Ana səhifə »  Müəlliflər »  Cəmil Həsənovun şəkilli mesajı...
A+   Yenilə  A-
Cəmil Həsənovun şəkilli mesajı...
Yazdı: Pərviz Sadayoğlu

Yaxud “köhnə namizəd” özünə təzə “day-day”lar tapıb
Məlum olduğu kimi, Cəmil Həsənov yenidən ABŞ-a turist səfərinə gedib. Amma, okeanın o tayında nə qədər qapı döyübsə, qabağında gözləyibsə, xeyri olmayıb. Yenə əvvəllər oralara gedən radikalların qarşısına bağbandan, odunçudan filandan biri çıxırdı. İndi Cəmil Həsənovu heç kim qarşılamayıb, deyəsən.
Ən maraqlısı isə xaricə gedən radikalların çəkdirdikləri şəkilləridir. Məsələn, bir müddət öncə İsa Qəmbər Avropa turnesində zibil qutusu ilə şəkil çəkdirib yollamışdı üzü bəri tərəfə. Guya, İsa Qəmbər buradan ora elə zibil qutusu ilə şəkil çəkdirməyə getmişdi. İndi də Cəmil Həsənovun ABŞ səfərindən ən yaddaqalan foto Ramiz Yunus ilə çəkdirdiyi şəkil olub. Yəqin ki, Cəmil Həsənov çıxılmaz vəziyyətdə qaldığı üçün bu şəkli çəkdirib göndərib ki, baxın, mən də varam...
Şəkililərin bir məşhur lətifəsi var. Abcabbar gedir Moskvaya, girir restorana, nahar etmək istəyir. Qulluqçu yaxınlaşır rus dilində soruşur ki, nə istəyirsiniz? Abcabbar rus dilini bilmədiyi üçün mat-mat baxır. Qulluqçu deyir, “salat” verim sizə, Abcabbar başını yelləyir. Fikirləşir ki, nəsə yaxşı şeydir bu “salat”, yeyim, gedib Şəkidə lovğalanım. Qulluqçu “çoban qarışığını” gətirir qoyur Abcabbarın qabağına, şəkili baxıb deyir, “bah, pomidor, Şəkidən Moskvaya gəlib “salat” olmusan?”.
İndi guya burada “Müsavat” yox idi ki, bundan ötrü gedib Vaşinqtonda şəkil çəkdirmək ehtiyacı yaranırdı? İkinci bir tərəfdən, Cəmil Həsənovun “Milli şura”dan qoparağını götürən elə “Müsavat” deyilmi? Bundan başqa Cəmil Həsənov görəsən, bu “xəyanətinin” cavabını AXCP-çilərə necə verəcək? O, mütləq şəkildə hansısa şəhərə gedib divara da olsa AXCP yazıb qarşısında şəkil çəkdirməlidir. Başqa yolu yoxdur.
Görəsən, nə üçün radikal düşərgə siyasəti yalnız turizm sektorunun bir hissəsi kimi dərk edir? Yalnız, gəzmək, fırlanmaq, o şəhər sənin, bu ölkə mənim deyib qapılara düşməkdirmi siyasət? Avropa, Amerika, Afrika, Avstraliya, Antraktida deyib düşüblər küçələrə. Axı, bu ölkədə sənin siyasətçi olmağına və ya hansısa uğuruna Antraktida pinqvinləri və ya Afrika yam-yamları dəstək verməyəcək. Nə üçün radikal düşərgə bir dəf