Ana səhifə »  Müəlliflər »  Tana de Zuluetanın qərəzli və ziddiyyətli məntiqi
A+   Yenilə  A-
Tana de Zuluetanın qərəzli və ziddiyyətli məntiqi
Yazdı: Nurlan Qələndərli

Zulueta ona-buna çamur atmaqdansa, öz mövqeyini yenidən nəzərdən keçirsə, daha obyektiv və səmimi görünər
Oktyabrın 9-da keçirilən prezident seçkiləri də ölkəmizin demokratik dəyərlər və ənənələrə sadiq olduğunu sübuta yetirdi. Seçkilərin azad, şəffaf və ədalətli keçirilməsi ölkəmizdəki siyasi sistemin demokratik dəyərlərə əsaslandığını nümayiş etdirdi.
Beynəlxalq müşahidə missiyaları Azərbaycanın demokratik dəyərlərə sadiq olduğu qənaətindədirlər
Bütün bunlarla yanaşı, seçkiləri izləyən beynəlxalq müşahidəçilər və müşahidə missiyaları də sözügedən prosesin təqdirəlayiq olduğunu bildirdilər. Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Müstəqil Dövlətlər Birliyi, TürkPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, ABŞ Müstəqil Siyasi Monitorinq Mərkəzi, Türk Dövlətləri Əməkdaşlıq Şurası, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi, Avropa Akademiyası, Beynəlxalq “İDEES” təşkilatı, Latın Amerikası və Karib dənizi ölkələri siyasi partiyalarının təşkilatı (COPPPAL), Qara Dəniz Ölkələri Vətəndaş Dialoqu, Rusiya İctimai Palatası, Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu, “Ədalətli Seçkilər Uğrunda” təşkilatı, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı və digər qurumlar, həmçinin, Fransa, İtaliya, Hindistan, Pakistan, Bolqarıstan və digər ölkələrdən olan müşahidəçi missiyaları Azərbaycanda seçkilərin demokratik, ədalətli, şəffaf və obyektiv keçirildiyini bəyan ediblər.
Eyni zamanda, ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen xüsusi bəyanat yayaraq Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin birgə bəyanatını bölüşdüyünü və 9 oktyabr seçkilərinin azad, şəffaf və ədalətli keçirildiyini bildirib. ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara da seçkilərin demokratiyaya doğru əhəmiyyətli addım olduğunu qeyd edib. ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri xanım Dorris Barnett isə şəxsən məntəqələrdə seçki prosesini izlədiyini və heç bir pozuntuya rast gəlmədiyini deyib.
Yeri gəlmişkən, Monteneqronun Budva şəhərində ATƏT PA-nın sessiyası çərçivəsində qurumun Daimi Komitəsinin iclasında Azərbaycanda keçirilmiş prezident seçkiləri yüksək qiymətləndirilib, seçki prosesini qeyri-obyektiv qiymətləndirən ATƏT/DTİHB-nin və digərlərinin mövqeyi isə tənqid olunub.
Seçki Məcəlləsi ilə tanış olmayan Zulueta hüquqi prosedurlardan xəbərsizdir
Amma bütün bunlara baxmayaraq, ATƏT/DTİHB-nin qərəzli və ədalətsiz mövqeyinin davam etməsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurur. Yeri gəlmişkən, ATƏT DTİHB-nin uzunmüddətli müşahidə missiyasının rəhbəri Tana de Zulueta bildirib ki, namizədlərin təbliğat və təşviqatı üçün mediada yetərincə vaxt ayrılmayıb. O, ölkəmizdə olduğu müddətdə guya bir neçə jurnalistin təqibə və təsirə məruz qalması kimi mənfi hallarla qarşılaşdığını bildirib. Guya hüquqi baxımdan jurnalistlər və media üzvləri limitləndirilib.
Görünür, xanım Zulueta Azərbaycan Seçki Məcəlləsi ilə ümumiyyətlə, tanış deyil. Seçki prosesinə start verilməmişdən əvvəl medianın fəaliyyətinə heç bir məhdudiyyət tətbiq olunmur. Seçkilər dövrünü isə şərti olaraq 5 hissəyə bölmək olar: namizədlərin irəli sürülməsi, imzatoplama, təbliğat-təşviqat, seçki günü və nəticələrin elan olunması. Seçki Məcəlləsində bütün mərhələlər dəqiq göstərilib və bütün seçki iştirakçılarının hüquq və vəzifələri müəyyənləşdirilib. Seçki təbliğatı seçkilərə 23 gün qalmış başlanır və 24 saat qalmış dayandırılır. Bu müddət çərçivəsində namizəd və ya onun vəkilləri açıqlamalar verə, mitinqlər təşkil edə və qanunla qadağan olmayan digər təşviqat tədbirləri həyata keçirə bilərlər. Qanun heç bir media orqanına seçki təşviqatında iştirakla bağlı məhdudiyyət nəzərdə tutmur. Yalnız dövlət resursu hesab oluna bilən media orqanlarında bütün namizədlərə eyni həcmdə yer ayrılır ki, onların arasında balans pozulmasın. Yəni, Seçki Məcəlləsi yalnız qısa dövr üçün təşviqatın həyata keçirilməsini qadağan edir və yalnız dövlət resursu hesab olunan medianı limitləndirir. Hətta İctimai Televiziya belə ödənişsiz vaxtdan əlavə hər bir namizədə reklam əsasında təşviqat imkanları yaradır. Əgər hər hansı namizəd bu imkanlardan şüurlu şəkildə istifadə etmirsə, bunu təşviqatın limitləndirilməsi kimi qələmə vermək düzgün deyil. Digər tərəfdən, seçkiyə heç bir aidiyyəti olmayan hansısa jurnalistin konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunması, yaxud da hansısa təşviqat aksiyasında mülki şəxslərin bir jurnalistə qarşı kobud davranışını seçki dövründə mediaya təzyiq kimi qələmə vermək, bunu bütün seçki prosesinə şamil etmək obyektiv və peşəkar yanaşma deyil.
Zuluetanın qərəzi onda görünür ki, müxalifət mətbuatı hətta səsvermədən bir gün əvvəl də (yəni sükut günü-red.), geniş təşviqat və antitəbliğat kampaniyası apardı. Xanım Zulueta və onun qrupu isə bu kobud pozuntulara göz yumdu.
“Od olmasa, tüstüsü çıxmaz”
Tana de Zulueta onu da bildirib ki, bu ölkəyə heç bir hazır hesabatla və ümumiyyətlə, əvvəlcədən düşünülmüş heç bir fikir və ideya ilə gəlməyib. Ona məşhur bir Azərbaycan atalar məsəlini çatdırmaq lazımdır: “Od olmasa, tüstüsü çıxmaz”. Əvvəlki hesabatlarla indiki hesabatı müqayisə etsək, yalnız rəqəmlərin, iştirakçıların adlarının və s. bu kimi texniki detalların dəyişdiyini görə bilərik.
Tana de Zulueta onu da əlavə edib ki, bəzi namizədlər xeyli imza topladıqları halda, eyni sayda səs toplamaqda çətinlik çəkiblər. O, bunun müəmmalı olduğunu düşündüyünü deyib.
Bununla Zulueta seçkilərdə “passiv”, “qeyri-effektiv”, məişət dilində desək, biabırçı təşviqat aparan namizədin reytinqinin aşağı düşməsi ehtimalını inkar etmiş olur. Ondan soruşsan ki, Hafiz Hacıyevin və ya Araz Əlizadənin təşviqatını necə qiymətləndirir, yəqin, tənqid edəcək. Belə olan halda, ona imza verən 40 min nəfərin bir hissəsinin öz rəyini dəyişməsində təəccüblü bir şey axtarmağa dəyərmi?
Zulueta müxalifətin təsiri altına düşüb və onların iddialarını təkrarlamaqla özündə olduqca yanlış təsəvvür formalaşdırıb
Tana de Zulueta həmçinin bildirib: “Şahidi olduğum bir qəribəlik seçkiqabağı keçirilən mitinqlərlə bağlıdır... Mitinqlər zamanı insanlar oraya avtobuslarla gətirilir, mitinq başlandığı andan sona qədər sahənin qapıları bağlanır, oraya gələn insanlara yalnız mitinq bitdikdə çölə çıxmağa icazə verilir. Bu, hətta bizim müşahidəçilərin orda olduğu zaman da baş verib”.
Jurnalistin “Hansı namizədlərin mitinqindən söhbət gedir?” sualına cavabında isə o bildirib: “Hazırkı hakimiyyətdə olan partiyanın namizədlərinin mitinqlərində belə hallar açıq-aydın görünürdü”.
Yəqin, xanım Zuluetanın yaşadığı İtaliyada hər hansı namizədin Romada keçirdiyi təşviqat aksiyasına qoşulan boloniyalı, palermolu və s. tərəfdarlar öz şəhərləri ilə paytaxt arasında məsafəni piyada qət edirlər. Məsələn, əgər Berluskoninin Neapoldakı tərəfdarları avtobus tutub onun Romada keçirdiyi mitinqə bu avtobusda gəlsələr, bu, İtaliyada seçki pozuntusu hesab oluna bilər. Nə etmək olar, demokratiyanın da öz qəribəlikləri var. İtaliyada sərbəst hərəkət etmək azadlığı yoxdursa, Azərbaycanı günahlandırmaq nəyə lazım? Birdə ki, xanım Zuluetanın “Hazırkı hakimiyyətdə olan partiyanın namizədlərinin mitinqlərində belə hallar açıq-aydın görünürdü” fikrini necə başa düşək? Hakim partiyanın - YAP-ın bir namizədi olub, o da mitinq keçirməyib. Digər namizədlərin hakimiyyətə nə aidiyyəti var? Buradan aydın görünür ki, xanım Zulueta müxalifətin təsiri altına düşüb və onların iddialarını təkrarlamaqla özündə olduqca yanlış təsəvvür formalaşdırıb. Bu fikirləri ilə də o, öz qərəzli mövqeyini ifşa edib.
Zulueta Avropa Parlamenti və AŞPA-ya qarşı...
Bunlarla yanaşı, Tana de Zulueta Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin nümayəndələrini ATƏT DTİHB-nin müşahidə missiyasının təkliflərinə laqeyd yanaşmaqda günahlandırıb. Zulueta, həmçinin, qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazenin mediada tamamilə fərqli bəyanatlar verməsindən təəssüfləndiyini deyib. O, Avropa Parlamenti müşahidəçilərinin fikirlərinin doğruluğunu şübhə altına alıb, ATƏT DTİHB-nin müşahidə missiyasına daxil olan rusiyalı müşahidəçilərin isə “pozuntu faktları”na göz yumduqlarını iddia edib.
Əlbəttə, buradan belə bir nəticə hasil etmək lazımdır ki, bunlar bir-birini qəbul etmirlərsə, aralarında fikir ayrılığı varsa, bu ziddiyyətlərin çanağı niyə Azərbaycanın başında çatlamalıdır?
Xanım Zulueta uzunmüddətli müşahidə missiyasının adından danışa bilər. Mişel Vuazenin rəhbərlik etdiyi 300-ə yaxın qısamüddətli müşahidəçinin rəyi isə tam fərqlidir. O cümlədən, ATƏT PA müşahidə missiyasının rəhbəri Doris Barent də dəfələrlə seçkilərin demokratik keçirildiyini qəti şəkildə bəyan edib. Hətta Almaniyadakı bəzi ünsürlərin onu öz fikrindən döndərmək cəhdlərinə də öz etirazını bildirib. İndi reallıq ondan ibarətdir ki, ATƏT-in 3 strukturundan ikisi uzunmüddətli müşahidə missiyasının iddialarını qəbul etmir və tam əks fikir səsləndirir. Belə olduğu halda nəyə görə əsas kimi Mişel Vuazenin, Doris Barentin deyil, Tana de Zuluetanın fikri əsas götürülməlidir? Bu məsələyə AŞPA və Avropa Parlamentinin rəylərini də əlavə etsək, Zuluetanın və ona istinad edənlərin iddialarının sabun köpüyündən başqa bir şey olmadığı üzə çıxır. Buna görə də, Zulueta ona-buna çamur atmaqdansa, öz mövqeyini yenidən nəzərdən keçirsə, daha obyektiv və səmimi görünər.

 
  • Oxunub:  22410  |  
  • Tarix:  23-10-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+24 +28
gecə+17 +20