Ana səhifə »  Müəlliflər »  Radikallar siyasi səhnədən getməlidirlər
A+   Yenilə  A-
Radikallar siyasi səhnədən getməlidirlər
Yazdı: Mübariz Abdullayev

Bunu onların son 20 ildəki əməlləri və seçkilərdə uğradıqları acınacaqlı məğlubiyyətlər şərtləndirir
Oktyabrın 9-da keçirilən prezident seçkilərinin nəticələri Azərbaycanın siyasi palitrasında qüvvələr nisbətinə bir daha aydınlıq gətirdi. Seçkiqabağı dövrdə süni ajiotaj yaratmağa cəhd edən, qondarma “Milli şura”da birləşərək seçkilərə guya vahid qüvvə halında gedəcəklərini bəyan edən radikalların təmsilçisi Cəmil Həsənov seçicilərin cəmi 5 faizinin səslərini toplamağa müvəffəq oldu ki, bu da dağıdıcı düşərgə təmsilçilərinin Azərbaycan cəmiyyətində autsayder olduqlarının əyani təzahürüdür. Necə deyərlər, görünən dağa nə bələdçi?
Seçkilərdə “Milli şura”nın “vahid namizəd”i Cəmil Həsənovun topladığı 5 faiz səs, əslində açıq siyasi mübarizədən çəkinərək onu qabağa verən AXCP, “Müsavat”, ACP kimi partiyaların, “El” hərəkatının, ümumiyyətlə, radikal təmayüllü qüvvələrin elektorat bazasının hansı səviyyədə olmasından xəbər verir. Yəni, cəmi 5 faizlik nəticə son 20 ildə radikal düşərgədə sağa-sola at çapan Əli Kərimli ilə İsa Qəmbərin “biz müxalifətin əsas güc mərkəzləriyik” kimi səslənmələrinin heç nəyə yaramadığını, blef olduğunu ortaya qoydu. Seçkilərin nəticələri, həmçinin, təsdiqlədi ki, AXCP və “Müsavat” arasında yaşanan barışmaz ziddiyyətlərdən bəhrələnərək radikal düşərgənin favoritinə çevriləcəyini düşünən, xəyallar quraraq özünü “yeni qüvvə” qismində təqdim edən, “passiv elektoratı aktivləşdirəcəyəm” kimi mücərrəd ifadələrlə baş qatmaq istəyən reneqat Eldar Namazov üçün də üfüqdə heç bir parıltı görünmür. Radikal düşərgənin digər təmsilçiləri barədə isə heç danışmağına dəyməz.
Seçkilərin nəticələrinə klassik anlamda yanaşdıqda deyə bilərik ki, radikal müxalifət təmsilçiləri, o cümlədən də “Milli şura”da “vahid namizəd” Cəmil Həsənova dəstək ifadə edən AXCP, “Müsavat” kimi partiyalar, onların dəyişməz rəhbərləri Əli Kərimli və İsa Qəmbər siyasi arenadan çəkilməlidirlər. Həqiqətən də, son 20 ildə ölkəmizdə keçirilən parlament və prezident seçkilərini demirik, heç bələdiyyə seçkilərində də ortabab nəticə qazana bilməyən partiyaların və onların rəhbərlərinin siyasi səhnədə qalmaqda dirəniş göstərmələri, ilk növbədə, onların özləri üçün utancverici bir məqamdır.
Dünya təcrübəsindən bəlli olduğu kimi, müxalifət düşərgəsi də mütəmadi qaydada təzələnməlidir. Yəni siyasi mübarizədə uğur qazana bilməyən, ətrafında elektorat bazası olmayan, cəmiyyətdən dəstək almayan partiyalar və siyasilər öz yerlərini yeni qüvvələrə vermək barədə düşünməlidirlər. Belə olduqda müxalifətdə də təzələnmə və təkamül prosesi gedər, gənclərə yol açılar, siyasi mübarizə meydanına yeni qüvvələr gələr. Aydın məsələdir ki, sələflərinin aqibətindən nəticə çıxaran yeni qüvvələr mübarizə metodlarını dəyişməyə, alternativ, daha praqmatik ideyalar irəli sürməyə, müasir çağırışlarla ayaqlaşmağa çalışacaqlar. Bu isə son nəticədə cəmiyyət üçün faydalıdır.
Ölkəmizdəki radikal müxalifətin timsalında isə biz bunun tamam əksini müşahidə edirik. Birləşmiş müxalifətin namizədi Cəmil Həsənov və onu “günah keçisi” kimi qabağa verən “Milli şura” təmsilçiləri seçkilərdəki acınacaqlı məğlubiyyətlərinə görə sakitcə kənara çəkilmək əvəzinə, yenə ortaya müxtəlif bəhanələr ataraq özlərinə bəraət qazandırmağa çalışırlar, mitinqlərdən danışırlar və s. Burada deyiblər ki, utanmasan, oynamağa nə var ki?
Radikalların, o cümlədən də AXCP, “Müsavat” kimi partiyaların Azərbaycanın siyasi səhnəsindən getmələrini şərtləndirən çoxlu sayda arqument sadalamaq mümkündür. Bununla bağlı söhbət açarkən, ilk növbədə, bu iki partiyanın və onların dəyişməz rəhbərləri Əli Kərimli ilə İsa Qəmbərin sərgilədikləri əməllərə, zaman-zaman səsləndirdikləri cəfəng fikirlərə diqqət yetirmək kifayətdir. Sözügedən partiyaların özlərini radikal düşərgənin real güc mərkəzləri saymalarına rəğmən, onların qərarlarında, bu və ya digər ictimai-siyasi hadisəyə yanaşmalarında bütövlükdə cəmiyyətin demirik, heç radikal düşərgənin belə ümumi maraqlarını nəzərə almaq istəyi qətiyyən hiss olunmur. Əksinə, onların hər addımının sırf korporativ maraqlara hesablandığını vurğulamaq gərəkdir. AXCP-nin və “Müsavat”ın təmsilçiləri müxalifətçiliyi radikal düşərgə daxilində bir-birlərindən daha üstün mövqeyə çıxmaq, xaricdəki antimilli mərkəzlərdən ayrılan qrantlara, ianələrə əllərinin daha gen-bol çatmasını təmin etmək uğrunda mübarizə anlamında qəbul edirlər və bütün potensiallarını da buna xərcləyirlər. Buna görə də hazırda Azərbaycan cəmiyyəti ilə özünü qeyri-təvazökarcasına “ənənəvi müxalifət” adlandıran radikal təmayüllü partiyalar arasında keçilməz bir sədd yaranıb, desək, əsl həqiqəti ifadə etmiş olarıq.
Azərbaycan cəmiyyətinin maraqlarını ifadə etməyən və bunun müqabilində də cəmiyyətdən dəstək görməyən radikallar öz dayaqlarını xarici dairələrdə axtarırlar. Bəli, bu, bir paradoksdur ki, vaxtilə milli şüarlarla, ideyalarla hərəkata qoşulan, məşhurlaşan, siyasi səhnədə özünə yer edən “ənənəvi müxalifət” aradan cəmi bir neçə il ötəndən sonra, necə deyərlər, kursunu dəyişərək Qarabağla bağlı səslənmələrini tamam yaddan çıxarıblar və bir növ Sem dayıya daha geniş qucaq açmaq yarışına çıxıblar. Radikalların sorağı tez-tez antimilli mərkəzlərin “lövbər” saldıqları xarici ölkələrdən gəlir. Məsələn, “Müsavat” başqanı İsa Qəmbərin Brüssel, “El” hərəkatının rəhbəri Eldar Namazovun Vaşinqton səfərlərini xatırlayaq. Onlar həmin səfərlərdə hər şeydən danışdılar, məlum mərkəzlərdən gələn təlimatlara uyğun olaraq Azərbaycanın beynəlxalq imicinə kölgə sala biləcək fikirlər səsləndirdilər, ancaq cəmiyyətimizin əsas problemi olan Qarabağ münaqişəsindən, torpaqlarımızın işğalı faktından bir kəlmə də olsun danışmadılar.
Radikallar milli maraqların təəssübkeşi və daşıyıcıları olmadıqlarını ermənipərəst birisinin - qoca kinodramaturq Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən “Milli şura” layihəsinə “hə” deməklə bir daha nümayiş etdirdilər. Tarixinin yeni intibah dövrünü yaşayan Azərbaycanda “Milli şura” kimi qurumların yaranmasına cəmiyyətin heç bir sosial-siyasi sifarişi olmadığı halda, radikallar korporativ maraqlarının müqabilində konturları xaricdəki məlum dairələrin mətbəxində cızılan “Milli şura”nın bəyan edilməsinə dəstək verdilər və hələ də qondarma qurumla bağlı gözləntilərinə son qoymayıblar.
Bu və digər faktlardan göründüyü kimi, radikal düşərgədə cəmləşən partiyaları, siyasi qrupları və ayrı-ayrı şəxsləri Azərbaycan cəmiyyətinə bağlayan tellər, demək olar ki, mövcud deyil. Buna görə də, onlar ömürlərində heç olmasa bir dəfə cəsarət, iradə nümayiş etdirib siyasi səhnədən birdəfəlik getmək barədə qərar verməlidirlər.

 
  • Oxunub:  21750  |  
  • Tarix:  25-10-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

16:28
19 Sentyabr
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
16:23
19 Sentyabr
Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hər bir sahədə uğurla inkişaf edir
16:21
19 Sentyabr
Van İ: Dövlət başçıları arasında əldə edilmiş razılaşmalar Azərbaycan-Çin münasibətlərinin inkişafının əsasını təşkil edir
16:17
19 Sentyabr
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirib
16:15
19 Sentyabr
Təlimə cəlb olunan hərbi hissələrin və hərbi texnikanın döyüş qabiliyyəti yoxlanılıb
15:56
19 Sentyabr
Səudiyyə Ərəbistanı Məşvərət Şurasının sədri Azərbaycandadır
15:51
19 Sentyabr
Almatıda Azərbaycan - Qazaxıstan turizm forumu keçiriləcək
15:48
19 Sentyabr
“Bakı-2018”: Cüdo üzrə dünya çempionatının püşkü atılıb
15:45
19 Sentyabr
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin təqdimatı olacaq
15:34
19 Sentyabr
Daşkənddə “Tasanno-2018” milli mətbəx festivalında Azərbaycan da təmsil olunub
15:13
19 Sentyabr
Bakı Kitab Mərkəzində Milli Musiqi Günü qeyd edilib
15:01
19 Sentyabr
İbrahim Öztək: Bakıda keçirilən parad Azərbaycan-Türkiyə birliyini bir daha bütün dünyaya göstərdi
14:54
19 Sentyabr
Ömrünü kimya elminin inkişafına həsr etmiş görkəmli alim
14:51
19 Sentyabr
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
14:44
19 Sentyabr
"Səs” İnformasiya Agentliyinin 10 illik yubileyi qeyd edilib
14:32
19 Sentyabr
AHİK sədri: Azərbaycan ilə BƏT arasında əməkdaşlıq müxtəlif sahələrin inkişafına töhfə verir
14:21
19 Sentyabr
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
14:09
19 Sentyabr
UNESCO-nun Mərkəzi Asiya üzrə koordinatoru Bakıda beynəlxalq simpoziuma qatılacaq
14:05
19 Sentyabr
Azərbaycanın və Ukraynanın Dövlət Miqrasiya xidmətləri arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
14:03
19 Sentyabr
Moskvada “Bakı şəhərinin azad olunması – 100” mövzusunda “dəyirmi masa” keçirilib
14:01
19 Sentyabr
Elçin Əhmədov: Azərbaycan-Türkiyə birliyi və strateji tərəfdaşlığı regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir
12:38
19 Sentyabr
Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilir
12:35
19 Sentyabr
Mehdi Hüseynzadənin 100 illiyi ilə bağlı birgə tədbirlər keçirəcək
12:32
19 Sentyabr
Pirallahıda Beynəlxalq Sülh Günü münasibətilə fləşmob keçirilib
12:29
19 Sentyabr
Məktəb direktorları ilə görüşdə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb
12:15
19 Sentyabr
Gənclər Fondu gənclər təşkilatlarına təklif edilən imkanlar barədə təqdimat keçirib
12:06
19 Sentyabr
Cibuti Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib
11:45
19 Sentyabr
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı 190-dan çox ölkəyə yayımlanacaq
11:45
19 Sentyabr
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
