Ana səhifə »  Müəlliflər »  “Milli şura”da mövqe savaşı şiddətli hal alır
A+   Yenilə  A-
“Milli şura”da mövqe savaşı şiddətli hal alır
Yazdı: Mübariz Abdullayev

AXCP və digər partiyalar, o cümlədən də, indi də həmsədr olmaq xülyası ilə yaşayan Cəmil Həsənov “Müsavat”a qarşı dirəniş göstərirlər
Məlum olduğu kimi, ermənipərəst kinorejissor Rüstəm İbrahimbəyov qondarma “Milli şura”da struktur dəyişikliyi aparılması və həmsədrlik təsisatının yaradılması ilə bağlı təkliflə çıxış edib. O, səsləndirdiyi açıqlamada həmsədrliyə “Milli şura”nın ikinci “vahid namizəd”i Cəmil Həsənovu layiq bildiyini və sonuncunun da bu təklifə razılıq verdiyini vurğulayıb.
Lakin seçkiöncəsi mərhələdə “xaricdən pul gətirəcəyəm” kimi şirin vədlərinin müqabilində radikalların favoritinə çevrilən avantürist “siyasətçi” Rüstəm İbrahimbəyovun yenidən meydana atılmaq istəyi “Milli şura” daxilində bir növ odun üstünə yağ töküb və partiyaların qondarma quruma nəzarət uğrunda çəkişmələrini daha da şiddətləndirib. AXCP-nin, “Müsavat”ın, KXCP-nın, “El” hərəkatının təmsilçiləri bu xüsusda bir-biri ilə daban-dabana ziddiyyət təşkil edən, ortaq məxrəcə gəlməkdən uzaq olan açıqlamalar səsləndirirlər.
“Milli şura”da vahid sədrin olması daha düzgündür və bu baxımdan qurumda həmsədrlik institutunun yaradılmasına ehtiyac yoxdur”. Bu açıqlama “Müsavat” funksioneri Gülağa Aslanlıya məxsusdur.
Görünən odur ki, indiki məqamda “Müsavat” Rüstəm İbrahimbəyovun “Milli şura”da struktur dəyişikliyi aparılması və həmsədrlik təsisatının yaradılması ilə bağlı təklifindən onun özünə qarşı istifadə etməyə çalışır. Həmsədrlik təsisatını məqbul saymayan “Müsavat” həmçinin artıq Rüstəm İbrahimbəyovun da sədr statusuna uyğun gəlmədiyini gündəmə gətirib. Bununla bağlı təmsil etdiyi partiyanın mövqeyini ifadə edən “Müsavat” funksioneri Gülağa Aslanlı vurğulayıb: “Siyasətçilərin və siyasi partiyaların da olduğu bir təşkilatda siyasətdə olmayan iki ziyalının həmsədr olmasını o qədər də məqsədəuyğun saymıram”.
Beləliklə, “Müsavat” birmənalı şəkildə “Mən “Milli şura”nın sədrliyindən getməyəcəyəm. Bu, mənim taleyimdir” deyən Rüstəm İbrahimbəyovun qurumdan kənarlaşdırılmasını tələb edir. “Müsavat”çılar bu tələbi irəli sürərkən R.İbrahimbəyovun prezidentliyə namizəd ola bilməməsi, Azərbaycana dönməməsi və siyasi proseslərdə iştirak etməməsi kimi arqumentləri əsas gətirirlər.
Amma Müsavat Partiyasının bu arqumentləri “Milli şura”dakı çoxluğun etirazı ilə qarşılanır. Daha doğrusu, ələ düşən hər fürsətdən əzəli və əbədi rəqibi olan “Müsavat”a qarşı istifadə etməyə çalışan AXCP bu dəfə də, necə deyərlər, öz dəst-xəttinə sadiq qalır. Partiya funksionerləri qoca kinodramaturqun yeni səslənmələrinə “hə” deyərək onun həmsədrlik təklifini dəstəklədiklərini dilə gətirirlər. Bu xüsusda danışan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı həmsədrlik təsisatını “yaranmış boşluğu doldurmaq üçün zəruri addım” kimi səciyyələndirib. Bir sözlə, AXCP təmsilçiləri Rüstəm İbrahimbəyovun yeni həmsədrlik açıqlamasını əzəli və əbədi rəqibləri olan “Müsavat”ı küncə sıxışdırmaq üçün əsl məqam kimi dəyərləndirərək bundan maksimum dərəcədə istifadə etməyə çalışırlar. Bundan başqa, Arif Hacılının, Gülağa Aslanlının mütəmadi qaydada “Milli şura”da azlıq kimi səciyyələndirdikləri partiyaların, siyasi qrupların üzvləri də artıq “Müsavat”a öz yerini göstərmək “iradəsi” ortaya qoyurlar. Məsələn, “El” hərəkatının ali məclis sədri, “Milli şura”nın üzvü Eldəniz Quliyev Rüstəm İbrahimbəyovun həmsədrlik təklifinə dəstək ifadə edərək belə deyib: “Milli şura” təkcə “Müsavat”dan ibarət deyil ki, onların bəyanatları ilə nəsə həll olunsun”.
“Milli şura”nın sabiq “vahid namizəd”i Cəmil Həsənov da “Müsavat”ın mövqeyinə qarşı çıxaraq partiya təmsilçiləri qarşısında açıq tələb qoyub: “Mənə hörmətiniz varsa, mənim “Milli şura”da olmağımı istəyirsinizsə, Rüstəm müəllimə qarşı da eyni mövqe nümayiş etdirməlisiniz”.
Cəmil Həsənov, həmçinin, “Milli şura”nın sədri olmağa razılıq verdiyini, ancaq heç bir halda R. İbrahimbəyovsuz bu addımı atmayacağını bəyan edib.
Siyasi müşahidəçilər “müsavatçılar”ın “Milli şura”da həmsədrlik təsisatı və yaxud quruma yeni sədr seçilməsi ilə bağlı süni ajiotaj yaratmalarının, daha pul vədləri səsləndirməyən qoca kinodramaturqu bu statusdan tamam uzaqlaşdırmaq cəhdlərinin və Cəmil Həsənovun bu xüsusda dərhal “Müsavat”a etiraz jesti etməsinin əsasında özəl məqsədlərin dayandığını bildirirlər. Məlumdur ki, Müsavat Partiyası qurultaya hazırlaşır və qurultaydan sonra İsa Qəmbərin başqanlıqda qalacağı real görünmür. Buna görə “müsavatçılar” çalışırlar ki, bu məqamdan istifadə edərək elə İsa Qəmbərin özünün ya “Milli şura”nın sədri, ya da həmsədri olmasını təmin etsinlər.
“Müsavat” funksionerlərinin həmsədrlik təsisatı, eləcə də, Rüstəm İbrahimbəyovun qurumdan birdəfəlik uzaqlaşdırılması ilə bağlı açıqlamalarına AXCP və digər partiyalardan, həmçinin, indi də həmsədr olmaq xülyası ilə yaşayan Cəmil Həsənovdan əlüstü cavab reaksiyaları gəlməsi də “müsavatçılar”ın üstüörtülü planlarını qabaqlamaq məqsədi daşıyır.

 
  • Oxunub:  20430  |  
  • Tarix:  13-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan parlamenti ölkəmizin müstəqilliyini möhkəmləndirir, sürətli inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir

21:12
24 Sentyabr
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
20:29
24 Sentyabr
Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür
20:25
24 Sentyabr
Azərbaycan Dillər Universitetinin tələbələri Aleksandr Soljenitsının yaradıcılığına maraq göstərirlər
20:24
24 Sentyabr
AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib
20:14
24 Sentyabr
Səfa Mirzəyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq nəticəsində böyük uğurlar əldə olunub
20:09
24 Sentyabr
Türkiyədə keçirilən simpoziumda narkomaniyaya qarşı mübarizədə medianın rolu barədə müzakirələr aparılıb
20:01
24 Sentyabr
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
17:47
24 Sentyabr
Polo üzrə Azərbaycan millisi Avropa çempionatında üçüncü qələbəsini qazanıb
17:44
24 Sentyabr
Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib
17:39
24 Sentyabr
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
17:38
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
17:30
24 Sentyabr
Sevinc Fətəliyeva: Milli Məclisin fəaliyyətində beynəlxalq əməkdaşlıq mühüm yer tutur
17:27
24 Sentyabr
Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
17:17
24 Sentyabr
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
17:15
24 Sentyabr
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
16:59
24 Sentyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
16:49
24 Sentyabr
Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib
16:46
24 Sentyabr
Azərbaycanın və Bolqarıstanın elmlər akademiyaları arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb
16:33
24 Sentyabr
İkinci M.A.P. Bakı Beynəlxalq İncəsənət Festivalının proqramı olduqca zəngindir
16:31
24 Sentyabr
Universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə UNEC birincidir
16:26
24 Sentyabr
Azərbaycan Cüdo Federasiyasının Sumqayıt Təlim-Məşq Bazası istifadəyə verilib
15:59
24 Sentyabr
Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:55
24 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Caspian Energy Forum Baku–2018”də iştirak edib
15:42
24 Sentyabr
Çində ADNSU-nun iştirakı ilə Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası yaradılıb
15:36
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu keçirilir
15:24
24 Sentyabr
Azay Quliyev: Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını təmin edə bilmir
15:21
24 Sentyabr
Orxan Məmmədov: Ölkəmizdə kiçik və orta biznesin inkişafı yönündə vacib tədbirlər reallaşdırılır
15:20
24 Sentyabr
Cümhuriyyətin müstəqillik ideyalarına sədaqət Azərbaycan Prezidentinin siyasi fəaliyyətində mühüm yer tutur
14:44
24 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdədir
14:38
24 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfərə gəlib
14:30
24 Sentyabr
Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib
14:24
24 Sentyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında ilk iclası olub
14:23
24 Sentyabr
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
14:09
24 Sentyabr
Akademik Həsən Abdullayev Azərbaycanda müasir fizikanın əsasını qoyub
14:07
24 Sentyabr
Qobustan rayonunda yeni etnoqrafik tədqiqat
12:54
24 Sentyabr
“Diario la Economía”: Azərbaycan Qafqazın incisidir
12:52
24 Sentyabr
Yəhya Musayev: “ADEX 2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
12:34
24 Sentyabr
YAP Nizami rayon təşkilatının 25 illik yubileyi qeyd olunub
12:33
24 Sentyabr
Moskvada görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
12:29
24 Sentyabr
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
12:26
24 Sentyabr
BMT-nin Əhali Fondu ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
12:20
24 Sentyabr
Dünya Ürək Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq
12:19
24 Sentyabr
Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib
11:52
24 Sentyabr
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
11:45
24 Sentyabr
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin doğum gününə həsr olunmuş konfransa hazırlıq görülür
11:44
24 Sentyabr
“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
11:34
24 Sentyabr
Diasporla İş üzrə Dövlət Komitəsi və İTV birgə yeni layihəyə başlayır
11:24
24 Sentyabr
Səyyar “ASAN xidmət” davam edir
11:03
24 Sentyabr
Dayanıqlı ərzaq və kənd təsərrüfatının dayanıqlı inkişaf məqsədlərinin nail olunmasına töhfəsinin sürətləndirilməsi müzakirə olunur
11:02
24 Sentyabr
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
10:54
24 Sentyabr
Nazir: Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb
10:42
24 Sentyabr
Əli Əhmədov: Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
10:37
24 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 89 dəfə pozub
10:34
24 Sentyabr
Nyu-Yorkda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü olacaq
10:05
24 Sentyabr
Cüdo üzrə dünya çempionatının beşinci günündə daha iki çəkidə qaliblər müəyyənləşəcək
08:24
24 Sentyabr
Misir və Sudan mətbuatı Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasdan yazıb
08:22
24 Sentyabr
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
08:16
24 Sentyabr
Adana festivalında Azərbaycan kinosunun 120 illik yubiley mərasimi böyük maraqla qarşılanıb
08:14
24 Sentyabr
Energetika naziri Əlcəzairdə bir sıra görüşlər keçirib
08:13
24 Sentyabr
Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında təmsil olunub
08:01
24 Sentyabr
Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib
15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA