Ana səhifə »  Müəlliflər »  Cəmil Həsənov erməni agenti imiş...
A+   Yenilə  A-
Cəmil Həsənov erməni agenti imiş...
Yazdı: Pərviz Sadayoğlu

Satqınlar klubu olan “Milli şura”nın dublyor namizədi haqqında yayılan məlumatlar bir daha təsdiq edir ki, radikal müxalifət Azərbaycanın düşmənləri ilə işbirliyindədir
Hər zaman satqınlığı, xəyanəti ilə “gündəmdə” olan, anti-Azərbaycan qüvvələrin, Azərbaycan dövlətinin və xalqının milli mənafelərinə qarşı mövqe tutan dairələrin, ən əsası erməni lobbisinin əlaltısı rolunu öz üzərinə götürən radikal müxalifət düşərgəsi yenə də öz ampluasındadır. Hər zaman antimilli fəaliyyəti ilə seçilən, Azərbaycan dövlətinin müsbət imicinə ləkə yaxmağa çalışan radikal düşərgə təmsilçiləri ölkəmizin mənafeyinə düşmən kəsilən dairələrlə, hətta torpaqlarımızı işğal altında saxlayan ermənilərlə belə işbirliyinə getməkdən çəkinmirlər.
Son yayılan məlumatlarda isə, “Milli şura” adlanan satqınlar klubunun dublyor “vahid namizədi” Cəmil Həsənovun xarici kəşfiyyatlarla işbirliyi qeyd edilir. Düzdür, C.Həsənov özü yayılan xəbərləri təkzib etsə də, ortada olan fakt bunu deməyə əsas verir ki, radikal düşərgə təmsilçiləri Azərbaycanın milli maraqlarını zərbə altına qoymaq üçün bütün variantlardan istifadə etməyə hazır vəziyyətdədirlər. Qeyd olunan məlumatlarda, C.Həsənovun xarici kəşfiyyat orqanları ilə işbirliyində olması vurğulanır və bildirilir ki, sonuncu prezident seçkilərində radikal düşərgədə təmsil olunan partiyaların rəhbərlərinin dublyor qismində məhz C.Həsənova müraciət etməsi “özbaşına” olmayıb. Bildirilir ki, məhz, bir sıra dairələrin təsiri ilə xarici kəşfiyyata yaxınlığı ilə seçilən C.Həsənov “qərbyönümlü şura”nın vahid namizədi ola bilib.
Vurğulamaq lazımdır ki, “Milli şura” yarandığı dövrdə bu layihənin qərbin deyil, Rusiyada olan bir sıra dairələrin planı olduğu irəli sürülmüşdü. Hətta sonradan həmin “şura”nın əsas nəzarətçisinə çevrilən Müsavat Partiyasının qondarma qurum qərbyönümlü olmamasından “narahatlığı” bunu deməyə əsas verirdi. R.İbrahimbəyovun “şura oyunundan” kənarda qalması, daha doğrusu, Rusiya vətəndaşlığından imtina etməməsi qurumun üzünü fərqli ünvana-Qərbə tərəf yönəltməsinə rəvac verdi. Belə olduğu halda isə, radikal düşərgənin illərdir ki, “əməkdaşlıq” etdiyi ermənipərəst dairələr yaranan fürsətdən maksimum istifadə etmək qərarına gəldi.
Yayılan məlumatlarda da bildirilir ki, Qərbin bəzi dairələrinin “şura”nı “dəstəkləməsinin” birinci şərti C.Həsənovun namizəd olaraq irəli sürülməsi olub. Bu isə bir daha onu göstərir ki, heç vaxt özlərinə işləməyən, onlarla müsbət əlaqələrə malik olmayan şəxslərlə əlaqəyə girməyən adıçəkilən dairələr C.Həsənovu seçməkdə xüsusi məqsəd güdüblər və bu, özü-özlüyündə C.Həsənovun anti-Azərbaycan dairələrlə işbirliyinin, dolayısı ilə onun ermənipərəst dairələrlə və erməni kəşfiyyat ilə əlaqələrinin varlığını deməyə əsas verən bir faktdır.
Təbii ki, bu məsələni təsdiqləyən bəzi detallar da var ki, onlar elə məhz, C.Həsənov tərəfindən ifadə olunub. Məsələn, onun Qərb mətbuatına müsahibəsində Dağlıq Qarabağı mübahisəli ərazi kimi təqdim etməsi, nankor Əkrəm Naibovun “Daş yuxular” romanı ilə bağlı müzakirələr zamanı müəllifin müdafiəsinə qalxması, o cümlədən, erməniləri özünün “sevimlisi” elan edən Rüstəm İbrahimbəyovun təmsil olunduğu bütün qurumlarda onun yanında olması kimi faktlar C.Həsənov haqqında deyilənləri təsdiqləyir. Onun atdığı bu addımlar birmənalı şəkildə Azərbaycan xalqının mənafeyinə zidd addımlardır və adını ziyalı və ya alim qoyan bir şəxsin bu addımlarının arxasında hansısa məqsədin dayanmamasını düşünmək sadəlövhlük olardı.
İkinci bir tərəfdən, nəzərə alaq ki, C.Həsənovun “Milli şura”da dublyor namizəd kimi təsdiq olunmasında canfəşanlıq göstərən radikal düşərgə təmsilçiləri -AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının rəhbəri İsa Qəmbər də ermənilərlə aktiv işbirliyindədirlər. Bu da məlumdur ki, İ.Qəmbər hətta Erməni Milli Konqresinin rəhbəri Aram Manukyanla da rəsmi əməkdaşlıq sazişi imzalayıb. Ə.Kərimliyə yaxın insanların düşmən ölkənin bir sıra kəşfiyyat orqanları ilə əlaqələri ilə bağlı isə zaman-zaman məlumatlar yayılıb və təsdiq olunub.
Bəli, göründüyü kimi, ermənipərəst dairələr, o cümlədən, antimilli qüvvələr özləri də ənənəvi radikal müxalifət rəhbərlərinin artıq “fəaliyyətə yararlı” olmadığını görürlər və bu səbəbdən də yeni “samalarını” “deşifrə” etmək məcburiyyətində qalıblar. C.Həsənovla bağlı yayılan məlumatlarda o da bildirilir ki, adıçəkilən dairələr “köhnə tanışları” ilə Ə.Kərimli və ya İ.Qəmbər vasitəsilə əlaqə qurmurlar, əksinə, birbaşa özü ilə görüşməyə üstünlük verirlər. Son dövrlərdə C.Həsənovun Avropaya, ABŞ-a və başqa istiqamətlərə səfərləri də bunu deməyə əsas verir ki, artıq yönləndirmə ünvanı məlumdur. Bundan başqa, bu fakt bir daha göstərir ki, İsa Qəmbər və Əli Kərimlinin iştirakı olmadan baş tutan bu görüşlərdə konkret tapşırıqlar Cəmil Həsənova verilir. Bu isə onu deməyə əsas verir ki, həmin ermənipərəst dairələr qarşıdakı dövrdə radikal düşərgə “lideri” qismində məhz uğursuz dublyora “stavka” etmək niyyətindədirlər.

 
  • Oxunub:  23880  |  
  • Tarix:  08-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA