Ana səhifə »  Müəlliflər »  Seçkilərdə acınacaqlı məğlubiyyətə uğrayan radikalların bir yolu qalır
A+   Yenilə  A-
Seçkilərdə acınacaqlı məğlubiyyətə uğrayan radikalların bir yolu qalır
Yazdı: Mübariz Abdullayev

Siyasət meydanını tərk etmək
Seçkilər hər bir ölkədə siyasi partiyaların cəmiyyətdəki nüfuzunun, elektorat bazasının bir növ barometri rolunu oynayır. Bu mənada Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri göstərdi ki, radikal müxalifət düşərgəsində cəm olan partiyaların, siyasi qrupların xalq arasında nüfuzu yox dərəcəsindədir və onların ölkədə gedən ictimai-siyasi proseslərə təsir imkanları da buna adekvatdır.
Məlumdur ki, radikal düşərgə təmsilçiləri cari prezident seçkilərinə müxalifət “liderləri” arasında uzun sürən qalmaqallardan sonra müəyyənləşdirdikləri “tarixçi alim” olduğu deyilən Cəmil Həsənovun “vahid namizəd”liyi ilə qatıldılar. Radikalların seçkiöncəsi mərhələdə sırf subyektiv amillərə və özəl gözləntilərə görə üz tutduqları qondarma “Milli şura” adından “vahid namizəd” qismində müəyyənləşdirilən Cəmil Həsənov isə seçkilərdə cəmi 5 faizdən bir qədər çox səs toplamağa müvəffəq oldu. Əlbəttə, Cəmil Həsənov seçkilərə müstəqil və yaxud ayrılıqda götürülən bir partiyanın təmsilçisi kimi qatılsa idi, onun yığdığı səslərin faizi barədə polemika açmağa dəyməzdi. Ancaq indiki halda söhbət “birləşmiş” müxalifətin-özlərini radikal düşərgənin əsas qüvvəsi sayan AXCP, “Müsavat” kimi partiyaların, “El” hərəkatının və digər siyasi qrupların namizədindən gedir. Yəni, təxminən 5 faizlik göstərici o deməkdir ki, 20 il siyasət meydanında olan Əli Kərimlinin, İsa Qəmbərin, onların sıralarına bir qədər gec qoşulan reneqat Eldar Namazovun və digərlərinin elektorat bazası çox zəifdir, Azərbaycan cəmiyyəti onların mövqeyini əsla bölüşmür.
Qeyd edək ki, cari prezident seçkilərindəki uğursuzluq radikalların seçkilərdə ilk məğlubiyyətləri deyil. Ötən əsrin 90-cı illərindən bəri keçirilən prezident, parlament və bələdiyyə seçkilərində radikal düşərgə istisnasız olaraq acınacaqlı məğlubiyyətlər seriyası yaşayıb və yəqin ki, bundan sonra da onları eyni aqibət gözləyir. Əslində, burada qeyri-adi heç nə yoxdur. Radikal yönümlü müxalifət partiyalarının seçkilərdə qazandıqları uğursuz nəticələr ilk növbədə onların əməllərinə, zaman-zaman səsləndirdikləri cəfəng fikirlərə verilən uyğun qiymətdir. Sual doğuran isə başqa bir məsələdir. Dünya təcrübəsindən bəlli olduğu kimi, seçkiləri uduzan partiyalar və onların rəhbərləri cəmiyyət tərəfindən qəbul edilmədiklərinin fərqinə vararaq öz məğlubiyyətlərini etiraf edirlər və əksər halda da siyasət səhnəsindən geri çəkilirlər. Bu, bir siyasi mübarizə mədəniyyətidir. Bu yolla siyasi palitrada daim yeniləşmə baş verir, gənclərin ictimai-siyasi fəallığı artır, ən əsası isə müxalifət düşərgəsindəki partiyaların özündə də rəqabət mühiti yaranır, onlar da öz fəaliyyətlərini cəmiyyətin sosial istəklərinə uyğun qurmağa səy göstərirlər.
Lakin bu sözləri heç bir vəchlə ölkəmizdəki radikal yönümlü partiyaların təmsilçilərinə aid etmək mümkün deyil. Radikalların zaman-zaman sərgilədikləri əməllərə, səsləndirdikləri cəfəng fikirlərə nəzər saldıqda açıq-aydın görünür ki, onlar ictimai fikri nəzərə alıb öz fəaliyyətlərini də buna uyğun qurmaq düşüncəsindən çox uzaqdırlar. Əksinə, radikallar o qənaəti bölüşürlər ki, cəmiyyət onlara borcludur, insanlar onların səslənmələrini müzakirəsiz qəbul etməlidirlər və s.
Cari seçkilərin nəticələri ilə bağlı radikalların müxtəlif bəyanatlar vermələri, hətta Azərbaycan cəmiyyətinə qətiyyən aidiyyatı olmayan xarici dairələrə donos xarakterli hesabatlar ünvanlamaları bunun bariz ifadəsidir. Bəli, bu bir həqiqətdir ki, respublika daxilində xalqın səsini, inamını qazana bilməyən radikallar özlərinə dəstəyi xaricdə “lovbər” salan və əsasən də beynəlxalq erməni lobbi şəbəkəsinin təsir dairəsində olan mərkəzlərdə axtarırlar. Seçkilərdən sonra radikal düşərgə təmsilçilərinin “xalq seçkilərdə lazımi fəallıq göstərmədi” kimi səslənmələrini və yaxud “vahid namizəd”in xaricə “seçki hesabatı” turnesinə getməsi dediklərimizin ifadəsidir.
Məlumdur ki, radikal düşərgə təmsilçilərinin yeni “birlik” formatı kimi təqdim etdikləri “Milli şura” seçkilərdən sonra metronun “İnşaatçılar” stansiyasının yaxınlığında bir neçə dəfə icazəli mitinq keçirib. Radikal yönümlü əksər partiyaların cəmləşdiyi “Milli şura”nın mitinqlərinə az sayda adamın qatılması, bu mitinqlərin çox sönük keçməsi və bir qayda olaraq vaxtından tez dağılması yenə də AXCP, “Müsavat” kimi partiyalara, onların rəhbərləri Əli Kərimliyə və İsa Qəmbərə, eləcə də, radikalların yenə siyasi səhnədə qalmalarına bəhanə olsun deyə qabağa verdikləri Cəmil Həsənova inamsızlığın göstəricisidir. Radikallar isə şəhərin gediş-gəliş gur olan yerində keçirilən mitinqlərə nə üçün az maraq göstərilməsinin səbəblərini araşdırmaq əvəzinə, yenə də seçkilərin nəticələri ilə bağlı giley-güzarlarını dilə gətirirlər. Bu isə başda AXCP-nin sədri Əli Kərimli, “Müsavat”ın başqanı İsa Qəmbər, “Milli şura”nın “vahid namizəd”i Cəmil Həsənov olmaqla, radikalların Azərbaycan ictimai fikrinə hörmətsizliyinin, özlərinin korporativ maraqlardan qaynaqlanan iddialarını xalqın iradəsinə qarşı qoymalarının ifadəsidir.
Bütün bunlardan göründüyü kimi, radikallar yenə də öz amplualarında qalırlar. Zaman, siyasi kriteriyalar, siyasi mübarizə metodları dəyişsə də, radikallar ətalət nümayiş etdirirlər. Belə görünür ki, onlarda siyasi mübarizə və istefa vermək mədəniyyəti heç vaxt formalaşmayacaq. Seçkiləri uduzan, özü də böyük fərqlə uduzan partiyaların, o cümlədən də, “Milli şura”nın təmsilçiləri acınacaqlı məğlubiyyətlərini bəhanələrlə ört-basdır etməyə, diqqəti heç bir əhəmiyyət daşımayan mitinqlərə cəkməyə çalışmaq əvəzinə, siyasi səhnədən getmək, yerlərini yeni, daha praqmatk qüvvələrə vermək barədə düşünməlidirlər.

 
  • Oxunub:  25740  |  
  • Tarix:  29-10-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA