Ana səhifə »  Müəlliflər »  Eldar Namazov AXCP ilə “Müsavat”dan hesabat istəyir
A+   Yenilə  A-
Eldar Namazov AXCP ilə “Müsavat”dan hesabat istəyir
Yazdı: Mübariz Abdullayev

Bu iki partiyadan ibarət seçki qərargahı isə xaricdəki ermənipərəst dairələrin Rüstəm İbrahimbəyov vasitəsi ilə “Milli şura”ya göndərdiyi pulları dədə malı kimi mənimsəyib
Radikal müxalifət təmsilçilərinin guya 9 oktyabr prezident seçkilərində birgə iştirak etmək məqsədilə yaratdıqları “Milli şura”nı əslində burada cəmləşən partiyalar, siyasi qruplar və ayrı-ayrı şəxslər arasında intriqalar yuvası kimi xarakterizə etmək daha düzgün olardı. Çünki radikalların “eyni dam altına” toplaşmasını təmin edən amil onların seçkiqabağı mərhələdə xaricdəki antimilli dairələrin diktəsi ilə gündəmə gətirilən “Milli şura”dan maddi gözləntiləri idi. Öz növbəsində yol verdiyi iqtisadi xarakterli cinayətlərə, maliyyə firıldaqlarına görə məsuliyyətə alınmaq qorxusundan dabanına tüpürüb Bakıdan Moskvaya qaçan ermənipərəst Rüstəm İbrahimbəyov əvvəllər də işbirliyində olduğu məlum anti-azərbaycançı dairələrdən gələn “Milli şura” sifarişinə yeni, daha yağlı tikə kimi baxırdı. Buna görə də, qoca kinodramaturq Azərbaycan əleyhinə yönələn yeni sifarişin icrasına böyük məmnuniyyətlə qol çırmadı. O, “Milli şura” məsələsini gündəmə gətirmək üçün xislətinə yaxşı bələd olduğu radikallara ard-arda “sizə xaricdən çoxlu pul gətirəcəyəm” mesajlarını ünvanladı. Qrant, ianə təşnəsi ilə yaşayan radikallar isə qoca kinodramaturqun bu kimi şirnikləndirici vədlərini, necə deyərlər, göydə tutdular. İş o yerə çatmışdı ki, hətta özlərini radikal düşərgənin hegemonu sayan, radikallar arasında bütün təşəbbüsləri öz adlarına çıxan AXCP və Müsavat Partiyasının təmsilçiləri də qoca kinodramaturqun pul vədlərinin müqabilində öz ambisiyalarından geri çəkilən kimi görünürdülər. AXCP sədri Əli Kərimli, “Müsavat” başqanı İsa Qəmbər “Milli şura” məsələsini gündəmə gətirən Rüstəm İbrahimbəyovun, onun yerli “canişini” hesab olunan “El” hərəkatının rəhbəri reneqat Eldar Namazovun xoşuna gəlmək üçün onların hər səslənmələrinə məmnuniyyətlə “hə” deyirdilər.
Lakin sonradan hadisələrin axarı dəyişdi. AXCP və “Müsavat” həbsə alınmaq qorxusu yaşayan Rüstəm İbrahimbəyovun Bakıya dönmək istəməməsindən istifadə edərək onun “sağ əli” sayılan Eldar Namazovu və digərlərini “Milli şura”da küncə sıxışdırmağa , beləliklə də, qondarma qurumu ələ keçirməyə nail oldular. Seçki ərəfəsində reneqat Eldar Namazovu bütünlüklə oyundankənar vəziyyətə salan “cəbhəçi”lər və “müsavatçı”lar “Milli şura”da qüvvələr nisbətini “əsas partiyalar” (AXCP və “Müsavat”-M. A.) və “yedək partiyalar”(ACP, ALP, KXCP, “El” hərəkatı-M. A.) kimi xarakterizə edirdilər.
Rüstəm İbrahimbəyovdan sonra “Milli şura”nın ikinci “vahid namizəd”i müəyyənləşdirilən Cəmil Həsənovun seçki qərargahı da məhz bu prinsiplə formalaşdırıldı. Yəni, “cəbhəçi”lər və “müsavatçı”lar “imzatoplama, təbliğat-təşviqat kampaniyaları məsuliyyət tələb edir” deyərək kvota bölgüsündə qondarma qurumdakı digər partiyaların qarşısına “0” işarəsi qoyaraq onları faktiki olaraq, seçki proseslərindən kənarda saxladılar. Bu isə, təbii ki, qondarma qurum daxilində ciddi narazılıqlara rəvac verdi. ACP-dən, ALP-dən, KXCP-dan, “El” hərəkatından AXCP-nin və “Müsavat”ın saymazlıq jestinə qarşı sərt təpkilər gəldi.
Ayının min oyunu bir armudun başında olduğu kimi, “Milli şura” təmsilçiləri arasında səngimək bilməyən bu kimi çəkişmələr də xaricdəki məlum anti-azərbaycançı dairələrdən qoca kinodramaturqun vasitəçiliyi ilə “Milli şura”ya ünvanlanan paraları bölüşməklə bağlı idi. AXCP ilə “Müsavat” rəhbərləri özlərinin təbirincə desək, “yedək partiyaları” dairədən kənarda saxlamaqla, əslində, imzatoplama, təbliğat-təşviqat kampaniyalarını aparmaq üçün seçki qərargahına ayrılan pulları yalnız iki partiya arasında bölmək məqsədi güdürdülər. Təbii ki, “yedək partiyalar” baş verənlərə görə bərk qəzəbli idilər və necə deyərlər, əllərindən zəncir çeynədikləri AXCP ilə “Müsavat”dan bunun əvəzini çıxmaq üçün məqam gözləyirdilər.
Beləliklə, bütün bunları xatırlatmaqla yanaşı, onu da qeyd edək ki, “Milli şura”nın ikinci “vahid namizəd”i Cəmil Həsənovun 9 oktyabr seçkilərində acınacaqlı məğlubiyyətindən sonra qondarma qurum radikallar üçün bütün cazibədarlığını itirib. Çünki aydın görünür ki, radikal düşərgədəki digər qurumlar kimi, “Milli şura”nın da heç bir perspektivi yoxdur, ondan hansısa siyasi və maddi dividendlər gözləməyə dəyməz. Buna görə də, burada cəmləşən partiyalar və siyasi qruplar arasında çəkişmələr açıq müstəviyə keçib. Belə ki, “Milli şura”nın seçki proseslərindən kənarda saxlanılan təmsilçiləri qondarma qurumun seçki qərargahından (oxu: AXCP və “Müsavat”dan-M. A.) haqq-hesab tələb edirlər.
Bununla bağlı daha kəskin açıqlamalar AXCP və “Müsavat”ın manevrləri sayəsində seçki ərəfəsində, necə deyərlər, portfelsiz qalan “El” hərəkatının rəhbəri Eldar Namazovdan gəlib. Reneqatın açıqlamalarında onun əlindən “yağlı qoğal”ı alanlara qarşı kəskin qisasçılıq hissi ilə yaşadığı açıq-aydın hiss olunur. Belə ki, “Milli şura”nın gələcəyi ilə bağlı sualı cavablandıran Eldar Namazov birdən-birə səslənərək əvvəlcə qondarma qurumun fəaliyyətinə qiymət verilməsini istəyir. Heç şübhəsiz, reneqatın Şeyx Nəsrullahsayağı səslənməsini eşidən “cəbhəçi”lər və “müsavatçı”lar “heç hənanın yeridir” deyəcəklər.
Beləliklə, seçki qərargahının fəaliyyəti ilə bağlı hesabat verilməsini istəyən Eldar Namazovun ad çəkməsə də kimin bostanına daş atdığı məlumdur. Eyni zamanda, “Milli şura”nın seçkilərdə acınacaqlı məğlubiyyətə uğrayan dublyor namizədi Cəmil Həsənovun AXCP və “Müsavat”dan ibarət seçki qərargahı pul bölgüsündə dirsək göstərdikləri “yedək partiyalar”ın adından danışan reneqat Eldar Namazovun hesabat tələbinə hansı cavabı verəcəyi maraq doğurur. Axı xaricdəki antimilli dairələrdən Rüstəm İbrahimbəyovun vasitəçiliyi ilə “Milli şura”nın seçki qərargahına göndərilən pullar bu iki partiya tərəfindən dədə malı kimi çoxdan mənimsənilib...

 
  • Oxunub:  25620  |  
  • Tarix:  27-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13