Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İctimaiyyət nümayəndələri L.Yunus kimi antimilli ünsürlərin əməllərinə etiraz edir

İctimaiyyət nümayəndələri L.Yunus kimi antimilli ünsürlərin əməllərinə etiraz edir

23.01.2013 [01:16]

Nadir Azəri

Məlum olduğu kimi, Böyük Britaniyanın Azərbaycandakı və Ermənistandakı səfirliklərinin dəstəyi ilə Ermənistanın “Region” Araşdırma Mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu (SDİ) tərəfindən yeni layihə həyata keçirilir. Layihə çərçivəsində “İctimai dialoqlar” (www.publicdialogues.info) adlı sayt fəaliyyətə başlayıb. Əslində, bu məsələdə Leyla Yunusun rəhbərlik etdiyi SDİ-nin önə çıxması heç də təsadüfi deyil.
Çünki L.Yunus fəaliyyətinin bütün dövrlərində antimilli, anti-Azərbaycan mövqeyi ilə tanınıb. Bəzi məlumatlara görə, məhz bu cür “xidmətlərinin” müqabilində aldığı külli miqdarda vəsait hesabına, o, müxtəlif xarici ölkələrdə mülklər və s. obyektlər əldə etməyə nail olub. Onu da qeyd edək ki, L.Yunus və onun əri Arif Yunusun ermənilərlə qohumluğu haqqında çoxsaylı materiallar dərc olunub, faktlar açıqlanıb.
Onu da bildirək ki, sayt fəaliyyətə başlayan kimi azərbaycanlı və erməni jurnalistlər “İrs” partiyasının sədri Raffi Ovannisyandan müsahibə alıblar. O, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib. R.Ovannisyan Azərbaycan və Dağlıq Qarabağ arasında sərhədlərin demarkasiyasından, mehriban qonşuluq münasibətlərindən dəm vurub. Nə qədər qəribə olsa da, müsahibədə iştirak edən azərbaycanlı jurnalistlər R.Ovannisyana münaqişə ilə bağlı yox, Ermənistandakı siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı suallar veriblər. Bunun özü də L.Yunusun şərikliyi ilə reallaşan saytın erməni marağına xidmət etdiyini bir daha təsdiqləyir. Təbii ki, cəmiyyətimiz, Azərbaycan ictimaiyyətinin nümayəndələri, vətənpərvər insanlar L.Yunus kimi antimilli ünsürlərin bəd əməllərinə son qoyulmasını tələb edir, onlara layiq olduğu münasibəti göstərirlər. Öz növbəsində, Milli QHT Forumunun prezidenti Rauf Zeyni KİV-ə açıqlamasında bildirib ki, o, Azərbaycanın hüquq müdafiəçisi Leyla Yunusun ermənilərlə müştərək sayt yaratmasını qəbuledilməz hesab edir: “Mən o sayta baxdım və gördüm ki, orada Azərbaycanın lehinə heç nə yoxdur, yəni Azərbaycanla bağlı heç bir obyektiv məlumat, heç bir yazı yoxdur. Orada ilkin fikir bundan ibarədir ki, o sayt Azərbaycana qarşı yaradılmış bir saytdır. Mən həm bir vətəndaş, həm də Milli QHT Forumunun prezidenti kimi o mövqe ilə heç cür razılaşa bilmərəm”.
O qeyd edib ki, biz torpaqları 20 ildən artıq işğal altında olan bir xalq kimi, ölkə kimi ermənilərlə hər hansı bir müştərək saytın yaradılmasına qəti etirazımızı bildiririk. Rauf Zeyninin sözlərinə görə, nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, ermənilər qeyri-konstruktiv mövqedən əl çəkmirlər, nə qədər ki, Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkününün hüquqları pozulur, erməni təşkilatları, ekspertləri ilə hər hansı bir saytın yaradılması qəbuledilməzdir: “Bu gün hər hansı bir azərbaycanlı, hər hansı bir vətəndaş öz ölkəsinin, öz millətinin mövqeyini, hüquqlarını müdafiə etməlidir. Necə ola bilər ki, biz 5-10 nəfərin hüquqlarını müdafiə edirik, amma bir milyon hüquqları tapdalanmış vətəndaşların hüquqlarını bir kənara atıb Azərbaycanı bu günə salmış, bir milyon vətəndaşımızı öz torpaqlarından didərgin etmiş düşmənlərlə birgə sayt yaradırıq. Biz bunu qəbul etmirik, buna etirazımızı bildiririk”.
O əlavə edib ki, Leyla Yunusun bu addımı yeni deyil: “Leyla Yunusun bu gün bu formada anti-Azərbaycan mövqe nümayiş etdirməsi heç cür qəbuledilməzdir”.
Öz növbəsində, İnsan Hüquqları-XXI əsr Azərbaycan Fondunun rəhbəri Şahin Camalov Leyla Yunusun ermənilərlə müştərək sayt yaratmasının qəti əleyhinə olduğunu bəyan edib. O, açıqlamasında Leyla Yunusun bu əməlinin hüquq müdafiəçisi üçün ciddi bir nöqsan olduğunu diqqətə çatdırıb: “Leyla Yunusun ümumiyyətlə, dövlətçilik əleyhinə fəaliyyəti, hüquq-müdafiəçisi adından istifadə edib öz maraqları naminə fəaliyyət göstərməsi, dövlətin gördüyü işlərə qara yaxması onun hansı münasibətdə, kimlərlə əlaqədə olduğunu göstərir. Bu baxımdan da onun ermənilərlə müştərək sayt yaratmasında elə bir təəccüblü şey görmürəm”.
O qeyd edib ki, əslində bu, Leyla Yunus kimi insanlardan gözlənilən idi: “Mən ümumiyyətlə, ermənilərlə birgə hər hansı bir fəaliyyətin qəti əleyhinəyəm və məhz hüquq müdafiəçisinin bunu etməsi çox ciddi bir qüsurdur”.
Şahin Camalov vurğulayıb ki, Azərbaycanla bağlı informasiyaların ermənilərə ötürülməsi və ya hər hansı bir məsələni Azərbaycan torpaqlarını işğal edən ermənilərlə birgə saytda müzakirə etməsi özü çox ciddi narahatverici məqamdır.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1116 dəfə

Müəllifin digər məqalələri:

QARA rəngin "sevdalıları"

Yaxud dövlətə və xalqa qarşı...

11.07.2018 [18:05]

Üçüncü ölkədə yaşamaq üçün Vətənini satanlar

Yaxud, Cavid Orucovun düşmənə...

04.02.2014 [09:03]

“Milli şura”da dava düşdü

Əli Kərimlini təhqir edən...

20.08.2013 [08:57]

Amerikadan və Rusiyadan əliboş qayıdanlar...

Avropada dilənməyə...

25.07.2013 [09:35]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31