11:38
19 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın vitse-kanslerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
11:31
19 Sentyabr
Naxçıvanda Milli Musiqi Günü qeyd edilib
11:09
19 Sentyabr
Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycan parlamentinin 100 illik yubileyi tədbirlərində iştirak edəcək
11:07
19 Sentyabr
Sabah Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək
10:58
19 Sentyabr
Rusiyanın sərhəd gözətçi gəmisinin və Dövlət Sərhəd Xidmətinin gəmi və katerlərinin iştirakı ilə birgə təlimlər keçirilib
10:47
19 Sentyabr
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
10:45
19 Sentyabr
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi ürəklərdə əbədi yaşayır
10:25
19 Sentyabr
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 87 dəfə pozub
10:22
19 Sentyabr
Neftçilərə yeni mənzillərinin orderləri təqdim edilib
17:58
18 Sentyabr
Bakı Dövlət Universitetində beynəlxalq elmi konfrans: “Dünya azərbaycanlıları: tarix və müasirlik”
17:54
18 Sentyabr
Nazir müavini: “Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır
17:53
18 Sentyabr
Bilik Fondu Abşeronda və Tərtərdə Milli Musiqi Gününü qeyd edib
17:51
18 Sentyabr
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
17:46
18 Sentyabr
Bakıda Azərbaycan-Qazaxıstan İşçi Qruplarının ilk iclası keçirilib
17:44
18 Sentyabr
Vitse-kansler: Avstriyada da şahmat, cüdo və güləş idman növlərinin Azərbaycandakı səviyyəyə yüksəlməsini istərdim
17:19
18 Sentyabr
Vətənə xidmət şərəfdir
17:15
18 Sentyabr
Əli Həsənov: Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil
17:11
18 Sentyabr
Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırdır
17:02
18 Sentyabr
Azərbaycanı “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Fidan Hüseynova təmsil edəcək
17:01
18 Sentyabr
Prezident təqaüdçüsü: “UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır”
16:48
18 Sentyabr
43-cü Dünya Şahmat Olimpiadasının başlanmasına 5 gün qalır
16:36
18 Sentyabr
Azərbaycanla Moldova ikitərəfli daşımalar və tranzit keçid üçün “İcazə”ləri artıracaq
16:07
18 Sentyabr
Sona Əliyeva: Möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının tərənnümüdür
15:58
18 Sentyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zəif görənlər bölməsinin təqdimatı olub
15:30
18 Sentyabr
Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans təşkil edəcək
15:22
18 Sentyabr
Aşura mərasimlərində heç bir halda xurafata yol vermək olmaz
15:05
18 Sentyabr
Milli Məclisdə Rumıniya Deputatlar Palatası xarici işlər komitəsinin sədri ilə görüş olub
14:45
18 Sentyabr
Biləsuvarda Gənclər Evi açılıb
14:38
18 Sentyabr
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
14:34
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib
14:32
18 Sentyabr
Bakı metrosunda Milli Musiqi Günü qeyd olunub
14:31
18 Sentyabr
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub
14:28
18 Sentyabr
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib
14:26
18 Sentyabr
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatları sistemi daha təkmil hüquqi əsasda formalaşır
14:24
18 Sentyabr
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilir
14:22
18 Sentyabr
Sinxua agentliyi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində AZƏRTAC-la əməkdaşlığa hazırdır
14:16
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib
14:15
18 Sentyabr
Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib
14:13
18 Sentyabr
AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub
12:44
18 Sentyabr
Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasının qərarları açıqlanıb
12:43
18 Sentyabr
İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübəsi müzakirə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+18 +20