Ana səhifə »  Müəlliflər »  “Müsavat” partiyadaxili ziddiyyətlər burulğanında
A+   Yenilə  A-
“Müsavat” partiyadaxili ziddiyyətlər burulğanında
Yazdı: Mübariz Abdullayev

Kreslo savaşı “Müsavat”çı gəncləri də üz-üzə qoyub
Məlum olduğu kimi, son vaxtlar Müsavat Partiyası daxilində proseslər yenidən gərginləşib. Vəziyyət o həddə kritikləşib ki, hazırda bu partiyada nüfuz savaşı aşağıdan yuxarıyadək bütün halqaları əhatə edir. Məsələn, Mərkəzi icra aparatının rəhbəri Arif Hacılı başda olmaqla, ayrı-ayrı funksionerlər partiyanın başqanı postunu ələ keçirmək üçün açıq-aşkar iddialar sərgiləyirlər. Başqanlığın onun ömürlük boyuna biçildiyi qənaəti sərgiləyən İsa Qəmbər isə hər dəfə müxtəlif bəhanələrlə partiyanın qurultayının çağırılmasını əngəlləyir və beləliklə də, hazırda “Müsavat”da yalnız ona sərf edən “status-kvonu” qeyri-müəyyən müddətədək uzatmağa müvəffəq olur.
Eyni zamanda, uzun illərdir ki, “Müsavat”ın rəhbərliyində baş alıb gedən intriqalar partiyanın digər strukturlarına, o cümlədən də gənclər təşkilatına da sirayət edib. Siyasi müşahidəçilər son bir neçə ayda “Müsavat”çı gənclər arasında baş verən ziddiyyətləri ümumiləşdirərək obrazlı şəkildə belə bir fikir ifadə edirlər: “Müsavat”da oğullar ataların yolu ilə gedirlər”.
İctimai rəydə “Müsavat”çılarla bağlı belə bir qənaətin formalaşması, ilk növbədə, son bir neçə ayda partiyanın gənclər təşkilatında səngimək bilməyən yeni sədr qovğaları ilə bağlıdır. Xatırladaq ki, “Müsavat”ın gənclər təşkilatının sədrliyinə ilk seçki cari il avqustun 25-də keçirilmişdi. Cavid Hacıbəylinin və Rauf Məmmədlinin sədrlik uğrunda mübarizə apardığı seçkilərdə birinci qalib elan olunsa da, sonradan partiyanın bəzi üzvləri seçkidə saxtakarlığın olduğunu əsas gətirərək nəticələrin ləğv edilməsi tələbi ilə partiyanın yuxarı strukturlarına müraciət etdilər. Partiya divanının müdaxiləsindən sonra say komissiyası seçkilərin nəticələrini ləğv etdi və seçkilərin təzədən keçirilməsi qərara alındı.
Seçkilərin nəticələrinin ləğv edilməsi isə “Müsavat”çı gəncləri sözün əsl mənasında üz-üzə qoydu. Gənclər təşkilatının, demək olar ki, bütün üzvləri bu günlərdə baş tutan yeni seçkilərə narazı ovqatla qatıldılar. Gənclər arasında narazılığın pik həddədək yüksəlməsi həm də onunla bağlı idi ki, nəticələri ləğv olunan seçkilərin qalibi Cavid Hacıbəylinin qardaşı Rüfət Hacıbəyli də yeni seçkilərə namizəd kimi qatılmışdı. Sonuncunun namizədliyini irəli sürməsi isə partiyada heç də birmənalı qarşılanmamışdı və narazılığı daha da artırmışdı.
Noyabrın 17-də baş tutan yeni sədr seçkilərinə üç namizəd qatılmışdı: Əhliman Abbas, Rüfət Hacıbəyli və Nurlan Əliyev. Seçkiqabağı dönəmdə namizədlərdən hər birinin mətbuata “tərəfdarlarımızın sayına görə rəqibləri aşkar üstələyirik” məzmunlu açıqlamalar vermələri “Müsavat”çı gənclər arasında narazılığın çox dərinə işlədiyindən xəbər verirdi.
Beləliklə, seçkilərin nəticələri, ehtimal edildiyi kimi, partiyada top-tüfənglə qarşılanıb. Qarşı tərəf Əhliman Abbasın gənclər təşkilatının yeni sədri seçilməsi ilə qətiyyən barışmır. Əhliman Abbas özü seçkilərdə məğlub olan qruplaşmalardan gələn ittihamların ictimai rəyə təsirini azaltmaq məqsədilə belə bir açıqlama ilə çıxış edib: “Böyük partiyaların daxilində seçkilər qabağı həmişə belə fikir ayrılıqları olur. Dünyanın hər yerində belədir. Partiyanın daxilində hərəkətlilik yoxdursa, rəqabət yoxdursa, o partiya canlı partiya sayıla bilməz”.
Ancaq Əhliman Abbasın gənclər təşkilatında hər şeyin öz axarı ilə getdiyi görüntüsü yaratmaq cəhdləri əbəsdir. Seçkilərdə namizədləri məğlub elan edilən qruplaşmaların təmsilçiləri, necə deyərlər, evin sirrini çölə çıxarmaqdan çəkinmirlər və Ə.Abbasın “qələbəsinin” saxta olduğunu bildirirlər. Artıq seçkilərdə məğlub durumda qalan Rüfət Hacıbəylinin qardaşı Cavid Hacıbəyli bu barədə ilk rəyini “Facebook” səhifəsində paylaşıb: “Bütün inzibati metodlardan, üzvlərə təzyiqlərdən istifadə edənləri hər kəs bir daha gördü. Rəqabət sağlam, qərəzsiz və ləyaqətli olmalıdır. Bu belə olmayanda və bunun belə olmadığını çox insan görəndə adam təəssüflənir. İnsanları iyrəndirmək olmaz, sanki düşmənlə mübarizə aparırlarmış kimi rəqibin komandasına qarşı əksər rəhbərliyi, strukturları işə salmaq və bunu hamının gözü qarşısında etmək, yumşaq desək, ədalətsizlikdir”.
Cavid Hacıbəylinin “Facebook”da paylaşdığı bu status “Müsavat”ın gənclər təşkilatındakı qarşıdurmanın göründüyündən daha dərin qatlara nüfuz etdiyini və daha ciddi olduğunu ortaya qoyur. Bu və digər “Müsavat”çılardan gələn açıqlamalardan bəlli olur ki, partiyada “demokratiya”, “seçkilər” anlayışlarını yalnız lazım olan məqamlarda ciddiyə alırlar, digər hallarda isə bütün məsələlər, o cümlədən də gənclər təşkilatına yeni sədr seçilməsi partiya rəhbərliyindən gələn göstərişlər əsasında həyata keçirilir. Sən demə, gənclər təşkilatına yeni sədr seçkilərində də, sadəcə “yuxarıdan” gələn sifariş yerinə yetirilib. Partiyanın rəhbərliyi Əhliman Abbasın qalib elan olunmasını istəyib və bu, baş verib. Belə ki, gənclər təşkilatında seçkilərə hazırlıq getdiyi mərhələdə “Müsavat” başqanının gənclərlə iş üzrə müşaviri Səxavət Soltanlı şansı yüksək olan Rüfət Hacıbəyliyə qarşı çıxıb və birmənalı şəkildə ərz edib ki, “o sədr ola bilməz”. Bunun ardınca S.Soltanlı Əhliman Abbasa dəstək verdiyini dilə gətirib. Başqanın müşavirinin bu səslənməsi Əhliman Abbasın partiyanın gənclər təşkilatına sədr seçilməsinə “Müsavat”ın rəhbərliyi səviyyəsində “yaşıl işıq” yandırılmasından xəbər verir.
Beləliklə, “Müsavat”da daha bir seçki oyunu oynayıblar. Necə deyərlər, təkqapıya oynanılan bu oyunun da nəticələrinin saxlanılacağını və yaxud dəyişdiriləcəyini bəri başdan söyləmək çətindir.

 
  • Oxunub:  20940  |  
  • Tarix:  19-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA