Ana səhifə »  Müəlliflər »  Müttəfiqlik “yarışı”
A+   Yenilə  A-
Müttəfiqlik “yarışı”
Yazdı: Pərviz Sadayoğlu

Bəzi kənd sözləri var ki, əməlli-başlı onların azarkeşiyəm. Məsələn, bizim kəndimizdə bir söz var “adınaqulu”. Bu sözün hərfi mənası ilə bağlı fərqli fikirlər irəli sürmək olar. Amma bizim kəndin sakinləri adının nə olmasının fərq etmədiyi, heç nəyə yaramayan, insanlara və ya qondarma qurumlara adınaqulu deyirlər. 
Bu baxımdan dünənin “Milli şura”sı bu gün adınaquludan başqa bir şey deyil. Yeri gəlmişkən, hələ bir neçə ay bundan öncə yaranan zaman adınaqulu olacağı hər kəsə bəlli olan bu satqınlıq klubu yenə də saman çöpündən yapışıb. Ortada pul olanda bir-birinə “qardaş” deyənlərin başının üstündən yenə qara yellər əsməkdədir. Onsuz da dünənin “qardaşları” hamısı “şura”dan bayıra atıldı. İndi həmin “şura” üstündə iki partiya üz-üzə dayanıb. Bu dəqiqə hər iki partiyanın funksionerləri startda durublar. Gözləyirlər ki, birinci kim bu dəmi qarışdıracaq. Dəmin qarışmağı ilə də yenə hamı bir-birinə qarışacaq.
Beləliklə, AXCP ilə “Müsavat”ın dostluğu qazanda aş bişənə qədərdir. Özünə yalandan “sosial sifariş” adını qoyub cəmiyyətə sırımaq istəyənlərin, əslində, kimlərin sifarişi olması Azərbaycan xalqına bəllidir. Yəni, seçki qurtaran kimi hamı bir daha əmin oldu ki, onların sifarişçiləri çox uzaqdadırlar.
Həmin sifariş qullarının növbəti dəfə bir-birinə qarşı savaşa başlamasına isə lap az qalıb. Çünki illərdir eyni ssenaridən çıxa bilməyən (düşüncə tərzi bunu onlara diktə edir) AXCP ilə Müsavat Partiyası radikal düşərgənin digər təmsilçilərini öz ətraflarından dağıdandan sonra davaya başlayacaqlar. Ki, biri deyəcək filan iclasda bizdən adam çox gəlmişdi, o biri deyəcək, yox, filan vaxtı pulun filan qədərini siz götürdüz...
Çünki düşüncə eynidir. Başlayanda yalançı birləşmə nağılları ilə, yalanlarla hamının zəhləsini tökürlər. Bəlkə də kimlərsə birləşə bilər, amma AXCP ilə “Müsavat”ı “moment yapışqanı” ilə də bir-birinə calamaq mümkün deyil.
Hətta bir zamanlar birləşdiklərini iddia etdikləri İP-də onları bir-birinə bağlaya bilmədi. Bizlərdə bir el məsəli var ki, atı atın yanına bağlarsan, həmxasiyyət olar. Yəni, bunları iplə, örkənlə bir-birinə calamaq istəyənlərin arzuları ürəklərində qaldı, nə illah elədilərsə, İP-in bir ucu, o biri ucuna çatmadı ki, çatmadı.
Sonradan radikallar görəndə ki, İP-dən bir şey çıxmadı, “Milli şura” adı altında guya daha qalın kəndir yaratdılar. Bu isə təbii ki, radikal müxalifətin gözündə yağlı qış qazı kimi görünən və hər sezon yolunan Semin bərk xətrinə dəymişdi və “pul bulağı”nın gözünü tıxamışdı. Artıq gələn pullar dollar deyildi, ucuz, daha ucuz qiyməti olan pul idi. Hətta keçmiş İP-dəkilər, indiki “şuriklər” sübut etməyə çalışırdılar ki, sıraları genişlənib, artıq kəndir belə onlara darlıq edir. Bu kəndir söhbətini ortaya ata-ata da özlərini siyasi gündəmə kəndirləməyə çalışırdılar... Amma görünən budur ki, xeyri olmayıb. Xeyri olsaydı, yenə də “filankəsin dəstəsi” və ya “filankəsin xəyanəti” adı altında radikal seriallar davam etməzdi.
Çox uzağa getmək lazım deyil. Dünənə qədər bir-birilərinə “müttəfiq” deyib marça-març öpüşüb görüşənlər, bu gün bir-birinə təpik atırlar. Məsələn, Rəsul Quliyev Arif Hacılını və qardaşlarını yıxıb sürüyüb. Deyib ki, bu qardaşlar bir dəstədir, hamısı eyni səviyyədə ona-buna şər atmaqla məşğuldurlar. Nədi-nədi ki, A.Hacılı “Müsavat”a başqan olmaq istəyir. İndi daha, yalançı olaram ki, bunu Rəsul Quliyevdən elə İsa Qəmbərin özü xahiş edib ya yox, amma birdən-birə istefada olan partiya liderinin başqa partiya haqqında danışması adama təəccüblü görünür. R.Quliyev A.Hacılını təhqir etməkdən belə çəkinməyib. “Özünün məhdud ağlının çərçivəsindən çıxa bilməyən və partiya üzvlərini də bu çərçivəyə salmaq istəyəcək bir şəxsi necə sədr seçmək olar?” ... Necədir?
Düzdür, Hacılı-Hacıbəyli-Hacıyev qardaşları da söz altında qalmayıblar. Cavabı ümumiləşdirsək, məntiq belə çıxır ki, “mədəni şəkildə” yeri get işinlə məşğul ol...
Bir sözlə, radikal düşərgədə məlum proses, yəni bir-birinə qarşı amansız savaş heç zaman dayanmayıb. Sadəcə, bu prosesin zaman-zaman sürəti dəyişib. Bu gün bəzi partiyaların tarixin çevrilmiş səhifəsi olan radikal müxalifətin önündə getmək cəhdləri, sadəcə maddi sferada-satqınlığın qarşılığında verilən pulları mənimsəmək məqsədi daşıyır. Göründüyü kimi, reallıq hissini itirən, nostalji hisslərdən qurtula bilməyənlər bu dəfə də “özü deyib özü eşitməkdən” başqa bir qazancı yoxdur. Üstəlik, mövzu yenə də özləridir...

 
  • Oxunub:  22110  |  
  • Tarix:  06-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradılır

22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb
22 Fevral 13:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
22 Fevral 12:58
Səhiyyə naziri Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edib
22 Fevral 12:57
Mirzəcan Xəlilov: Sumqayıtda böyük sənaye müəssisələrinin yaradılması ölkəmizin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırır
22 Fevral 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
22 Fevral 12:26
Tahir Budaqov: Hesablamalara görə, qarşıdakı 2 ayda Azərbaycan əhalisinin sayı 10 milyona çatacaq
22 Fevral 12:21
Fransanın Overny-Ron-Alp regionu ölkəmizlə aqrar sahədə əməkdaşlıqda maraqlıdır
22 Fevral 12:18
Avtomobil yolları işçiləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
22 Fevral 12:15
Türkmənistan rəsmisi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub
22 Fevral 12:14
Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
22 Fevral 12:10
Azərbaycanın kənd təsərrüfatı naziri Fransada işgüzar səfərdədir
22 Fevral 12:07
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlili üçün ev tikilməsi barədə tapşırıq verib
22 Fevral 11:43
Xocalı soyqırımı qurbanlarının xatirəsi Vaşinqtonda yad edilib
22 Fevral 11:23
Teruyuki Katori: Naxçıvan iqtisadi baxımdan azad və öz inkişafını təmin edən bir diyardır
22 Fevral 11:14
Yaponiya səfiri Naxçıvanın tarixi abidələri, sənaye, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub
22 Fevral 10:59
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Madriddə anım mərasimi təşkil edilib
22 Fevral 10:38
İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə müzakirələr aparılıb
22 Fevral 10:13
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
22 Fevral 10:09
ATƏT PA-nın iclasında korrupsiya ilə mübarizədə “ASAN xidmət” modelinin üstünlüklərindən bəhs edilib
22 Fevral 10:08
Bahar Muradova: Sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır
22 Fevral 10:01
Tahir Mirkişili: Xarici müdaxilələr, qonşu ölkəyə qarşı işğalçılıq siyasəti insanların yaşamaq hüququnu məhdudlaşdırır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA