Ana səhifə »  Müəlliflər »  Partiyalar “Milli şura”da yorğan davasında “öldü var, döndü yoxdur” deyirlər
A+   Yenilə  A-
Partiyalar “Milli şura”da yorğan davasında “öldü var, döndü yoxdur” deyirlər
Yazdı: Mübariz Abdullayev

Həmsədrlik təsisatı və yaxud yeni sədr qovğası qondarma qurumu radikalların daxili savaş meydanına çevirib
Son bir neçə ayda ziddiyyətli, reallıqdan uzaq açıqlamaları ilə gündəmə gələn avantürist “siyasətçi” Rüstəm İbrahimbəyovun “Milli şura”da struktur dəyişikliyi aparılması və həmsədrlik təsisatının yaradılması zərurəti ilə bağlı səslənməsi qondarma qurumun daxilində yeni gərginliyə səbəb olub. Ümumi, birləşdirici maraqlar naminə deyil, sırf özəl gözləntilərə görə “Milli şura”ya üz tutan partiyalar, siyasi qruplar, ayrı-ayrı şəxslər həmsədrlik təsisatı ilə əlaqədar fikirlərə də partiya və yaxud şəxsi maraq prizmasından münasibət bildirirlər. Başqa sözlə desək, partiyalar yeni yaranan şəraitdə qondarma qurumu ələ keçirmək uğrunda açıq savaşa start veriblər.
Öncə qeyd edək ki, Rüstəm İbrahimbəyovun məlum səslənməsinə özünü radikal düşərgədə, o cümlədən də “Milli şura”da əsas güc mərkəzi sanan “Müsavat”dan sərt təpkilər gəlməkdədir. Partiya funksionerləri Arif Hacılı, Gülağa Aslanlı, Arzu Səmədbəyli və digərləri mətbuata verdikləri açıqlamalarda həmsədrlik təklifinin “Müsavat”la razılaşdırılmadan mətbuata ötürülməsindən narazılıqlarını bildirir və ümumiyyətlə, bu təklifin qəbuledilməz olduğunu vurğulayırlar. Məsələn, partiyanın məclis sədri A.Səmədbəyli bildirib ki, Müsavat Partiyası “Milli şura”nın həmsədrlik təsisatı ilə bağlı hər hansı qərar qəbul etməyib: “Bu, uğurlu variant deyil. Çünki indiyə qədər həmsədrlik institutları olub və özünü doğrultmayıb. Bu baxımdan düşünürəm ki, “Milli şura”da sədrlik yetərlidir”.
“Müsavat”ın digər funksioneri G.Aslanlı isə açıqlamasında təmsil etdiyi partiyanın məsələyə münasibətini daha konkret ifadə edib və diqqəti həmsədrlik təsisatının qarşısında qırmızı işıq yandıran “arqumentlər”ə yönəldərək deyib: “Siyasətçilərin və siyasi partiyaların da olduğu bir təşkilatda siyasətdə olmayan iki ziyalının həmsədr olmasını o qədər də məqsədəuyğun saymıram”.
“Milli şura”da həmsədrlik təsisatını yaxına buraxmayan “Müsavat”, eyni zamanda, Rüstəm İbrahimbəyovun ümumiyyətlə qurumdan uzaqlaşdırılmasını istəyir. “Müsavatçılar” bunu onunla əsaslandırırlar ki, qoca kinodramaturq Vətənə dönə bilmir, “Milli şura”ya sədrliyi qiyabi həyata keçirir və siyasi proseslərə təsir imkanları sıfıra bərabərdir.
Burada ortaya suallar çıxır: Nə üçün “Müsavat”çılar Rüstəm İbrahimbəyovun siyasətçi olmadığını indi yada salırlar? Və yaxud nə üçün “vahid namizəd” kimi qabağa verdikləri Cəmil Həsənovun “ziyalılığını” həmsədrliyə gedən yolda əngəl sayırlar? Məntiqsizlik, daha doğrusu, “Müsavat”ın iddialardan çıxış etdiyi ortadadır. Seçkilərdən acınacaqlı məğlubiyyətlə çıxan “Milli şura”da başıpozuqluq yarandığı bir məqamda “Müsavat” bu fürsətdən maksimum dərəcədə bəhrələnərək quruma nəzarəti bütünlüklə öz inhisarına almaq istəyir. Partiya funksionerlərini bu xüsusda növbəyə düzülərək açıqlamalar verməyə, həmçinin, Rüstəm İbrahimbəyovun sədrlikdən getməsinin obyektiv gerçəklikdən irəli gələn zərurət olduğunu əsaslandırmağa sövq edən amillərdən biri isə “Müsavat”ın başqanı İsa Qəmbəri qurumun sədrliyinə gətirmək niyyətləri ilə bağlıdır. “Müsavat”çılar, ələlxüsus da partiyada başqanlığa iddialı olan funksionerlər İsa Qəmbəri “Milli şura” sədrliyinə həvəsləndirməklə həm də onun partiyanın qurultayının keçirilməsinə əngəllər yaratmasını önləmək məqsədi güdürlər.
