Ana səhifə »  Müəlliflər »  Ermənistanda əhali yeni etiraz aksiyalarına başlayıb
A+   Yenilə  A-
Ermənistanda əhali yeni etiraz aksiyalarına başlayıb
Yazdı: Nardar Bayramlı

Həm Sarkisyan hakimiyyətinin Gömrük İttifaqına qoşulmağa razılıq verməsi, həm də yoxsulluğun səviyyəsinin artması işğalçı ölkədə narazılıqla qarşılanır
İşğalçı Ermənistanda yeni etiraz dalğası baş qaldırıb. Belə ki, sadə ermənilər hakimiyyətin Gömrük İttifaqına qoşulmasına kəskin etirazlarını bildirirlər. Ümumiyyətlə, öz qonşularına qarşı təcavüzkar siyasət yürütməklə, Cənubi Qafqaz regionunun ümumi inkişaf trayektoriyasından kənarda qalan, özünü bütün qlobal miqyaslı enerji layihələrindən təcrid edən Ermənistan ağır günlərini yaşamaqdadır. İstər siyasi, istərsə də iqtisadi cəhətdən məhv olmanın astanasında dayanan, bütün dayaqlarını itirən, siyasi gərginliyin pik həddinə çatdığı bu ölkədə bütün sahələrdə iflic yaranıb.
Qeyd etmək lazımdır ki, Sarkisyan başda olmaqla hazırki iqtidar komandası proseslərin inkişafını nəzarətdə saxlaya bilmir. Təbii ki, sifarişlə “taxta otuzdurulan” Sarkisyandan bundan artığını gözləmək də mümkünsüzdür. Konkret olaraq canişin vəzifəsinə təyinat alaraq xalqının iradəsindən kənar hakimiyyəti qəsb etmiş Sarkisyanın komandası bu gün problemlərin qarşısında aciz qalıb. Heç cür normal idarəetmə sistemi qura bilməyən Ermənistan hakimiyyətində xaos açıq şəkildə özünü göstərir. Bunun əsas səbəblərindən biri hakimiyyətdə təmsil olunan məmur-oliqarxların fərqli xarici qüvvələrə xidmət göstərməsidir.
Məhz bunun nəticəsidir ki, bu günlərdə Yerevanda bir qrup şəxs Ermənistan hökumətinin Gömrük İttifaqına qoşulmaq haqqında qərarına etiraz olaraq aksiya keçirib. “Milli öz müqəddəratını təyin etmə” partiyasının sədri Paruyr Ayrikyan başda olmaqla aksiya iştirakçıları prezident administrasiyasının binasının qarşısında öz etirazlarını bildiriblər. Aksiya iştirakçıları əllərində üzərində “Vilnüs və ya istefa”, “Gömrük şurasına yox”, “Rusiya imperiyasına yox” yazılmış plakatlar tutub və hökumət əleyhinə şüarlar səsləndiriblər. Qeyd edək ki, Ermənistan və Rusiya prezidentlərinin danışıqlarının nəticəsinə görə 3 sentyabrda Ermənistanın Gömrük İttifaqına daxil olması və Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında razılığa gəliblər. Ermənistan tərəfi isə demək olar ki, tam həcmdə Gömrük İttifaqına qoşulmaq üçün lazım olan öhdəlikləri qəbul etməyə hazır olduğunu bildirib.
Digər tərəfdən, bu ölkədə sosial vəziyyətin ağırlaşması da əhalini hakimiyyətə qarşı mübarizəyə sövq edir. Belə ki, Ermənistanın Milli Statistika Xidməti “Ermənistanın sosial xəritəsi və yoxsulluq” adlı hesabatını təqdim edib. Təqdimatda bildirilir ki, Ermənistanda yoxsulluq 4,8 faiz artıb. Hesabata əsasən işğalçı ölkədə yoxsulluğun artmasına əsas səbəb 2009-cu ildə iqtisadiyyatın 14,1 faiz azalması olub. Bu tədqiqata görə, 2012-ci ildə təxminən əhalinin 1/3-ü (23,4 faiz) kasıb, 13,5 faizi - daha kasıb, 2,8 faizi isə yoxsul dərəcəsində olub. Hesabatda göstərilir ki, 2008-2012-ci illərdə yoxsulluq səviyyəsi kəndlərə nisbətən şəhərlərdə daha çox artıb. Yoxsulluğun ən aşağı səviyyəsi 25,6 faizlə Yerevanda qeydə alınıb.
Ümumiyyətlə, Ermənistanda əsas tələbat mallarının, eləcə də, ictimai nəqliyyatın qiymətlərinin bahalaşmasının davam etməsi əhalinin onsuz da ağır olan vəziyyətini bir qədər də çətinləşdirib. Nəticədə, işğalçı ölkəni birdəfəlik tərk edənlərin sayı durmadan artır. Qeyd edək ki, cari ilin ilk yarısında Ermənistanda əhalinin sayı 15 min nəfər azalıb. Belə ki, 2013-cü il iyulun 1-nə olan vəziyyətə görə, Ermənistanda daimi yaşayan əhalinin sayı 3 milyon 11 min 900 nəfər olub. Ermənistan Milli Statistika Xidmətinin açıqladığı rəqəmlərdən görünür ki, işğalçı ölkənin şəhərlərində 1 milyon 904 min 400, kəndlərində isə 1 milyon 107 min 500 nəfər yaşayır. Amma reallıqda isə vəziyyət başqadır. Bu ölkədə faktiki olaraq 2 milyondan az əhali yaşayır. Statistika xidmətinin məlumatı isə insanların rəsmi qeydiyyatına əsaslanır. Amma vətəndaşlar bu ölkədə qeydiyyatda olsalar da, xarici dövlətlərə miqrasiya ediblər. Bu ilin yanvarın 1-nə olan göstəricilərlə müqayisədə iyulun əvvəlinə Ermənistan əhalisinin təxminən 15 min nəfər azaldığı müşahidə olunub. Səbəb kimi miqrasiyanın əhalinin təbii artımını üstələməsi göstərilir. Təbii ki, bütün bunlar sosial-iqtisadi vəziyyətin kəskin şəkildə ağırlaşması ilə əlaqədardır.

 
  • Oxunub:  23550  |  
  • Tarix:  28-11-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olunur

16:47
14 Noyabr
Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri
16:41
14 Noyabr
Gündüz İsmayılov: Xurafat qüsurlu dini təbliğatın nəticəsidir
16:34
14 Noyabr
Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib
16:30
14 Noyabr
Bakıda MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb
16:28
14 Noyabr
Endryu Parsons: Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir
16:26
14 Noyabr
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
16:19
14 Noyabr
AMEA-da "Türkologiya" jurnalının fəaliyyətinə dair məruzə dinlənilib
16:04
14 Noyabr
Nazir: İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir
15:51
14 Noyabr
Bəhruz Quliyev: Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur
15:43
14 Noyabr
Siyavuş Novruzov: Qarabağa gedən yol Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsindən keçir
15:28
14 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib
15:00
14 Noyabr
Türkmənistandan enerjidaşıyıcıların dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılır
14:58
14 Noyabr
Hərbi birliklər komanda-qərargah hərb oyunları çərçivəsində qarşıya qoyulan vəzifələri icra edirlər
14:28
14 Noyabr
Azərbaycan məhsullarının ixracı genişlənir
14:09
14 Noyabr
Azərbaycanın və Slovakiyanın Baş nazirləri birgə işçi nahar ediblər
13:55
14 Noyabr
Slovakiya nümayəndə heyəti Səngəçal terminalında olub
13:47
14 Noyabr
Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib
13:41
14 Noyabr
Doqquz ayda Azərbaycandan şərab məhsullarının ixracı 43 faizdən çox artıb
13:36
14 Noyabr
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
13:31
14 Noyabr
Rəşad Mahmudov: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini göstərəcək
12:50
14 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
12:13
14 Noyabr
İlin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil olunacaq
12:09
14 Noyabr
Azərbaycan ilk dəfədir ki, bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib
12:01
14 Noyabr
Doqquz ayda Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb
12:00
14 Noyabr
Muxtar Babayev: Yaxın zamanlarda ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq
11:55
14 Noyabr
Milli Məclisin bugünki iclasında büdcə müzakirələri davam edəcək
11:53
14 Noyabr
Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar
11:42
14 Noyabr
Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
11:22
14 Noyabr
Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə yola düşüblər
11:20
14 Noyabr
Ağdam məktəblilərini Quba-Qusar-Xaçmaz bölgəsində maraqlı ekskursiya gözləyir
11:17
14 Noyabr
Komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi ilə bağlı dinləmə keçirilib
11:04
14 Noyabr
Gəncə məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
11:01
14 Noyabr
Azərbaycan-Belarus diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan konfrans keçirilib
10:53
14 Noyabr
Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
10:45
14 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qırğızıstanda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasında iştirak edib
10:41
14 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub
10:39
14 Noyabr
Azərbaycan Braziliyada keçirilən növbəti diplomatik yarmarkada təmsil olunub
10:38
14 Noyabr
Bərdə məktəbliləri ölkəmizin şimal bölgəsi ilə yaxından tanış olacaqlar
10:18
14 Noyabr
Tur-aksiyalar şagirdlərə respublikamızın tarixini, mədəniyyətini daha yaxından öyrənməyə imkan yaradır
10:11
14 Noyabr
Tərtər rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz istiqaməti üzrə tur-aksiyaya başlayıblar
10:09
14 Noyabr
Cənub bölgəsinin məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyaya çıxıblar
09:30
14 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Kolumbiya Parlamentində qəbul keçirilib
08:47
14 Noyabr
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb
14:59
13 Noyabr
Bakıda gənclər təşkilatlarının V Respublika sərgisi açılıb
14:57
13 Noyabr
AQTA-da iri ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib
14:54
13 Noyabr
“Asan İmza” İƏİT nəzdində Dövlət Sektorunun İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən ən innovativ nümunə kimi qəbul edilib
14:49
13 Noyabr
Nazir: Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 17.9 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır
14:47
13 Noyabr
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib
14:39
13 Noyabr
Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
14:36
13 Noyabr
Slovakiyanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:32
13 Noyabr
Şahin Mustafayev: 2019-cu ildə tədiyyə balansının cari hesabının müsbət olacağı proqnozlaşdırılır
13:32
13 Noyabr
Milli Məclisin sədri: 2019-cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+11 +13
gecə+7 +9