Ana səhifə »  Müəlliflər »  AXCP ilə “Müsavat” birləşə bilərmi?
A+   Yenilə  A-
AXCP ilə “Müsavat” birləşə bilərmi?
Yazdı: Nardar Bayramlı

Rauf Arifoğlunun bu təklifinin hər iki partiyada etirazla qarşılanmasına səbəb şəxsi maraqlardır
Məlum olduğu kimi, “Yeni Müsavat” qəzetinin baş redaktoru, “İctimai palata”nın Koordinasiya Şurasının üzvü Rauf Arifoğlu “Müsavat”la AXCP-nin birləşməsini təklif edib: “Liderlər siyasi prosesi davam etdirmək istəyirlərsə, indiki mərhələdə AXCP və “Müsavat” partiyalarının Cəmil Həsənovun rəhbərliyi altında birləşməsi və superpartiyanın yaradılması variantı ortaya gətirilməlidir. Digər siyasi qüvvələri və elektoratı da bu superpartiyanın ətrafında birləşdirmək lazımdır”.
O bildirib ki, yaradılacaq partiyanı AXCP-”Müsavat” və ya “Müsavat”-Cəbhə adlandırmaq olar. R.Arifoğlu təklif edir ki, “Milli şura”nın prezident seçkilərində namizədi olan Cəmil Həsənov da bu partiyanın sədarətinə gətirilməlidir.
Amma bu təklif hər iki partiyada süngü ilə qarşılanıb. Əvvəllər də belə təkliflər irəli sürülsə də, rədd edilib. Bunun köklü səbəbləri var və hər iki partiyanın öz maraqlarını güdməsi belə birləşməyə imkan verməyib. Ümumiyyətlə, tarix də göstərir ki, “Müsavat” və AXCP-nin keçmişi ziddiyyətlərlə dolu olub. Bu partiyalar bir-birinə qarşı gözdənsalma və iflasa uğratma istiqamətində siyasət yürüdüblər.
Hər iki partiyadan R.Arifoğlunun təklifinə verilən reaksiyalar da göstərir ki, onların arasında hansısa birləşmək yalnız xəyal ola bilər. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, indiki halda Müsavat Partiyası ilə AXCP-nin birləşməsinin gündəmə gəlməsi üçün ilk növbədə Müsavat Partiyasını təmsil edən funksionerlər baxışlarında dəyişiklik etdiklərini bildirməlidirlər. O deyib ki, AXCP və Müsavat Partiyasının birləşməsi ilə bağlı zaman-zaman təkliflər irəli sürülüb: “Bir zamanlar bu ideya o qədər populyar olmuşdu ki, hətta sosial sifarişə çevrildi. AXCP öz qurultayında Müsavat Partiyasına birləşməyin əleyhinə olmadığı və digər tərəfdən də bunun dəstəklənəcəyi təqdirdə reallaşdırılmasının mümkünlüyünə dair qərar verdi. Təəssüf ki, o zaman Müsavat Partiyası tərəfindən bizim bu qərarımıza reaksiya verilmədi. Beləcə, məsələ gündəmdən çıxdı”.
F.Qəhrəmanlı deyib ki, Müsavat Partiyasının münasibətində dəyişiklik yoxdursa, o zaman məsələni müzakirə etməyə də ehtiyac yoxdur.
Əks tərəfin də münasibəti özünü çox gözlətməyib. Belə ki, Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı bildirib ki, Rauf Arifoğlunun bu iki partiyanın birləşməsi və Cəmil Həsənovun da sədr olmasına dair təkliflə çıxış etməsi anlaşılmazdır: “Mən belə bir təklifin əvvəllər bir başqası tərəfindən verildiyini eşitmişəm. Rauf Arifoğlunun belə bir təklif verməsi isə mənə xeyli təəccüblü gəldi. Ümumiyyətlə, Rauf Arifoğlunun AXCP-yə münasibətində mənim üçün kifayət qədər qaranlıq olan məqamlar var. Amma o, indi bu iki partiyanın birləşməsini və həm də onun sədri olaraq Cəmil Həsənovu istəməsi mənim üçün anlaşılmazdır”.
Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli isə R.Arifoğlunun təklifinə ironik yanaşıb. Belə ki, o, “Yeni Müsavat” qəzeti ilə “Azadlıq” qəzetinin birləşməsini, baş redaktorun isə Mehman Əliyev olmasını təklif edib.
Eks-spiker Rəsul Quliyev isə R.Arifoğlunun təklifini dəstəkləyib. Amma o, deyib ki, AXCP və “Müsavat” rəhbərlərinin birinci olmaq ehtirası bu partiyaların birləşməsinə imkan verməyəcək: “Əgər liderlərinin imkanları ilə mütənasib olmayan ambisiyaları olmasa idi, bu partiyalar elə əvvəldən bir partiya adı altında yaranmalı idi. Təəssüf ki, şəxsi maraqlar, əslində, Əbülfəz Elçibəyin yaratdığı qurumu parçaladı”.
Eks-spiker əlavə edib ki, bu təklifin baş tutacağına ümid isə demək olar ki, yox dərəcəsindədir.
Göründüyü kimi, artıq R.Arifoğlunun təklifi hər iki partiya tərəfindən müsbət qarşılanmır. Təbii ki, bu yanaşma bu partiyalar arasında indiyə qədər olan ziddiyyətləri bir daha ortaya çıxarır. Məsələn, 1998-ci ildə AXCP sədri Əbülfəz Elçibəyin prezident seçkilərində müxalifətin vahid namizədi olmasına daha çox “Müsavat” başqanı razılıq vermədi. Eləcə də, 2000-ci ildə parlamentdə deputat yeri əldə etmiş AXCP-yə qarşı “Müsavat”ın, 2005-ci ildə isə Milli Məclisdə təmsil olunmaq qərarı vermiş “Müsavat”a qarşı AXCP-nin çirkin kampaniyaları hələ cəmiyyət tərəfindən unudulmayıb.
Bu partiyaların müxtəlif təşkilatlarda birləşməsi isə görüntüdən başqa bir şey olmayıb. Beləliklə də, belə bir sual ortaya çıxmış olur: iki partiya arasında bu qədər ziddiyyətlər olduğu halda, onların birləşməsi necə baş verəcək? Əgər hər iki partiyanın rəhbərlərinin təşkilatın deyil, şəxsi maraqlarını əsas götürməsini də nəzərə alsaq, o zaman, “Müsavat” və AXCP-nin birləşməsi heç zaman mümkün olmayacaq.

 
  • Oxunub:  22620  |  
  • Tarix:  31-10-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

19:58
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
17:45
20 Noyabr
“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu
17:36
20 Noyabr
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
17:30
20 Noyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:18
20 Noyabr
Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük perspektivləri var
17:15
20 Noyabr
Azərbaycan nümayəndə heyəti AŞPA-ya gedir
17:14
20 Noyabr
Bakıda “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda konfrans keçirilib
17:01
20 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
16:50
20 Noyabr
Kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair ictimai müzakirə keçirilib
16:49
20 Noyabr
Prezident İlham Əliyev hakimlərin və ədliyyə orqanları işçilərinin bir qrupunun təltif edilməsinə dair sərəncamlar imzalayıb
16:29
20 Noyabr
Baş nazir Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
16:17
20 Noyabr
Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu günümüzün uğurlarının əsası olan Heydər Əliyev ideyalarının təbliğatçısıdır
16:13
20 Noyabr
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
15:44
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı davam etdirir
15:35
20 Noyabr
Operativ məlumat: Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
15:25
20 Noyabr
Belarus KİV-ləri: Azərbaycan Prezidentinin Belarusa səfəri iki ölkənin strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır
15:22
20 Noyabr
Firdovsi Umudov: Heyətdə gənclərə üstünlük verməyə çalışırıq
15:09
20 Noyabr
YAP Qubadlı rayon təşkilatında partiyanın yaranmasının 26 illiyi qeyd olunub
15:01
20 Noyabr
Hikmət Hacıyev: Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi
14:59
20 Noyabr
Nazir Əmir Mehmud Kiyani: Pakistan Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığa hazırdır
14:45
20 Noyabr
Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçiriləcək
14:36
20 Noyabr
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
14:32
20 Noyabr
Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqənin qalibləri müəyyənləşib
14:28
20 Noyabr
Nəcməddin Sadıkov: Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə əməkdaşlığı genişləndirir
14:27
20 Noyabr
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
14:24
20 Noyabr
Qarşılıqlı mədəni əlaqələr xalq diplomatiyasının ən mühüm vasitəsidir
14:21
20 Noyabr
Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib
14:16
20 Noyabr
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
14:15
20 Noyabr
Məlahət İbrahimqızı: YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən avanqard siyasi qüvvədir
14:12
20 Noyabr
Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
14:08
20 Noyabr
Ziyafət Əsgərov: Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu var
12:41
20 Noyabr
NATO PA-nın payız sessiyasında Ermənistanın işğalçılıq siyasətinin yaratdığı təhlükələrdən danışılıb
12:39
20 Noyabr
Vüsal Qasımlı Parisdə "Avrasiya həftəsi" tədbirində çıxış edib
12:07
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası işə başlayıb
11:59
20 Noyabr
İtaliyanın məşhur şirkəti mühəndislər komandası üçün BANM-dən 25 tələbə seçib
11:55
20 Noyabr
AZƏRTAC-ın fotomüxbirinin işləri nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb
11:50
20 Noyabr
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
11:04
20 Noyabr
Azərbaycan dövlətinin qazandığı böyük nailiyyətlərdə Yeni Azərbaycan Partiyası müstəsna rol oynayıb və bu gün də eyni missiya ilə çıxış edir
10:41
20 Noyabr
Seymur Orucov: Yeni Azərbaycan Partiyası ötən 26 ildə böyük və güclü siyasi qüvvəyə çevrilib
10:30
20 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyənin və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək
10:04
20 Noyabr
Nyu-Yorkda Azərbaycan İrəvanı haqqında film Amerika ictimaiyyətinə təqdim edilib
09:59
20 Noyabr
Bertrand Sorre: Fransa “Dağlıq Qarabağ hökumətini” tanımır
09:55
20 Noyabr
Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu oyunun keçirəcək
09:52
20 Noyabr
Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında təmsil olunacaq
09:48
20 Noyabr
Ümumdünya İrs Komitəsinin xüsusi işçi qrupunun ilk iclası keçirilib
09:42
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda təmsil olunur
09:37
20 Noyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
22:11
19 Noyabr
Minskdə ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib
21:58
19 Noyabr
Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub
21:46
19 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Yasamal rayonunda qeyd olunub
20:31
19 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin ABŞ-a səfəri davam edir
20:26
19 Noyabr
Berlində “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib
20:20
19 Noyabr
Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb
17:54
19 Noyabr
YAP Qadınlar Şurasının təşkilatçılığı ilə “XXI əsr: Modern cəmiyyət-insan tərbiyəsində qadınların rolu” mövzusunda konfrans keçirilib
17:52
19 Noyabr
Hicran Hüseynova: Ölkəmizin qoşulduğu konvensiyalarda gender məsələsi də xüsusi yer tutur
17:49
19 Noyabr
Azərbaycan Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
17:39
19 Noyabr
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
17:34
19 Noyabr
Ekspert: Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
17:31
19 Noyabr
Nazir: TANAP Türkiyənin enerji mərkəzinə çevrilmə yolunda etibarlı addımlarla irəlilədiyinin bariz nümunəsidir
17:26
19 Noyabr
İtaliyalı diplomata azərbaycanlı məcburi köçkünlərin vəziyyəti ilə bağlı ətraflı məlumat verilib
17:25
19 Noyabr
İran XİN: Azərbaycan-İran əlaqələrinin inkişafı regionda sülhün davamlı olmasına xidmət edir
17:14
19 Noyabr
Filologiya problemləri üzrə elmi şuranın növbəti iclasında 27 dissertasiya mövzusu təsdiqlənib
17:04
19 Noyabr
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
16:59
19 Noyabr
İlham Məmmədov: Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ümumxalq partiyası statusunu daha da mohkəmləndirib
16:46
19 Noyabr
İstanbulda “Türk axını”nın dəniz hissəsinin inşasının tamamlanması ilə bağlı mərasim keçirilib
16:44
19 Noyabr
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
16:22
19 Noyabr
Ülvi Quliyev: Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər
16:17
19 Noyabr
Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
16:07
19 Noyabr
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
15:56
19 Noyabr
Ekspert: 2019-cu ilin dövlət büdcəsi növbəti ilin iqtisadiyyatında artım tempinə uyğunlaşdırılmış maliyyə sənədi kimi xarakterizə olunmalıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA