Ana səhifə »  Müəlliflər »  Ləyaqətdən, məsuliyyətdən dəm vuran “ziyalı” ictimai əxlaqla hesablaşmır
A+   Yenilə  A-
Ləyaqətdən, məsuliyyətdən dəm vuran “ziyalı” ictimai əxlaqla hesablaşmır
Yazdı: Aqşin Şahinoğlu

Ermənilərlə iş birliyini ictimai dialoq, zərərli fikirlərini ziyalılıq, Şəhidlər xiyabında əyləncə mərkəzi tikməyi biznes sayan Rüstəm İbrahimbəyov indi də çoxarvadlılığı ilə öyünərək heç bir mənəvi baryer tanımadığını sübut edir
Ömrünün təxminən 70 ilə qədərini kinostudiyaların qaranlıq otaqlarında keçirən kinossenarist Rüstəm İbrahimbəyovun qaranlıqdan gün işığına çıxması heç də asan başa gəlməyib. İşığın gözqamaşdıran şüaları onun səhhətində ciddi problemlər yaradıb və irəliləyən yaşının da təsiri ilə qoca İbrahimbəyovda çox ciddi fəsadlar müşahidə edilməkdədir. Bu fəsadların yaddaşı zəifləmək, fikirləri qarışdırmaq, keçmişi unutmaq kimi təzahürləri cənab İbrahimbəyovu çıxılmaz bir dalana dirəyib. O, xilas olmaq üçün axtardığı hər yolun onu daha da dərin quyuya çəkdiyini anlamaqda isə acizdir. Ona görə də, mövsümdən mövsümə dəyişikliyə uyğrayır, 2008-ci ildə “ziyalı” kimi başladığı ikinci həyatına siyasətçi, hazırda isə ideoloq kimi davam edir. Amma onun bu fəaliyyətinin ictimai maraqlara uyğunluğu şübhə doğurmaqla yanaşı, ciddi qınaq obyektinə də çevrilib.
Balayanlar, avanesovlar İbrahimbəyovun elitasıdır, Azərbaycan xalqı üçün isə onlar sadəcə düşməndirlər
Rüstəm İbrahimbəyov adının ətrafında yaşanan və böyük ictimai etiraz yaradan faktlardan biri şübhəsiz ki, 2008-ci ildə Rusiya mətbuatına müsahibəsində göz yaşları ilə xatırladığı ermənilərə böyük sevgini etiraf etməsi idi. Məlum olduğu kimi, sözügedən müsahibədə o, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ermənilərin Bakını tərk etməsindən təəssüfünü gizlətməmiş, ermənilərsiz Bakının intellektual potensialının aşağı düşdüyünü, xalqın elitasının olmadığını iddia edərək, Azərbaycan xalqını təhqir etməkdən belə qaçınmamışdı. Əvvəllər onun bu ziyanlı fikirləri və xəyanətkar mövqeyi müəyyən qədər təəccübə səbəb olsa da, sonrakı periodda ortaya çıxan faktlar R.İbrahimbəyovun Azərbaycan xalqına qarşı böyük terror aktları, soyqırımları törətmiş, torpaqlarımızın 20 faizini işğal etmiş ermənilərə böyük sevgisinin təkcə dilində olmadığını, onun bir çox addımının arxasında, hər bir əməlində özünü göstərdiyini sübuta yetirmişdi. Hər halda Kinematoqrafçılar İttifaqının tədbirlərinə dəvətlilər müəyyənləşdirilərkən Rüstəm İbrahimbəyovun ağlına ilk olaraq ermənilərin gəlməsini başqa cür izah etmək mümkün deyil. Bakıda keçirilən “Şərq-Qərb” festivalının maliyyəsi hesabına R.İbrahimbəyovun daşnak partiyasının üzvü Roman Balayan və bakılı, sovet dövründə Azərbaycanda mövcud olan nazirliklərin birində çalışan Rudik Avanesovu dəvət etməsi də bunun bariz örnəyidir.
Yeri gəlmişkən, qeyd edək ki, Roman Qurgenoviç Balayan (1941-ci il 15 aprel Azərbaycan SSR, Dağlıq Qarabağ Muxtar Vilayəti, Mardakert rayonu, Nerkin Orataq kəndində anadan olub) - Ukrayna kinorejissoru, ssenarist və prodüser, SSRİ Dövlət mükafatı laureatı (1987), Ukraynanın Xalq artistidir. O, Rüstəm İbrahimbəyovun ən yaxın silahdaşlarından biridir. Məlumata görə, R.Balayan Daşnaksütyun partiyasının fəallarındandır. Lakin Balayan R.İbrahimbəyovla möhkəm dostluq əlaqələri olan yeganə erməni deyil. Bu siyahı kifayət qədər genişdir. Ona görə də, İbrahimbəyov ermənilərin Bakıdan gedişini göz yaşları ilə xatırlayır, onların dalınca ağı deyir, ürəyini dağlayır. Amma unudur ki, onun üçün Balayan da, Avanesov da ziyalı ola bilər, Azərbaycan xalqı üçün isə bunlar sadəcə düşməndirlər!
Erməniləri sevmək vətəndaş ləyaqəti deyil, ləyaqətsizlikdir!
Düşünmək olmaz ki, Rüstəm İbrahimbəyovun bu xəyanətkar mövqeyi yalnız onun milli hisslərdən, vətənpərvərlikdən uzaq olması ilə bağlıdır. Zənnimizcə, bu, məsələnin sadəcə bir hissəsidir. Ümumiyyətlə, Rüstəm İbrahimbəyov da çox ciddi xarakter problemi var. Çünki normal insan məntiqi düşmənini öpüb bağrına basmaq davranışını qəbul etmir. Deməli, ortada bir məntiqsizlik var. O da cənab İbrahimbəyovun hər addımında özünü büruzə verir. Bir yandan o, mətbuata müsahibə verib vətəndaş ləyaqətindən, məsuliyyətindən danışır, digər tərəfdən ermənilərə sevgisini ifadə edir. Bu iki tezisin bir-biri ilə daban - daban zidd olduğu ortadadır. Nəzərə almalıyıq ki, düşməni sevmək vətəndaş ləyaqəti və ya məsuliyyəti deyil, ləyaqətsizlik və məsuliyyətsizlikdir.
Heç Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş yüzlərlə mərd və qəhrəman vətən övladlarının əbədi uyuduğu Şəhidlər xiyabanı yaxınlığında əyləncə mərkəzi tikmək niyyətini də hansısa ləyaqət və məsuliyyət hissi ilə əsaslandırmaq olmaz. Ən sadəlövh məntiqlə belə bunu vətənpərvərliklə izah etmək mümkün deyil. Amma Rüstəm İbrahimbəyov üçün bunun izaha heç bir ehtiyacı yoxdur. Çünki onun üçün əsas olan maddi gəlir əldə etməkdir. 70 yaşını ötəndən sonra belə tamahının əsirliyindən qurtulmaqda aciz qalan cənab İbrahimbəyov bu yolda lazım gələrsə, ermənilərlə iş birliyi qurar, lazım gələrsə də rus iş adamlarından pul alıb, onlara Şəhidlər xiyabanı ərazisində ortaq əyləncə mərkəzi açmaq sözü verər, bu məkrli niyyəti baş tutmayanda isə pulu qaytarmaqdan imtina edib, onları mənimsəyə də bilər. Budur, Rüstəm İbrahimbəyov üçün “ziyalılıq”, budur, vətənpərvərlik... Onun cibinə gedən yol bütün yollardan müqəddəsdir, elə vətən yolundan da...
Mixalkova qarşı, yoxsa, İbrahimbəyov - Xutsiyev tandeminin gizli niyyətləri...
Bəzi mətbuat orqanları və qoca ssenaristin yaxın ətrafı mütəmadi olaraq onun “çəkisini artırmaq” və onun qeyri-milli mövqeyini ört-basdır etmək üçün absurd iddialarla çıxış edir, hətta R.İbrahimbəyovun “Oskar” mükafatı aldığını bildirirlər. Baxmayaraq ki, heç bir fakt onların bu iddialarını təsdiq etmir. Əksinə, aparılan arpaşdırmalar zamanı məlum olur ki, Rüstəm İbrahimbəyovun həm ssenaristi olduğu filmin “Oskar” mükafatına layiq görülməsinin ona heç bir dəxli yoxdur. Belə ki, 1994-cü ildə Amerika Kino Akademiyasının “xarici dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar”ı “Günəşdən usanmışlar” filminə verilib. O da bəllidir ki, hər hansı bir filmə “Oskar” mükafatı verilirsə, bu, o filmin yaradıcı heyətinə verilmiş bir mükafat kimi qiymətləndirilir. Heç də təsadüfi deyil ki, bu mükafatları filmin rejissorlarına təqdim edirlər. Ona görə də, sözügedən “Oskar” mükafatını R.İbrahimbəyova deyil, filmin rejissoru, Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkova veriblər. ABŞ Kino Akademiyasının qaydalarına əsasən mükafat rejissora məxsusdur və qızıl heykəlcik də rejissorun evində saxlanılır. 1994-cü ildə 47-ci Kann festivalında “Günəşdən usanmışlar” filminin təltif olunduğu “münsiflərin böyük mükafatı” da rejissor Nikita Mixalkova verilib və festivalın qaydalarına görə, mükafat filmin ssenaristlərindən hesab edilə biləcək R.İbrahimbəyova deyil, rejissora məxsusdur.
1991-ci ildə rejissor Nikita Mixalkov tərəfindən “Urqa - məhəbbət dairəsi” filminə İbrahimbəyovun iddiaları da əsassızdır. Çünki Rüstəm İbrahimbəyov bu filmin sadəcə olaraq ikinci ssenaristi olub. Film həmin ildə Venesiya kinofestivalında “Qızıl şir” mükafatına layiq görülüb. Festivalın qaydalarına görə, mükafat yenə də haqlı olaraq rejissor Nikita Mixalkova verilib və R.İbrahimbəyovun deyil, onun evində saxlanılır.
Cənab Mixalkovun uzun illər susqun qalması və İbrahimbəyovun “sinəsinə döyərək” özünü reklam etməsinə göz yumması müəyyən spekulyasiyalara da zəmin yaratdı. Lakin N.Mixalkov bununla bağlı həqiqətləri ictimaiyyətə açıqladıqdan sonra R.İbrahimbəyovun emosional və aqressiv ittihamlarına tuş gəldi. Dərhal sonra isə R.İbrahimbəyov illərdir dostluq etdiyi Nikita Mixalkovun tutduğu vəzifədən kənarlaşdırılmasını istəyən Marlen Xutsiyevin qruplaşmasına qoşuldu. Amma söylənilənlərə görə, İbrahimbəyovun bu növbəti mövqe deyişikliyi və ona böyük nüfuz qazandırmış Mixalkova qarşı cəbhə alması təkcə, qisasçılıq hissi ilə bağlı olmayıb. Burada İbrahimbəyovun başqa maddi maraqları da öz sözünü deyib. Belə ki, Rusiya mətbuatında yer alan bəzi məlumatlara görə, Mixalkova qarşı yaradılmış qrupun əsas məqsədi Rusiya Kinematoqrafçılar İttifaqının mülklərini ələ keçirmək və yaxşı biznes qurmaq olub. Deməli bu dəfə də tamah İbrahimbəyova o qədər güc gəlib ki, o, özünün az-çox məşhurlaşmasında böyük rolu olan N.Mixalkova qarşı çıxır. Amma nəzərə alsaq ki, dönüklük, xəyanət, vaxtilə çiyin-çiyinə çalışdığı insanları satmaq kimi qeyri-etik keyfiyyətlər Rüstəm İbrahimbəyovun xarakter cizgilərini təşkil edir, onda bu fakta da təəccüblənmək mümkün deyil.
Çoxarvadlılıq “kosmopolitlik”dir, yaxud onun başqa adı nədir?
Rüstəm İbrahimbəyovun kosmopolit təfəkkürü, milli ideallarla üzlaşmayan düşüncə tərzi, davranış və fikirləri azərbaycanlı obrazı ilə uzlaşmadığı kimi, onun həyat tərzi də aid olduğu cəmiyyətdən mental olaraq nə qədər uzaq olduğunu ortaya qoyur. Bunu İbrahimbəyovun yaradıcılığında dəfələrlə müşahidə etmişik. Onun ekran əsərlərində yaratdığı kişi və qadın obrazları əslində, maraq göstərdiyi və içində olduğu həyatın sərhədləri ilə bağlı bizdə təəssürat yarada bilər. Amma onun ailə həyatı ilə bağlı iddialar bu təəssüratlarımızı daha da gücləndirir.
Sirr deyil ki, azərbaycanlı kişisi obrazı ailəsini sahiblənən, öz ailə dəyərlərini hər şeydən uca tutan, ailəsi üçün ölümü belə gözüaçıq qəbul edən bir anlayışa söykənir. Tarixən də, elə bu gün də ailəni müqəddəs sayan azərbaycanlı kişisi üçün namus, qeyrət anlayışları ilk olaraq ailədən başlayır. Amma görünür, R.İbrahimbəyov aid olduğunu iddia etdiyi bu cəmiyyətin dəyərlərindən də kənar düşüb. Ona görə də, qoca kinorejissor iki dəfə rəsmi şəkildə evli olub, həmçinin, müxtəlif qadınlarla vətəndaş nigahında yaşayıb, əldə etdiyimiz məlumatlara görə, hazırda Kinematoqrafçılar ittifaqında çalışan bir qadınla qeyri-qanuni nikahla yaşayır. Hətta bu qadından bir övladının olmasını belə normal hesab edir.
Əlbəttə ki, biz onun hansı həyat tərzini seçməsi və hansı dəyərlərin daşıyıcısı olması ilə bağlı seçiminə qarışmaq niyyətində deyilik. Ona məsləhət verməyə nə mənəvi, nə də hüquqi haqqımız çatır. Çünki, bu, onun şəxsi işidir. Hər kəs istədiyi kimi yaşamaqda sərbəstdir. Lakin bizi narahat edən odur ki, bu şəxs adını ziyalı qoyub, Azərbaycan cəmiyyəti adından danışır, özünü Azərbaycan xalqının təmçilçisi kimi qələmə verir. Amma, “buna Rüstəm İbrahimbəyovun nə qədər mənəvi haqqı çatır?” sualına cavabı cəmiyyətimiz verəcək. Çünki, xalqın mövqeyi ən ədalətli tərəzidir.
Aqşin ŞAHİNOĞLU

 
  • Oxunub:  29670  |  
  • Tarix:  22-01-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb

24 İyul 13:01
Şahin Mustafayev: Ötən il Azərbaycanla Çinin ticarət dövriyyəsi 1 milyard dollardan çox olub
24 İyul 12:25
Heydər Əliyev Mərkəzində daha bir unikal sərgi - ikona sənəti sərgisi açılacaq
24 İyul 12:17
Qarabağ müharibəsi əlillərinə 50 minik avtomobili təqdim edildi
24 İyul 12:09
Çin şirkətlərinin Azərbaycana marağı artır
24 İyul 11:58
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
24 İyul 10:30
Almaniyalı tennisçi: Bakı tarixi ənənələri və müasirliyi özündə birləşdirir
24 İyul 09:56
Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələrinə “ASAN Viza” sistemi haqqında məlumat verilib
24 İyul 09:31
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir
24 İyul 09:25
Yeganə Əsgərli: Yay məktəbləri vasitəsi ilə gənclər öz siyasi biliklərini, dünyagörüşlərini, intellektual səviyyələrini artırıblar
24 İyul 09:22
Qarabağ Komitəsinin təşəbbüs qrupunun üzvlərinə Bakı Şəhər Baş Polis İdarəsində xəbərdarlıq edilib
24 İyul 09:21
Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
24 İyul 09:18
Regionlarda avtomobil yollarının tikintisi və əsaslı şəkildə yenidən qurulması işləri intensiv şəkildə davam etdirilir
23 İyul 20:39
Hakimlərin Seçki Komitəsinin iclası keçirilib
23 İyul 20:37
Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib
23 İyul 20:23
Argentinalı və uruqvaylı jurnalistlərə ölkəmizdə mövcud olan dini vəziyyət barədə məlumat verilib
23 İyul 20:20
Azərbaycanın Xarici İşlər naziri Ekvatorial Qvineyanın dövlət katibi ilə görüşüb
23 İyul 20:15
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ağdam rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 İyul 20:13
İdlib qlobal geosiyasi kontekstdə: Türkiyə və supergüclərin mübarizəsi
23 İyul 20:10
“EYOF Bakı 2019”: Cəbrayıl Hacıyev Azərbaycana səkkizinci qızıl medalı qazandırıb
23 İyul 20:08
“Bakı 2019”: Ukrayna millisi idman gimnastikası üzrə komanda yarışlarının qalibi olub
23 İyul 20:04
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tabeçiliyində olan orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
23 İyul 20:02
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Komitə könüllüləri ilə görüşüb
23 İyul 19:59
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə oğlanlar arasında yarışlar başa çatıb
23 İyul 19:55
Çin nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının üzvü Mübariz Abdullayevin ailəsinin qonağı olmuşdur
23 İyul 17:51
Azərbaycan ilə İsrail arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişafı müzakirə edilib
23 İyul 17:45
Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda konfrans keçirilib
23 İyul 17:40
Oktyabrda Bakıda İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası keçiriləcək
23 İyul 17:32
Baş nazirin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
23 İyul 17:29
Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər
23 İyul 17:25
Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb
23 İyul 17:10
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
23 İyul 16:54
Yunan-Roma güləşçisi Xasay Həsənli əzmkar qələbə qazanaraq “EYOF 2019”un çempionu olub
23 İyul 16:32
“EYOF Bakı 2019”: Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb
23 İyul 16:11
Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun iclası keçirilib
23 İyul 16:10
ADA Universitetində XIII Bakı Yay Enerji Məktəbi başa çatıb
23 İyul 15:46
Samuxda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
23 İyul 15:39
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
23 İyul 14:57
Eldəniz Səlimov: Azərbaycanla Çin arasında münasibətlər daha da genişlənir
23 İyul 14:53
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 İyul 14:49
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir
23 İyul 14:36
Gədəbəydə metodiki tövsiyələrin təqdimatı olub
23 İyul 14:24
Xanlar Fətiyev: Azərbaycan istənilən böyük və mötəbər yarışlara ev sahibliyi etməyə qadirdir
23 İyul 14:17
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23 İyul 14:16
Robert Landa: Azərbaycan bu səviyyəli idman tədbirləri keçirilməsində zəngin təcrübəyə malikdir
23 İyul 14:11
TAP-ın İtaliya hissəsində boruların inşasına başlanılıb
23 İyul 14:03
Mübariz Qurbanlı: Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var
23 İyul 14:00
“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib
23 İyul 13:55
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sonq Taonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
23 İyul 12:40
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə qızlar arasında yarışların qalibləri müəyyən edilib
23 İyul 12:23
Artıq ödənilmiş vergilərin qalan məbləğləri 45 gün ərzində vergiödəyicisinə qaytarılır
23 İyul 12:13
Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:09
BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib
23 İyul 12:05
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:00
Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:57
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:51
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:17
“EYOF Bakı 2019”: Tennisçilərin fərdi yarışlarında otuzikidəbir final mərhələsinin görüşləri keçirilir
23 İyul 11:15
“EYOF Bakı 2019”: güləş yarışlarının sonuncu günündə yeddi idmançımız mübarizə aparır
23 İyul 11:13
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə start verilib
23 İyul 11:06
“EYOF Bakı 2019”: Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarının ikinci gününə start verilib
23 İyul 11:02
XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları başlayıb
23 İyul 11:01
Hesablama Palatasının nümayəndə heyəti Nyu-Yorkda beynəlxalq toplantıda iştirak edib
23 İyul 10:56
DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib
23 İyul 10:31
Ermənistan ordusu iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 18 dəfə pozub
23 İyul 10:24
“Azeri Light”ın bir barreli 65,34 dollara satılır
23 İyul 10:22
Neftin qiyməti bahalaşıb
23 İyul 09:38
Azərbaycan söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğu ölkədir
23 İyul 09:35
Hikmət Babaoğlu: Media azadlığının təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı
23 İyul 09:34
Qurban Qurbanov: Azarkeşlərin inamını doğrultduğum üçün sevinirəm
23 İyul 09:32
Regionların elektrik enerjisi ilə təminatı gücləndirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+21 +25