Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Milli şura” xarici dairələrdən yeni sifarişlər sorağındadır

“Milli şura” xarici dairələrdən yeni sifarişlər sorağındadır

20.11.2013 [09:05]

Mübariz Abdullayev

Cəmil Həsənovun okeanın o tayına səfəri radikalların Azərbaycanın milli maraqlarına zidd fəaliyyət müqabilində ianə turnesinin davamıdır
Sonuncu prezident seçkiləri öncəsi radikal düşərgədə kosmopolit, daha çox ermənipərəstliyi ilə tanınan Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə yaradılan “Milli şura”nın fəaliyyətinə nəzər saldıqda bir cəhəti xüsusilə fərqləndirmək mümkündür: Xarici təsir amili “Milli şura”nın fəaliyyətindən qırmızı xətlə keçir. Birmənalıdır ki, adına süni şəkildə “milli” sözü yamaq edilən qondarma qurumu Azərbaycan cəmiyyətinə bağlayan heç nə yoxdur, onun fəaliyyətində beynəlxalq erməni lobbi şəbəkəsində birləşən antimilli dairələrdən gələn tapşırıqlar əsas götürülür. Təsadüfi deyil ki, “Milli şura”nın təmsilçiləri Azərbaycan cəmiyyəti ilə təmaslar qurmaq, hansısa bir məsələ ilə bağlı ölkə ictimaiyyətinə hesabat vermək barədə əsla düşünmürlər. Əksinə, onlar tez-tez xarici turnelərə çıxır, bu turnelər zamanı qondarma qurumun yaradılmasını sifariş verən, gizli şəkildə onun konturlarını cızan məlum dairələrdən maliyyə dəstəyi və Azərbaycanın milli maraqlarına qarşı fəaliyyətlə bağlı yeni sifarişlər alırlar.
“Milli şura”nın qiyabi sədri Rüstəm İbrahimbəyovun Avropa ölkələrinə turnelərində, qurumun icra aparatının rəhbəri Eldar Namazovun Vaşinqtona, “Müsavat” başqanı İsa Qəmbərin Brüsselə səfərləri çərçivəsində sərgilədikləri mövqeni (əslində, mövqesizliyi-M.A.) yada salanda qondarma qurumun Azərbaycan cəmiyyətinə nə dərəcədə bağlı olduğu, ümumiyyətlə, bağlı olmadığı barədə daha konkret təsəvvür yaranır. Moskvadan vurub Vaşinqtondan, Almaniyanın şəhərlərindən çıxan ermənipərəst kinodramaturq xarici turnelərində bir qayda olaraq AŞPA-da ölkəmizlə bağlı qərəzli hesabatlar hazırlayan Ştrasser kimi Azərbaycanın bədxahları ilə görüşməyi özünə şərəf bilir. Qondarma qurumun icra aparatının rəhbəri Eldar Namazov ABŞ Konqresində təşkil olunan ənənəvi brifinqdəki çıxışında respublika daxilində heç kəsi maraqlandırmayan məsələlərdən söz açır, ancaq Azərbaycanın bir nömrəli problemindən-Dağlıq Qarabağ münaqişəsindən, ermənilərin işğalçılıq siyasətindən bir kəlmə də olsun danışmır. Özünü “Milli şura”nın məşhur üzvü sayan “Müsavat” başqanı İsa Qəmbər də Brüsselə səfəri zamanı eyni ssenarini təkrarlayır. Ölkəmizə qarşı heç də xoş münasibət bəsləməyən Hollandiya liberal-demokratlarının dəvətini böyük məmnuniyyətlə qəbul edən İsa Qəmbər Avropa Parlamentində keçirilən dinləmələrdə erməni separatizminə haqq qazandıran fikirlər səsləndiriləndə buna etirazını ifadə etmir, məlum dairələrin qınağına tuş gələcəyindən ehtiyatlanaraq susmağa üstünlük verir. Yəni, hər bir səfərin ssenarisi eynidir.
“Milli şura”nın sabiq “vahid namizəd”i, hazırda radikal düşərgədə yeri və statusu bəlli olmayan, ortada qalmış kimi görünən Cəmil Həsənovun xarici ölkələrə turneləri də öz çiyindaşlarının səfərlərindən heç nə ilə fərqlənmir. Cəmil Həsənov da ayrı-ayrı ölkələrdə “lövbər” salan eyni mərkəzlərin səfər dəvətlərini məmnuniyyətlə qəbul edir. Artıq “tarixçi alim” də çiyindaşları kimi, müstəqil dövlətə malik bir xalqın nümayəndəsi olduğunu unudaraq hansısa xarici ölkənin bu və ya digər idarəsinin çox aşağı ranqlı məmurlarının köməkçilərinin qəbuluna düşmək üçün növbə gözləməyi, Azərbaycana münasibətdə mövqeyi, niyyəti bəlli olan dairələrdən ianələr təvəqqe etməyi özü üçün həyat normasına çevirib. Şəxsi üstün keyfiyyətlərinə görə deyil, hadisələrin axarı prosesində çıxılmaz vəziyyət yarandığına görə radikalların favoritinə çevriləndən sonra Cəmil Həsənovun sorağı gah bu, gah da digər ölkədən gəlir. Lakin bu səfərlərdə, böyük şairimizin sözləri ilə desək, mənim ölkəmin varlığı əsla hiss olunmur. Yeri gəldi-gəlmədi “tarixçi alim”liyindən söz açan Cəmil Həsənov isə bundan zərrə qədər də olsun narahatçılıq hissi keçirmir.
Bu cəhətdən Cəmil Həsənovun son Amerika səfəri də istisna deyil. Bəli, “Milli şura”nın sabiq “vahid namizəd”i Cəmil Həsənov indi də, nağıllarda deyildiyi kimi, uzaq məsafəni yaxın edərək okeanın o tayına növbəti səfərə çıxıb. Radikalların bir neçə gün bundan əvvələdək süni ajiotaj yaratmalarına rəğmən, səfərlə bağlı verilən məlumatlar olduqca kasaddır. O boyda Amerikadan dəvət aldığı deyilən “tarixçi alim”in səfəri ilə bağlı məlumatlar nəyə görəsə yalnız yenə zaman-zaman öz açıqlamaları ilə bəlli dairələrin dəyirmanına su tökən Ramiz Yunusla çəkdirdiyi foto ilə müşayiət olunur. Görəsən, “tarixçi alim”in məlum dairələrlə yaxınlığı Azərbaycan cəmiyyətində heç kəsdə şübhə doğurmayan “hüquq müdafiəçisi” Leyla Yunusun hazırda xaricdə yaşayan qohumu Ramiz Yunusla görüşmək üçün okeanın o tayına getməsi hansı zərurətdən irəli gəlib? Və yaxud nə üçün radikallar, Cəmil Həsənovun özü bu səviyyədə görüşlərdən başqa heç nə ilə diqqəti çəkməyən səfəri “Amerikadan dəvət” adı altında pərdələməyə çalışırlar?
Radikalların nəzarətində olan KİV-lərdə verilən məlumatlarda Cəmil Həsənovun Konqresdə Azərbaycanla bağlı keçirilən dinləmələrdə çıxış etdiyi və görüşlərə qatıldığı, həmin görüşlərdə ölkəmizdə demokratiyanın durumu, son seçki prosesi, daxili və xarici siyasətimizin gündəmi müzakirəyə çıxarıldığı iddia edilir. “Milli şura”nın sabiq “vahid namizəd”inin Şimali Virciniyalı konqresmen Cim Moranla Azərbaycanda seçkidən sonrakı vəziyyətin, o cümlədən insan haqları sahəsində mövcud durumun, siyasi məhbuslar probleminin müzakirəsini apardığı və daha bir neçə belə görüşə qatılacağı qeyd olunur. O da vurğulanır ki, Cəmil Həsənov keçirdiyi görüşlərdə “beynəlxalq ictimaiyyət”dən Azərbaycana təzyiq göstərilməsini istəyib.(?!)
Necə deyərlər, yenə də köhnə hamam, köhnə tasdır. ABŞ Konqresində keçirilən dinləmələrdə Azərbaycanın əsas problemlərinin xatırlanmaması və yaxud onların üstündən məqsədli şəkildə xətt çəkilməsi Cəmil Həsənovun “tarixçi alim” statusuna qətiyyən uyğun gəlmir. Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri artıq tarixdir. Əksər beynəlxalq təşkilatlar, dünya dövlətləri, o cümlədən də ABŞ ölkəmizdə keçirilən son seçkilərin nəticələrini tanıyıblar. Bütün bunlardan sonra Cəmil Həsənovun “Amerikada hansısa məmurla, konqresmenlə “seçki müzakirələri” apardıq” deməsi səmimiyyətdən və məntiqdən çox uzaq görünür.
Həqiqət isə ondan ibarətdir ki, bu səfər də radikalların xaricdəki məlum dairələrə “ianə turnelərinin” davamıdır...

Paylaş:
Baxılıb: 2165 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30