Ana səhifə »  Müəlliflər »  “Milli şura”da növbəti qarşıdurma
A+   Yenilə  A-
“Milli şura”da növbəti qarşıdurma
Yazdı: Pərviz Sadayoğlu

Rüstəm İbrahimbəyovla Eldar Namazov AXCP – “Müsavat” cütlüyünə qarşı cəbhə açıb
Radikal müxalifət düşərgəsində növbəti gərginlik baş qaldırıb. Belə ki, keçmiş müttəfiqlər (əslində onları zorən müttəfiqlər adlandırmaq daha doğru olar – P.S.) arasında yenidən “qara yellər” əsməyə başlayıb. Dünənə qədər müxalifətin “birliyi” haqqında boğazdan yuxarı danışanlar artıq qarşılıqlı ittihamlara, açıq təhqirlərə keçiblər. Bu dəfə qarşı səngərlərdə “önə çıxanlar” “El” hərəkatı və Müsavat Partiyasıdır.
Qeyd etmək lazımdır ki, düşərgə daxilində mövcud olan gərginliklə bağlı bir müddətdir davamlı olaraq mətbuatda məlumatlar verilir. Əslində, Rüstəm İbrahimbəyovun “Milli şura”dakı fəaliyyəti zəiflədikdən və “vahid namizəd”liyin uğursuz dublyor Cəmil Həsənova ötürülməsindən sonra “şura”da yeni ab-hava yarandı. Belə ki, Cəmil Həsənovun “vahid namizəd” seçilməsi və ya təyin olunması “şura” daxilində bütün münaqişələri açıq şəkildə ortaya qoydu. AXCP - “Müsavat” cütlüyünün yenidən “Milli şura”da hegemonluğu ələ keçirməsi isə “El” hərəkatı ilə birgə KXCP, ALP, ACP kimi partiyaların da maraqlarına zərbə vurdu. Çünki artıq bu, “radikal düşərgənin birliyi” deyil, İP-in başqa adlı bir forması idi. Bu isə adıçəkilən partiyalara sərf etmirdi.
Radikallar arasında münaqişə ən açıq şəkildə Cəmil Həsənovun imzatoplama kampaniyası zamanı üzə çıxdı. Belə ki, prosesi birmənalı şəkildə öz nəzarətinə keçirən AXCP və Müsavat Partiyası “şura”daxili “müttəfiqlərini” bu prosesdən kənarda saxladılar. Açıq şəkildə buna etiraz edən partiyalar isə başa düşdülər ki, onlar bundan sonra nəyəsə ümid edə bilməyəcəklər. Nəhayət, sonda vəziyyət elə həddə çatdı ki, seçki prosesi bitər-bitməz partiyalar bir-bir “Milli şura”dan çıxdı. Yenidən AXCP- “Müsavat” birliyi və ya yeni İP kimi dəyərləndirilən “Milli şura”dan çıxmayan və dirəniş göstərən təşkilat isə reneqat Eldar Namazovun yaratdığı “El” hərəkatıdır. Son günlər baş verənlər ona işarə edir ki, Rüstəm İbrahimbəyovun layihəsi olan “Milli şura”nı belə asanlıqla əldən çıxarmaq istəməyən E.Namazov bu qondarma qurumdan gedəcəyi təqdirdə bütün kartları açmaqda israrlıdır.
Məsələn, “El” hərəkatının nümayəndəsi Eldəniz Quliyev bir neçə gün öncə mətbuata açıqlamasında açıq şəkildə bildirmişdi ki, Müsavat Partiyası “Milli şura”nı özəlləşdirmək niyyətindədir: “Yaxşı olar ki, “Milli şura”da həmsədrlik institutu yaradılsın. Bu təklif hələ ki, müzakirə mərhələsindədir. Deyəsən, bu fikrə “müsavat”çılar bir o qədər də isti yanaşmırlar. Ancaq düşünürəm ki, son nəticədə həmsədrlik institutuna alternativ variant olmayacaq. Mən belə düşünürəm ki, həmsədrlər Rüstəm İbrahimbəyov və Cəmil Həsənli olmalıdır. Bununla nəhayət ki, çoxdan arzusunda olduğumuz bir məsələ, siyasətin ziyalılaşması prosesi gerçəkləşib maddiləşmiş olur”.
Görünən budur ki, Eldar Namazov-Rüstəm İbrahimbəyov ikilisi hələ də nəyəsə ümid etmək istəyir və onlara məxsus olan “Milli şura” layihəsinin Əli Kərimli-İsa Qəmbər cütlüyü tərəfindən mənimsənilməsini həzm edə bilmir, həmçinin, bu istiqamətdə çabalarını davam etdirir. Elə ona görə də, birinci tərəf, hətta kompromisə gedərək “həmsədrlik” institutu yaradılmasını təklif edir.
Amma Müsavat Partiyasından səslənən fikir bu təklifin reallaşmasının qeyri-mümkün olacağına işarə edir. Məsələn, partiya funksioneri və partiyanın nəzarətindəki qəzetin baş redaktoru Rauf Arifoğlu AXCP ilə “Müsavat”ın birləşməsini təklif edib. O, bu təklifi ilə həm də “Milli şura”nın çərçivələrini müəyyən etmiş olub. Çünki R.Arifoğlu birləşmiş partiyanın rəhbər kimi Cəmil Həsənovun namizədliyini təklif edib.
Bu təklifə “El” hərəkatının cavabı daha sərt olub. Belə ki, E.Quliyev açıq şəkildə “Müsavat” üzvünü xəyanətdə günahlandırıb. O deyib ki, Rauf Arifoğlunun “Milli şura” barəsində nəsə deməyə haqqı çatmır: “O, belə ürəyiyanan idisə, “Milli şura”ya arxadan zərbələr vurmayaydı. Yaddaşımız onun düşündüyü qədər də zəif deyil. Rauf Arifoğlu və onun dünən yumurtadan çıxan qardaşı və “Yeni Müsavat” qəzeti həm “Milli şura”ya, həm Rüstəm İbrahimbəyova, həm də demokratik düşərgənin birləşməsində maraqlı olan digər insanlara nələr demədilər?! O, indi hansı üzlə danışır? Üstəlik, irad da tutur. Onun nə “El” hərəkatı haqqında, nə də “Milli şura” barəsində cınqırını belə çıxarmağa haqqı yoxdur. Nə mənəvi, nə də hüquqi baxımdan bu haqq onlarda yoxdur. Onlar Rüstəm İbrahmbəyov kimi alicənab insana dələduz damğası vurmağa cəhd göstərdilər, Eldar Namazovu “oğru” adlandırdılar, mənə “axmaq”, “ağılsız” dedilər. “Milli şura”nı rus xüsusi xidmət orqanlarının yaratdığını bəyan etdilər. Nə şər-şəbədə mümkün idisə, bizlərə yapışdırmağa can atdılar”.
Maraqlıdır ki, ittiham R.Arifoğluna istiqamətlənsə də, əsl ünvan da yaddan çıxmayıb. Belə ki, E.Quliyev hər şeyin İsa Qəmbər tərəfindən sifariş edildiyi qənaətindədir: “Çox təəssüf ki, hansı mərhələdəsə, hətta hörmətli Müsavat Partiyasının başqanı da qəzeti müdafiə elədi, Rauf Arifoğlunu qorumağa səy göstərdi. Ancaq görünən kəndə bələdçi lazım olmadığı kimi, artıq “Yeni Müsavat”ın da hansı yuvanın quşu olduğunu ört-basdır eləmək mümkün deyil”.
R.Arifoğlu isə bildirib ki, seçki kampaniyası dövründə ondan əvvəl və sonra da dediklərinin, yazdıqlarının üzərində dayanır. O qeyd edib ki, “El” hərəkatı təmsilçisinin reaksiyası pataloji xarakter daşıyır.
Bir sözlə, görünən odur ki, radikal düşərgədə savaş artıq açıq xarakter alıb. Bu isə ona işarə edir ki, hər iki tərəf öz məqsədinə çatmaq istəyir. Yəni, R.Arifoğlunu prosesin mərkəzinə atan İsa Qəmbər-Əli Kərimli cütlüyü “Milli şura”nı özününküləşdirmək məqsədini güdür. E.Namazov və R.İbrahimbəyov isə bu layihəni əldən çıxarmaq istəmirlər.

 
  • Oxunub:  23310  |  
  • Tarix:  01-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA