Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifətin növbəti yalanı ifşa olundu

Radikal müxalifətin növbəti yalanı ifşa olundu

22.10.2013 [09:25]

Mübariz Abdullayev

ATƏT PA-nın müşahidə missiyasının rəhbəri, Almaniya Bundestaqının deputatı xanım Doris Barnett “Azadlıq” qəzetinin internet səhifəsində dərc olunmuş məqaləyə və onun adından səsləndirilmiş fikirlərə etirazını bildirib
Oktyabrın 9-da keçirilən prezident seçkiləri ölkəmizdə radikal müxalifətin heç bir nüfuza malik olmadığını bir daha ortaya qoydu. AXCP, “Müsavat”, ACP kimi partiyaların, “El” hərəkatının seçkiqabağı dövrdə süni ajiotaj yaratmalarına rəğmən, seçkilərin nəticələri radikallar üçün acınacaqlı oldu. Belə ki, dağıdıcı düşərgə təmsilçilərinin seçkilərdə guya birgə iştirak etmək məqsədilə yaratdıqları qondarma “Milli şura”nın “vahid namizəd”i Cəmil Həsənov səsvermədə iştirak edən seçicilərin təxminən 5 faizinin etimadını qazanmağa müvəffəq oldu. Bu isə o deməkdir ki, Azərbaycan cəmiyyətində radikal müxalifət partiyalarının və onların təmsilçilərinin elektorat bazası olduqca aşağı səviyyədədir, ölkə vətəndaşları onların populist, reallıqdan uzaq vədlərinə inam bəsləmirlər.
Radikallar cari prezident seçkilərində acınacaqlı məğlubiyyətlərinin səbəblərini son 20 ildə sərgilədikləri milli maraqlara zidd əməllərində, bir-birlərinə münasibətdə qarşılıqlı ambisiyalar nümayiş etdirmələrində axtarmaq əvəzinə, müxtəlif bəhanələrə rəvac verirlər. Guya hansısa məntəqələrdə seçkilər zamanı pozuntulara yol verilib, Seçki Məcəlləsinin tələbləri pozulub və s. Halbuki, ölkəmizdə keçirilən seçkiləri izləyən çoxsaylı yerli və beynəlxalq müşahidə missiyalarının hesabatlarında seçkilər zamanı ciddi hüquqpozma hallarının baş vermədiyi, seçkilərin şəffaf, beynəlxalq standartlara uyğun keçirildiyi xüsusi vurğulanır.
Lakin daim həqiqətin üstünə kölgə salmağa çalışan radikal müxalifət təmsilçiləri, hətta beynəlxalq müşahidə missiyalarının yaydıqları hesabatlar ətrafında da manipulyasiya cəhdləri etməkdən çəkinmirlər. Məsələn, radikalların nəzarətində olan “Azadlıq” qəzetinin internet səhifəsində ATƏT Parlament Assambleyasının (PA) Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkilərini müşahidə missiyasının rəhbəri, Almaniya Bundestaqının deputatı xanım Doris Barnett barəsində həqiqəti əks etdirməyən məlumat yerləşdirilib. Bu üzdən də xanım Doris Barnett “Azadlıq” qəzetinin internet səhifəsində dərc olunmuş məqaləyə və onun adından səsləndirilmiş fikirlərə etirazını bildirib.
Xatırladaq ki, oktyabrın 18-də “Azadlıq” qəzetinin internet səhifəsində “Alman deputat seçkini təriflədiyi üçün cavab verməli oldu” sərlövhəli məqalə dərc olunub. Məqalədə Almaniyada yaşayan 20-yə yaxın azərbaycanlının Bundestaqın deputatı, xanım Doris Barnettin yaşadığı Ludviqshafen şəhərində onun üzvü olduğu Sosial-Demokrat Partiyasının (SPD) qərargahı qarşısında keçirdiyi etiraz aksiyası barədə məlumat verilir.
Məqalədə etiraz aksiyasının guya ATƏT Parlament Assambleyasının Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkilərini müşahidə missiyasının rəhbəri kimi xanım D.Barnettinin seçkilərin yüksək səviyyədə təşkil edilməsi ilə bağlı verdiyi bəyanatlarla əlaqədar keçirildiyi bildirilir. Məqalədə, həmçinin, aksiya iştirakçıları ilə görüşmüş xanım D.Barnettin adından onun seçkilər barədə söylədiyi fikirlərin guya təhrif olunması barədə sitatlar yerləşdirilib.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən xanım D.Barnettə müvafiq sorğu göndərilib və onun məsələyə münasibəti öyrənilib.
Xanım deputat səfirliyə cavab məktubunda yuxarıda qeyd olunan məqalədə ona istinadən verilmiş sitatlar haqqında aşağıdakıları bildirib: “Faktların saxtalaşdırılmasına, mənim dediklərimin tam əksinin utanmadan mənim adıma yazılmasına görə söz tapa bilmirəm. Mən dünən Maynts şəhərindən gəlmiş nümayişçilərin sözçüsünə bu haqda yazacağam”.
Göründüyü kimi, bu dəfə radikal düşərgə təmsilçilərinin yalanı elə ilk mənbədən ifşa olundu. Burada deyiblər ki, yalan ayaq tutar, ancaq yeriməz.

Paylaş:
Baxılıb: 1138 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30