Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifət biabırçı məğlubiyyətdən sonra özünə gələ bilmir

Radikal müxalifət biabırçı məğlubiyyətdən sonra özünə gələ bilmir

26.10.2013 [12:02]

Nurlan Qələndərli

Yaxud 20 ildə heç bir uğur qazana bilməyən bu düşərgədəki əksər partiyaların rəhbərləri siyasi meydanı tərk etməlidirlər
Məlum olduğu kimi, oktyabrın 9-da keçirilən prezident seçkiləri bir çox məqamlara yenidən aydınlıq gətirdi. Bu kontekstdə Azərbaycan müxalifətinin radikal qanadının siyasi sistemdəki yeri, həmçinin, hansı çəkiyə malik olması da bir daha ortaya çıxdı. Daha dəqiq desək, radikalların cəm olduğu qondarma “Milli şura”nın “vahid namizədi” Cəmil Həsənov səsvermədə iştirak edən seçicilərin cəmi 5 faizinin səsini toplamağa müvəffəq oldu ki, bu da dağıdıcı düşərgə təmsilçilərinin Azərbaycan cəmiyyətində autsayder olduqlarının növbəti dəfə təsdiqlədi.
Azərbaycan cəmiyyəti radikal müxalifətə etimad göstərmir
Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycanın siyasi palitrasında heç bir funksionallığa malik olmayan qüvvələr, başqa sözlə, bir qrup autsayderlər özlərinin korporativ səciyyəli maraqlarını, siyasi ambisiyalarını təmin etmək üçün milli maraqlara və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə zidd olan ən müxtəlif yollara istinad edirlər. Bu sırada radikal müxalifət xüsusilə fərqlənir. Kimsəyə sirr deyil ki, dağıdıcı düşərgə nümayəndələri Azərbaycan cəmiyyəti tərəfindən tanınmır, öz fəaliyyətlərini anti-Azərbaycan dairələrin direktivləri əsasında davam etdirirlər. Azərbaycan cəmiyyətinin nümayəndələrinin radikal müxalifətə etimad göstərməməsinin səbəbi isə bəllidir: hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrə Dağlıq Qarabağı ermənilərə güzəştə gedəcəyini vəd edən, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş təcavüzkar ermənilərlə əməkdaşlıq edən, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə çalışan, ictimaiyyəti manipulyasiyaya məruz qoyan, cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri radikallığa və təxribata çağıran, həmçinin, bu kimi bir çox antimilli hərəkətləri fəaliyyətlərində əsas istiqamət kimi götürən dağıdıcı qüvvələrə Azərbaycan xalqı etimad etmir.
Radikal müxalifət silsilə uğursuzluqlar simvolu kimi...
Şübhəsiz, bu gün radikal müxalifət düşərgəsinin üzləşdiyi uğursuzluq düşərgə təmsilçilərinin siyasi texnologiyalar nöqteyi-nəzərindən tükənmiş olmalarının qanunauyğun nəticəsidir. Radikal müxalifət siyasi palitrada rasional surətdə təmsil olunmadığından, özünün fəaliyyətini xarici qüvvələrin transmilli maraqları üzərində qurduğundan vətəndaşların etinasızlığı ilə qarşılaşır. Başqa sözlə, dağıdıcı düşərgə subyektləri çox ciddi sosial baza problemi yaşayır və silsilə uğursuzluqların rəmzinə çevrilib...
Dağıdıcı müxalifət konstruktiv siyasi subyektə çevrilə bilmədi
Əlbəttə, bütün bunlar ona dəlalət edir ki, radikal müxalifət siyasi palitrada yalnız dağıdıcı subyekt qismində təmsil olunur. Onlar siyasi palitrada mövcud olan demokratik şəraitdən heç cür istifadə edə bilmirlər. Belə ki, radikal subyektlər plüralist mühitin fonunda rəqabət əvəzinə dağıdıcı təxribatları, ictimai-siyasi münasibətlər sisteminə qarşı yönəlmiş qəsdləri seçməklə autsayderə çevriliblər. Konstruktiv siyasi subyektə çevrilə bilməyən radikal müxalifət, eyni zamanda, bu günə qədər ictimai-siyasi zərurət kimi alternativ ideya istehsal edə bilməyib və rasional fəaliyyət mexanizmindən məhrum olub. Bununla yanaşı, radikallar “marginal burulğan”lar yaratmaqla, cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri manipulyasiyaya məruz qoymaqla onları ən müxtəlif təxribatlarda iştirak etməyə sövq ediblər. Bir sözlə, dağıdıcı müxalifət normal siyasi mübarizə imkanlarını qiymətləndirə bilmədiyindən cəmiyyəti ən müxtəlif dissonanslarla (qarışıqlıq, ictimai asayişin pozulması ilə təzahür edən xaotik durum) qarşı-qarşıya qoymaq metodunu seçib. Bütün bunlar radikal müxalifətin fiaskosunu şərtləndirib...
Radikal müxalifətin siyasi palitranın autsayderinə çevrilməsinin səbəbləri...
Bundan öncə də dəfələrlə qeyd etmişdik ki, radikal müxalifətin siyasi palitranın autsayderinə çevrilməsinin səbəbləri çoxistiqamətlidir və başlıca olaraq aşağıdakı kimi qruplaşdırıla bilər:
- Birincisi, radikal müxalifət cəbhəsində ilk növbədə lider problemi mövcuddur. Məlumdur ki, siyasi liderlər mürəkkəb situasiyanın fonunda xüsusi fəaliyyətləri ilə həmrəylik və bütövlüyün təmin olunmasına nail ola bilən, birləşdirici və xilasedici rəhbər qismində çıxış edirlər. Onlar ən mürəkkəb situasiyalarda özlərinin şəxsi təcrübə və keyfiyyətlərindən xüsusi məharətlə yararlanırlar və təmsil etdiyi qrupun ali mənafeyinin təmin edilməsi missiyasını uğurla yerinə yetirirlər. Beləliklə, radikal müxalifət düşərgəsində siyasi liderin olmaması həmin qüvvələrin fiaskosunu şərtləndirən əsas amillərdəndir;
- İkincisi, dağıdıcı düşərgənin intellektual kadr potensialı mövcud deyil. Kadr potensialı siyasi idarəetmədə mühüm rol oynayır və düzgün strateji, taktiki istiqamətlərin müəyyənləşdirilməsində həlledici xarakter daşıyır. Yəni, radikal müxalifətin strateji və taktiki məğlubiyyətini şərtləndirən əsas amillərdən biri də intellektual kadr potensialına sahib olmamalarıdır;
- Üçüncüsü, qeyd etdiyimiz kimi, cəmiyyətin ictimai-siyasi maraqlarına zidd mövqe sərgiləmək və beynəlxalq təzyiq qruplarının himayəsinə sığınmaq radikal müxalifətin davamlı fiaskosunu şərtləndirən növbəti faktorlardandır.
Siyasi partiya, yoxsa təzyiq qrupu?
Bunlarla yanaşı, radikal müxalifətin fəaliyyətini anlamaq üçün ilk növbədə, analiz meyarlarını düzgün müəyyənləşdirmək gərəkdir. İlk meyar, zənnimizcə, uğur faktoru olmalıdır. Yəni, bu subyektlərin nəzərində uğur qazanmaq nə deməkdir? Əgər radikal müxalifət üçün başarı əldə etmək hakimiyyətə gəlmək deməkdirsə, bu, mümkün olmayacaq. Çünki de-fakto radikal müxalifət nümayəndələrinin təmsil olunduğu təsisatlar artıq siyasi partiya yox, təzyiq qrupu, həmçinin, missioner qrup funksiyasını icra edirlər. Təzyiq qruplarının isə hakimiyyətə gəlməsi təcrübəsi heç bir ölkədə və ya siyasi sistemdə mövcud deyil. Təzyiq qruplarının fəaliyyəti müəyyən müddət üçün aktual olur, onlar aralıq dönəmi dediyimiz zaman müddətində geri çəkilir, sonra yenidən aktuallaşırlar. Dolayısıyla, müxalifətin real hədəfi hakimiyyətə gəlmək deyil. Zatən onlar bu güc və potensiala malik olmadıqlarını da dərk edirlər.
Seçkilər radikal müxalifətin sonuncu dayanacağı oldu
Bütün bunların fonunda qeyd etmək lazımdır ki, oktyabrın 9-da keçirilmiş seçkilərdən sonra biabırçı şəkildə məğlubiyyətə uğrayan radikal müxalifət özünə gələ bilmir. O baxımdan ki, öncə “İctimai palata” adlı yararsızlar klubunda “birləşən”, daha sonra “El” hərəkatına ümid bağlayan, son olaraq isə ermənipərəst və anti-Azərbaycan dairələrin dəstəklədiyi “Milli şura”da cəmləşən dağıdıcı düşərgə təmsilçilərinin son dayanacağı məhz prezident seçkiləri oldu. Məhz bu gün AXCP-nin “İctimai palata”dan imtina edilməsinə dair bəyanatlar səsləndirməsi, “Müsavat” və digər radikal müxalifət təmsilçilərinin isə “Milli şura”nı qeyri-ciddi qurum kimi səciyyələndirən mövqe ilə çıxış etmələri deyilənləri sübut edir.
Şübhəsiz, radikal müxalifətin seçkilərdən sonra bu vəziyyətə düşməsi gözlənilən idi. Çünki korporativ maraqlar əsasında anti-Azərbaycan dairələrin dəstəklədiyi bir qurumda cəmləşən mehriban düşmənlər bundan öncə də dəfələrlə bu cür acınacaqlı vəziyyətə düşüblər və biabırçı məğlubiyyətlər silsiləsini yaxşı bilirlər. Bu biabırçı məğlubiyyət isə radikal müxalifətin siyasi sistemdəki fəaliyyətinin son mərhələsi oldu desək, heç də yanılmarıq. Bir sözlə, radikal müxalifət növbəti dəfə parçalanma mövsümünə qədəm qoydu və dağıdıcı düşərgə təmsilçiləri siyasi sistemdən ixrac olundu...
Dağıdıcı düşərgə siyasi sistemdən silindi
Nəticə etibarilə sadalananlar onu deməyə əsas verir ki, konstruktiv siyasi subyektə çevrilə bilməyən radikal müxalifət son hadisələrin fonunda siyasi sistemdən silindi. 20 ildən sonra heç bir uğura nail ola bilməyən və bundan sonra da nail ola bilməyəcək radikal müxalifət öz mövqeyini Azərbaycan siyasi palitrasının autsayderlərindən ibarət olan qondarma bir təşkilata-antimilli ünsürlərin cəmi kimi çıxış edən “Milli şura”ya güzəştə getməklə özünüintiharı gerçəkləşdirdi. Sadəcə olaraq bütün bunlardan sonra radikal düşərgədə təmsil olunan əksər partiyaların rəhbərlərinin atacağı ən doğru addım siyasi meydanı tərk etmək ola bilər. Lakin 20 ildə heç bir uğur qazana bilməyən bu siyasətçilərin həmin addımı atmaq üçün özlərində güc tapacaqları inandırıcı görünmür.

Paylaş:
Baxılıb: 1235 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31