“Müsavat” funksionerlərinin partiyadaxili problemləri “Milli şura” hesabına nizamlamaq istəmələri və qurumu ələ keçirməklə bütövlükdə radikal düşərgəyə təsir imkanlarını artırmağa çalışmaları rəqib partiyalarda və siyasi qruplarda kəskin əks-reaksiyalar doğurub. Son günlərdə “Müsavat”ın əzəli və əbədi rəqibi olan AXCP-dən “Milli şura”da həmsədrlik təsisatını dəstəkləyən və Rüstəm İbrahimbəyova rəğbət ifadə edən açıqlamalar gəlməkdədir. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Milli şura”da həmsədrlik təsisatına dəstək ifadə etməklə yanaşı, həm də Rüstəm İbrahimbəyovun müdafiəsinə yönələn açıqlama səsləndirib. Partiya funksioneri bildirib ki, Rüstəm İbrahimbəyovun sədrlikdən getməsi ilə bağlı təklifin heç bir əsası yoxdur. Çünki bu cür məsələlər şəxsi münasibətlər kontekstində həll olunmamalıdır: “Sədr vəzifəsini icra edən şəxsin qurumun fəaliyyətində oynadığı rol, “Milli şura”nın fəaliyyətinə verə biləcəyi fayda nəzərə alınmalıdır. Bu baxımdan Rüstəm İbrahimbəyovun sədr kimi fəaliyyət göstərməsi “Milli şura”ya ancaq xeyir gətirə bilər”. AXCP sədrinin müavini Razi Nurullayevin və partiyanın digər funksionerlərinin də bu xüsusda açıqlamalarını nəzərə alsaq, deyə bilərik ki, “cəbhəçilər” “Müsavat”ın “Milli şura”ya rəhbərliyi ələ keçirmək cəhdlərinə ciddi dirəniş göstərir və rəqiblərinin istəklərini reallaşdırmalarına imkan verməyəcəklər.
AXCP ilə yanaşı, “Milli şura”da təmsil olunan “El” hərəkatından, KXCP-dan və ACP-dən də “Müsavat”ın mövqeyinə zidd açıqlamalar gəlir. KXCP-nın sədr müavini Xəzər Teyyublu Rüstəm İbrahimbəyovun sədr statusunda qalmasını dəstəkləyən fikirlər ifadə edib. ACP-nin sədri Sülhəddin Əkbər isə ad çəkməsə də, “Müsavat”ın bostanına daş ataraq belə deyib: “Həmsədrlik institutunun yaradılması struktur islahatlarının mühüm elementlərindən biridir. Həmsədr kimi 2 şəxsin adı hallanır. Bunlar Rüstəm İbrahimbəyov və Cəmil Həsənlidir. Təbii ki, kimlərsə bunun əleyhinə fikir səsləndirə bilər. Ancaq mən həmsədrlik institutunun tətbiqinin və bu 2 şəxsin “Milli şura”nın həmsədrləri olmalarının tərəfdarıyam. Ölkə daxilində əsas işlər Cəmil Həsənlinin, ölkə xaricində isə Rüstəm İbrahimbəyovun üzərinə düşər və bunun bizə böyük faydası dəyə bilər”.
“Müsavat”a təpki, həmçinin, “El” hərəkatından gəlib. Qondarma hərəkatın rəhbəri Eldar Namazov həmsədrlik təsisatını dəstəkləyən açıqlama ilə çıxış edib. “El” hərəkatının ali məclis sədri Eldəniz Quliyev isə daha sərt fikirlər ifadə edərək “Müsavat”a yerini göstərib: “Milli şura” təkcə “Müsavat”dan ibarət deyil ki, onların bəyanatları ilə nəsə həll olunsun”.
“Milli şura”nın sabiq “vahid namizəd”i və seçkilərdəki acınacaqlı məğlubiyyətdən sonra hansı statusu daşıdığı bəlli olmayan, ortada qalmış Cəmil Həsənov da həmsədrlik təsisatının alovlu tərəfdar kimi çıxış edərək “Müsavat”ın qarşısında “Rüstəm İbrahimbəyovdan əlini çəkin!” tələbi qoyub. Cəmil Həsənovun da açıqlamalarında özəl məqsədlərdən çıxış etdiyi ortadadır və bu, ayrıca bir söhbətin mövzusudur.

 
  • Oxunub:  20490  |  
  • Tarix:  14-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA