndirib: “Milli şura”nın fəaliyyətində nöqsanlara yer verilməsi, daxili ziddiyyətlər, “Milli şura”nın Rusiyanın layihəsi adlandıranların, “Milli şura”nın əleyhinə təbliğat aparanların “şura”nın işində önə çəkilmələri məndə narahatlıq yaratdı. Düşünürəm ki, 20 ildən artıq seçki məğlubiyyəti və uğursuzluğunu cəmiyyət bizə bağışlamayacaq. Mübarizənin səmimiliyinə inanıb, hər zaman doğrunun yanında oldum... Şübhəsiz ki, yenə də bu yolda olacağam. Yuxarıda deyilənləri nəzərə alıb, “Milli şura”dan və AXCP-dən istefa verdim”.
Prezident seçkilərindən sonra da “Milli şura”ya Açıq Cəmiyyət Partiyasından (ACP) zərbələr dəyməyə başlayıb. Belə ki, eks-spiker Rəsul Quliyev həm lideri olduğu bu partiyadan, həm də “Milli şura”dan istefa verib. R.Quliyevin sözçüsü Ağasif Şakiroğlunun sözlərinə görə, R.Quliyevin istefasının səbəbi Azərbaycan müxalifətinin 20 ildə heç bir uğur əldə etməməsidir: “Rəsul Quliyev hesab edir ki, müxalifətin uğursuzluğunun səbəbi köhnə düşüncəli liderlərin hələ də siyasi səhnədə qalmasıdır. Rəsul Quliyevin partiya liderliyindən istefa verməsi digər liderlərə nümunə kimi atılan addımdır. Yəni, səbəbindən asılı olmayaraq, uğur əldə edə bilməyən, uzun müddət partiya liderliyində qalan şəxslər də Rəsul Quliyevin bu addımından dərs götürməlidir”.
Qeyd edək ki, R. Quliyev özü də “facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi video-müsahibəsində yaranmış situasiyada ACP-nin lideri kimi qalmasının düzgün olmadığını deyib. Həmçinin, R.Quliyev yaydığı videomüraciətdə bildirib: “Respublikada mənim tərəfdaşlarımın maksimum 5 faizi ACP-də cəmləşib. Yerdə qalan 95 faizi digər partiyalarda olanlar və ən çoxu heç bir partiya üzvü olmayan və olmaq istəməyənlərin arasındadır. Belə bir vəziyyətdə mənim ACP-nin lideri kimi qalmağım düzgün deyildir, əksinə, belə bir qərarı gərək 10 il öncə qəbul edəydim”.
Bununla belə, R.Quliyev partiya ilə əlaqələrini saxlayacağını deyib: “Sadəcə olaraq mübarizənin masştabını böyütməliyik. O ki, qaldı “İctimai palata”nın liderlərinə, mən onları heç 2 il öncə də müxalifət hesab etmirdim”.
Göründüyü kimi R.Quliyev indi 10 il bundan qabaq partiya lideri statusundan getmədiyinə təəssüflənir. Yəqin ki, bir 10 ildən sonra da siyasətdən gedib bu addımı 10 il öncə atmadığına təəssüflənəcək. Əslində isə, bu adamın azacıq da olsa özünə hörməti varsa, günü bu gün siyasətdən getdiyini bəyan etməlidir.
Xatırladaq ki, R,Quliyevdən öncə ACP-dən 2 nəfər də istefa vermişdi. Bunlar ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva və Ali Məclis sədrinin müavini Solmaz Ələsgərovadır. Z.Dünyamalıyeva qeyd edib ki, buna səbəb üzvü olduğu partiyanın və ACP-nin də qoşulduğu “Milli şura”nın oktyabrın 9-da keçirilən prezident seçkilərində uğur qazana bilməməsidir: “Məhz buna görə, mən partiyadan və “Milli şura”dan istefa verdim. Mənimlə birgə Solmaz Ələsgərova da partiya üzvlüyündən kənarlaşıb”.
ACP sədri Sülhəddin Əkbər partiyadan istefalara qəribə məntiqlə münasibət bildirib. R. Quliyevin istefaya getməklə düzgün qərar verdiyini deyən S.Əkbərin fikrincə, guya eks-spikerin “demokratiya uğrunda mübarizəsi” bir partiya çərçivəsinə sığmır (!). Əcəba, əgər belə idisə, bəs onda “Milli şura” nə üçündür? Axı bu qurum, müxalifətin daha geniş və birgə mübarizəsi üçün yaradılmışdı. Əslində, proseslərə daha düzgün yanaşma bundan ibarətdir ki, müxalifətin radikal hissəsinin cəmiyyətdə heç bir nüfuzu yoxdur və radikalların toplaşdığı “Milli şura”nın seçkilərdə iflası məhz bu amillə əlaqədardır.
Beləliklə, “Milli şura”da yarpaq tökümü başladı. İndi bir-birinin ardınca, müxtəlif səbəblər gətirərək bu qurumdan istefalar sürətlənəcək. Amma hamı bilir ki, “İctimai palata” da, “Milli şura” da 2 nəfərin - İsa Qəmbər və Əli Kərimlinin qurumlarıdır. Digərləri birlik görüntüsü yaratmaq üçün ora cəlb olunublar. “Milli şura”nın iflasının son akkordu isə Müsavat-AXCP boğuşması ilə vurulacaq. R.Quliyev reallığı dərk edib istefa versə də, onun “Milli şura”dakı “müttəfiqləri” olmuş AXCP sədri Əli Kərimli ilə “Müsavat” başqanı İsa Qəmbər hələ gözləmə mövqeyi tutur. Amma proseslər göstərir ki, hər seçkidə iflasa uğrayan bu şəxslər də partiya rəhbərliyindən istefa verməyə məhkumdurlar. Hadisələrin gedişatı, müxalifət düşərgəsində baş verənlər buna doğru gedir.

 
  • Oxunub:  21900  |  
  • Tarix:  19-10-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Bizim bayrağımız qürur mənbəyimizdir

17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb
14:59
13 Noyabr
Bakıda gənclər təşkilatlarının V Respublika sərgisi açılıb
14:57
13 Noyabr
AQTA-da iri ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib
14:54
13 Noyabr
“Asan İmza” İƏİT nəzdində Dövlət Sektorunun İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən ən innovativ nümunə kimi qəbul edilib
14:49
13 Noyabr
Nazir: Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 17.9 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır
14:47
13 Noyabr
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib
14:39
13 Noyabr
Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
14:36
13 Noyabr
Slovakiyanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:32
13 Noyabr
Şahin Mustafayev: 2019-cu ildə tədiyyə balansının cari hesabının müsbət olacağı proqnozlaşdırılır
13:32
13 Noyabr
Milli Məclisin sədri: 2019-cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyacaq
13:22
13 Noyabr
İndiyədək Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə təqribən 32 milyard dollar xərclənib
13:19
13 Noyabr
Oqtay Əsədov: Vergi sistemində nəzərdə tutulan islahatlar ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək
12:56
13 Noyabr
2040-cı ilədək qlobal enerji tələbatı 25 faizdən çox artacaq
12:51
13 Noyabr
Türkmənistan qazının Avropa bazarlarına tədarükü imkanları müzakirə edilir
12:31
13 Noyabr
İçərişəhərlə tanışlıq Slovakiyanın Baş nazirində zəngin təəssürat yaradıb
12:29
13 Noyabr
Hakan Aras: Azərbaycan ali təhsil verdiyi türkiyəli tələbələrə öz vətəndaşları kimi yanaşır
12:17
13 Noyabr
Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyi Dünya Diabet Gününə həsr olunmuş aksiya keçirib
12:10
13 Noyabr
Milli Məclisin plenar iclasında 2019-cu ilin dövlət büdcəsi müzakirə olunur
12:05
13 Noyabr
Bakıda akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işinə başlayıb
11:56
13 Noyabr
Yunanıstanın Saloniki şəhərində “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib
11:34
13 Noyabr
“Caspian Ecology 2018” sərgisində 8 ölkədən 43 şirkət iştirak edəcək
11:08
13 Noyabr
Dünya şöhrətli professor ölkəmizdə aparılan islahatları izlədiyini bildirib
11:03
13 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
10:49
13 Noyabr
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
10:43
13 Noyabr
Naxçıvanda tələbələr arasında keçirilən “Xəmsə” milli intellektual oyununun qalibləri müəyyənləşib
10:41
13 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
10:35
13 Noyabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
10:32
13 Noyabr
Sona Əliyeva: Ölkəmiz dünya miqyasında sivilizasiyalar arasında dialoqa, humanitar əməkdaşlığa böyük töhfələr verir
10:30
13 Noyabr
Səyyar “ASAN xidmət” davam edir
10:29
13 Noyabr
“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
17:53
12 Noyabr
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat ayrılıb
17:44
12 Noyabr
Tahir Rzayev: Konstitusiyanın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı rolu olduqca böyükdür
17:21
12 Noyabr
Salyanda dini radikalizmlə mübarizə ilə bağlı seminar-müşavirə keçirilir
17:05
12 Noyabr
Nizami Cəfərov: Dövlət başçısının Fərmanı Azərbaycan dilinin həm qorunmasına, həm də inkişafına əhəmiyyətli təsir göstərəcək
17:00
12 Noyabr
Pedaqoji Universitetdə Beynəlxalq Loqopedlər Günü ilə bağlı tədbir keçirilib
16:55
12 Noyabr
Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi keçirilib
16:53
12 Noyabr
YAP Pirallahı rayon təşkilatı "Yeni Azərbaycan Partiyası zəfərlərə doğru" başlığı altında tədbir keçirib
16:49
12 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi təlimlərin gedişi ilə bağlı məruzələri dinləyib
16:38
12 Noyabr
Milli Məclisin bir sıra deputatı milli ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı ilə təltif olunub
16:26
12 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:23
12 Noyabr
Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
16:20
12 Noyabr
Bəxtiyar Aslanbəyli: Ötən 21 ildə “Çıraq” platformasından 700 milyon barreldən çox neft hasil edilib
16:17
12 Noyabr
YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə fləşmob keçirilib
15:58
12 Noyabr
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Konstitusiya günü” qeyd olunub
15:53
12 Noyabr
Zərdabda Konstitusiya Günü qeyd olunub
15:37
12 Noyabr
Bakı Slavyan Universitetində rus dili ilə bağlı beynəlxalq elmi-praktik seminar keçirilir
15:26
12 Noyabr
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 24 min 510 ipoteka krediti verilib
15:26
12 Noyabr
YAP Yevlax rayon təşkilatı “Bayrağımız qürur mənbəyimizdir” devizi ilə təntənəli tədbir keçirib
15:09
12 Noyabr
ABŞ gələn il Azərbaycanın gündəlik neft və kondensat hasilatının həcmi ilə bağlı proqnozunu açıqlayıb
15:05
12 Noyabr
Azərbaycan və Türkiyə ürək-damar cərrahlarının birgə toplantısı keçirilib
15:04
12 Noyabr
Hikmət Hacıyev: Azərbaycanın müqabil tərəfdaş ölkələrlə qarşılıqlı hörmət və bərabərhüquqlu prinsiplər əsasında ikitərəfli əlaqələri davamlı olaraq inkişaf edir
14:59
12 Noyabr
Zona seçim turunda Balakən və Oğuzun gənc intellektualları finala vəsiqə qazanıblar
14:46
12 Noyabr
Los-Ancelesdə “Əbədi Ezamiyyət” filminin ABŞ premyerası keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+11 +13
gecə+7 +9