Ana səhifə »  Müəlliflər »  “İctimai palata” radikallar üçün reanimasiya rolunu oynaya bilmədi
A+   Yenilə  A-
“İctimai palata” radikallar üçün reanimasiya rolunu oynaya bilmədi
Yazdı: Mübariz Abdullayev

Bu qondarma qurum üzvlərin bir-birlərinə münasibətləri üzündən xəstəhal vəziyyətə düşüb və artıq özünün reanimasiyaya ciddi ehtiyacı var
Radikal müxalifət düşərgəsi müxtəlif adda birliklərin, təşkilatların qəbiristanlığını xatırladır. Düşərgədə cəm olan partiyalar, siyasi qruplar zaman-zaman bir növ mövsümi xarakter daşıyan qurumlar yaradıblar. Lakin həmin qondarma qurumlar cəmiyyətin sosial-siyasi sifarişi kimi deyil, ayrı-ayrı partiyaların, onların rəhbərlərinin korporativ maraqlarının ifadəsi qismində təzahür etdiyindən və beləliklə də saxta mahiyyət daşıdığından çox qısa müddətdə sıradan çıxaraq yerlərini tarixin toz basmış arxivində tapıblar. SİDSUH, DUH, “YES”, çoxsaylı “məşvərət məclisləri” və digərləri belələrindəndir. Şübhə yoxdur ki, radikalların son parlament seçkilərindən sonra yenə məhdud maraqlarını təmin etmək məqsədilə yaratdıqları “İctimai palata” da lap yaxın gələcəkdə məhz ölü qurumlar sırasında yer alacaq.
Bəri başdan onu vurğulayaq ki, dağıdıcı düşərgə təmsilçiləri “İctimai palata”nı radikal müxalifətin “birlik” formatı kimi təqdim etsələr də, burada hansısa birləşdirici amillərdən söhbət açmaq qeyri-mümkündür. Bu qondarma qurum lap əvvəldən son 20 ildə radikal düşərgəni bir növ monopoliyaya alan ayrı-ayrı partiyalar və siyasilər arasında intriqalar, çəkişmələr yuvasına çevrilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. “İctimai palata” dedikdə daha çox AXCP, “Müsavat” və yerdə qalan digər partiyalar formatı başa düşülür. Yəni başlanğıcda yeni qurumun bütün üzvlərin paritet təmsilçiliyi əsasında yaradıldığı bəyan edilsə də, sonradan bəlli oldu ki, bu kimi vədlər heç nəyə yaramayan və üzvlərin özlərinin də əhəmiyyət vermədiyi səslənmələrdən başqa bir şey deyil. Axır vaxtlarda isə qondarma qurumda elə bir vəziyyət yaranıb ki, onu daha çox AXCP və Müsavat Partiyasının birgə təşkilatı kimi xarakterizə edirlər. Yəni qurum daxilində bütün məsələlər bu iki partiyanın və onların dəyişməz rəhbərləri Əli Kərimli ilə İsa Qəmbərin iradəsi əsasında həllini tapır, digər partiya təmsilçilərinin irəli sürdükləri təkliflər isə bir qayda olaraq nəzərə alınmır.
Təbii ki, belə vəziyyət qondarma qurum daxilində narazılıqlara rəvac verir. Müəyyən gözləntilərə, ələlxüsus da reanimasiya cəhdlərinə görə “İctimai palata” çağırışlarına qoşulan partiyalar burada AXCP ilə “Müsavat”ın, eləcə də Əli Kərimli ilə İsa Qəmbərin hegemonluğunu qəbul etmək istəmirlər və zaman-zaman narazılıqlarını dilə gətirirlər.
Lakin özlərini radikal düşərgənin əsas güc mərkəzləri sayan AXCP ilə “Müsavat”ın “İctimai palata”da hegemonluğu heç də onların səmimi müttəfiq olmaları anlamına gəlmir. Bu iki partiyanın əzəli düşmənçilik münasibətləri “İctimai palata” daxilində daha qabarıq şəkildə təzahür edir. Digər partiyaları xaricdəki antimilli dairələrin radikal düşərgə üçün ayırdıqları bütün qrantlardan, ianələrdən məsafədə saxlayan AXCP və “Müsavat” qurum daxilində bir növ “mehriban düşmənlər” rolunu oynayırlar. Belə ki, “cəbhəçi”lər və “Müsavat”çılar rəqiblərindən bir baş üstün mövqeyə çıxmaq üçün daim bir-birlərinə badalaq gəlir, hətta qarşı tərəfin ünvanına aşağılayıcı ifadələr işlətməkdən, ittihamlar yağdırmaqdan belə çəkinmirlər.
Azərbaycan cəmiyyəti “İctimai palata” daxilində, o cümlədən də qurumun əsas üzvləri olan AXCP ilə “Müsavat” arasında münasibətlərin necə gərgin olduğunu artıq arxada qalan prezident seçkiləri ərəfəsində bir daha bütün cəhətləri ilə müşahidə etdi. Məlumdur ki, radikallar cari prezident seçkilərində “İctimai palata”da müəyyənləşdiriləcək “vahid namizəd”lə iştirak etməklə bağlı razılığa gəlmişdilər. Lakin centlmen razılaşmasının mürəkkəbi qurumamış onun şərtlərini pozan “Müsavat”çılar göstərdilər ki, “söz danışıqdan keçər” zərb-məsəlinin onlara qətiyyən aidiyyəti yoxdur. Belə ki, “Müsasvat”ın divanı cari ilin əvvəlində seçkilərə “İctimai palata”nın “vahid namizəd”i ilə deyil, partiyanın namizədi İsa Qəmbərlə getməklə bağlı qərar çıxartdı. Əslində, “Müsavat”çılar bununla “İctimai palata”nın digər üzvlərini fakt qarşısında qoymaq məqsədi güdürdülər.
Bununla belə, “Müsavat”ın qabaqdangəlmişlik etməsi digər partiyalarda, ələlxüsus da AXCP-də kəskin qısqanclıqla qarşılandı. “Cəbhəçi”lər eyni qurumda təmsil olunmalarına baxmayaraq, “Müsavat”a və prezidentliyə namizədlik iddiası sərgiləyən İsa Qəmbərə qarşı açıq-aşkar gözdənsalma kampaniyasına start verdilər. Onlar müxtəlif vasitələrlə isbat etməyə çalışırdılar ki, radikallar arasında Əli Kərimlinin nüfuzu İsa Qəmbərə nisbətən daha üstündür. AXCP təmsilçilərinin seçkiqabağı dövrdə “Facebook” sosial şəbəkəsində keçirdikləri onlayn seçkilər hələ də yaddaşlardan silinməyib. Həmin “səsvermənin” nəticələrinə əsasən “İctimai palata”nın bir üzvü (AXCP sıdri Əli Kərimli) qurumun digər üzvünü (“Müsavat”ın başqanı İsa Qəmbəri) düz beş dəfə üstələyirdi.
Sonradan radikallarin müəyyən gözləntilərin müqabilində ermənipərəst kinodramaturq Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən “Milli şura”ya üz tutmaları ilə “İctimai palata” daha da əhəmiyyətsiz bir quruma çevrildi. Artıq qondarma “Milli şura”nın mövcudluğu şəraitində “İctimai palata”ya ehtiyac qalmadığını radikalların özləri də etiraf etməyə başlayıblar. Qurumun fəal üzvlərindən olan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “İctimai palata”nın gələcək taleyi ilə bağlı pessimist fikirlər dilə gətirərək qurumun fəaliyyətinin dayandırılmasına tərəfdar olduğuna işarə edib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bildirib ki: “AXCP və “Müsavat” arasında əməkdaşlıq yalnız, “Milli şura” çərçivəsində davam etdirilə bilər. Bu iki partiyanın birləşməsi məsələsi bir neçə il əvvəl gündəmdə olub. AXCP qeyri-şərtsiz birləşmə ilə bağlı qərar qəbul edib. Lakin “Müsavat” AXCP-nin bu addımına adekvat reaksiya verməyib”. Onun sözlərinə görə, indiki məqamda bu məsələ gündəmdən çıxıb və öz aktuallığını itirib.
Onu da qeyd edək ki, “Milli şura” AXCP ilə “Müsavat” arasında normal münasibətlərin yaranmasını təmin edə bilmədi. Bu siyasi partiyalar müvəqqəti olaraq “Milli şura” daxilində C.Həsənov məsələsində eyni mövqedən çıxış etsələr də, onların yollarının ayrılması şübhəsizdir. Prezident seçkilərinin başa çatması ilə AXCP və “Müsavat”ın C.Həsənov ətrafında yaratdığı şou da bitdi. C.Həsənov da yetim quzu kimi arada qalıb, indi bilinmir, ona İ.Qəmbər, yoxsa Ə.Kərimli sahib çıxacaq. Amma ona fikir nənəsi Lalə Şövkət olan Əvəz Temirxan sahib çıxsa, yiyəlik etsə, daha yaxşı olar. Çünki sabah Ə.Kərimli ilə İ.Qəmbər “razborkaya” çıxanda C.Həsənov tapdaq altında qalıb, o biri gözünü də şikəst etdirəcək.
Beləliklə, radikal düşərgə təmsilçilərinin etiraflarından bu qənaət hasil olur ki, “İctimai palata” radikallar üçün reanimasiya rolunu oynaya bilmədi. Qurum üzvlərin bir-birlərinə münasibətləri üzündən xəstəhal vəziyyətə düşüb və artıq özünün reanimasiyaya ciddi ehtiyacı var.

 
  • Oxunub:  28320  |  
  • Tarix:  24-10-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13