Ana səhifə »  Müəlliflər »  İsa Qəmbərin Tbilisiyə səfərinin əsl məqsədi nədir?
A+   Yenilə  A-
İsa Qəmbərin Tbilisiyə səfərinin əsl məqsədi nədir?
Yazdı: Mübariz Abdullayev

Və yaxud “Müsavat”çılarla “Fridrix Nauman” fondunun “əməkdaşlığından” açıq-aşkar qrant iyi gəlir
Radikal müxalifət düşərgəsində cəm olan partiyaların, siyasi qrupların ayrı-ayrı xarici ölkələrdə “lövbər” salan və dünyadakı erməni lobbi şəbəkəsinin diktəsi ilə Azərbaycana qarşı çirkin qarayaxma kampaniyası aparan, bu yolla respublikamızın beynəlxalq imicinə xələl gətirməyə, milli maraqlarımıza zərbə vurmağa çalışan müxtəlif fondlarla sıx əməkdaşlıq etməsi yeni hal deyil. Radikallar həmin “beynəlxalq” fondların ayırdıqları ianələr, qrantlar müqabilində onların Azərbaycanın milli maraqlarına qarşı yönələn sifarişlərini can-başla yerinə yetirirlər. “Sapı özümüzdən olan baltalar”ın ötürdükləri donos xarakterli materiallar sonradan sözügedən fondlar tərəfindən ilk mənbədən alınan “faktlar” kimi beynəlxalq ictimaiyyətə sırınır.
Ölkəmizdəki dağıdıcı düşərgə təmsilçiləri ilə erməni lobbi şəbəkəsinin təsir dairəsində olan “beynəlxalq” fondların çirkin niyyətli münasibətlərinə özünü radikalların öndəgedəni sayan Müsavat Partiyası və “Fridrix Nauman” fondu arasında bərqərar olan “əməkdaşlığı” misal çəkmək mümkündür. “Müsavat”la “Fridrix Nauman” fondu bir-birlərini çox yaxşı anlayırlar desək, əsl həqiqəti ifadə etmiş olarıq. Elə bu səbəbdəndir ki, “Müsavat”çılara fondun bütün tədbirlərində xüsusi iltifat göstərilir və onlar başda əyləşdirilirlər.
“Müsavat”çılarla “Fridrix Nauman” fondunun isti əlaqələrindən danışarkən sonuncunun “Müsavat”ı Ermənistan Ümummilli Hərəkatı ilə yaxınlaşdırmaq səylərini xüsusi vurğulamaq gərəkdir. Azərbaycan cəmiyyətinin etirazlarına məhəl qoymayan “Müsavat” fondun bu yöndəki çağırışlarına məmnuniyyətlə “hə” dedi. 2008-ci ildə “Müsavat” başqanı İsa Qəmbər Ermənistan Ümummilli Hərəkatı idarə heyətinin sədri Aram Manukyanla Almaniyanın Podstam şəhərində bir araya gələrək onunla saziş imzaladı. Şərti “Podstam prosesi” adını alan bu görüş sonradan daimi “əməkdaşlıq”a çevrildi. Belə ki, fondun vasitəçiliyi ilə “Müsavat”ın və Ermənistan Ümummilli Hərəkatının yetkililəri dəfələrlə uzaq xarici ölkələrdə və yaxın Gürcüstanın paytaxtı Tbilisidə bir araya gəliblər.
Əlbəttə, İsa Qəmbərin və “Müsavat”ın digər təmsilçilərinin Ermənistan Ümummilli Hərəkatının üzvləri ilə artıq ənənəvi hal alan görüşlərinin Azərbaycanın vətəndaş cəmiyyətində doğurduğu kəskin etiraz reaksiyasını bir qədər yumşaltmaqdan ötrü hər dəfə müxtəlif bəhanələr gətirilir, məqsəd və mahiyyət ciddi-cəhdlə pərdələnir. Ancaq cidanı çuvalda gizlətmək mümkün deyil. “Müsavat” funksionerlərinin “biz Gürcüstanın və Ermənistanın təmsilçiləri ilə üç Qafqaz respublikasında yeni dəyişikliklər prosesini (hansı dəyişiklikləri-M.A.) müzakirə edirik” kimi heç nəyə yaramayan açıqlamalarına rəğmən, bu görüşlərdə “Fridrix Nauman” fondunun qrant iyi aydın hiss olunur. Məqsəd isə gün kimi aydındır. Azərbaycan və Ermənistan cəmiyyətlərinin nümayəndələrinin belə təmasları bədnam erməni ideologiyasının hədəflərinə xidmət edir. Bununla erməni lobbisi beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan cəmiyyətində narazılıq ovqatının tədricən yumşaldığı və icmaların yaxınlaşmağa meyilli olduğu görüntüsü yaratmağa, beləliklə də, işğal nəticəsində yaranan mövcud status-kvonun ömrünü daha da uzatmağa çalışır. “Müsavat”ın isə erməni məkrinə uyması və “Fridrix Nauman” fondunun qrant, ianə və bu kimi digər cəlbedici təkliflərinin müqabilində təhlükəli oyunun oyunçusuna çevrilməsi qınaqdan, məzəmmətdən başqa heç nəyə layiq deyil.
Burada belə bir faktı da nəzərdən qaçırmaq olmaz ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanda indi Aram Manukyanın rəhbərlik etdiyi hərəkat iqtidarda təmsil olunub. Bu, o illər idi ki, Azərbaycan torpaqları havadarlarının köməyinə arxalanan Ermənistan tərəfindən işğala məruz qaldı, təxminən 1 milyon soydaşımız doğma yurd-yuvalarından didərgin salındı... Bütün bunlardan sonra İsa Qəmbərin cəmiyyətin sərt qınağına rəğmən Aram Manukyana əl uzatmasına, onunla əməkdaşlıq sazişi imzalamasına hansı məntiqlə haqq qazandırmaq olar və ümumiyyətlə, bu mümkündürmü? Aydın görünür ki, “Müsavat”ın Ermənistan Ümummilli Hərəkatı ilə “tərəfdaşa” çevrilməsində arxasında erməni lobbisinin dayandığı “Fridrix Nauman” fondunun təhrikləri, şirnikləndirici təklifləri əsas olmuşdur. Yeri gəlmişkən, “Müsavat” onun üçün cızılmış dairədən kənara çıxanda və yaxud verilən sifarişləri lazımı səviyyədə yerinə yetirməyəndə cəzasız da qalmır. Məsələn, seçkilər ərəfəsində Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqla bağlı tapşırığı yerinə yetirə bilmədiyinə görə partiya fondun qrantlarının xeyli hissəsindən məhrum qalıb.
Ancaq “Müsavat”dakı ab-havadan bəlli olur ki, burada “bəy verən atın dişinə baxmazlar” prinsipi ilə hərəkət etməyi daha üstün tuturlar. Başqa sözlə desək, başda İsa Qəmbər olmaqla partiya yetkililəri qrantları azaltdığına görə “Fridrix Nauman” fondu ilə münasibətləri korlamaq niyyətində deyillər, əksinə onlar fondla münasibətləri yeni səviyyəyə qaldırmağa və partiyaya gen-bol qrant axınını bərpa etməyə həvəslidirlər. Siyasi müşahidəçilər İsa Qəmbərin və partiyanın bir neçə digər funksionerinin “Fridrix Nauman” fondunun yubileyi münasibətilə Tbilisidə düzənlənən konfransa qatılmaq üçün qonşu ölkənin paytaxtına səfərə getməsini də məhz bu kimi amillərlə izah edirlər. Burada həqiqət, necə deyərlər, göz önündədir. Axı İsa Qəmbərin ahıl yaşında hansısa bir əcnəbi təşkilatın yubiley törəninə görə səfər əziyyətlərinə qatlaşmasına başqa hansı ciddi arqumentlər səbəb ola bilərdi?
Bundan başqa, “Müsavat”çıların Tbilisiyə son səfərləri ilə bağlı yenə də “erməni zəngulələri” eşidilməkdədir. Xəbər portallarında yayılan məlumatlara əsasən, İsa Qəmbər və onun dəstəsi Tbilisidə ermənilərlə bir araya gəliblər. Bu isə artıq ermənilərin, “Fridrix Nauman” fondunun və onların əlində alətə çevrilən İsa Qəmbərin “köhnə xəstəliyindən” xəbər verir...

 
  • Oxunub:  22560  |  
  • Tarix:  27-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan özünün sənaye potensialını daha da gücləndirir

20 Fevral 20:53
Birləşmiş Krallığın Kosmik Agentliyi ilə “Azərkosmos”un əməkdaşlığının perspektivləri müzakirə olunub
20 Fevral 20:51
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20 Fevral 20:48
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclasının kommünikesi qəbul edilib
20 Fevral 20:46
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində görüş keçirilib
20 Fevral 20:44
31-ci Beynəlxalq İnformatika Olimpiadasının yerli və beynəlxalq təşkilat komitələrinin birgə iclası keçirilib
20 Fevral 20:41
Avrokomissar: Azərbaycan qazının yaxın gələcəkdə Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik
20 Fevral 20:40
Xocalı soyqırımı qurbanlarının xatirəsi dünyanın bir çox ölkəsində yad ediləcək
20 Fevral 20:37
“Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub
20 Fevral 20:35
Günter Ottinger: Cənub Qaz Dəhlizi kimi iddialı infrastruktur layihələri çox deyil
20 Fevral 20:32
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarına Azərbaycandakı tolerant mühit barədə məlumat verilib
20 Fevral 20:29
Azərbaycan daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir
20 Fevral 20:28
Brüsseldə ümumavropa Qarabağ mitinqi keçiriləcək
20 Fevral 20:17
Azərbaycan ilə Aİ arasında siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqların növbəti raundu keçirilib
20 Fevral 20:12
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununa dair “Birgə Bəyannamə” imzalanıb
20 Fevral 20:10
Milli Məclisin deputatı Moldovada keçiriləcək parlament seçkilərini müşahidə edəcək
20 Fevral 18:02
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ermənistanın təcavüzkar siyasəti barədə məlumatlandırılıb
20 Fevral 17:51
Nəsimi rayonunda əhalinin icbari tibbi müayinəsi aparılır
20 Fevral 17:47
Ankarada Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri arasında əməkdaşlığın mövcud vəziyyəti yüksək dəyərləndirilib
20 Fevral 17:37
Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019”un iştirakçıları ilə daha bir görüş keçirilib
20 Fevral 17:35
YAP Yasamal rayon təşkilatının yaradılmasının 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib
20 Fevral 17:28
Hadi Rəcəbli: Prezident İlham Əliyev vətəndaşların rifahının daha da yüksəlməsi üçün davamlı olaraq mühüm qərarlar qəbul edir
20 Fevral 17:24
Avstraliya Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
20 Fevral 17:20
Hərbi attaşelər Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət ediblər
20 Fevral 17:13
Prezident: Enerji resursları və gəlirlərindən düzgün istifadə sayəsində əhalinin yaşayış səviyyəsini qaldırmağa nail olmuşuq
20 Fevral 17:10
Pərviz Şahbazov: Cənub Qaz Dəhlizinə digər ölkələrin də marağı artır
20 Fevral 16:30
Prezident İlham Əliyev: Azərbaycanın regiondakı rolu artmaqdadır
20 Fevral 16:19
Azərbaycan Prezidenti: Maraqların balansı Cənub Qaz Dəhlizi layihəsinin uğurunu şərtləndirir
20 Fevral 16:11
Günter Ottinger: Cənub Qaz Dəhlizi ilə Avropaya təbii qaz nəqlinin həcmi növbəti illərdə artırıla bilər
20 Fevral 16:09
Ziyad Səmədzadə: Əmanətlərin tam sığortalanmasının daha bir il müddətinə uzadılması banklara inamı artıracaq
20 Fevral 16:03
Prezident: Azərbaycanın uğurlu enerji inkişafı bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş kimi təqdim etməyə imkan verib
20 Fevral 16:00
Elçin Mirzəbəyli: Dövlətimizin başçısının bu Fərmanından sonra mənzil sahibləri bir daha sənəd problemi ilə üzləşməyəcəklər
20 Fevral 15:55
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir
20 Fevral 15:49
Azərbaycan Prezidenti: Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir
20 Fevral 15:46
Vüqar Rəhimzadə: Prezidentin yeni Fərmanı insan, vətəndaş amilinə verilən böyük dəyərdir
20 Fevral 15:08
Prezident: Bizim enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq
20 Fevral 14:46
Sahibə Qafarova: Təhsil sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu sahədə çox böyük nailiyyətlər müşahidə olunmaqdadır
20 Fevral 14:37
Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir
20 Fevral 14:32
Siyavuş Novruzov: “Azərbaycan hökumətinin atdığı addımlar müxalifəti əndişələndirir”
20 Fevral 14:23
Prezident İlham Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşü olub
20 Fevral 14:22
Yeni subartezian quyuları vasitəsilə Ağcabədidə 480 hektar əkin sahəsi suvarılacaq
20 Fevral 14:16
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb
20 Fevral 14:12
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb
20 Fevral 14:10
Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı ilə bağlı ərəb və fars dillərində yeni nəşrlər çapdan çıxıb
20 Fevral 14:01
Hərbi Hava Qüvvələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri başlayıb
20 Fevral 12:53
Prezident İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşü olub
20 Fevral 12:49
SOCAR prezidenti: Azərbaycan son 2 ildə hasilatı artırıb
20 Fevral 12:42
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb
20 Fevral 12:34
Prezident İlham Əliyevin Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşü olub
20 Fevral 12:32
Horadizdə “Ana Vətən” adlı konsert proqramı keçirilib
20 Fevral 12:24
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işə başlayıb
20 Fevral 12:21
Bu günədək Azərbaycanın dəniz yataqlarından 1,067 milyard ton neft çıxarılıb
20 Fevral 12:11
Sədaqət Vəliyeva: Minimum əmək pensiyasının artırılması dövlətimizin uğurlu sosial siyasətinin əyani təzahürüdür
20 Fevral 11:52
Prezident İlham Əliyev Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı ilə görüşüb
20 Fevral 11:36
Bahar Muradova: ATƏT PA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndiriləcək
20 Fevral 11:28
Rayonlar üzrə IX sinif şagirdləri üçün buraxılış imtahanın birinci mərhələsi mart ayında keçiriləcək
20 Fevral 11:09
Tusi-Bohm Planetariumda “Elm günü”nə həsr olunmuş “Açıq qapı” təşkil edildi
20 Fevral 10:48
Daşkənddə ölkəmizin turizm imkanlarından danışılıb
20 Fevral 10:23
Kənd Təsərrüfatı Nazirliyində taxılçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib
20 Fevral 10:11
Azərbaycan özünün sənaye potensialını daha da gücləndirir
20 Fevral 10:10
Prezident İlham Əliyev növbəti dəfə on minlərlə ailəni sevindirdi
20 Fevral 10:09
Milli Məclisin növbəti iclası keçirilib
20 Fevral 10:07
Moskvada azərbaycanlılar və çeçenlər arasında məişət zəminində baş vermiş insident iki xalqın dostluq münasibətlərinə zərər vura bilməz
20 Fevral 10:04
Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən cinayətdir...
20 Fevral 10:03
Ötən il Yevlaxda tikinti-quruculuq işləri davam etdirilib
20 Fevral 10:02
Şəhərdə kənd ab-havası
20 Fevral 09:59
“Milli şura” iqtidarın həyata keçirdiyi uğurlu siyasətə özünü “həmmüəllif” kimi göstərməklə siyasi plagiatizmlə məşğul olur
20 Fevral 09:58
Nikol Paşinyanın siyasi riyakarlığı
20 Fevral 09:56
Azərbaycan dövləti milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib
20 Fevral 09:56
“Nar” sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir
20 Fevral 09:55
Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə+1 +2