Ana səhifə »  Müəlliflər »  “Milli şura”da yeni istefalar dalğası
A+   Yenilə  A-
“Milli şura”da yeni istefalar dalğası
Yazdı: Mübariz Abdullayev

Artıq bu qondarma qurum radikalların özləri üçün də istər siyasi perspektivlər, istərsə də digər parametrlər baxımından cəlbediciliyini itirib
Oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri bir daha təsdiqlədi ki, xalqın iradəsi, cəmiyyətin sosial-siyasi sifarişi əsasında yaranmayan hər hansı bir qurum heç zaman uğur qazana bilməz. Xatırladaq ki, radikalların yeni “birlik” formatı kimi təqdim etdikləri qondarma “Milli şura”nın “vahid namizəd”i Cəmil Həsənov seçkilərdə cəmi 5 faiz civarında səs toplamağa müvəffəq oldu. Radikalyönümlü əksər partiyaların “Milli şura”da təmsil olunduğunu nəzərə alsaq, onda cəmiyyətdə dağıdıcı düşərgə təmsilçilərinin nüfuzunun çox aşağı səviyyədə olduğu, seçicilərin onlara inam bəsləmədiyi barədə daha konkret təsəvvür yaranar. Həqiqətən də, radikal müxalifətin “vahid namizəd”inin heç 10 faizlik həddə belə yaxınlaşa bilməməsi özlərini dağıdıcı düşərgənin əsas simaları sayan AXCP-nin, Müsavat Partiyasının, “El” hərəkatının, həmçinin, məlum səbəblərdən seçkilərə Cəmil Həsənovun kölgəsində getməyə qərar verən Əli Kərimli və İsa Qəmbərin cəm olduğu “Milli şura” üçün utancverici bir haldır.
Yeri gəlmişkən, seçkilərdə acınacaqlı məğlubiyyətə uğrayan “Milli şura” son günlərdə istefalarla gündəmə gəlib. Məlumdur ki, bundan əvvəl də “Milli şura”nın bir neçə üzvü qondarma qurumla yollarını ayırdığını bildirmişdi. Bu sırada AXCP-nin sədr müavini və qondarma qurumun əsas simalarından sayılan Asəf Quliyevin istefası xüsusilə diqqəti çəkdi. ALP-nin lideri Lalə Şövkət Hacıyeva da “Milli şura”ya etimad limitinin tükəndiyini açıq mətnlə ifadə etmişdi. ACP funksionerləri isə tez-tez mətbuatda partiyanın artıq sabiq lideri Rəsul Quliyevin qondarma qurumdan uzaqlaşmasının zəruriliyi ilə bağlı açıqlamalar səsləndirirdilər.
Özlərisayağı manevrlərlə radikal düşərgədəki digər qurumlar kimi, “Milli şura”nı da bir növ inhisarlarına alan AXCP və Müsavat Partiyasının ciddi-cəhdlə ört-basdır etmələrinə rəğmən, üzvlərin müxtəlif bəhanələrlə qurumdan uzaqlaşmaq istədikləri ilə bağlı gəzən söz-söhbətləri geniş ictimaiyyətdən gizlətmək mümkün olmadı. İş o yerə çatdı ki, radikallar “Milli şura”nın son sessiyasında istefalar məsələsini gündəlik səviyyəsində müzakirəyə çıxartdılar. Belə ki, sözügedən sessiyada Lalə Şövkətin, Asəf Quliyevin, Zəminə Dünyamalıyevanın, Solmaz Hüseynovanın, İlham Hüseynin, Mövsüm Səmədovun, Elçin Manafovun özləri istefa vermələri səbəbindən, Gülnarə Qurbanovanın və Akif Şahbazovun isə davamiyyət səbəbindən qurumdan çıxarıldığı bildirilib. Sessiyada qalmaqal yaşanıb. Lalə Şövkətin istefasının açıq müzakirə edilməsinə qarşı çıxan partiyanın sədri Əvəz Temirxan iclas keçirilən otağın qapısını arxasınca hirslə çırparaq qurumla birdəfəlik üzülüşdüyünu bildirib. Bunun ardınca o, mətbuata açıqlama verərək “Milli şura”dan uzaqlaşmaqla bağlı bəyanatın bütövlükdə ALP-nin adından verildiyini dilə gətirib.
Yeri gəlmişkən, “Milli şura”nın son sessiyasında istefalarla bağlı məsələnin müzakirəyə çıxarılması yalnız ALP-də deyil, Azərbaycan İslam Partiyasıda da ciddi narazılıqla qarşılanıb. İslamçılar onların adından sui-istifadə edən “Milli şura”nın ünvanına kəskin ittihamlar səsləndiriblər. Mətbuata açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Akif Heydərli bildirib ki, AİP “Milli şura”nın üzvü olmağa heç vaxt cəhd göstərməyib və belə bir qərarı da olmayıb: “Milli şura” Hacı Mövsüm Səmədovu niyə zorla üzv edirdi ki, sonra da onun istefası tələbini iclasda müzakirəyə çıxarırdı? Partiyanın sədr müavini olaraq, tam ciddi surətdə deyirəm ki, Hacı Mövsüm Səmədovun “Milli şura”ya üzvlüklə bağlı heç bir müraciəti olmayıb. Heç partiyanın sədr əvəzi Elçin Manafovun da “Milli şura”ya belə bir müraciəti olmayıb”.
“Milli şura”nın son sessiyasında, həmçinin, ACP-nin sabiq lideri Rəsul Quliyevin də qurumdan istefası ilə bağlı fikirlər səsləndirilib. Qurumun “vahid namizəd”i Cəmil Həsənov məsələyə “ya özü çıxar, ya da noyabrda biz çıxararıq” şəklində münasibət bildirib. “İstefa müzakirələrinə” Rəsul Quliyevin münasibəti də özünü çox gözlətməyib. O, “Milli şura”da cəm olan radikallara “Öz şəxsi ambisiyalarını xalqın marağından üstün görənlərlə necə bir komandada olmaq olar” kimi ritorik sual ünvanlayıb.
Yuxarıda vurğuladığımız kimi, bu günlərdə “Milli şura”nı yeni istefalar dalğası bürüyüb. Belə ki, ALP-nin daha 8 üzvü qondarma qurumun sıralarını tərk edib. Partiyanın funksioneri Elman Məmmədzadə istefalarının səbəbi olaraq son zamanlar “Milli şura”da yaranan düşmənçilik münasibətlərini göstərib: “Milli şura” yarandığı gündən etibarən onun daxilindəki bir siyasi partiya qurumda ayrı-seçkilik, mənasız çəkişmələr, düşmənçilik yaratmağa başladı. Biz də bundan sonra “Milli şura”da fəaliyyətimizə son vermək qərarına gəldik”.
Göründüyü kimi, hazırda seçkilərdə məğlubiyyət acısı yaşayan “Milli şura”da istefalar diqqəti çəkən əsas məsələyə çevrilib. Burada ortaya təbii sual çıxır: Radikalların yeni “birlik” formatı kimi təqdim etdikləri “Milli şura”da istefaların baş alıb getməsinə hansı amillər səbəb olub?
Siyasi müşahidəçilər “Milli şura”nı bürüyən istefaların əsasında, hətta radikallar arasında da qondarma quruma inamın azalmasının dayandığını bildirirlər. Məlumdur ki, daim öz korporativ maraqlarının təmin olunması barədə düşünən dağıdıcı düşərgə təmsilçiləri “Milli şura”ya da sırf özəl gözləntilərə görə üz tutmuşdular. İndi onlar “Milli şura” ilə bağlı gözləntilərinin doğrulmamasının fərqindədirlər. Qondarma qurum onlar üçün istər siyasi perspektivlər, istərsə də digər parametrlər baxımından cəlbediciliyini itirib. Buna görə də, radikallar ətalət hökm sürən və dağıdıcı düşərgədəki çoxsaylı qurumlar sırasında nisbətən yeni olsa da, artıq naftalin iyi verən “Milli şura”da qalmağı əhəmiyyətsiz hesab edirlər.

 
  • Oxunub:  19350  |  
  • Tarix:  04-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA